Aqrar elm və İnformasiya məSLƏHƏt məRKƏZİ



Yüklə 7,85 Mb.
Pdf görüntüsü
səhifə239/266
tarix24.04.2018
ölçüsü7,85 Mb.
#40007
1   ...   235   236   237   238   239   240   241   242   ...   266

 

 

 



 

 

 



508 

 

22  and  25-27  cm  depth)  on  the  background  of  the  same  mineral  fertilizers  and 



plant protection according to weather conditions.  

Starting the heading stage of plants until the end of the vegetation, as well as 

after harvesting, agro-physical properties of the soil close to the equilibrium values 

and therefore found their relative stabilization. Differentiation of soil plowing and 

subsurface  layers  on  Agrophysical  properties  specified  with  the  dynamics  of  the 

root system development.   

In  the  variant  of  black fallow  large  stock  of  productive  moisture  in  the  soil 

create  conditions  to  increase  the  biological  productivity  by  15  t/ha,  and  barley 

grain yield by 6 t/ha, despite the sharp dry season in May-June. 

 

 

УОТ 631.47. 48 

 

KİÇİK QAFQAZIN DAĞ BOZ-QƏHVƏYİ (ŞABALIDI) TORPAQLARIN 

MORFOGENETİK DİAQNOSTİKASINA MÜXTƏLİF BAXARLI 

YAMACLARIN TƏSİRİ VƏ TORPAQ ÖRTÜYÜ STRUKTURLARININ 

XƏRİTƏLƏŞDİRİLMƏSİ 

 

V.H.HƏSƏNOV, B.N.İSMAYILOV, R.H.ASLANOVA, Ə.M.QASIMOV  

AMEA Torpaqşünaslıq və Aqrokimya İnstitutu  AZ 1073, Azərbaycan                   

Bakı ş., M.Arif küçəsi 5  E mail: 

vilayet-hesenov@mail.ru

 

Aparılmış tədqiqatlar əsasında Kiçik Qafqazın dağ boz-qəhvəyi torpaqlarının 

morfogenetik  göstəricilərinə  müxtəlif  baxarlı  yamacların  təsiri  öyrənilmişdir. 

Kölgəli  (şimal-qərb)  baxarlı  yamaclarına  nisbətən,  günəşli  (cənub-şərq) 

yamaclarda  –  narın  torpaq  layının,  akkumulyativ-çürüntü  qatının,  humusun, 

azotun  və  udma  tutumunun  azalması,  qranulometrik  tərkibin  yüngülləşməsi 

müəyyən  edilmişdir.  Relyefin  plastikası  metodu  əsasında  Qazax  rayonu  Dağ-

Kəsəmən  tədqiqat  sahəsinin  (M1:10  000)  torpaq  xəritəsi  hazırlanmış  və  TÖS 

tipləri müəyən edilmişdir. 

 

Açar  sözlər:  torpaq  profili,  morfogenetik  diaqnostika,  humus,  relyefin  plas-

tikası, torpaq xəritəsi, torpaq   örtüyünün strukturu 



Ключевые слова: 

Key words:  

 

Son  illərdə  təbii  obyektlər  ilə  onların  struktur  xassələri  arasında  əlaqələrin 



öyrənilməsi  əksər  elm  sahələrinin  aktual  problemləri  olub,  torpaqların  relyefinin 

plastikası  metodu  əsasında  xəritələşdirilməsində  və  TÖS-nin  ekoloji 

xüsusiyyətlərinin 

müəyyən 


edilməsində 

dəyərli 


əhəmiyyətə 

malikdir. 

Respublikanın  ayrı-ayrı  regionları  və  təsərrüfatları  üçün  əvvəllər  hazırlanmış 

torpaq  xəritələrində  TÖS-nin  elementar  torpaq  arealları  ilə  xüsusiyyətlərini  ifadə 




 

 

 



 

 

 



509 

 

edən  əsas  əlamətlər  lazımınca  nəzərə  çarpmır.  Lakin  bu  əlaqələr  əkin  sahələrinin 



kənd təsərrüfatı istifadəsinə yaralılığını müəyyən edən mühüm göstəricidir.     

Relyefin  plastikası  əsasında  hazırlanmış  iri  miqyaslı  dəqiq  torpaq 

xəritələlərindən  k/t  mütəxəssisləri,  xüsusən  fermer,  bələdiyyə  və  fərdi  torpaq 

sahiblərinin torpaqlardan daha səmərəli istifadəsi üçün faydalı imkanlar yaradır. 

 Azərbaycanın  dağlıq  və  dağətəyi  zonalarında  torpaqların  morfogenetik 

diaqnostikası  və  torpaq  örtüyünün  strukturası  özünün  mürəkkəbliyi  ilə 

səciyyələnir.  Hələ  XX  əsrin  əvvəllərində  Rusiya  torpaqşünaslıq  məktəbinin 

klassikləri  V.V.Dokuçayev  [15],  M.M.  Sibirtsev  [21],  L.İ.Prosulovinin  [18] 

göstərdiyi  kimi  və  sonralar  V.A.  Kovda  [16],  V.M.Fridland  [24],  İ.N.Stepanov 

[22,23]  və  Azərbaycanda  V.R.Volobuyev  [10],  M.E.Salayev  [19;  20],  Ş.G. 

Q.S.Məmmədov  [5;  7;  11;  13;  14]H.M.Hacıyev  [12],  V.H.Həsənov  [2;  3;  4;  17] 

R.H.Aslanova [1], S.Z. Məmmədova, V.H.Həsənova, E.R.Nuriyev [8; 9; 17],  və b. 

əsərlərində  dağlıq  ərazilərdə  torpaq  örtüyünün  strukturalarının  (TÖS) 

formalaşmasına  və  torpaq  profilinin  morfogenetik  diaqnostikasına  relyefin 

hündürlüyü ilə bərabər xüsusən kölgəli və günəşli baxarlı yasmacların böyük təsirə 

malik olduğu göstərilir. 

Lakin,  bu  mühüm  göstəricilər  dağlıq  və  dağətəyi  ərazilərin  torpaqlarının 

diaqnostik  göstəricilərinin  müəyyən  edilməsində,  torpaq  xəritələrinin  tərtib 

olunmasında  və  torpaqların  obyektiv  qiymətləndirilməsində  lazımınca  nəzərə 

alınmır. 

Dağlıq  relyefin  kölgəli  (şimal-qərb)  baxarlı  yamaclarına  nisbətən  günəşli 

(cənub-şərq)  baxarlı  yamaclarda  günəş  şüalarının  daha  çox  düşməsi  nəticəsində 

torpaqlarda temperatur rejiminin xeyli üstün olması, əksinə buxarlanmanın artması 

və  nəmliyin  isə  azalması,  torpaqəmələgəlmə  prosesinə,  torpaqların  morfogenetik 

diaqnostikasına, eroziyaya prosesinə, xüsusən TÖS-nın formalaşmasına köklü təsir 

göstərir. 

Tədqiqat obyekti Kiçik Qafqazın şimal-şərq yamacına daxil olan Ağstafaçay 

hövzəsinin alçaq dağlıq və dağətəyi hissəsini əhatə edir. Ərazi dəniz səviyyəsindən 

400-1000  m  hündürlükdə  yerləşməklə  çay  yataqları,  tirə  və  dağ  yamacları  ilə 

kəskin parçalanmış, TÖS müxtəlifliyi ilə səciyyələnir.         

Tədqiqat  işində  V.R.Volobuyevin  [10]  təklif  etdiyi  metoddan  və  sonralar 

V.M.Fridland 

[24], 

İ.N.Stepanov  [22],  Q.Ş.Məmmədov,  H.M.Hacıyev, 



A.B.Cəfərov  [7]  tərəfindən  hazırlanmış  “metodiki  tövsiyyə”lərdən  istifadə 

edilmişdir.    

Torpaq örtüyü strukturlarının kölgəli və günəşli baxarlı yamaclarında formala-

şan elementar torpaq areallarının dəqiq xəritələşdirilməsi məqsədi ilə tədqiqat mən-

təqəsi  (klyuçevaya  ploşadka)  metodundan  istifadə  edilmişdir.  Bu  məqsədlə  Kiçik 

qafqazın şimal-şərq yamacında Qazax rayonu “Dağ Kəsəmən” ərazisində xarakter 

tədqiqat  obyekti  seçilmişdir.  Tədqiqat  obyekti  dəniz  səviyyəsindən  400-600  m 

hündürlükdə yerləşməklə müxtəlif baxarlı dağ yamacları və dərələrlə kəskin parça-

lanmışdır. Ərazidə iri miqyaslı (M 1:10 000) çöl-torpaq və qəbul olunmuş metod-

larla kameral laboratoriya tədqiqatları aparılmışdır.   




Yüklə 7,85 Mb.

Dostları ilə paylaş:
1   ...   235   236   237   238   239   240   241   242   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə