Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə32/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   28   29   30   31   32   33   34   35   ...   76

 
105 
Məmmədov zəng vurub, xahiş edib ki, sənə onun yeni kitabını verim. Sağ olsun Azər!  
Altay müəllimin “Xatirələr işığında” adlı yeni kitabını mənə göndərdi. 
İndi  həmin  kitab  qarşımdadır.  Təzəcə  oxuyub  qurtarmışam.  Altay  müəllim 
Gəncədən zəng vurub kitabda gedən kiçik bir səhvi də böyük narahatlıqla mənə bildirdi. 
Telefon  söhbətindən  sonra  öz-özümə  düşündüm:  “Belə  adi  səhvə  görə  narahat  olan 
Altay müəllim, doğrudan da, hər əsərinə doğma övladı kimi baxır. Bu da təbiidir.”  
“Xatirələr  işığında”  kitabında  Nazim  Hikmət  haqqında  Altay  müəllimin  qələmə 
aldığı  sənədli  povesti  böyük  maraqla  bir  də  oxudum.  Jurnal  variantından  bir  az  fərqli 
idi. Yazıçı böyük bir təvazökarlıqla bu əsərinə “Xatirə” deyir. Amma əslində, bu, qeyd 
etdiyim  kimi  sənədli  povestdir.  Nazim  Hikmətin  şəxsiyyəti,  onun  orijinal  fikirləri, 
Azərbaycan  poeziyası  haqqında  dediyi  qiymətli  sözlər,  təkcə  Türkiyənin  deyil, 
Azərbaycanın  da  öz  doğma  sənətkarı  hesab  etdiyi  böyük  dühanı  gözlərimiz  önündə 
canlandırır.  Kitabda  toplanan  “Bir  Berlin  əfsanəsi”  xatirə-povesti,  “Bomba”  xatirə-
hekayəsi  və  “Xalq  düşməni”  pyesi  Azərbaycan  nəsrinin  və  dramaturgiyasının  son 
illərdəki  böyük  uğurları  hesab  oluna  bilər.  Ümidvaram  ki,  ədəbi  tənqidimiz  bu  əsərlər 
haqqında öz sözünü deyəcəkdir. 
Bu  kitabı  mən  memuar  ədəbiyyatımızın  ən  gözəl  bir  nümunəsi  kimi  də  görürəm. 
Olmuş hadisələri yüksək sənətkarlıqla, lakonik şəkildə, şirin, axıcı bir dillə təsvir etmək 
hər  yazıçıya  nəsib  olan  xüsusiyyət  deyildir.  Altay  Məmmədovun  özünəməxsus  yazı 
üslubu var. Artıq söz, artıq təsvir, oxucunu yoran “təfərrüat” onun nəsrinə yaddır. Kiçik 
cizgilərlə böyük mətləbləri açmağı bacaran yazıçı orijinal dəst-xəttə malikdir. Bu özünü 
yazıçının  Nazim  Hikmətə  həsr  etdiyi  əsərində  daha  aydın  şəkildə  göstərir.  Altay 
Məmmədov Nazim  Hikmət poeziyası haqqında belə yazır: 
“Məni həmişə Nazim Hikmət şeirinin musiqisi düşündürmüşdür. Bu musiqini biz 
təbiətin ana qoynunda çox eşitmişik. Lakin hansı guşədə? Bəzi şairlərin şeirlərinin səsi 
bizə çay səsini daha çox xatırladır. Bu çayların bəzisi  lal, bəzisi selləmə axır. İrmağın, 
şəlalənin, çeşmənin, bulağın, yağışın səsini xatırladan şeirlər də vardır. Nazim Hikmət 
şeirinin musuqisini isə dəniz sahilində yaşayanlar daha çox dinləmişlər. Çünki, Nazim 
Hikmət şeirinin musiqisi məhz dənizdən alınmışdır”. 


 
106 
Azərbaycan  Dövlət  Nəşriyyatı  xeyirxah  iş  görüb,  Nazim  Hikmətin  YUNESKO 
xətti  ilə  qeyd  olunan  100  illik  yubileyi  münasibətilə  Altay  Məmmədovun  böyük 
sənətkar haqqında  yazdığı əsəri ayrıca kitab şəklində çap edib. Türk dünyasının böyük 
sənətkarı haqqında incə duyumla, şirin dillə qələmə alınmış bu kitab nazimsevərlərə ən 
dəyərli hədiyyədir. 
 
“Ədəbiyyat qəzeti”, 8 fevral 2002.  


 
107 
“Gelsene dedi bana...” 
 
   Vera Tulyakova Nazim Hikmətin son məhəbbəti, sonuncu həyat yoldaşı idi. 
Nazim Veraya vurulmuşdu. ”Qara sevdaya  tutuldum” deyirdi. Nazim bu sevdayla 
da ömrünü başa vurdu. Otuz il yaş fərqi olan bir qadını ərindən ayırdı, xəstə ürəklə 
onunla  səkkiz  il  ömür  sürdü.  Bu  səkkiz  ildə  çox  sular  axdı.  Bu  səkkiz  il  Nazim 
ömrünün  son  akkordları  oldu.  Həm  də  çox  ağır  günləri  oldu  Nazimin.  Doktoru 
Qalina  ondan  üz  döndərdi.  Sədaqətli  ömür  dostu  Münəvvər  min  cür  əziyyətlə 
Türkiyədən  Polşaya  gəldi.  Oğlu  Mehmetlə  birlikdə.  Nazimə  qovuşmaq  üçün! 
Nazim  onunla  Polşada  görüşdü,  Moskvada  yox.  Münəvvər  xanım  bunu 
alicənablıqla, kübarcasına, mətin bir əsgər kimi qarşıladı.  
   Verayla  birlikdə  köçdüyü  təzə  mənzilinin  iç  divarında  Nazim  Hikmət  onu, 
təzə xanımını və Əkbər Babayevi şoka salan afişavari bir yazı gördü: ”Sizi lənətə 
gələsiniz!”  Əkbər  o  yazını  silib  yerinə  yazdı:  ”Bəxtiyar  olasınız!!!”  Bu  nida 
işarələri  Nazimi  xilas  etmədi.  Düzdür,  Nazim  Hikmət  yeni  məhəbbət  odu  ilə 
alovlananda  həm  səhhəti    yaxşılaşdı,  həm  də  bir-birindən  gözəl  əsərlər  yazdı. 
Amma  ölüm  pusqudaydı.  Bunu    o,  hər  addımda  hiss  edirdi.  Nəhayət  ki,  bir  gün 
gəldi və apardı. 
Vera  bunu  gözləmirdi.  Keçirdiyi  gözəl  günlər  yuxu  kimi  gəldi  ona.  Əzab 
çəkdi.  Çarəni  qələmə  sarılmaqda  gördü.  Vera  ssenaristdi,  qələm  sahibiydi.  O, 
Nazimin ölümündən sonra iki il ərzində  “Bəxtiyar ol, Nazim” adlı bir kitab yazdı. 
Bu memuar tipli  əsər Türkiyədə də nəşr olundu. 
    2001-ci  ildə  Vera  da  dünyasını  dəyişdi.  Vəsiyyətinə  uyğun  olaraq  onu 
yandırıb    külünü  Nazim  Hikmətin  məzarı  yanında  dəfn  etdilər.  Nəydi  bu? 
Doğrudanmı  həqiqi  məhəbbətdi?  Veranın  kitabını  oxuyandan  sonra  görürsən  ki, 
doğrudan da Nazim 53  yaşında 23  yaşlı qadını dəli kimi sevirmiş.  Kitabda şairin 
Veraya  ünvanladığı  məktubların  fotonüsxələri  verilib.  Rus  dilində  yazılmış 
qramatik  səhvlərlə  dolu  bu  məktublarda  canını  sevdiyinə  qurban  verməyə  hazır 
olan bir aşiqin ürək çırpıntıları duyulur… Bəs Vera? Odamı Nazimi belə sevirdi? 
Veranın kitabında oxuyuruq: 


 
108 
“Səninlə  ucaldım  mən,  Nazim.  Aramızda  bir  bağlılıq  xətti  yaranmışdı. 
Peredelkinodakı qonşun Pasternak buna “hava xətti” deyirdi. 
 ...Tanrım,  yaşadıqlarımız  sanki  bir  məhəbbət  romanı  idi,  Nazim.  Gerçək, 
klassik  bir  eşq  romanı...  Qorxunc  bir  durum.  Bütün  eşq  romanlarının  sonu 
bədbəxtliklə bitir. Yaxşı, məni gözləyən son nədir?” 
Nazim Veraya gözəl şeirlər həsr edirdi. Vera da ləzzətlə dinləyirdi bu şeirləri. 
Tatar  dilini  bildiyi  üçün,  (uşaqlıq  illəri  tatarların  yaşadığı  bölgədə  keçdiyindən) 
türkcəni  başa  düşürdü.  Nazim  də  keçən  əsrin  iyirminci  illərində  Moskvada  təhsil 
aldığı dövrdə ruscanı az-çox öyrənmişdi. Nazimi Vera ilə bağlayan amillərdən biri 
də yəqin ki, bu idi. Hər şey ildırım sürətilə həll olundu. Vera, özünün yazdığı kimi, 
vicdan  əzabı  çəkə-çəkə  Nazimin  təkidiylə  ərindən  ayrıldı  və  Nazim  Hikmətin  
evinə  köçdü.  Bundan  sonra  dedi-qodular  başladı.  Bu  dedi-qodulardan  başqa, 
sözünü  açıq  deyənlər  də  vardı,  üzdə  gülüb  arxada  deyinənlər  də.  Nazim  Hikməti 
sevənlərdən biri onun şeirlərinin rus dilinə ən gözəl tərcüməçisi Muza Pavlova idi. 
Nazimin ölümündən sonra Muza ilə Moskvada görüşümdən bir  yazımda ötəri söz 
açmışam.  Muza  Nazimin  vaxtsız  ölümündə  Veranı  günahkar  bilirdi.  Dedikləri 
yadımdadır: 
“Nazimdən təngə qalmışdı. Nazim də Münəvvəri qəbul etmədiyi üçün vicdan 
əzabı  çəkirdi.  Veranın  birinci  əri  çox  gözəl  insandı,  Vera  nahaq  yerə  ailəsini 
dağıtdı.  Özündən  otuz  yaş  böyük  olan,  iki  dəfə  infarkt  keçirmiş  bir  insanla  ailə 
həyatı qurdu. Vera Nazimin adını, şöhrətini, pulunu sevmişdi, özünü yox!” 
 Dedikləri    doğruydu,  doğru  deyildi,  deyə  bilmərəm,  amma  “Nazimin  pulu” 
məsələsi  həqiqətdən  uzaqdı.  Hətta  özü  üçün  maşın  alanda  ona  Azərbaycan  
şairlərindən  iki-üç  nəfər  borc  vermişdi.  Moskvada  olarkən  mən  bir  dəfə  Əkbər 
Babayevin  maşınında  Nazim  Hikmətlə  birlikdə  Rəssamlıq  Akademiyasına 
gedərkən bir söhbətin şahidi oldum. Nazim Əkbərə dedi: 
“Pulum qurtarır. Öyrən gör, pyesin pulunu nə vaxt verəcəklər.” 
Kassada  növbəyə  dayananda  halal  əmək  haqqımızı  alarkən  kənar  gözlərdən 
sıxıldığımız  vaxtlar idi. Nazimin pyesinin qonararını istəməsi  o vaxtlar mənə çox 
qəribə gəldi. Amma bu, həqiqətdi. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə