Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə28/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   24   25   26   27   28   29   30   31   ...   76

 
93 
Vurğunla  dostluğu,  ömrünün  sonuna  qədər  Azərbaycanla  bağlı  olması,  xalqımıza 
bəslədiyi  sonsuz  məhəbbət,  mədəniyyət  və  incəsənətimizə  verdiyi  yüksək  qiymət 
kitabda geniş şəkildə əks etdirilmişdir. Eyni zamanda, kitaba N. Hikmətin Azərbaycanla 
əlaqədar  və  Rəsul  Rzaya  həsr  etdiyi  məqalələrinin,  Nazimə  ithaf  edilmiş  şeirlərin, 
habelə  Anarın  Nazim  Hikmətlə  bağlı  Türkiyənin  Baş  naziri  Ərdoğana  məktubunun  və 
şairə  türk  vətəndaşlığı  qaytarıldıqdan    sonra  qələmə  aldığı  “Zəfərin  mübarək,  Nazim” 
təbrikinin daxil edilməsi əsərin dəyərini daha da artırmışdır. 
Kitabın ən böyük məziyyəti ondadır ki, Anar adı çəkilən əsərində Nazim Hikmətin 
real  portretini  yaratmışdır.  Bu  portret  yazıçı-alimin  N.Hikmət  məfhumuna  münasibəti, 
ona bəslədiyi məhəbbətin təzahürü olmaqla bərabər Nazim dünyasının salnaməsidir.  
Bir  məqamı  da  xüsusilə  qeyd  etmək  istəyirəm.  Bu  da  Anarın  alim  ləyaqəti  ilə 
bağlıdır.    O,  öz  əsərində  Nazim  Hikmət  yaradıcılığının  tədqiqatçılarından  heç  kimi 
unutmayıb.  Bir  də  Anarda  böyük  alim  səxavəti  var.  Fürsətdən  istifadə  edib  müxtəlif 
vaxtlarda  mənə  hədiyyə  etdiyi  kitablara  görə  ona  dərin  təşəkkürümü  bildirirəm.  Bu 
kitabların    içərisində  Mehmet  Fuadın,  Aslan  Kavlakın  Nazim  Hikmətə  həsr  olunmuş 
əsərləri  də  var.  Özü  Nazimşünas  olduğu  halda  onun  bu  comərdliyinə  görə  bir  daha 
təşəkkür edirəm.  
Mən  görkəmli  yazıçı  və  dəyərli  alim  dostum  Anar  müəllimi  bu  uğurlu,  çox 
qiymətli əsəri ilə ürəkdən təbrik edir, ona bədii və elmi yaradıcılığında daha uca zirvələr 
arzulayıram. 
 
“Ədəbiyyat qəzeti”, 2 dekabr 2009. 


 
94 
“Məni mənə tanıdana” 
 
Əkbər  Babayevə  həsr  etdiyim  yazımda  dediyim  kimi  bir  vaxt  Nazim  Hikmət  öz 
kitabını  onun  yaradıcılığını  tədqiq  edən  həmyerlimiz  Əkbər  Babayevə  hədiyyə  edəndə 
yazmışdı:  “Beni  bana  tanıtana.”  Türk  tədqiqatçısı  Aslan  Kavlak  da  bizi  bizə  tanıdıb. 
Daha dəqiq desək, öz yeni kitabında bizim Nazim Hikmətə olan sevgimizdən söz açıb. 
Aslan Kavlakla ilk dəfə on il bundan əvvəl görüşmüşdük. O, Bakıda Türk-Anadolu 
liseyində  çalışırdı.  Görüşümüz  çox  maraqlı  keçdi.  Operatorla  gəlmişdi.  Nazim 
Hikmətdən danışdıq. Sonra mənə söhbətimizin videoyazısını hədiyyə etdi. Bir neçə gün 
əvvəl  həmin  videolentə  baxdım.  İllər  öz  işini  görüb.  Dəyişmişəm.  Söz  yox  ki,Aslan 
Kavlakın  da  üzündə,  saçlarında  on  ilin  izləri  var.  Dəyişməyən  təkcə  bir  şeydir.  Hər 
ikimizin  Nazim  Hikmətə  olan  rəğbəti,  sevgisi.  Bu  rəğbətin  və  sevginin  son 
təzahürlərindən biri Aslan Kavlakın Nazim Hikmətə həsr etdiyi “Baküye gidiyorum, ay 
balam” adlı İstanbulda nəşr olunmuş kitabıdır. 
Türk  tədqiqatçılarından  Arif  Ekim,  Aslan  Kavlakın  bu  yeni  kitabına  həsr  etdiyi 
“Nazim Hikməti tanıyırıqmı?” adlı məqaləsində yazır: “Əminəm ki, bu başlığı oxuyan 
hər  kəs  o  dəqiqə  iki  cavabdan  birini  verəcəkdir:  Əlbəttə,  tanıyırıq:  kommunist,  vətən 
xaini,  yaxud...  Tanıyırıq,  əlbəttə.  Böyük  türk  şairi”.  Sözünə  davam  edərək  Arif  Ekim 
deyir: “Kommunist olduğuna şübhə yox. Vətən xainliyi suçlamasına isə ən gözəl cavabı 
1962-ci  ilin  iyul  ayında  Ankarada  çap  olunmuş  bir  qəzetin  manşetindəki  “Nazim 
Hikmət  vətən  xainliyinə  davam  edir”  başlıqlı  xəbər  yazısı  ilə  əlaqədar  qələmə  aldığı 
şeiri  ilə  yenə  Nazim  Hikmətin  özü  vermişdir.”  Bu  sözlərdən  sonra  Arif  Ekim  Nazim 
Hikmətin adı çəkilən şeirini bütünlüklə misal gətirir. Həmin şeirində Nazim deyirdi ki, 
bəli,  mən  vətən  xainiyəm.  Vətən  əgər  sizlərin  malikanəsidirsə,  çek  dəftərlərinizin 
içindəkilərdirsə  vətən  ...  Vətən  şosse  yollarında  gəbərməkdirsə...  Vətən  soyuqdan  it 
kimi titrəməkdirsə... Bəli, mən belə vətənin xainiyəm. 
Arif  Ekim  daha  sonra  Nazim  Hikmətin  taleyini,  onun  Azərbaycanla  bağlılığını 
Aslan  Kavlakın  kitabından  öyrəndiyini  xüsusi  qeyd  edir  və  yazır:  “Öyrənirik  və 
öyrəndikcə də təəccüblənirik. Demə, məlum çevrələrə görə “vətən xaini” kimi tanıdılan 
Nazim Hikmət sovet idarəsi altındakı türk topluluqlarının böyük dostu imiş. Və belə bir 


 
95 
dostluq üçün də sovet gizli polisinin təqibinə və vaxtaşırı sorğu-suala tutulmasına hədəf 
olmuşdu... Demək ki, Nazimin siyasi yaşamı üzərində hələ tam olaraq götürülməmiş bir 
duman pərdəsi vardır”. 
Aslan  Kavlak  Bakıya  gəldiyi  ilk  gündən  Azərbaycandan  ayrılana  qədər  Nazim 
Hikmət  yaradıcılığını  tədqiq  etmiş,  bu  böyük  sənətkarla  bağlı  olan  nə  varsa  əldə 
etmişdir. Bu kitab ciddi elmi-tədqiqat işi olmaqla bərabər, həm də maraqlı bir bədii əsər 
təsiri bağışlayır. Onun nazimsevərlərlə Bakı görüşləri unudulmaz bir xatirədir. 
Aslan  Kavlak  bu  əsəri  araya-ərsəyə  gətirmək  üçün  qəzet  və  jurnallardan,  lent 
yazılarından  da  istifadə  etmişdir.  O,  Nazim  Hikmətin  Bakıya  hər  gəlişində  mətbuat 
səhifələrində  çap  olunmuş  qısa  xəbərləri  belə  gözdən  qaçırmamış,  həm  sənətkarın 
Azərbaycanda  çap  olunmuş  kitablarına,  müsahibələrinə,  məqalələrinə  münasibətini 
bildirmiş,  həm  də  onun  haqqında  nəşr  edilmiş  əsərlərdən  söz  açmışdır.  Süleyman 
Rüstəmin, Rəsul Rzanın, Nigar Rəfibəylinin, Əkbər Babayevin, Arif Məlikovun Nazim 
Hikmətlə  dostluğu,  Anarın,  Tofiq Məliklinin,   Qadir  İsmayılın,  Nəcəf  Quliyevin,  Azər 
Abdullanın, Vilayət Rüstəmzadənin, Abuzər İsmayılzadənin, Rəşid Quliyevin və başqa 
nazimsevərlərin  Nazim  Hikmətə  həsr  etdikləri  əsərlər,  məqalələr  haqqında  məlumat, 
sənətkarın  Bakıda  və  Gəncədə  tamaşaya  qoyulmuş  pyeslərinin  səhnə  taleyi  Aslan 
Kavlakın kitabında geniş əks olunmuşdur. 
Kitabda  Nazim  Hikmət  və  Rəsul  Rza  dostluğundan  geniş  söhbət  açılmışdır. 
Müəllif Nazim Hikmətin 1962- ci il dekabrın 18-də “İzvestiya” qəzetində çap etdirdiyi 
Rəsul  Rzaya  həsr  olunmuş  “Aydındır  şeirin  dili”  və  Rəsul  Rzanın  “Canlı  Nazim” 
məqalələrindən  söz  açmaqla  bu  iki  sənətkarın  ruhən  bağlığını,  dostluğunu  məftunluqla 
qələmə almışdır. 
Əsərdə Arif Məlikovun Nazim Hikmətin “Bir aşk masalı” əsəri əsasında yaratdığı 
dünyaca  məhşur  “Məhəbbət  əfsanəsi”  baletindən  söz  açan  müəllif  bu  ölməz  sənət 
nümunəsinin bəşəri mahiyyət daşıdığını xüsusilə vurğulamışdır. 
Nəzəri  cəlb  edən  cəhətlərdən  biri  də  Aslan  Kavlakın  alim  dürüstlüyüdür.    O, 
“Nazim  Hikmət  və  Azərbaycan”  mövzusunda  çap  edilmiş  kitab  və  məqalələrdən 
istifadə edərkən çox dəqiqliklə onların mənbələrini göstərmiş, hadisə və faktları imkanı 
olduğu halda belə özününküləşdirməmişdir. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə