Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə25/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   21   22   23   24   25   26   27   28   ...   76

 
82 
Rəsul  Rzanın  Nazim  haqqında  onun  ölümündən  sonra  yazdığı  “Qələbəni  təbrik 
edirəm”  adlı  bir  məqaləsi  var.  Bu  təsirli  ürək  sözlərindən  kiçik  bir  parçanı  da 
diqqətinizə təqdim edirəm: 
“Mən  qeyri-ixtiyari  Nazim  öləndən  bir  il  sonra  onun  Moskvadakı  evinə  gəlmiş 
qəribə bir məktubu xatırlayıram. Onu yapon uşaqları-“1000 durna” cəmiyyətinin üzvləri 
göndərmişdi. Məktubla birgə gənc yapon oğlan və  qızlar rəngli kağızdan kəsilmiş 100 
durna  şəkli  göndərmişdilər.  Yapon  uşaqları  məktubda  Nazimə  müraciət  edərək 
yazırdılar  ki,  o,  dünyanın  bütün  uşaqlarını  atom  təhlükəsindən  qorumaq  uğrunda 
mübarizəsini davam etdirsin. 
Uşaqların  Nazimin  öldüyünü  bilə-bilə  ona  müraciət  etmələri  olduqca  təsirli  idi. 
“Əziz Nazim, sizi narahat etdiyimiz üçün bağışlayın. Axı siz uşaqları çox sevirsiniz”. 
Bugün  hər  iki  sənətkar  ölümsüzlüyünü  yaşayır.  Bu  ölümsüzlükdə  “üfüqdə  göy 
gözlərin sarı həsrəti” yenidən qövr edir və 100 yaşlı Nazim Hikmətlə 90 yaşlı Rəsul Rza 
görüşür. Və hələ çox görüşəcəklər. Xalqlarımız yaşadıqca! 
 
“Ədəbiyyat qəzeti”, 21 aprel 2000-ci il.  
 
 
 
 
 
 
 
 


 
83 
Nazim Hikmət və Rəsul Rza haqqında düşüncələr 
 
 
Rəsul Rzadan söz düşəndə istər-istəməz Nazim Hikməti xatırlayıram. Nazim 
Hikmət  türk  poeziyasına  sərbəst  vəzn  gətirib.  Rəsul  Rza  Azərbaycan  poeziyasında 
sərbəst  vəznin  təməl  daşını  qoyub.  Nazimin  novatorluğu  hay-küylə  qarşılanıb.  Rəsul 
Rzanın da yenilikçiliyi etirazlara səbəb olub. Çoxları belə hesab ediblər ki, sərbəst vəzn 
nəinki  türk,  Azərbaycan,  hətta  bütün  Şərq  poeziyasına  yaddır.  Bu,  əlbəttə,  yanlış 
fikirdir.  
Türk  alimi  İsmayıl  Həbibin  “Sərbəst  ritmik  vəzn”  adlı  bir  əsəri  var.  Tədqiqatçı 
sərbəst  vəzni  təqdir  etməklə  bərabər,  onun  adının  “Sərbəst  ritmik  vəzn”  kimi 
deyilməsini  müvafiq  hesab  edir.  İsmayıl  Həbibin  fikrincə,  əgər  poeziyada  qafiyə,  ritm 
yoxdursa,  həmin  sənət  nümunəsi  poeziya  anlamı  ilə  tərs  mütənasibdir.  Əlbəttə,  burada 
mübahisəli  cəhət  də  var.  Çünki  həm  Nazim  Hikmətdə,  həm  Rəsul  Rzada,  həm  də 
onların  ardıcıllarında  elə  poetik  nümunələr  var  ki,  onların  qafiyəsi  yoxdur,  amma 
musiqisi var, fəlsəfi poetikliyi var. Demək bu, poeziyadır. 
Türkiyədə Nazim Hikmət, Azərbaycanda isə Rəsul Rza ədəbi məktəb yaratmışlar. 
Türkiyədə  Nazim  məktəbinin  davamçıları  Orxan  Vəli,  Məlik  Cevdət  Anday,  Oqtay 
Rıfat,  Azərbaycanda  Rəsul  Rza  məktəbinin  ardıcılları  Əli  Kərim,  Fikrət  Qoca  ,  Fikrət 
Sadıq,  Ramiz  Rövşən,  Vaqif  Səmədoğlu,  Çingiz  Əlioğlu,  Abbas  Abdulla,  Ələkbər 
Salahzadə,  Vaqif  Bayatlı,  Tofiq  Abdin,  Arif  Abdullazadə  və  başqalarıdır.  Nazim 
Hikmətin  və  Rəsul  Rzanın  yaradıcılığına  dərindən  bələd  olmayanlar  vaxtilə  hətta  belə 
bir fikir irəli sürürdülər ki, hecada və əruzda yazmaq çətin olduğu üçün Nazim və Rəsul 
Rza sərbəst vəzni seçiblər. Belə düşünmək, ən azı cahillikdir. Hər iki şairin heca və əruz 
vəznlərində çox gözəl əsərləri vardır. 
Bir  qayda  olaraq,  poeziyada  məzmunun  özü  formanı  yaradır.  Məsələn,  Nazim 
Hikmətin  “Kərəm  kimi”  şeiri  heca  və  ya  əruzda  yazılsaydı,  sərbəst  vəzndəki  ritmi, 
üsyankarlığı,  zənnimcə  əks  etdirə  bilməzdi.  Və  ya  Rəsul  Rzanın  “Rənglər”  silsiləsini 
götürək.  Rəngləri  mənalandırmaq,  onlara  filosof  gözü  ilə  baxmaq,  bəşəri  hissləri 
novatorcasına  tərənnüm  etmək  yeni  vəzn  tələb  edirdi.    Ona  görə  də  Rəsul  Rza 
“Rənglər”i  sərbəst  vəzndə  yaratdı.  Əvvəlcə  haqsız  etirazlarla  qarşılanan,  sonra  isə 


 
84 
müəllifinə  çox  böyük  dəyər  qazandıran  “Rənglər”  Azərbaycan  poeziyasında  sərbəst 
vəznin ən gözəl nümunəsidir. 
Hər iki şairin poetik duyumları yenidir: 
“Od nə çəkdi, küldən soruş! 
...Hansı şeirim, 
Hansı sözüm 
Yaşayacaq məndən sonra? 
Mən bilmirəm, 
Eldən soruş!” 
(Rəsul Rza) 
Şiirlər yazarım, basılmaz, 
basılacaklar ama. 
Bir mektup beklerim, müjdeli 
belki de öldüyüm gün gelir mutlaka gelir ama 
Ne devlet, ne para 
insanın emrinde dünya 
belki yüz yıl sonra olsun 
mutlaka bu böyle olacak ama. 
(Nazim Hikmət) 
Mən Nazim Hikmət yaradıcılığı ilə məşğul olduğum gündən Rəsul Rza poeziyasını 
da  diqqətlə  izləmiş,  yazılarımda  Nazim  Hikmət  və  Rəsul  Rza  poeziyası  haqqında  ürək 
sözlərimi demişəm. Ümumiyyətlə, başqa yazılarımda da dediyim kimi, Nazim Hikmətlə 
Rəsul  Rza  yaradıcılığının  müqayisəli  təhlili  ciddi  tədqiqat  işinin  mövzusudur.  Güman 
edirəm ki, bu mövzunu tədqiqatçılarımız gələcəkdə işləyəcəklər.  
Həmişə  sərbəst  vəzndən  söz  düşəndə  Bəxtiyar  Vahabzadənin  Rəsul  Rzaya  həsr 
etdiyi  bir  şeiri  xatırlayıram.  Bəxtiyar  Vahabzadə  Rəsul  Rzaya  müraciətlə  deyirdi  ki, 
yazırlar,  qafiyələrin  bir-birindən  uzaqdır,  əli  əlinə  çatmayan  cənublu  qardaşın  tək! 
Bəxtiyar Vahabzadə Rəsul Rza yaradıcılığına necə də sərrast qiymət vermişdir. Amma 
çox  təəssüf  ki,  vaxtilə  bəzi  cızmaqaraçılar  Rəsul  Rza  poeziyasını  bəyənmirdi.  Rəsul 
Rzanın “ədəbi mığmığalar” adlandırdığı bu “qələm sahibləri”ni, Anar, Rəsul Rzaya həsr 


 
85 
etdiyi  “Mübarizə  bugün  də  var”  kitabında  açıq-aydın  göstərmişdir.  Yəqin  ki,  bugün 
həyatda sağ  olan,  yaşayan həmin  “şair” və  ya “tənqidçilər” bu kitabı  oxuyublar, Mirzə 
Ələkbər Sabir demişkən, “ayinədə” özlərini əyri görüblər. 
Nazim  Hikmət  1957-ci  ildə  Azərbaycana,  Bakıya  gəldi  və  onunla  Rəsul  Rza 
arasında  möhkəm  dostluq  yarandı.  (Nazim  Hikmət  1921-ci  ildə  yolüstü  Bakıda 
olmuşdu. Qatar 6 saat stansiyada dayanmışdı.) 1927-ci ildə Bakıya gələndə Rəsul Rza 
ilə  görüşməmişdi.  Amma  Rəsul  Rza  Nazim  şeirləri  ilə  tanış  idi,  onun  zindandakı 
həyatını izləyirdi. Sonralar Nazim Hikmətlə Rəsul Rza dostluğunun bəhrələri-bir-birinə 
həsr  olunmuş  şeirlər,  məqalələr  bu  iki  sənətkarı  daha  da  yaxınlaşdırdı.  1963-  cü  ildə 
Nazim  Hikmət  gözlərini  həyata  əbədi  yumanda  Rəsul  Rza  şairlə  vida  mərasimində 
Azərbaycan  yazıçılarını  təmsil  etdi.  Həm  Rəsul  Rza,  həm    onun  ömür  dostu  Nigar 
Rəfibəyli  Nazim  haqqında  ölməz  sənət  nümunələri  yaratdılar.  Rəsul  Rza  ömrünün 
sonuna qədər Nazim Hikmətə hələ bu dünyada var olan, yaşayan insan kimi baxdı. 
Rəsul  Rza  da  Nazim  Hikmət  kimi  milli  şair  idi.  Onun  milliliyi  təkcə  poeziyası 
üçün səciyyəvi deyildi. Rəsul Rza həm Azərbaycan Ensiklopediyasının başında olanda, 
həm  Kinematoqrafiya  Komitəsinə  rəhbərlik  edəndə,  sözün  yaxşı  mənasında,  milliyətçi 
idi, xalqını sevən idi, varlığı ilə  ona bağlı olan bir şəxsiyyət idi. Yadıma gəlir, radioda 
işlədiyim illərdə bir əməkdaşımız vardı, savadlı adam idi, amma təəssüf ki, intriqaçı idi, 
adamlar  arasında  narazılıq,  çaxnaşma  salmağı  sevirdi.  Bir  gün  bunu  Rəsul  Rzanın 
başçılıq  etdiyi  Ensiklopediyaya  işə  dəvət  etdilər.  Amma  o,  radio  ilə  əlaqəni  üzmürdü, 
gəlib  gedirdi,  hər  dəfə  də  radionun  koridorlarında,  otaqlarında  Rəsul  Rzanın  qarasına 
danışır,  deyirdi:  “Ay  qardaş,  heç  bilirsiz  Rəsul  Rza  ensiklopediyaya  kimləri  salıb? 
Əhməd  bəy  Ağayevi,  Əli  bəy  Hüseynzadəni,  Əliağa  Şıxlinskini”.  Çoxları  onu  sadəcə 
dinləyirdi, içərilərində ona etiraz edənlər də olurdu.  
Nazim  Hikmət  öz  şeirlərinin  birində  belə  tör-töküntülərə  “əqrəb  kimisən”  deyirdi 
və şeirini belə bir fikirlə bitirirdi ki, “sən qoyunları ölümə aparan  sallaqxana təkəsisən 
və bu dünyada nə bədbəxt hadisə baş verirsə, hamısı sənin üzündəndir”. 
Mən  yenə  xalq  yazıçısı  Anarın  kitabına  qayıdıram.  Hələ  bugünə  qədər  Rəsul  Rza 
haqqında  belə  monumental  əsər  yaranmayıb.  Bu  ədəbi  tənqidimiz  üçün  bir  nümunə 
olmalıdır.  Rəsul  Rzanın  həyatı,  taleyi,  keçirdiyi  ağrılar,  eyni  zamanda,  ona  göstərilən 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə