Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə27/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   23   24   25   26   27   28   29   30   ...   76

 
90 
Əkbəri düşünəndə bir şeyə təəssüflənirəm. Onun Nazim Hikmət haqqında yazdığı 
iri həcmli kitabı rus və türk dillərində nəşr olunsa da, hələ azərbaycanca çıxmayıb. Hələ 
onun  elmi  məqalələrini,  gözəl  publisistik  yazılarını  demirəm.  Əkbər  çox  təvazökardı. 
Özü  haqda  bir  söz  deməz,  kimsəyə  ağız  açmazdı.  Fikirləşirdi  ki,  əgər  əsərinin  dəyəri 
varsa,  öz-özünə  yol  açacaq.  Heç  vaxt  özü  haqda  “mən  aliməm”,  yaxud  “elmlər 
namizədiyəm”  deməzdi.  Deyərdi  eləcə  tədqiqatçıyam.  “Mavi  gözlü  dev”in  dostu  belə 
deyərdi.  Əkbər  Babayev  Nazim  Hikmətin  Bolqarıstanda  işıq  üzü  görmüş  8  cildlik 
əsərlərinin  də  tərtibçisi,  redaktoru  və  ön  sözünün  müəllifi  idi.  Ön  sözdə  o,  Nazim 
Hikmət sənətindən şairin öz fikirləri fonunda söhbət açmış, şərhlərini və xatirələrini əks 
etdirmişdir. 
İllər  yaman  tələsir.  Biz  də  gərək  tələsək.  Amma  gərək  yaxşı  adam  kimi  yaşayaq 
ömrümüzü. Əkbər kimi yaxşı insanları da unutmayaq, xalqımıza tanıdaq. Bütün ömrünü 
N.Hikmət  yaradıcılığının  tədqiqinə  həsr  etmiş  Əkbər  Babayevin  həyatının  və  elmi 
fəaliyyətinin  ciddi  tədqiqata  ehtiyacı  var.  Belə  bir  tədqiqat  işi  həm  Nazim  Hikmətin, 
həm də Əkbərin xatirəsinə böyük hörmət və diqqət olardı. 
 
“Ədəbiyyat qəzeti”, 11 dekabr 1987. 
 
 


 
91 
Anar: “Kərəm kimi” 
 
Səhv etmərəm desəm ki, bu gün Azərbaycanda Nazim Hikmət haqqında ən çox söz 
demək haqqı Anara məxsusdur. Çünki Anar Nazim Hikməti olduğu kimi tanıyan, Rəsul 
Rza və Nigar Rəfibəylinin bu böyük sənətkarla söhbətlərinin canlı şahidi  olmuş, şairlə 
dəfələrlə  görüşmüş  məşhur  qələm  sahibidir.  Anarın  bu  yaxınlarda  Türkiyədə  nəşr 
olunmuş  “Nazim  Hikmət.  Kərəm  kimi”  adlı  çox  dəyərli  əsərini  oxuduqdan  sonra  bu 
fikrimdə haqlı olduğumu bir daha yəqin etdim.  
Kitabı türk dilinə çevirən İmdat Avşar ön sözdə, Anarı “təkcə Azərbaycanın deyil, 
türk dünyasının da çox böyük yazıçısı” hesab etməkdə haqlıdır. Mən bu dəqiq fikrə bir 
əlavə də edərdim: “Anar həm də çox ciddi tədqiqatçı-alimdir.” Bir neçə il bundan əvvəl 
Anara  filologiya  elmləri  doktoru  adı  veriləndə  bunu  qəlbən  təqdir  edənlərdən  biri  də 
mən  oldum.  Çünki  Anarın  ədəbiyyatşünaslığa  dair  məqalələrində  problemlərə 
münasibət, hər hansı bir əsərin təhlili, hər şeydən əvvəl alim mülahizəsi, alim sözüdür. 
Bu  fikirləri  onun  Türkiyədə  nəşr  olunmuş  “Nazim  Hikmət.  Kərəm  kimi”  kitabı 
haqqında da demək olar. 
Anarın  adı  çəkilən  kitabı  çox  gərgin  elmi-tədqiqat  işinin  bəhrəsidir.  Müəllif 
Türkiyədə,  Azərbaycanda,  Rusiyada  Nazim  Hikmət  haqqında  çap  olunmuş  kiçik 
məqalələrdən  tutmuş  iri  həcmli  əsərlərə  qədər  bütün  tədqiqat  işlərini,  habelə  xatirə 
kitablarını  əldə  etmiş,  onlara  münasibətini  bildirmişdir.  Bunların  içərisində  Vala 
Nurəddinin,  Zəkəriyyə  Sərtəlin,  Səbihə  Sərtəlin,  Mehmet  Fuadın,  Şevket  Sürəyya 
Aydəmirin, Orxan Kamalın, Kamal Sülkerin və başqa qələm sahiblərinin əsərləri vardır. 
Hələ  sovet  dönəmində  (şairin  ölümündən  sonra)  Türkiyədən  kim  Azərbaycana  qədəm 
basırdısa,  Nazim  Hikmətlə  maraqlanırdı.  İlk  olaraq  Rəsul  Rzanı,  Anarı  axtarıb  tapırdı. 
Bu da təbii idi. Rəsul Rza ailəsi üçün Nazim Hikmət çox doğma idi.   
Mən  bu  əsər  haqqında  ürək  sözlərimi  ona  görə  “Nazim  Hikmət  qalaktikası” 
kitabıma  salmışam  ki,  bu  tədqiqat  işi  Nazim  Hikmətin  mühitini  və  həyatını  bütün 
çalarları  ilə  göz  önündə  canlandırır.  Burada  şairlə  bağlı  bütün  qaranlıq  nöqtələrə 
aydınlıq  gətirilib.  Nazimin  əsil-nəcabəti,  taleyi,  gənclik  illərində  Moskvaya  gəlişi, 
həbsxana  həyatı,  məhəbbət  macəraları,  qadınları,  Türkiyədən  məcbur  olub  Sovetlərə 


 
92 
gəlişi,  ömrünün  son  günləri  –  bütün  bunlar  konkret  fakt  və  dəlillərlə  əks  etdirilib. 
Xüsusən,  Nazimin  ana  tərəfdən  ulu  dədəsi  rəssam  olmuş  polşalı  Konstantin  Borjenski 
haqqında  məlumat  çox  maraqlıdır  və  yalanları  təkzib  edir.  Anar  yazır:  “Bəzi  Nazim 
əleyhdarları  onun  hətta  yəhudi  olduğunu  iddia  edir  və  bunun  üçün  Nazimi  də  yəhudi 
hesab  edirlər.  Hətta  birisi  “yəhudi  şəhəri(?!)  Salonikdə  doğulan  yəhudi  Nazim” 
deyərkən,  Mustafa  Kamalın  da,  o  zamanlar  Osmanlı  imperatorluğu  sərhədləri  içində 
qalan bu Yunan şəhərində anadan olduğunu unudur.  
...Amma  Vala  Nürəddin  və  Əkbər  Babayevin  yazdıqlarına  görə,  Konstantin 
Borjenski  təəssüf  ki,  yəhudi  deyil,  hətta  Slav  da  deyil,  Qaqauzdur.  Yəni  qədim  türk 
qövmindən, Göy oğuzlardandır. Bəlkə də sırf bu üzdən  Vala Nurəddin, Nazim Hikmət 
haqqında belə yazır: “İrqçilərə bildirirəm ki, Nazim türk əsillidir.” 
N.Hikmətin  taleyi  ilə  bağlı  aydınlıq  gətiriləsi  məqamlardan  biri  də  şairin 
həbsxanadan  buraxıldıqdan  sonra  məcbur  olub  Sovetlər  Birliyinə  gəlməsi  ilə  bağlıdır. 
“Nazim  məmləkətindən  qaçdı”  deyə  şairi  bu  gün  də  həm  Türkiyədə,  həm  də 
Azərbaycanda ittiham edənlər var. Anar bu haqda yazır: “Məşhur jurnalist İlhan Səlcuq 
“Nazim  qaçmasaydı,  öldürüləcəkdi”,  -  deyir.  Elələri  də  var  ki,  “kaş  qaçmasaydı, 
öldürülsəydi.  Nazim  üçün  daha  yaxşı  olardı”,-  deyirlər.  Bu  həyatsevərlərdən(!)  birinə 
Nazim “dostum, sən heç öldünmü?”- deyə sormuş.  
...İlhan  Səlcuq  bunu  da  əlavə  edir  ki,  “Türkiyə  qəribə  bir  ölkədir.  Burada 
Amerikaya qaçmaq vətənsevərlik sayılır, Rusiyaya qaçmaq xainlik.” 
Kitabda  həmyerlimiz,  Nazim  Hikmətin  və  Rəsul  Rza  ailəsinin  yaxın  dostu  olmuş 
Əkbər  Babayev  haqqında  yazılanlar  da  çox  maraqlıdır.  Ə.Babayevi  şəxsən  tanımış  və 
onun  xeyirxahlığını  heç  zaman  unutmayan  bir  insan  kimi  onu  deyə  bilərəm  ki,  Əkbər 
müəllimin  həyatı  və  fəaliyyəti  ayrıca  bir  elmi-tədqiqat  mövzusudur.  Anarın  kitabında 
Əkbər Babayev haqqında verilmiş məlumat şübhəsiz ki, həm Azərbaycan, həm də türk 
oxucuları üçün çox böyük əhəmiyyət kəsb edir. 
 Ümumiyyətlə, kitabda Nazim Hikmətlə Azərbaycanın bağlılığı məsələlərinə geniş 
yer  verilmişdir.  N.Hikmətin  1927-ci  ildə  Bakıya  gəlişi,  1928-ci  ildə  onun  ilk  şeirlər 
kitabı  olan  ”Günəşi  içənlərin  türküsü”nün  Bakıda  nəşri,  otuz  il  sonra  yenidən 
Azərbaycanın  qonağı  olması,  Mikayıl  Rəfili,  Süleyman  Rüstəm,  Rəsul  Rza  və  Səməd 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə