Aqşin Babayev



Yüklə 2,6 Mb.
Pdf görüntüsü
səhifə26/76
tarix16.08.2018
ölçüsü2,6 Mb.
#63569
1   ...   22   23   24   25   26   27   28   29   ...   76

 
86 
qayğı bu salnamə səciyyəli əsərdə öz bədii əksini tapmışdır. Kitabda Rəsul Rzanın ağır 
günlərində,  çətin  dəqiqələrində  ona  böyük  qayğı  göstərən  Ulu  öndərimiz  Heydər 
Əliyevə  minnətdarlıq  hissləri  duyulur.  Anar  müəllim  bütün  bunları  real  şəkildə, 
obyektiv  əks  etdirmişdir.  Burada  mənim  bayaqdan  söz  etdiyim  Rəsul  Rza  və  Nazim 
Hikmət dostluğu da öz geniş əksini tapıb. 
Rəsul  Rzanın  “Çinar”  şeiri  var,  Nazimin  “Ceviz  ağacı”.  “Çinar”  Azərbaycanda, 
“Ceviz ağacı” Türkiyədə bu iki nəhəng sənətkarlarımızın ölməz rəmzləridir. Kökü Ana 
torpağın dərinliklərinə bağlı çinarlar, ceviz ağacları var olduqca, xalqlarımız  yaşadıqca 
Rəsul Rza da, Nazim Hikmət də yaşayacaqlar . Əbədi olaraq! 
 
“Ədalət” qəzeti,  26 oktyabr 2002.  


 
87 
“Mavi gözlü dev”in dostu Əkbər Babayev 
 
 
İllər  yaman  tələsir.  Nə  Nazim  Hikmət  həyatdadır,  nə  də  onun  əsərlərinin 
mahir tədqiqatçısı, tərcüməçisi Əkbər Babayev. Xatirələr qalıb ancaq. Nazim  haqqında 
çox  yazılıb.  Əkbər  haqqında  yox.  Yadımda  qalan  Əkbər  üçün  xalq  şairimiz  Rəsul 
Rzanın böyük səmimiyyətlə yazdığı essedir. Adı də “Bizim Əkbər”di. 
Əkbərin  nekroloqu  üçün  Bakıda  şəkli  tapılmırdı.  Qəzetdən  mənə  zəng  vurdular. 
Məndə  bir  fotoşəkil  vardı.  Əkbər  Babayev  ortada,  bir  tərəfində  Arif  Məlikov,  bir 
tərəfində də mən. Həmin fotonu göndərdim. Qəzetin fotoqrafçısı sağ olsun. Üç nəfərin 
arasından  Əkbərin  şəklini  ustalıqla  ayırdı,  çapa  verdi.  Vəssalam.  Bununla  da  hər  şey 
bitdi. Nazim Hikmətin xatirə günlərində kimin yadına düşdüsə, adını çəkdi Əkbərin. Bu 
sözləri  yazanda  Əkbər  Babayevin  dediklərini  xatırlayıram:  “Azərbaycan  mətbuatında 
bəzən  Nazim  Hikmət  sənətindən  söz  açan  elə  qəribə  yazılara  və  imzalara  rast  gəlirəm 
ki, təəccüb edirəm. Düzdür, Nazim Hikmət haqqında hamı yaza bilər. Amma burda bir 
mənəvi haqq məsələsi də var. Bunu unutmaq  olmaz. Bir də Nazim haqda  yazanda heç 
olmasa onun başına gələnləri biləsən gərək. Hələ mən başqa mətləbləri demirəm”. 
Əkbər  ipək  kimi  yumşaq  təbiətliydi,  amma  elmi  mübahisələrdə  sərtdi. 
Doktorluğunu  müdafiə  eləmədi.  Əsəri  hazırdı.  Doktorluq  işi  hazır  olmasaydı  belə  onu 
türk ədəbiyyatına, xüsusən Nazim Hikmətə, Səbahəddin Əliyə, Orxan Kamala və başqa 
sənətkarlara  həsr  etdiyi  elmi  əsərlərinə  görə  diplomsuz  doktor  adlandırmaq  olardı. 
Əkbər  çox  tələbkardı.  Özünə  qarşısa  lap  çox,  hətta  amansızca  tələbkardı.  Mən 
Moskvada  olarkən  ona  deyəndə  ki,  Əkbər  müəllim,  sizin  kitabxanadakı  namizədlik 
dissertasiyanızı  oxudum,  qanı  bərk  qaraldı.  “Nahaq  oxudun,  Aqşin”  –  dedi,  “zəif 
əsərdir”.  Halbuki  Əkbərin  dissertasiyası  Nazim  Hikmət  haqqında  yazılmış  ilk  və  çox 
sanballı  tədqiqat  işi  idi.  Doktorluğunu  soruşanda  deyərdi:  “Hazır  deyiləm.  Hələ 
işləyirəm. Bir də ki, hara tələsirəm. Ömür vəfa edər”. 
Amma ömür vəfa eləmədi, yarımçıq  qaldı hər şey. Əkbər bizdən erkən ayrıldı. 
Ölümün xəbər atı çaparaqdır. Əkbərin cənazəsini Gəncəyə gətirmişdilər. Biz də bir 
göz qırpımında gəlmişdik onun doğma yuvasına. Sən demə, onu istəyən çox imiş. Dəfn 
mərasimində  xeyli  danışan  oldu.  Hamı  da  gözü  yaşlı.  Mənim  də  sözüm  vardı. 


 
88 
Bacarmadım.  Son  borcumu  verə  bilmədim.  Boğazımda  bir  parça  qəhər  daşı  vardı. 
Qoymadı  danışam.  Beləcə  son  mənzilə  yola  saldıq  Əkbəri.  Bakıya  dönərkən  dəfn 
mərasimində  söz  deyənlərin  tez-tez  “yaxşı  insan”,  “işıqlı  şəxsiyyət”  ifadələrini 
xatırlayırdım. 
Hamı bilir ki, bu “yaxşı adam” ifadəsi nə qədər sadə görünsə də, mənası böyükdür. 
İnsanlara təmənnasız kömək eləyən, özündən kəsib başqasına verən, şəxsi işini buraxıb 
ehtiyacı  olanlara  qayğı  göstərən  adamların  sayı  azaldıqca  “yaxşı  adam”  ifadəsinin  də 
qiyməti artır. Bu söz bir o qədər də sadə görünmür. 
Bəli, Əkbər yaxşı adamdı. İndi, mən yaşa dolduqca bunu daha aydın başa düşürəm. 
1961-ci ildi. Azərbaycan radiosunda- türk şöbəsində işləyirdim. Universitetdə türk 
ədəbiyyatı  üzrə  qiyabi  aspiranturada  oxuyurdum,  Nazim  Hikmətdən  yazırdım. 
Moskvaya  uzun  müddətli  ezamiyyətə  gəldim.  Burada  təhsil  alan  dostum  Yavər 
Eyvazovdan  Əkbər  Babayevin  telefonunu  öyrəndim,  zəng  vurdum.  Nazim  Hikmətlə 
görüşmək  istədiyimi  bildirdim.  Əkbər  məni  evlərinə  dəvət  elədi.  “Səhər  doqquzda 
gözləyirəm”-dedi.  Səhərisi  evini  çətinliklə  tapdım.  Sən  demə,  məni  səhər  yeməyinə 
gözləyirmiş. 
-Niyə belə gec? 
-Evi tapa bilmirdim. 
-Eybi  yox.  Otur  çay  içək.  Sonra  gedək  instituta  (o,  işlədiyi  Asiya  Xalqları 
institutunu nəzərdə tuturdu). Səni Moskvalı türkşünaslarla tanış edəcəyəm. 
-Bəs Nazim Hikmətlə... nə vaxt... 
Cümləni bitirə bilmədim. Qorxdum ki, deyə heç vaxt. 
Amma özümü o yerə qoymadım. Sən demə Əkbər təhər-tövrümdən hiss eləyibmiş 
ki, nəsə özümdə deyiləm. Yenə çay gətirdi, gülə-gülə: 
- İç, gedək - dedi. Yolçu yolunda gərək. 
Yol boyu türk ədəbiyyatından danışırdıq. Mən elə güman edirdim ki, Əkbər yalnız 
müasir  ədəbiyyatı  yaxşı  bilir.  Belə  deyilmiş.  Klassik  türk  poeziyasından  məhəbbətlə 
danışır, əzbər bildiyi parçaları həvəslə izah eləyirdi. Mənimsə fikrim-zikrim elə Nazim 
Hikmətin yanındaydı. Nə yaxşı ki, Əkbər də bunu hiss eləmişdi. İnstituta çatanda dedi: - 


 
89 
Yaxşı,  -  zəng  edərəm  Nazim  Hikmətə,  imkan  olsa,  gedərik.  Amma  çox  oturmarıq, 
yaxşı? 
-Yaxşı, - dedim. 
Mənimçün  bundan  böyük  sevinc  ola  bilməzdi.  Əkbər  əvvəlcə  məni  moskvalı 
türkşünaslarla tanış  elədi. Çox səlis ruscası vardı Əkbərin. Sonra Nazim Hikmətə zəng 
vurdu.  Türkcəsinə  heyran  oldum.  Fəxr  elədim  Əkbərlə.  Öz  ana  dilini  də  gözəl  bilirdi, 
rusu, türkü də. Hər üç dildə eyni səviyyədə yazırdı, danışırdı. 
Əkbər  Nazim  Hikmətlə  telefonla  danışdı.  Nazim  bizi  gözləyirdi.  Getdik. 
Görüşdük. 
O gündən etibarən Əkbər Babayev məni evinə təkidlə dəvət eləyir, süfrə açırdı. Bir 
yerdə  teatr  tamaşalarına baxır, Nazim Hikmətlə müxtəlif görüşlərdə iştirak  edirdik. Bu 
görüşlərin  faydası  haqda  danışmıram.  Çünki  sözüm  Əkbərdəndir.  İndi  fikirləşirəm  ki, 
onun axı nəyinə  lazımdı bu. Öz işi  başından aşırdı. Elmi əsərləri, tərcümələri, Moskva 
radiosunda  Türkiyə  üçün  hazırladığı  xüsusi  proqramlar  və  hər  şeydən  əvvəl,  Nazim 
Hikmətlə birgə fəaliyyəti. Əkbər bu böyük sənətkarın sağ əliydi. Nazim onu oğlu kimi 
sevirdi.  Bunu  qısqananlar  da  vardı.  Nazim  Hikmət  haqqında  ilk  dissertasiya  müdafiə 
edən Əkbərdi. Böyük sənətkar da öz kitabını Əkbər Babayevə  verəndə avtoqraf olaraq 
“Beni bana tanıtana”yazmışdı. 
İndi  bütün  olub  keçənləri  göz  önünə  gətirəndə  başa  düşürəm  ki,  Əkbərin  böyük 
ürəyi vardı. O, məncil, yalnız özünü düşünən deyildi. Ürəyinin nurunu, işığını insanlara 
təmənnasız paylayardı. Və bundan dünyaca zövq alardı... 
Bakıya qonaq  gələn türklər  tez-tez məndən soruşurdular:  “Soyadınız birdir,  yoxsa 
Əkbər  Babayevlə  qohum-qardaşsınız?”  “Qardaşdan  da  artığıq”-  deyirdim  və  bu  sözlə 
fəxr edirdim. 
Əkbəri Azərbaycanda tükşünaslığın vəziyyəti çox maraqlandırırdı. Tez-tez Bakıya 
gələr, ya rəhbəri, ya da opponenti olduğu türkşünasların irəliləyişi, inkişafı üçün əlindən 
gələni  əsirgəməzdi.  Əkbər  qalın-qalın  dissertasiyalar  oxuyur,  Orta  Asiyadan, 
Azərbaycandan  göndərilmiş  türk  ədəbiyyatına  dair  əsərlərə  rəy  verirdi.  Belə  rəylərdən 
birini də mənim üçün yazmışdı. 


Yüklə 2,6 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə