140
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Maraqlıdır ki, Ermənistanın bütün təkidlərinə baxmayaraq, Mehri
SES-in inşası uzun müddət məhz İran tərəfindən qeyri-müəyyən müddətə
uzadılır, lakin rəsmi Tehran və Bakı arasındakı münasibətlərdə müəyyən
gərginlik yaranan kimi dərhal yenidən siyasi müstəviyə çıxarılırdı.
Çünki, həmin layihənin reallaşması Araz çayının Azərbaycana daxil olan
hissəsində suyun səviyyəsinin kəskin şəkildə aşağı düşməsinə, əhalinin
və kənd təsərrüfatı obyektlərinin şirin su ilə təminatının pisləşməsinə,
sahilboyu ərazilərin ekoloji fəlakətə məruz qalmasına səbəb olacaqdır.
Rəsmi Tehranı stansiyanın tikintisi ilə əlaqədar qəti qərar verməkdən uzun
müddət çəkindirən əsas amil isə Mehri SES-in istismarından sonra İranın
Azərbaycanla həmsərhəd bölgələrinin də gələcəkdə eyni problemlərlə
üzləşməsi idi. Bu baxımdan, həmin əraziləri təmin etmək məqsədilə
alternativ enerji və su mənbələrinin axtarışı İran İslam Respublikasının
diqqətini çəkməyə bilməzdi. Nəticədə, 2001-ci il müqaviləsinin
şərtlərinə yenidən baxılmış və 2007-ci il mart ayının 19-da Araz çayının
hər iki dövlətə aid hissələrində Mehri
(Ermənistan) və Qaraçılar
(İran) Su
Elektrik stansiyalarının inşasına dair yeni sənəd qəbul edilmişdir. 2011-ci
ildə imzalanmış memorandum isə bir daha göstərdi ki, İran transsərhəd
Araz çayının su ehtiyatlarının qonşu dövlətlərlə razılaşdırılmamış
istifadə olunmasında, hasil ediləcək elektrik enerjisinin istismarında və
Azərbaycana qarşı hidrosiyasət imkanlarının tətbiqində təşəbbüsü ələ
almışdır. Məsələn, ortaq layihənin texniki-iqtisadi əsaslandırılması İranın
«Mahab-Qods», tikinti-quraşdırma işləri isə
«Sanir» şirkətinə həvalə
olunacaqdır. Birgə fəaliyyətin əlaqələndirilməsini, tikinti-quraşdırma
işlərinə nəzarəti isə İran-Ermənistan Texniki Komitəsi icra edəcəkdir.
Müqavilənin şərtlərinə görə, ümumi smeta dəyəri 323 milyon ABŞ
dolları olan Mehri və Qaraçılar stansiyalarının tikintisi İranın investisiya
şirkətləri tərəfindən maliyyələşdiriləcəkdir. Tikinti işlərini 2017-ci ildə
başa çatdırmaq nəzərdə tutulmuşdur. Bundan başqa, hər iki stansiya
istifadəyə verildikdən sonra 15 il ərzində İİR-in
«Fərat-Sepasat» şirkəti
tərəfindən istismar olunacaq, əldə edilən elektrik enerjisi İranın yaşayış
məntəqələrinin və sənaye müəssisələrinin istifadəsinə yönəldiləcəkdir.
İran investisiya şirkətlərinin vəsaiti tam ödənildikdən sonra Mehri
stansiyası Ermənistan Respublikasının
mülkiyyətinə veriləcəkdir
136
.
136 «Республика Армения», № 040 (963), 08, 2012