142
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
ödənilməsinə yönəldilməsi məlum olmuşdur. Ermənistanın qaz təminatı
isə yenə də Rusiyadan asılı olaraq qalır. Yeni elektrik stansiyaları ilə bağlı
vəziyyət də bu durumdadır. Layihənin sözdən əmələ keçməsi isə uzadılır.
Həqiqətən də, 2012-ci ilin mart ayında Ermənistan prezidenti mətbuat
xidmətinin tikinti işlərinə bu il iyun ayının 15-dən başlanmasına dair İran
hökuməti ilə razılıq əldə olunması ilə bağlı məlumatı sonralar yerli kütləvi
informasiya vasitələrində rəsmi təməlqoyma mərasiminin başqa vaxta
keçirilməsi haqqında xəbərlə əvəzlənmişdir.
2009-cu ilin yekunlarına dair statistik məlumatların təhlili göstərir
ki, İran və Ermənistan arasında iqtisadi əlaqələrin, o cümlədən
energetika sahəsində əməkdaşlığın yüksələn xətlə inkişaf etməsi
haqqında rəsmi Yerevanın deklarativ bəyanatları həqiqətə söykənmir.
Ermənistanın bütün səylərinə baxmayaraq, İran İslam Respublikası
onun iqtisadiyyatında əhəmiyyətli rol oynaya bilməmişdir. Belə ki,
Ermənistanın ixrac əməliyyatlarında İran cəmi 4,7% paya malik olan
9-cu ölkədir. İşğalçı dövlətin idxalında isə İİR-in xüsusi çəkisi 4,9%-ə
bərabərdir və sırada 6-cı yerlə kifayətlənir
138
. Mütəxəssislərin fikrincə,
dünyada elektrik enerjisinin istehsalına görə 19-cu, istehlakına görə
isə 20-ci yerdə olan İran İslam Respublikasının Mehri və Qaraçılar
Su Elektrik stansiyalarının tikintisinə vəsait ayırması iqtisadi
zərurətlə izah oluna bilməz. O da nəzərə alınmalıdır ki, İran elektrik
enerjisindən ən səmərəsiz istifadə edən ölkələr sırasındadır və hasil
olan enerji istehlakçılara çatdırılana qədər onun 18,5% itkiyə gedir.
Digər tərəfdən, regiondakı hidroloji şərait də burada yeni hidrotexniki
qurğuların tikintisinin məqsədəuyğun olmadığını sübuta yetirən təbii
amillərdəndir. 2007-2008-ci illərdə baş vermiş güclü quraqlıq Araz
çayı üzərində yeni stansiyaların inşasının və istismarının olduqca riskli
layihə olduğunu göstərmişdir. Çaylarda suyun səviyyəsinin azalması
mövcud su elektrik stansiyalarının işində fasilələrin yaranmasına səbəb
olmuşdur
139
. Buradan belə bir məntiqi qənaətə gəlmək olar ki, iqtisadi
baxımdan əlverişsiz və perspektivsiz sayılan həmin layihələrin nə vaxtsa
reallaşması böyük şübhə altındadır. Bu mövzunun vaxtaşırı gündəmə
gətirilməsi, lakin hələ də niyyət səviyyəsindən çıxa bilməməsi isə onun
138 Export and import of the Republik
of Armenia by countries, 2010, http//www.armstat.am/
file/dok/99461633.pdf
139 А.Зульхарнеев. «Энергетические интересы Ирана в Каспийском регионе», Индекс
Безопасности, №2, 2009
143
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
«ortaq siyasi layihə» olduğunu, İran və Ermənistanın hidroloji təhdid
imkanlarının Azərbaycana nümayiş etdirilməsi xarakteri daşıdığını
göstərir. Bu «siyasi layihədə» İranın məqsədi Ermənistanın Türkiyə
və Azərbaycana qarşı düşmənçilik fəaliyyətindən, ərazi iddialarından,
Dağlıq Qarabağ münaqişəsinin həllinin məqsədli şəkildə uzadılması
imkanlarından yararlanmaqla onlar arasında siyasi və hərbi-siyasi
qarşıdurmanı dərinləşdirmək, regionda «lider dövlət» iddialarını
təmin etməkdir
140
.
Araz çayından Urmiyə gölünə kanal çəkilişi. 1999-cu ildən etibarən
qurumaq təhlükəsinə məruz qalan Urmiyə gölü problemi bu gün İranın
həm daxili, həm də xarici siyasət məsələsinə - rəsmi Tehran və Yerevanın
Azərbaycan Respublikasına qarşı yürütdüyü ortaq hidrosiyasətin aparıcı
elementinə çevrilməkdədir. Xatırladaq ki, dəniz səviyyəsindən 1275 metr
yüksəklikdə yerləşən Urmiyə gölü indi dünyanın ən duzlu təbii su
hövzələrindən biri sayılır. Uzunluğu 140, eni 40-55 kilometrə, dərinliyi
isə 5-16 metrə çatan göl hazırda ilkin sahəsinin 65%-ni itrmiş, qalan su
ehtiyatının hər litrində 330 qram duz toplanmışdır. Urmiyə Ətraf Mühitin
Mühafizəsi Agentliyinin qənaətinə görə, gölün su ehtiyatlarının bərpasına
yönəldilmiş təxirəsalınmaz tədbirlər görülməzsə, yaxın 3-7 il ərzində
onun ərazisi 4 min kvadrat kilometrlik duz səhrasına çevriləcəkdir
141
.
Nəticədə, küləyin ətrafa yaydığı 10 milyon ton duz region dövlətlərinin,
o cümlədən Azərbaycan Respublikasının yaşayış məntəqələri, əkin
sahələri və su hövzələri üçün əsl fəlakətə çevriləcək, gölün ətrafında
yaşayan və əksər hissəsi etnik azərbaycanlılardan ibarət olan 13
milyonluq əhali məskunlaşdığı əraziləri tərk etmək məcburiyyətində
qalacaq, regionun etnomədəni mənzərəsi nəzərəçarpacaq dərəcədə
dəyişəcəkdir. İranın Milli Okeanoqrafiya İnstitutunun prezidenti Vahid
Çegeni İRNA agentliyinə verdiyi müsahibədə bildirmişdir ki, Urmiyə
gölünün quruması ilə İran ərazisinin dörddə-biri - Mazandaran, Gilan,
Zəncan, Şərqi Azərbaycan, Qərbi Azərbaycan vilayətləri ekoloji fəlakətlə
üzləşəcəkdir. Rəsmi statistikaya əsasən, indiyədək göl səthinin 70%-i
qurumuş, bir litr suda duzun miqdarı 400 qrama çatmışdır
142
.
140 V.Qasımlı, Z.Şiriyev, Z.Vəliyev. «İran-Ermənistan münasibətləri: geosiyasi reallıq,
siyasi id-
dialar», Bakı, 2011
141 http://www.milli.az/news/iran/26949.html
142 «Высыхание озера Урмия грозит Ирану песчаными и соляными бурями», http://www.
trend.az/news/society/2109889.html
144
HİDROBÖHRAN, HİDROMÜNAQİŞƏLƏR VƏ HİDROSTRATEGİYA
Urmiyə gölü əvvəllər və indi
İran hökuməti Urmiyə gölünün su ehtiyatlarının bərpası məqsədilə
bir neçə variant işləyib hazırlamışdır:
İranın Qərb hissəsindəki çayların su ehtiyatlarından qənaətlə istifadə
etməklə kiçik çayların axarını və ölkənin Şərq ərazilərindəki yeraltı su
hövzələrini Urmiyə gölünə istiqamətləndirmək;
Türkiyə ərazisindəki Van gölündən magistral su kəməri çəkmək;
Xəzər dənizindən Urmiyə gölunə kanal inşa etmək;
Araz çayının İran-Ermənistan və ya İran-Azərbaycan hissəsindən qol
ayırmaq.
Birinci variant İranın Qərb hissəsində kənd təsərrüfatının inkişafını
məhdudlaşdırdığı, burada su çatışmazlığına səbəb olduğu üçün Tehranın
müzakirə mövzusu deyildir. Statistik məlumatlara əsasən, İran İslam
Respublikası da yaxın gələcəkdə kəskin su qıtlığı ilə üzləşəcəkdir. Hazırda
burada adambaşına orta hesabla 2000 litr su düşür. 2025-ci ildə bu
rəqəmin 50% azalaraq 1000 litrə düşəcəyi gözlənilir. Böhranı qabaqlamaq
məqsədilə Xəzər dənizinin Cənub sahillərində sutəmizləyici qurğular inşa
etmək və ölkənin mərkəz hissəsindəki Semnan şəhərinə 500 kilometrlik
su kəməri çəkmək nəzərdə tutulmuşdur. Gələcəkdə İsfahan, Kəşan, Qum
şəhərlərini də təmizlənmiş dəniz suyu ilə təmin etmək planlaşdırılır. Van
gölündən Urmiyə istiqamətində su kəmərinin çəkilişi ciddi maliyyə və
ekoloji problemlərlə, siyasi-iqtisadi güzəştlərlə bağlıdır və rəsmi Ankaranın
bu təklifə müsbət cavab verməsi gözlənilmir. İİR-in Xəzər dənizi ilə əlaqəli
fantastik layihəsi – İran körfəzinə doğru uzanan su nəqliyyatı dəhlizinin