Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə16/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   12   13   14   15   16   17   18   19   ...   38

sözlərini  düşünürəm qeyri  iradi  və  öz  özümə bunları  deyi-
rəm: “Bəli, Şerlok Holms yalnız Tanrı tərəfindən çıxış edir". 
Holms, bütün iddiaları boşa çıxararaq, Ceyms Makkar-
tinin bəraətini təmin etdi.  
Qoca Turner söhbətimizdən yeddi ay sonra öldü. Ümid 
edirəm  oğul  və  qız,  keçmişlərini  örtən  o  qaranlıq  buludları 
bilmədən, birlikdə xoşbəxtlik içində yaşayarlar. 
 
 
 
 
 
 
64
 
 


 
 
BİR ŞƏXSİYYƏT 
HADİSƏSİ
 
 
 
 
65
 
 


 
 
Sevimli dostum Şerlok Holms Beyker küçəsindəki evdə, 
buxarının qarşısında oturub söhbət edirdi: “Həyat, insan dü-
şünə biləcəyindən daha çox qəribədir. İnsan, əslində adi he-
sab  edilən  şeyləri  çox  vaxt xəyal belə  edə  bilməz.  Əgər  bu 
pəncərədən əl-ələ uçub bu böyük şəhərin üzərində süzərək 
damları  yüngülcə  qaldırıb  altında  olan qəribəliklərə,  qəribə 
təsadüflərə, planlara, niyyətlərə və nəsildən-nəslə keçən ha-
disələr zəncirinə baxa bilsəydik, əslində təbiətinə uyğun sı-
ravi və əvvəldən təxmin edilə bilən insan məhsulu əsərləri-
nin hamısı, faydasız və donuq bir hal alardı.” 
-Bilmirəm,  düzü  əmin deyiləm,  -  deyə  cavab  verdim. - 
Qəzetlərdə gördüyümüz bütün hadisələr, təbii olaraq olduq-
ca çılpaq və qaba gəlir mənə. Polis hesabatları isə həddindən 
artıq realizim yüklüdür. Amma yenə nəticə, qəbul etməliyik 
ki, nə fantastikdir, nə də sənət ruhlu. 
-Həqiqi təsir yarada bilmək üçün müəyyən şeyləri ayırd 
edə bilmək lazımdır, - dedi Holms. - Bir polis məmuru xoş 
olmayan və quru ifadələrin üzərində dayanarkən, bir müşa-
hidəçi,  məsələni  aydınlaşdıran  təfərrüatlarla  maraqlanar. 
Ona  görə  də  adi  şeylərdən  daha  ciddi  məsələ  yoxdur.  Gü-
lümsədim və başımı buladım: 
-Nə üçün belə düşündüyünü başa düşürəm, - dedim. - 
Üç  müxtəlif  qitəyə  dağılmış,  çarəsiz qalan  hər  kəsə  yardım 
edən və tövsiyə verən sənin kimi bir adamın qəribə və ma-
raqlı  hadisələrlə  rastlaşması  təbiidir.  Bir  buna  bax.  –  Səhər 
gələn qəzeti əlimə götürdüm. – İndi gəl bir test edək. Qarşı-
ma  çıxan  ilk  başlıq  belədir:  “Bir  ərin  amansızlığı.”  Altında 
yarım  sütun  xəbər  var  ancaq  oxumağıma  ehtiyac  olmadan 
nə  qədər  tanış  məsələ  olduğunu  çox  yaxşı  bilirəm.  Hər  za-
66
 
 


man olduğu kimi, başqa bir qadın, alkoqol, mübahisə, dava, 
yaralama,  sevimli  bir  bacı  və  ya  ev  sahibəsi  vardır  mütləq. 
Ən pis yazar belə, bu qədər pis yazmazdı. 
Holms qəzeti alıb göz atdıqdan sonra dedi: 
-Əslində sənin nümunən öz tezisini müdafiə etmək ba-
xımından  çox  xoşagəlməz  hadisədir.  Dundas  boşanma  mə-
sələsidir.  Bununla  bağlı  bəzi  kiçik  məsələləri  çözməyə  kö-
mək  etmişdim.  Adam  ağzına  içki  vurmazdı,  başqa  bir  qa-
dından söhbət gedə bilməzdi və qadının şikayətçi olduğu ye-
ganə davranış kişinin hər yemək süfrəsində taxma dişlərini 
çıxarıb ona atması idi. Yəqin təsdiq edərsən ki, bu adi heka-
yəçinin xəyal edə biləcəyi hadisə deyil. Bir az burunotu gö-
tür və qəbul et ki, sənin irəli sürdüyün versiyanı çürütdüm. - 
Qapağında böyük amteist daşı olan qızıl burunotu qutusunu 
uzatdı. Dəbdəbəsiz, sadə həyatına o qədər əks görünürdü ki, 
özümü şərh verməkdən saxlaya bilmədim. 
-Hə,  səni  bir  neçə  həftədir  görmədiyim  üçün  deməyi 
yaddan çıxarmışdım. İren Adler hadisəsində yardım etdiyim 
üçün Bohemiya kralından kiçik bir hədiyyədir. 
Barmağında  parıldayan  qeyri-adi  brilliyanta  işarə  edə-
rək soruşdum: 
-Bəs üzük?  
-O,  Hollandiya  kral  ailəsi  tərəfindən  verilib.  Fəqət  çox 
həssas məsələ olduğu üçün sənə də danışa bilmərəm. 
-Yaxşı, indi əlində bir işin varmı? - Maraqla soruşdum. 
-On, ya da on iki dənə. Amma heç birinin maraqlı tərəfi 
yoxdur. Önəmlidirlər, ancaq maraqlı deyillər. Amma bu da 
var ki, bir müşahidə meydanı və araşdırma zövqü verən tə-
sir - əks təsir analizi çox zaman önəmsiz məsələlərdə ola bi-
lər. Daha böyük cinayətlər, daha bəsit olmağa yaxındır, çün-
ki cinayət nə qədər böyük olsa, arxasındakı məqsəd, qayda-
67
 
 


ya  uyğun  olaraq  o  qədər  çox nəzərə  çarpır.  Bu hadisələrdə 
Marsilyadakı  qarışıq  məsələdən  başqa  diqqətə  layiq  heç  nə 
tapa bilməzsən. Bəlkə də bir neçə dəqiqənin içində yaxşı ha-
disə ilə qarşılaşa bilərik, çünki yanılmıramsa, gələn müştəri-
lərimdən  biridir.  -  Stulundan  qalxmadan,  azacıq  aralı  olan 
pərdənin arxasındakı cansıxıcı, rəngsiz London küçəsinə ba-
xırdı.  Çiyninin  üzərindən  boylananda  boynunda  böyük  bir 
xəz və başında Qraf Devonşir tərzinə uyğun olaraq qulağını 
örtəcək şəkildə yerləşdirilmiş genişkənarlı, qırmızıtüklü pa-
pağı  olan  yekəpər  bir qadın  gördüm.  Bu zirehinin  altından 
narahatçılıq  və  tərəddüdlə  bizim  pəncərəmizə  baxırdı.  Ye-
rində yellənir və əsəbi şəkildə əlcəkləri ilə oynayırdı. Sonra 
birdən dənizə baş vururmuşcasına yola atıldı və qarşı tərəfə 
keçdi. Zəngin kobud şəkildə çalındığını eşitdik. 
Holms siqaretini odda yandıra-yandıra dilləndi: 
-Bu reaksiyaları əvvəllər də görmüşdüm. Səkidə var-gəl 
eləməsi bir könül məsələsi olduğunu göstərir. Kömək axta-
rır,  amma  problemin  həssaslığından  qorxur.  Bir  qadın,  kişi 
tərəfindən aldadılıbsa, yellənmək bitir və onun yerini zəngin 
acı-acı  çalınması  tutur. Belə  vəziyyətdə  bir eşq  məsələsi  ol-
duğunu,  amma  qızın  çaşqın  və  kədərli  olduğunu  ehtimal 
edə bilərik. Onsuz da özü şübhələrimizi yox etmək üçün gə-
lir. 
Bunları deyərkən qapı döyüldü və xidmətçi uşaq, xanım 
Mari Suserlandı təqdim etdi. Xanım, kiçik, qara uşağın arxa-
sında  bütün  ehtişamı  ilə  dayanmışdı.  Şerlok  Holms  qadını 
özünəməxsus rahat şəkildə qarşıladı. Qapını örtdükdən son-
ra  kreslonu  göstərdi  və  yenə  özünəməxsus  dalğın  baxışları 
ilə qadını süzməyə davam etdi. 
-Sizə  elə  gəlmirmi  ki,  gözləriniz  bu  qədər  zəif  olduğu 
halda yazı makinasında yazmaq bir qədər çətin deyilmi? 
68
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə