Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə2/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   2   3   4   5   6   7   8   9   ...   38

onunla birlikdə yaşadığım otağa girdim. Məni coşquyla qar-
şılamadı. Onsuz da nadir hallarda elə olurdu. Fəqət mənə elə 
gəlir  ki,  məni  gördüyünə  sevinmişdi.  Artıq  söz  demədən 
sevgi dolu baxışlarla kresloya işarə etdi. Sonra o da yaxın da-
yanaraq, özünəməxsus baxışlarla məni təpədən-dırnağa diq-
qətlə süzdü. 
-Evlilik sənə düşüb, - dedi. - Səni gördüyüm gündən bu 
yana təxminən dörd kiloqram kökəlmisən Uatson. 
-Üç kiloqram yarım, - etiraz etdim. 
-Doğrudan?  Mənə qalsa bir az çox olar. Bir parça artıq 
olduğuna  əminəm  sevimli  Uatson.  Belə  başa  düşdüm  ki, 
praktik fəaliyyətə geri dönmüsən. İşləməyə başlamaq niyyə-
tində olduğunu deməmişdin. 
-O halda hardan bilirsən? 
-Görürəm.  Gördüklərimdən də  bu nəticəyə  gəlirəm. 
Yaxşı, son dəfə yağışın altında iliklərinə qədər islandığını və 
çox bacarıqsız və diqqətsiz bir xidmətçi tutduğunu necə bilə 
bilərəm səncə? 
-Əziz Holms, - dedim. - Daha bu qədər də yox. Bir neçə 
əsr əvvəl yaşasaydın mütləq sehirbaz kimi yandırılacaqdın. 
Çərşənbə günü gəzməyə çıxmağım və evə pis gündə qayıt-
mağım  doğrudur.  Ancaq  paltarlarımı  dəyişdirdiyim  halda 
bunu necə anladın? Meri Cenə gəlincə, arvadım da ona tez-
tez xəbərdarlıq edir, amma qadın çarəsiz söhbətdir. Yenə də 
bütün bunları necə başa düşürsən, ağlım kəsmir. 
Öz-özünə güldü və uzun əllərini ovuşdurdu. 
-Sadədən də,  sadədir.  Gözlərim  mənə  ayaqqabının  sol 
tayının  yanında,  işıq  düşən  yerdə,  ayaqqabı  dərisinin  üzə-
rində  təxminən yan-yana  altı  kəsik  olduğunu  deyir.  Quru-
muş palçığı təmizləməyə çalışmış bacarıqsız birinin əlindən 
çıxdıqları açıq-aydındır. Ona görə də ikili fikir yürütməklə, 
8
 
 


pis  havada  çöldə  olduğunu  və  Londonun  ən  pis  çəkmə  tə-
mizləyəninə sahib olduğunu başa düşə bilirəm. Sənin sənə-
tinə gəlincə, yodform qoxusu verən, sağ əlinin şəhadət bar-
mağında  qara  azot  turşusu  ləkəsi  və  şlyapasının  sağ  tərə-
fində  stetoskop  olduğunu  hiss etdirən  bir  şişkinlik  olan  cə-
nab otağıma girəndə onun bir tibb işçisi olduğunu başa düş-
məməyim axmaqlıq olar. 
Müşahidələrini bölüşdükcə elə rahat idi ki, özümü gül-
məkdən saxlaya bilmədim. 
-Bunları izah etdiyin zaman, “mən də edə bilərəm” dü-
şüncəsi  yaranır, asan  görünür.  Fəqət,  başqa bir nümunə  ilə 
qarşılaşanda sən açıqlayana qədər çaşqınlığım keçmir. Üstə-
lik də gözlərim səndən daha yaxşı görür. 
-Elədir, - deyə cavab verdi. - Bir siqaret yandırdı və kres-
loya çökdü. - Görürsən, amma müşahidə etmirsən. Ortadakı 
fərq  açıqdır.  Məsələn,  girişdən  bu  otağa qalxan  pilləkənləri 
çox görmüsən. 
-Çox. 
-Nə qədər çox? 
-Nə bilim, yüzlərlə dəfə. 
-Yaxşı, neçə pillə var? 
-Neçə dənə? Bilmirəm. 
-Tam təxmin etdiyim kimi! Görmüsən, amma müşahidə 
etməmisən.  Amma  görmüsən.  Üzərində  dayandığım  nöqtə 
budur.  Mən  on  yeddi  pillə  olduğunu  bilirəm.  Çünki  həm 
görmüşəm, həm də müşahidə etmişəm. 
Bir anlıq dayandı və yenə davam etdi: 
-Bu arada, kiçik problemlərlə maraqlandığın və mənim 
bəzi önəmsiz təcrübələrimi başqalarına çatdırmaq vərdişinə 
sahib  olduğun  üçün  diqqətini  çəkər  məncə.  –  Masanın  üs-
tündəki çəhrayı kağızı mənə atdı. 
9
 
 


-Son poçtla gəlib, - dedi. - Ucadan oxu. 
Məktub  tarixsiz  idi  və  üzərində  nə  bir  imza,  nə  də  bir 
ünvan var idi. 
Məktubda deyilirdi: “Bu gecə saat səkkizə iyirmi dəqiqə 
qalmış, vacib bir mövzu barədə danışmaq üçün bir cənab gə-
ləcək.  Son  zamanlarda  Avropanın  kral  ailələrindən  birinə 
göstərdiyiniz  xidmətlər  sizin  belə  önəmli  bir  mövzuda  eti-
barlı  olduğunuzu  göstərir.  Hər  çevrədən  sizin  haqqınızda 
məlumat toplanıldığı üçün, bu qənaətə gəlmişik. Lütfən hə-
min  saatda  otağınızda  olun  və  maskalı  qonağınızı  gözlə-
yin.”  
-Çox sirlidir. Səncə nə məna verir? 
-Hələlik  əlimdə  lazım  olan  qədər  fakt  yoxdur.  Əlimdə 
fakt olmadan nəzəriyyə irəli sürmək xətadır. İnsan nəzəriy-
yələri həqiqətlərlə əlaqələndirməkdənsə, hiss etmədən həqi-
qətləri  nəzəriyyələrə  uyğunlaşdırmağa  çalışırlar.  Yaxşı,  sən 
qeydin əslini əlinə götür. Burdan nə başa düşürsən? 
Yazını  və  yazının  yazıldığı  kağızı  diqqətlə  gözdən ke-
çirdim. 
-Yazı sahibinin vəziyyəti heç də pis deyil, - deyə dostu-
mun düşüncə tərzini təqlid edərək sözə başladım. - Bu kağı-
zın paketi üç penidən az deyil. Öyrəşmədiyimiz qədər qalın 
və keyfiyyətli kağızdır. 
-Öyrəşmədiyimiz...düzgün  ehtimaldır,  -  Holms  dillən-
di. - İngilis kağızı deyil. İşığa tut.  
Dediyini elədim və kağızın səthində “Eg”, “P” və “Gt” 
hərflərinin həkk olunduğunu gördüm. 
Holms soruşdu: 
-Burdan nə nəticəyə gəlirsən? 
-İstehsalçının adıdır, şübhəsiz. Adının qısaltmasıdır yə-
qin ki. 
10
 
 


-Burda yanılırsan bir az. “G” və “t” alman dilində “şir-
kət”  mənasında  işlənən  “Gesellschaft”  sözünün  qısaltması-
dır. Bizdəki “Comp.” kimi. “P” təbii ki, “papier” - yəni “ka-
ğız”. İndi də “Eg” üçün beynəlxalq atlasımıza baxaq. 
Rəfdən qalın cildlərdən birini götürdü.  
-“Eglow, Eglonitz”  - aha! Axır ki, tapdım. Egria. Karls-
bada
1
 yaxın,  almanca  danışılan  bir  ərazidir.  -  Bohemiyada 
yerləşir. Vallenştayn
2
ın öldüyü yer olmaqla yanaşı çoxlu şü-
şə və kağız fabrikləri ilə də məşhurdur. Ha, ha, dostum buna 
nə deyirsən? 
Gözləri  parıldadı  və  siqaretin  tüstüsünü  ciyərlərinə  çə-
kib  zəfərini  elan  edirmişcəsinə  havaya  mavi  tüstü  buludu 
üfürdü. 
-Kağız Bohemiyada hazırlanıb, - dedim. 
-Dəqiq.  Və  qeydi  yazan  adam  Almandır.  Qəribə  cümlə 
quruluşunu  fərq  etdinmi?    “Hər  çevrədən  sizin  haqqınızda 
məlumat  toplanıldığı  üçün”.  Bir  fransız  və  ya  rus  bunu  bu 
şəkildə yazmazdı. Sadəcə almanlar feillərə belə qaba davra-
nır.  O  halda  görəcəyimiz  yeganə  iş,  Bohemiya  kağızından 
istifadə edən və üzünü göstərməmək üçün maska taxan bu 
almanın nə istədiyini kəşf etmək. Və yanılmıramsa özü bü-
tün şübhələrimizə son qoymaq üçün hal-hazırda bura gəlir. 
Cümlənin  ortasına  çatmamış  küçədə  atların  və qıcırda-
yan araba təkərlərinin səsi, arxasınca isə zəngin ani səsi eşi-
dildi. Holms fit çaldı. 
-Səsdən belə başa düşmək olar ki, cütdürlər, - dedi. “Bə-
li” dedi və başını pəncərədən çıxararaq, “şirin, kiçik bir ara-
1
 Carlsbad(Karlsbad) – Karlovy Varı, Çexslovakiyada kurort şəhəri 
2
  Vallenştayn (Wallenstein) – XVII əsrdə alman sərkərdəsi.
 
 
11
 
 
                                                           


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə