Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə6/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   2   3   4   5   6   7   8   9   ...   38

-Oldu. 
-Əlimi qaldıranda - bax belə - sənə   atmaq üçün verdi-
yim şeyi otağın içinə atacaqsan və həmin anda “yanğın” de-
yib bağırmağa başlayacaqsan. Başa düşə bilirsənmi? 
-Əlbəttə. 
-Qorxulu bir şey yoxudur, - dedi. Cibindən siqar şəklin-
də sarılmış bir şey çıxardı. 
-Sadə  tüstü  bombasıdır.  Hər  iki  ucundakı  başlıqlar  öz-
özünə  alışmasına  şərait yaradır.  Sənin vəzifən  bu  qədərdir. 
Sən bağırmağa başlayanda adamlar qaça-qaça gələcəklər. O 
zaman küçənin axırına doğru gedərsən və mən də on dəqiqə 
içində sənə qoşularam. Lazımınca başa düşdünmü?  
-Mən müdaxilə  etməyəcəyəm,  pəncərənin  yanında  da-
yanacağam,  səni  müşahidə  edəcəyəm.  İşarə  verəndə  bunu 
atacağam,  “yanğın”  deyə  qışqıracağam  və  sonra  səni  küçə-
nin tinində gözləyəcəyəm. 
-Tam olaraq belə. 
-Elə isə mənə güvənə bilərsən. 
-Mükəmməl. Düşünürəm ki, artıq oynayacağım rola ha-
zırlaşmağın vaxtı çatdı. 
 Yataq otağına keçdi və beş dəqiqə sonra sevimli, saf bir 
rahib cildində çölə çıxdı. Geniş, qara şlyapası, geniş şalvarı, 
ağ  boyunluq,  şirin  təbəssümü  və  xüsusi  olaraq xoşməramlı 
və maraqlı baxışları ilə tam olaraq rola girmişdi. Holms təkcə 
geyimini  dəyişdirməmişdi.  İfadəsi,  davranışı  və  hətta  ruhu 
belə  girdiyi  obraza  bürünmüşdü.  Detektiv  olmağı  seçdiyi 
üçün,  səhnələr  bacarıqlı  bir  aktyoru,  elm  isə  bir  alimi  itir-
mişdi. 
Beyker  küçəsindən  çıxanda  yeddiyə  iyirmi  dəqiqə  işlə-
yirdi. Serpentine küçəsinə çatanda hələ on dəqiqəmiz var idi. 
Ətrafa çoxdan qaranlıq düşmüşdü. Sahibinin gəlişini gözlə-
25
 
 


yən Brioni  qəsri  önündə  o  tərəf,  bu  tərəfə  gəzişdik.  Küçə 
lampalarını  yandırmağa  başlamışdılar.  Ev,  Şerlok  Holmsun 
bəhs etdiyi kimi idi. Ancaq ətraf daha dinamik idi. Bir qrup 
faytonçu bir küncdə siqaret çəkib gülüşür, iki qvardiyaçı bir 
tibb bacısı ilə söhbətləşir və yaxşı geyinmiş bir neçə gənc da-
maqlarında  puroları, küçədə gəzişirdilər. 
-Başa  düşürsən də, - Holms evin  qarşısında  gəzişərkən 
sözə başladı. - Bu evlilik hər şeyi açıqlayır. Fotoşəkil artıq iki-
başlı bir silahdır. Müştərimiz kraliçanın görməsini istəmədi-
yi kimi, xanım Adler də cənab Qodfret Nortonun görməsini 
istəməyəcəkdir. İndi sual budur: Fotoşəkli hardan tapa bilə-
rik? 
-Doğrudan da, hardan? 
-Yanında gəzdirməsi mümkün deyil. Çünki fotoşəkil bö-
yük ölçülüdür. Bir qadının paltarları ilə gizlədə bilməyəcəyi 
qədər  böyükdür.  Qaldı  ki,  Kralın  yolunu  kəsdirib  onların 
üst-başında  axtartdıra  biləcəyini  bilirlər.  Buna bənzər  iki 
cəhd olub. Elə isə özü ilə gəzdirmədiyini qəbul edə bilərik. 
-Elə isə haradadır? 
-Bankirində  və  ya vəkilində.  Belə  bir  ikili  ehtimal  var. 
Amma hər ikisində də ola bilməz, məncə. Qadınlar gizliliyə 
önəm  verirlər  və  öz  sirlərini  özləri  ört-basdır  edirlər.  Niyə 
başqasına versin ki? Belə vəziyyətdə ancaq özünə güvənə bi-
lər, çünki bu məsələni heç kəsə açıqlaya bilməz. Xüsusilə bir 
neçə günə istifadə etməyə qərar verdiyini unutma. Əlinin al-
tında olmalıdır. Yəni ki, evdədir. 
-Amma ev iki dəfə soyulub. 
-Yox əşşi, hara baxmaq lazım olduğunu bilməyiblər. 
-Bəs sən hara baxacaqsan? 
-Mən baxmayacağam. 
-Nə edəcəksən? 
26
 
 


-Onun göstərməyini gözləyəcəyəm. 
-Ancaq razı olmaz. 
-Razılıq verməyinə ehtiyac olmayacaq. Təkərlərin səsini 
eşidirəm. Bu onun arabasıdır. İndi isə iş başına. Təlimatları-
mı olduğu kimi tətbiq elə. 
Bunları deyərkən küçənin tinində faytonun yan işıqları 
göründü. Kiçik bir fayton Brioni qəsrinin qarşısında dayan-
dı. Küncdəki avaralardan biri bir az bəxşiş almaq üçün, fay-
tonunn qapısını açmaq məqsədilə irəli atıldı. Ancaq eyni şeyi 
düşünən başqa bir avara onu itələyib önə keçdi. Buna görə 
də  ikisi  dalaşmağa  başladı.  Davaya  əvvəlcə  qvardiyaçılar, 
sonra  gənclər  və  bülövçü
4
 qatıldı.  Arabadan  enən  xanım 
davanın içinə düşdü. Bunu görən Holms xanımı xilas etmək 
üçün, kütlənin içinə soxuldu, ona yenicə çatmışdı ki, çığırıb 
yerə uzandı. Üzündən qan axırdı. Holms yıxılan kimi, gənc-
lər, qvardiyaçılar başqa-başqa istiqamətlərə dağılışdı. Davanı 
müşahidə  edən  bir  neçə  yaxşı  geyimli  insan,  xanıma  və 
yaralı  adama  kömək etmək  üçün  toplandılar.  İren  Adler  - 
ona hələ belə xitab edəcəyəm - sürətlə pilləkənləri çıxdı, am-
ma  içəri  girməmişdən öncə  yuxarıda  ayaq  saxlayıb,  küçəyə 
baxdı. 
-Zavallının yaraları ciddidirmi? 
-Ölüb, - deyə bir neçə adam bağırdı. 
-Xeyir, xeyir, hələ yaşayır, - deyə digərləri səs-küy saldı.  
- Amma xəstəxanaya çatmamış, ölər. 
-Cəsur adamdır, - dedi bir qadın, - əgər özünü yetirmə-
səydi xanımın çantasını və saatını alacaqdılar. Onlar bir dəs-
tədir. Ah, görürsünüz, nəfəs almağa başladı. 
-Küçədə belə yata bilməz. Evə gətirəkmi xanım? 
4
 Bıçaq, qayçı və s. kəsici alətləri itiləyən. 
27
 
 
                                                           


-Əlbəttə. Zala çıxarın. Orda rahat divan var. Burdan, lüt-
fən. 
Yavaşca  və  böyük  diqqətlə  onu  Brioni  qəsrinə  apar-
malarını  və  zala  yerləşdirmələrini  pəncərənin  altından,  ol-
duğum yerdən müşahidə edə bilirdim. 
Lampalar  yandırıldı.  Panjurlar  endirilmədiyi  üçün 
Holmsu divanda yatarkən görə bilirdim. Oynadığı rola uy-
ğun  olaraq  həqiqətən  zərbə  alıb-almadığını  bilmirdim.  An-
caq tələ qurduğumuz bu qadının gözəlliyini və yaralı adama 
göstərdiyi incəlik və diqqəti görüncə etdiyim işdən çox utan-
dım.  Ancaq  mənə  verdiyi  roldan  imtina  etmək  Holmsa  ən 
böyük xəyanət  ola  bilərdi.  Bu  düşüncələri  başımdan  qov-
dum və  pencəyimin cibindən  tüstü  bombasını  çıxardım. 
“Nəticədə, qadına zərər vermirik” - deyə düşündüm. Sadəcə 
başqalarına zərər vurmasının qarşısını almağa çalışırdıq. 
Holms  divanda dikəldi və  sanki nəfəsi  kəsilirmiş  kimi, 
çabalamağa  başladı.  Xidmətçilərdən  biri  sürətlə  yüyürüb 
pəncərəni açdı. O anda Holms əlini qaldırdı və mən bu siq-
nala  uyğun  olaraq  bombanı  otağa  atıb,  “yanğın”  deyə  ba-
ğırmağa  başladım.  Mən  bağırmağa  başlayan  kimi  ətrafdakı 
adamlar da “yanğın” deyə bağırmağa başladı. Otaqdan yük-
sələn qatı tüstü, pəncərədən çölə çıxmağa başlamışdı. Bir an-
lıq qaçışan insanlar gördüm. Çox keçmədən Holms çıxdı və 
qələbəliyə yanğın olmadığını elan etdi. Çığır-bağır salan qə-
ləbəliyin  arasından  keçib,  küçənin  sonuna  doğru  addımla-
dım. On dəqiqə keçməmiş dostumun qoluma girdiyini hiss 
etdim. Edcever yolunun sahibsiz küçələrindən birinə dönənə 
qədər səsizcə addımladıq. 
-Çox əla işlədin Doktor, - dedi. - Bundan yaxşı mümkün 
ola bilməz. Hər şey qaydasındadır. 
-Fotoşəkli götürə bildin? 
28
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə