Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə3/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   2   3   4   5   6   7   8   9   ...   38

ba və gözəl bir cüt at. Hər biri üç min peniə dəyər. Bu işdə 
pul var, Uatson”, - davam etdi. 
-Düşünürəm ki, getsəm yaxşı olar, Holms. 
-Əsla Doktor. Otur yerində. Bioqrafım yanımda olmasa 
heç bir iş görə bilmərəm. Qaldı ki, bu hadisə çox maraqlı ola-
caq. Əldən qaçırmağın yaxşı olmaz. 
-Bəs müştərin… 
-Ondan narahat olma. Köməyinə ehtiyacım ola bilər. Bu-
dur, gəlir. Bu kresloda əyləş Doktor və bütün diqqətin bizdə 
olsun. 
Pilləkənlərdə və dəhlizdə eşidilən asta və ağır ayaq səs-
ləri qapının qarşısında susdu və qapı sərt şəkildə döyüldü. 
-Buyurun, - Holms dilləndi. 
İçəriyə ən az 1,95 m hündürlükdə, Herakl kimi bir adam 
girdi.  Paltarı  ingilislərə  görə  zövqsüz  sayılacaq  qədər,  dəb-
dəbəli idi. Paltosunun qolları qızılı şəridlərlə bəzənmiş, alov 
rəngli ipək astarı olan plaşını da zümrüd bir sancaqla boy-
nuna bərkitmişdi.  Baldırına  qədər  çıxan  çəkmələrini  bəzə-
yən qəhvəyi xəz, geyimlərinin yaratdığı barbar zənginliyi ta-
mamlayırdı. Bir əli ilə geniş kənarlı  şlyapasını saxlayır, di-
gər  əli ilə  yanaqlarından  başlayaraq  üzünün  üst  hissəsini 
gizlədən bir sehrbaz maskasını saxlamağa çalışırdı. Üzünün 
görünən hissəsindən güclü xarakterə sahib olduğu hiss olu-
nurdu. İnadcıllıq dərəcəsinə çatan qərarlılığı göstərən sallaq 
dodaq və uzun, düz çənə. 
-Məktubumu  aldınızmı?  –  Qalın,  sərt  səslə,  hiss  oluna-
caq alman aksenti ilə sual verdi. - Sizə  gələcəyimlə bağlı xə-
bər göndərmişdim. 
Kimə  xitab edəcəyinə  qərar  verməmiş  halda  bir  mənə, 
bir də Holmsa baxdı. 
12
 
 


-Lütfən əyləşin, - Holms dilləndi. - Sizi dostum və məs-
ləkdaşım Doktor Uatsonla tanış edim. Mənə proseslərdə kö-
mək edir. Kiminlə  danışmaq  şərəfinə  çatmış  olduğumu  öy-
rənə bilərəmmi? 
-Mənə Qraf Fon Kramm deyə bilərsiniz. Bohemiyalı əsil-
zadələrdənəm.  Dostunuz  olan  bu  cənabın  bu  mövzularda 
etibarlı olduğuna inanıram. Əks təqdirdə sizinlə təklikdə gö-
rüşməyi tərcih edərdim. 
Getmək üçün qalxdım, fəqət Holms biləyimdən tutaraq 
stola doğru itələdi. 
-İkimizi də qəbul etmirsinizsə, mən də olmayacağam, - 
Holms elan etdi. - Mənə deyəcəyiniz hər şeyi bu cənabın ya-
nında deyə bilərsiniz. 
Qraf  enli çiyinlərini çəkdi: 
-Elə isə başlayaq. Ancaq ikinizə də iki illik gizlilik şərti-
mi  xatırladıram,  bu  müddətdən  sonra  önəmi  qalmayacaq-
dır. Amma hal-hazırda Avropa tarixinə təsir edəcək bir ha-
disə haqqında danışacağımı desəm, şişirtmiş sayılmaram. 
-Bu barədə mənə güvənə bilərsiniz, - Holms dilləndi 
-Mənə də, - deyə əlavə etdim. 
-Bu  maskaya  görə  də  inciməyin,  qəribə  qonağımız  da-
vam  etdi.  -  Məni  bura  göndərən  şəxs  tanınmağımı  istəmir. 
Onu  da  qeyd edim  ki, özümü  sizə  təqdim  edərkən  istifadə 
etdiyim ad və titul da mənə aid deyil. 
-Bunu başa düşmüşdüm, - Holms etinasızcasına dillən-
di. 
-Vəziyyət  çox  həssasdır  və  Avropanın  kral  xanədanla-
rından  birini  ciddi vəziyyətələrə  salacaq  bir  ixtilafın  olma-
ması üçün hər cür tədbir görülməlidir. Açığı bu məsələ Bo-
hemiya xanədanı, Ormştayn sarayı ilə bağlıdır. 
13
 
 


-Bunu da bilirdim, - Holms donquldandı. Kreslosuna çö-
küb gözlərini yummuşdu. 
Qonağımıza  Avropanın  ən kəskin  ağıllı  və  enerjili  de-
tektivi kimi təqdim edilən adamın indi kresloda axmaq kimi 
uzanmış  halını  görəndə  çaşmışdı.  Holms  gözlərini  astadan 
açaraq, yekəpər müştərisinə səbirsizliklə baxdı. 
-Əgər əlahəzrət əhvalata geri dönmək əziyyətini çəkər-
sə, - deyə sözə başladı, - əlimdən gələni edərəm.  
Qonaq stuldan dik atılaraq, narahatçılıqla otaqda o baş-
bu  başa  vurnuxmağa  başladı.  Sonra  ümidsiz  bir  ifadə  ilə 
üzündəki maskanı çıxarıb yerə atdı. 
-Haqlısınız,  -  deyə  bağırdı.  -  Mən  Kralam.  Niyə  bunu 
gizlətməyə çalışım ki? 
-Həqiqətən də,  niyə?  -  Holms  astadan  donquldandı.  -  
Əlahəzrət hələ danışmağa başlamamışdan Kassel-Felstaynın 
böyük  knyazı,  Bohemiya  xanədanının  kralı  Vilhelm  Got-
srayx  Ziqsmund  von  Ormştaynla  qarşılaşdığımı  başa  düş-
müşdüm. 
-Ancaq  başa  düşün,  -  qəribə  qonağımız  oturub  alnını 
ovuşdurdu.  -  Bu  cür  işləri  öz  adımdan  həll etməyə  alışma-
mışam. Ancaq bu məsələ o qədər həssasdır ki, heç bir casusa 
inana bilməzdim.  Sırf  sizinlə  söhbət etmək  üçün  Praqadan 
bura gizlincə gəlmişəm. 
-O  zaman  lütfən  danışın,  -  Holms  yenidən  gözlərini 
yumdu. 
-Həqiqətlər  belədir:  təxminən  beş  il  öncə  Varşavaya 
uzun bir səyahətə çıxdım və bu səyahətdə məhşur macəra-
pərəst İren Adlerlə tanış oldum. Ad hər halda sizə tanış gəl-
di. 
-  Təsadüfü  görürsənmi,  doktor?  -  Holms  gözlərini  aç-
madan dilləndi.  İnsanlar  və  əşyalarla  bağlı  illərlə  topladığı 
14
 
 


məlumat sayəsində, bir mövzu, ya da bir insan haqqındakı 
məlumatı sürətlə əldə edə bilirdi.   
Qısa  müddət  ərzində  bir  yəhudi  xaxamın  məlumatları 
ilə dəniz balıqçılığı haqqında məqaləsi olan mayorun məlu-
matları arasındakı maddədə axtardığım qadının bioqrafiya-
sını tapdım. 
-Baxaq!  -  Holms  əlavə  etdi.  -  Hmm!  1858-ci ildə  Nyu 
Cersidə  doğulub.  Kontralto…La  Skala!  Hmm  Varşava  Kral 
Opera teatrında primadonna – bəli! Opera səhnəsindən təqa-
üdə çıxıb – aha ! Londonda yaşayır – dəqiq! Bildiyimə görə 
əlahəzrət bu gənc insanla münasibətdə olub, ona bəzi təhlü-
kəli məktublar göndərib və indi o məktubları ondan almaq 
arzusundadır. 
-Tamamilə doğrudur. Axı siz necə… 
-Gizli bir evlilik olubmu? Hansısa bir rəsmi sənəd və ya 
sertfikat? 
-Xeyir. 
-Elə isə əlahəzrəti başa düşməkdə çətinlik çəkirəm. Əgər 
bu  gənc  insan  məktublarını  şantaj  və  ya  başqa  məqsədlər 
üçün  istifadə  edəcəksə,  orjinal  olduqlarını  necə  sübut  edə-
cək? 
-Üstündə əlyazmalarım var. 
-Bənzədilə bilməzmi? 
-Amma mənim xüsusi qeyd kağızım. 
-Oğurlanmışdır. 
-Şəxsi möhürüm? 
-Surəti çıxarılmışdır. 
-Bəs fotoşəklim? 
-Satın alınmışdır. 
-Əgər ikimiz birlikdə olan fotoşəkildirsə? 
15
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə