Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə5/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   2   3   4   5   6   7   8   9   ...   38

raşıqlı və  cazibədar bir adamdır. Gündə ən azı bir dəfə, ən 
çoxu  iki dəfə  gəlirmiş.  Templa
3
dan  Qodfi  Norton  adlı  biri. 
Faytonçularla  dost  olmağın  faydası  budur.  Adamı  bir  neçə 
dəfə  Burden  serpentine  küçəsindən evə  aparıblar  və  onun 
haqqında  hər  şeyi  bilirlər.  Danışdıqlarına  qulaq  asdıqdan 
sonra  Brioni  qəsrinin  qarşısında  sonuncu  dəfə  dolaşdım  və 
tətbiq edəcəyim planı düşündüm. Bu Qodfi Nortonun məsə-
lədə önəmli rolu olması aydındır. Vəkil olduğunu deyirdilər, 
mənə maraqlı gəldi. Aralarındakı münasibət və tez-tez gəlib-
getməkdə  məqsədi nə  idi?  Xanım  onun  müştərisidirmi, 
dostudurmu  yoxsa  aşnası  idimi?  Əgər  birincisidirsə,  foto-
şəkli ona əmanət edə bilərdi. Əgər deyilsə, bunu etmək ehti-
malı  azdır.  Bu  su-alın  cavabı  araşdırmanı  Broni  qəsrində 
yoxsa o adamın işlədiyi Templada davam etdirməyim üçün 
əhəmiyyətli  olacaqdı.  Önəmli  bir  nöqtədə  idim və  bu  da 
araşdırmanı genişləndirirdi. Mənə elə gəlir ki, səni bu təfər-
rüatlarla sıxdım, ancaq vəziyyəti başa düşməyin üçün kiçik 
problemləri sənə danışmağım çox önəmli idi. 
-Səni diqqətlə dinləyirəm, - deyə cavab verdim. 
-Elə bu məsələni beynimdə təhlil edirdim ki, Brioni Qəs-
rinə  bir  fayton  gəldi və  içindən  bir  cənab  çıxdı.  Qartal  bu-
runlu, bığlı, əsmər və yaraşıqlı adamdı. Bəlli idi ki, haqqında 
danışdıqları adam bu idi. Tələsən adama oxşayırdı. Fayton-
çuya  gözləməsini  tapşırdı  və  sanki  öz  evinə  girirmiş  kimi, 
ona qapını açan xidmətçinin yanından sürətlə keçib içəri gir-
di. 
Evə  girdiyi  yarım saat  olmuşdu  və  mən  zalın  pəncərə-
sindən  adamın  otaqda  gəzməyini,  həyəcanlı-həyacanlı  da-
nışmasını və əlini qolunu yellətməyini görə bilirdim. Qadını 
3
 Londonda hüquq bürosu 
21
 
 
                                                           


görmədim. Nəhayət, adam əvvəlkindən daha tələskən halda 
çölə  çıxdı.  Faytona  minərkən cibindən  qızıl  saatını  çıxarıb 
baxdı. “Dəlicəsinə sür, - deyə bağırdı. - Əvvəlcə Recent kü-
çəsində “Gross&Hankey”də, sonra da Edcver yolundakı mü-
qəddəs  Monika  Kilsəsinə.  İyirmi  dəqiqəyə  getsən  on  peni 
alacaqsan”. 
Gözdən itdilər.  “Onları  təqib  edimmi”  deyə  düşünər-
kən, yolun yuxarısından pencəyinin düymələri açıq, qalstu-
ku qulağının arxasına keçmiş sürücüsü olan kiçik bir fayton 
gəldi. Evin qarşısında dayanmamış, qapıdan bir qadın sıçra-
yaraq faytonun içinə atıldı. Onu bir anlıq gördüm. Amma bir 
kişinin uğrunda ölə biləcəyi qədər gözəl olduğunu deyə bilə-
rəm.  
-Müqəddəs Monika kilsəsinə Con, - deyə bağırdı, - iyir-
mi dəqiqəyə çatsan bir qızıl alacaqsan. Bu fürsəti əldən ver-
mək olmazdı, Uatson. Nə edəcəyimi düşünərkən, bir fayton 
gəldi. Faytonçu görkəmimə tərs-tərs baxdı, ancaq mən etiraz 
etməsini  gözləmədən  faytona  atıldım.  “Müqəddəs  Monika 
kilsəsi” dedim və əlavə etdim “iyirmi dəqiqəyə çatdırsan bir 
qızıl  alacaqsan.”  Saat  on  ikiyə  iyirmi  beş  dəqiqə  vardı  və 
üfüqdə məni nələrin gözlədiyini az-çox hiss edirdim. 
Fayton az qala uçurdu, heç vaxt bu qədər sürətli getdi-
yini yadıma sala bilmirəm. Amma o birilər bizdən öndə idi 
və  kilsəyə  çatanda  onların  faytonu  qapının  qarşısında  da-
yanmışdı.  Arabaçının  pulunu  verib,  kilsəyə  girdim.  İçəridə 
təqib etdiyim iki nəfər və ağ cübbəli bir keşişdən başqa heç 
kəs  yox  idi.  Üçü  də  mehrabın  önündə  durmuşdu.  Kilsəyə 
gəlmiş biri kimi, yan dəhlizdə skamyaların birində oturdum. 
Birdən  mehrabdakılar  üzünü  mənə  tərəf  çevirdi  və  Qodfi 
Norton sürətlə mənə tərəf qaçmağa başladı. 
-Nə var, - deyə soruşdum. 
22
 
 


-Gəlin cənab,    sadəcə  üç  dəqiqəniz  gedəcək,  yoxsa  qa-
nuni sayılmayacaq. 
"Tanrıya şükür," - deyə bağırdı. "Oldu. Gəlin! Gəlin!" 
Az qala sürüyə-sürüyə məni mehraba apardı. Hələ har-
da olduğumu belə başa düşməmiş, qulağıma pıçıldanan su-
allara  cavab  verəndə  ayıldım.  Bilmədiyim  şeylərə  and  içir-
dim. İren Adler və Qodfi Nortonun evlənmələrinə kömək et-
dim. Hər şey bir anda başladı və bitdi. Bir yanımda cənab, 
bir yanımda xanım mənə təşəkkür edərkən, keşiş təbəssümlə 
mənə  baxırdı.  Ömür  boyu  içinə  düşdüyüm  ən  ağlasığmaz 
vəziyyət idi və  bunu  xatırlamağım  idi  məni  bir  az  öncə 
güldürən.  Görünüşə  görə  evliliklə  bağlı  sənədlərin  bəzilə-
rində  problem  vardı  və  keşiş  şahidsiz  onları  evləndirməyi 
qətiyyətlə rədd etmişdi. 
Mənim  ortalığa  çıxmağım  nəticəsində  küçədə  münasib 
adam axtarmaq məcburiyyətində qalmamışdılar. Gəlin mənə 
bir qızıl verdi. Bu qızılı hadisədən xatirə olaraq saatımın zən-
cirinə bağlayacağam. 
-Bu tamamilə gözlənilməz inkişafdır, - dedim. - Sonra nə 
oldu? 
-Bəli, planlarımın məhv olma təhlükəsi vardı. Cütlüyün 
tezbazar gedəcəklərini düşünürdüm, sürətli və çevik tədbir-
lər görməli idim. Ancaq kilsənin qarşısında birdən-birə ayrıl-
dılar,  kişi  Templə,  qadın  da  evinə  doğru  yola  düşdü.  “Hər 
zamankı  kimi  saat  beşdə  parkda  olacağam”,  qadın  ayrılan-
da dilləndi.  Başqa  heç  nə  eşitmədim.  Onlar  müxtəlif istiqa-
mətlərə getdilər, mən də öz planlarıma qayıtdım. 
-Planın nədir? 
-Bir  az  soyuq  bifşteks  və  bir  stəkan  pivə,  -  deyə  cavab 
verib  zəngi    basdı.  -  Yemək  düşünməyəcək  qədər  məşğul 
23
 
 


idim və görünüşə görə bu axşam daha çox məşğul olacağam. 
Bu arada Doktor, sizin köməyinizə ehtiyac duyacağam. 
-Məmnuniyyətlə. 
-Qanunları pozmaq səni narahat edir? 
-Problem yoxdur. 
-Bəs həbs olunmaq təhlükəsi? 
-Ciddi bir səbəb varsa, o da problem deyil. 
-Səbəbi mükəmməldir. 
-Elə isə əmrindəyəm. 
-Sənə güvənməkdə yanılmamışam. 
-Yaxşı, istəyin nədir? 
-Xanım Turner tabağı gətirəndə sənə hər şeyi izah edə-
cəyəm.  
Tabaq  gəldi.  “İndi”  dedi,  ev  sahibinin  gətirdiklərinə 
doğru əyildi. 
- Bunu yeyərkən danışmalıyıq, çünki vaxtımız çox deyil. 
Saat beş olur. İki saata qədər hadisə yerində olmalıyıq. Mad-
mazel İren, daha doğrusu Madam, saat yeddidə gəzintidən 
dönəcək. Onunla görüşmək üçün Brioni qəsrində olmalıyıq. 
- Bəs sonra? 
-Sonrası mənim işimdir. Mən olacaqları təşkil etmişəm. 
Önəmli nöqtə var. Necə olur-olsun, hadisələrə qarışmamalı-
san. Başa düşdün? 
-Tərəf saxlamamalıyam? 
-Yəqin  ki,  bəzi  narahatçılıqlar  olacaq.  Sən müdaxilə  et-
mə.  Mübahisənin  sonunda  məni evə  aparacaqlar.  Dörd-beş 
dəqiqə  sonra  zalın  pəncərəsi  açılacaq.  Sən  bu  açıq  pəncərə-
nin yanında olmalısan. 
-Oldu. 
-Məni  müşahidə  edəcəksən,  çünki  sənin  görə  biləcəyin 
mövqedə olacağam. 
24
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə