Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə7/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   2   3   4   5   6   7   8   9   10   ...   38

-Harda olduğunu bilirəm. 
-Bunu necə öyrəndin? 
-Əvvəldən sənə demişdim ki, qadın özü göstərəcək. 
-Mən hələ də heç nə başa düşməmişəm. 
-Sirr pərdəsi qalsın, istəmirəm. - Güldü. - Məsələ çox sa-
dədir. Küçədəki hər bir adamın bu axşam üçün hazırlanmış 
aktyorlar olduğunu başa düşmüsən yəqin ki? 
-Bunu təxmin etmişdim. 
-Elə isə davam edirəm. Dava düşəndə ovcumun içində 
qırmızı boya vardı. İrəli atıldım və yerə yıxıldım. Əlimi üzü-
mə  sürtdüm  və  acınacaqlı  bir  görüntü  yaratdım.  Köhnə 
nömrələrimdəndir. 
-Bunu da başa düşmüşdüm. 
-Sonra  məni  içəri  apardılar.  İçəri  qəbul etməyə məcbur 
oldu. Həm də ən çox şübhələndiyim zala apardı. Yataq ota-
ğını da görə bildiyim üçün hansı otaqda gizlədiyini başa dü-
şəcəkdim.  Məni  divana  uzatdılar.  Özümü  təngnəfəs  kimi 
göstərib, pəncərəni açdırdım və sənə tüstü bombasını atma-
ğa şərait yaratdım. 
-Bunun nə xeyri oldu? 
-Ən önəmlisi  bu  idi.  Bir  qadın  evində  yanğın  baş  ve-
rəndə, qeyri-iradi olaraq,  ən çox dəyər verdiyi əşyaya doğru 
qaçır. Çünki bu güclü instinktdir və bu üsuldan əvvəlcə Dar-
linqton  skandalında  və  “Arsvors  sarayı”  işində  istifadə  et-
mişdim.  Evli  qadın  uşağı  götürür,  subay  qadın  zinət  qutu-
sunu. Bu hadisədə isə bu qadın üçün ən dəyərli şeyin bizim 
axtardığımız  şey  olması  aydın  idi.  Onu  xilas  etmək  istəyə-
cəkdi. Tüstü və bağırtılar polad kimi sinirləri də sarsıtmağa 
kifayət edərdi.  Fotoşəkil  zəngin  üstündəki  bölmənin  arxa-
sında gizlədilib. Gurultunu eşidən kimi dərhal ora qaçdı və 
fotoşəkli çıxardı. Boş yerə səs-küy salındığını deyəndə, onu 
29
 
 


yerinə  qoydu  və  otaqdan  çıxdı.  Onu  yenidən  görmədim. 
Mən yerimdən qalxdım, üzr istədim və evdən çıxdım. Foto-
şəkli  götürüb,  götürməməklə  bağlı  tərəddüd  etdim.  Ancaq 
faytonçunun məni  izlədiyini  görəndə  gözləməyin  daha  eti-
barlı olacağı qərarına gəldim. Bir az tələskənlik, hər şeyi po-
za bilərdi. 
-Bəs indi nə olacaq? 
-Araşdırmamız hadisə ilə yekunlaşdı. Sabah Kral və sə-
ninlə  -  əgər  gəlmək  istəsən  –  ora  gedəcəyik.  Xanımı  zalda 
gözləyəcəyik,  fəqət  o  gələndə  nə  bizi,  nə  də  fotoşəkli  tapa 
bilməyəcək. Əlahəzrət bundan çox məmnun olacaqdır. 
-Saat neçədə orada olacağıq? 
-Səhər səkkizdə. O saatda hələ yuxuda olur və bu da bi-
zə vaxt qazandırır. Eyni zamanda tələsməliyik. Çünki evlilik 
həyatında  və  vərdişlərində  böyük dəyişikliklərə  yol  aça  bi-
lər. Ləngimədən Krala teleqram göndərim. 
Beyker  küçəsinə  gəldik və  qapıda  dayandıq. Holms  ci-
bində açarları axtararkən ordan keçən biri: 
-Gecəniz xeyir cənab Şerlok Holms, - dedi. 
Küçədə çoxlu adamlar vardı, ancaq bu səs küçədən sü-
rətlə keçən gəncdən gəlirdi.  
-Bu səsi əvvəllər də hardasa eşitmişəm, - Holms yarıqa-
ranlıq küçəyə baxa-baxa mızıldandı. - Kim olduğunu bilmək 
istərdim. 
 
 
 
 
 
30
 
 


 
III 
 
 
O  gecə  Beyker  küçəsində  qaldım.  Səhər  tost və  qəhvə-
dən ibarət səhər yeməyimizi yeyərkən Bohemiya kralı otağa 
girdi. 
-Onu almağı həqiqətən də bacardınız, - deyə bağırdı. – 
Şerlok Holmsun çiynindən tutub üzünə xoşbəxtliklə baxdı. 
-Hələ yox. 
-Amma böyük bir ehtimal var, elə deyil? 
-Bəli, böyük ehtimalla. 
-Elə isə gəlin. Səbirsizliklə getmək istəyirəm. 
-Fayton çağırmağımız lazımdır. 
-Xeyir. Mənim faytonum aşağıda gözləyir. 
-Elə isə gedək. 
Aşağı endik və yenidən Brioni qəsrinə doğru yollandıq. 
-İren Adler evləndi, - Holms sözə başladı. 
-Evləndi? Nə vaxt? 
-Dünən. 
-Bəs kiminlə? 
-Norton adlı ingilis vəkil ilə. 
-Ancaq onu sevə bilməz. 
-İnanıram ki, sevir. 
-Niyə? 
-Çünki belə olduqda əlahəzrətin gələcəkdə olacaqlardan 
qorxmasına ehtiyac qalmır. Əgər qadın ərini sevirsə, demək 
əlahəzrəti sevmir. Əlahəzrəti sevmirsə, onun planlarına mü-
daxilə  etmək  üçün  ehtiyac  qalmaz.  -  Brioni  qəsrinin  qapısı 
açıldı və pilləkənlərin başında yaşlı bir qadın bizi süzdü. 
-Cənab Şerlok Holms eləmi, - dedi. 
31
 
 


Holms maraqla və olduqca çaşqın ifadə ilə qadına baxa-
baxa qalmışdı: 
-Bəli, cənab Holms mənəm. 
-Gözəl!  Xanım  sizin  gələcəyinizi  demişdi.  Özü  bu  gün 
səhər əri ilə 5:15 qatarı ilə Çerinq Kross vağzalından Ameri-
kaya yola düşdü. 
-Nə! - Şerlok Holms geriyə doğru səndələdi. Üzü kədər-
dən və çaşqınlıqdan ağappaq olmuşdu.  
-İngiltərədən getdilər? 
-Bir daha dönməmək şərti ilə. 
-Bəs sənədlər? - Kral sərt şəkildə soruşdu. - Uduzduq! 
-Bilmək  olmaz.  -  Holms  xidmətçini  itələyib  zala  girdi. 
Kral  və  mən də  arxasınca  içəri  soxulduq.  Ora  darmadağın 
idi.  Mebellər  sağa-sola  aşmışdı.  Rəflər  və  siyirmələr  boşal-
dılmışdı.  Qadın  sanki  qaçmamış  hər  şeyi  talan  etmişdi. 
Holms  zəngə  doğru  atıldı.  Zəngin  üstündəki  kiçik  bölməni 
açdı və əlini soxub bir fotoşəkil və bir məktub çıxardı. Foto-
şəkil İren Adlerin gecə paltarında çəkilmiş şəkli idi. Məktu-
bun  üstündə:  “Şerlok  Holmsa:  özü  gəlib  istəyənə  qədər 
açılmayacaq.” 
Dostum  zərfi  cırıb,  məktubu  açdı  və  üçümüz  birlikdə 
oxumağa  başladıq.  Bir  gün  öncə,  gecə  yazılmışdı  və  belə 
deyilirdi: 
ƏZİZİM CƏNAB ŞERLOK HOLMS, 
Həqiqətən  çox  peşəkardınız. Məni necə  lazımdı  tələyə  saldı-
nız.  Yanğın  məsələsinə  qədər heç nədən  şübhələnməmişdim.  Öz 
planlarımın  necə  pozulduğunu  anlayanda,  düşünməyə  başladım. 
Aylar əvvəl məni sizinlə bağlı xəbərdar etmişdilər. Mənə kral bir 
detektiv  tutmalı  olsa,  mütləq sizə  müraciət edəcəyini  demişdilər. 
Ünvanınızı da mənə vermişdilər. Ancaq yenə də yerini öyrənmək 
istədiyiniz şeyin, yerini mənim göstərməyimi təşkil etdiniz. 
32
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə