Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə10/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   6   7   8   9   10   11   12   13   ...   38

sə almağa getdiyi zaman oğul buna heç təəccüblənmədiyini 
deyib.  Bu  ifadəsi,  məhkəməni tərəddüddə  saxlayan    bütün 
şübhələri ortadan qaldırıb. 
- Bu ki, etirafdır, - deyə  həyəcanla dilləndim. 
-Xeyr, çünki sonra günahsız olduğunu bildirib. 
-Belə  hadisələr  zəncirindən  sonra  şübhəli  bir  ifadə  de-
yilmi bu? 
-Tam əksinə, - dedi Holms, - bu anda buludların arasın-
dan görə bildiyim ən parlaq boşluq budur. Nə qədər günah-
sız olursa-olsun, şərtlərin tamamilə əleyhinə  olduğunu görə 
bilməyəcək qədər  axmaq  ola bilməz. Həbs  olunmasına  çaş-
ması  və  ya  hirsləndiyi  iddiasını  da  şübhəylə  qarşılayaram, 
çünki o şərtlər altında belə bir qarışıqlıq ya da hirs təbii ol-
mazdı və ancaq fırıldağı olan adamın tapdığı bir taktika ola-
raq görülərdi. Olanları dürüstcə qəbul etməsi, ya günahsız-
lığından, ya da ölçülü və möhkəm xarakterli olmasındandır. 
İfadəsindəki öz-özünü qınama və peşmanlıq əlamətləri, mə-
nə  günahkar  bir  zehindən  çox,  sağlam  bir  zehinin  işarələri 
kimi görünür. 
Başımı yelləyib, narazılığımı bildirdim.  
-Bir  çox  adam  bundan  daha  az  dəlil  olmasına  baxma-
yaraq asılıb, - deyə fikrimi ifadə etdim. 
-Bəli elədir. Bir çox adam səhv yerə asılıb. 
-Cavan oğlan necə izah edir baş verənləri?  
-Təəssüf ki, bir neçə müsbət ifadəni çıxmaqla  ona ina-
nanlar üçün çox ümidverici deyil. Bax, buradadır, özün oxu-
ya bilərsən. 
Kağız-kuğuzun  içindən  yerli  “Hereford”  qəzetinin  bir 
nüsxəsini çıxardı və səhifəni çevirərək şanssız gəncin ifadə-
sinin yazılı olduğu paraqrafı işarə etdi. 
 
 
41
 
 


Diqqətlə oxudum: 
“Mərhumun  oğlu cənab  Ceyms  Makkarti  dəvət  olu-
nanda belə  ifadə  verib:  "Üç  gün  Bristolda  qaldıqdan  sonra 
keçən bazar ertəsi səhər geri döndüm. Mən gələndə atam ev-
də deyildi; xidmətçi qız,  mehtər Con Kobbla Rossa getdiyini 
söylədi. Qısa bir müddət sonra çöldə at arabasının təkərləri-
nin səsini eşitdim və pəncərədən çölə baxanda, atamın ara-
badan  düşüb  fermadan  çıxmaq  üçün  sürətlə  getdiyini  gör-
düm. Amma hansı istiqamətə getdiyinə diqqət yetirmədim. 
Bir müddət sonra, tüfəngimi götürərək, dovşanın bol ol-
duğu Boskomb gölünə getmək üçün yola çıxdım. Yolda ov 
gözətçisi Uilyam Krovderi gördüm. Bunu özü də ifadəsində 
qeyd  etmişdir.  Amma  atamı  izləməyim  barəsində  yanılır. 
Atamın məndən qabaqda getməyindən xəbərim yox idi. Gö-
lə bir neçə yüz metr qalmış, atamla aramızda gizli işarə olan 
'Kuuiii' səsini eşitdim. O zaman sürətlə ona doğru qaçdım və 
gördüm  ki,  gölün  yanında  dayanıb.  Məni  görüb  çox  çaşdı. 
Bir  az  da  acıqlanıb  orada  nə  işim  olduğunu  soruşdu.  Ara-
mızda, sərt sözlərlə və az qala yumruqlaşmağa qədər çatan 
bir mübahisə oldu. Bunun səbəbi, atamın çox əsəbi olması-
dır. Baxdım ki, əsəbi sakitləşdirmək mümkün olmayan hala 
gəldi,  onu  orada tək  qoyub  Haserley  fermasına  doğru  geri 
dönməyə qərar verdim. Hələ 150 metr getməmişdim ki, ar-
xamdan  qorxunc  bir  qışqırıq  yüksəldi.  Buna  görə  geri  dö-
nüb, atamla qarşılaşdığım  istiqamətə doğru qaçmağa başla-
dım. Oraya çatanda gördüm ki, atam can verir. Başı ağır  şə-
kildə yaralanmışdı. Silahımı atdım və onu qucağıma aldım, 
amma  oradaca  son  nəfəsini  verdi.  Bir  neçə  dəqiqə  yanında 
diz çökmüş halda dayandım, sonra da kömək istəmək üçün 
cənab  Turnerin  gözətçisinin  yaxınlıqdakı  evinə  yollandım. 
Qışqırığı  eşidib  atamın  yanına  döndüyümdə  ortalıqda  heç 
42
 
 


kəsi  görmədim.  Necə  yaralandığını  qətiyyən  başa  düşmə-
dim. 
Davranışları  bir  az  soyuq  və  qorxulu  olduğundan  çox 
sevilən  bir  adam  deyildi,  amma  bildiyim  qədəriylə  heç  bir  
düşməni  yox  idi.  Bu  məsələ  haqqında  başqa  bir  şey  bilmi-
rəm." 
Müfəttiş: Atanız ölməmişdn əvvəl son olaraq nə isə de-
dimi?  
Şübhəli: Bir neçə söz pıçıldadı, “arat” deyib mızıldandı. 
Müfəttiş: Bundan nə məna çıxardınız?' 
Şübhəli: Mənə heç bir şey xatırlatmadı. Sayıqladığını dü-
şündüm.  
Müfəttiş: Atanızla son mübahisənizin səbəbi nə idi? 
Şübhəli: Bunu demək istəmirəm. 
Müfəttiş: Bununla bağlı sizə təzyiq etməyə məcburam. 
Şübhəli:  Bunu  söyləməyim  həqiqətən  qeyri-mümkün-
dür. Amma başına gələn faciə ilə heç bir əlaqəsi olmadığına 
sizi əmin edirəm. 
Müfəttiş:  Buna  məhkəmə  qərar  verər.  Cavab  verməyi 
rədd etməyinizin qarşıdakı istintaqlarda sizinlə əlaqədar cid-
di şübhələr oyandıracağını söyləməyimə ehtiyac yoxdur, yə-
qin ki. 
Şübhəli: Rədd etməkdə qərarlıyam. 
Müfəttiş: Bu "Kuuii" səsinin aranızda bir işarə olduğunu 
söyləmişdiniz. 
Şübhəli: Bəli, elə idi. 
Müfəttiş: Yaxşı necə oldu ki, sizi görmədən, hətta Bris-
toldan geri döndüyünüzü belə bilmədən belə səsləndi? 
Şübhəli (diqqət çəkən təlaşla): Bilmirəm. 
43
 
 


Məhkəmə  heyətindən  biri:  Qışqırığı  eşidib  geri  dönər-
kən və atanızı ağır yaralı halda görərkən şübhənizi oyandı-
racaq hər hansı bir şey fərq etmədinizmi?  
Şübhəli: Heç bir diqqətçəkən  şey yox idi. 
Müfəttiş: Nə demək istəyirsiniz? 
Şübhəli:  Oraya  qaçaraq  getdiyim  vaxt  o  qədər  narahat 
və  nigaran  idim  ki,  atamdan  başqa  bir  şey  düşünə  bilmir-
dim. Amma sanki irəli doğru qaçarkən sol tərəfimdə müəy-
yən naməlum  bir  şey  gördüm.  Boz  rəngli  bir  şey,  bir  növ 
pencək ya da şal. Atamın yanından qalxdığım zaman ətrafı-
ma baxdım amma getmişdi. 
-Siz kömək çağırmağa getməmişdən  əvvəl onun yox ol-
duğunumu söyləmək istəyirsiniz? 
-Bəli getmişdi. 
-O şeyin nə olduğunu söyləyə bilərsinizmi?  
-Xeyr, yalnız orada nə isə olduğunu hiss etdim. 
-Cəsəddən nə qədər uzaqda idi? 
-On beş metr olardı. 
-Yaxşı, meşədən nə qədər uzaqlıqda idi? 
- Təxminən eyni uzaqlıqda. 
-O halda, siz o şeydən təxminən on beş metr uzaqlıqda 
olduğunuz halda yox oldu. 
-Bəli, amma arxam ona çevrilmişdi. 
Şübhəlinin istintaqı burada sona yetdi. 
Müfəttiş,  gördüyüm  qədəriylə,  gənc  Makkartiyə  qarşı 
bir az mərhəmətsiz davranıb, - dedim, - qəzetdəki sütuna ba-
xaraq:  
-Atasının,  onun  evə  dönüşünü  bilmədiyi  halda,  arala-
rındakı işarəni verməsindəki ziddiyyətə; atasıyla aralarında 
olan  mübahisəni  izah  etməyi  rədd etməsinə; və  atanın  öl-
mədən əvvəlki son sözlərinə olan qısa şərhə diqqət çəkmək 
44
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə