Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə11/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   7   8   9   10   11   12   13   14   ...   38

istəyib.  Eynilə  bütün  bunlar,  müfəttişin  də  söylədiyi  kimi, 
tamamilə oğlanın əleyhinədir. 
Holms səssizcə güldü və yumşaq kreslosunda uzandı.  
-Sən və müfəttiş, - dedi, - gənc adamın lehinə olan bəzi 
güclü nöqtələri göz ardı etməyə çalışırsınız. Şübhəlinin, eyni 
zamanda həm çox, həm də az təxəyyül gücü olduğunu iddia 
etdiyinin  fərqində  deyilsənmi?  Məhkəmənin  simpatiyasını 
qazanacaq  bir  mübahisə  səbəbi  uydura  bilmədiyi  üçün  az, 
ölən adamın son sözlərinin ''arat” a bənzər bir söz olduğunu 
söyləməsi və yoxa çıxan paltarla əlaqədar izah etdiklərindən 
dolayı  da  çox  təxəyyül  gücü  olduğunu  deyirsən  əslində. 
Xeyr cənab, mən bu hadisəyə, gəncin söylədiklərinin doğru 
olduğu  fərziyyəsiylə  başlayacağam  və  bu  fərziyyənin  bizi 
haralara aparacağını birlikdə görəcəyik. Amma indi, yanım-
dakı  kitabı  oxuyacağam  və  hadisə  yerinə  çatana  qədər  çox 
danışmaq  istəmirəm.  Günorta  yeməyini  Svindonda  yedik-
dən sonra təxminən iyirmi dəqiqəyə orada olarıq. 
Gözəl  Strud  vadisini  və  Severni  keçdikdən  sonra  saat 
dördə  qalmış,  kiçik  Ross  qəsəbəsinə  çatdıq.  Perronda  bizi 
yaramaz  və  hiyləgər  baxışlı,  zəif,  siçan  görkəmli  bir  adam 
gözləyirdi. Ətrafındakı mühitə uyğun gəlməyən açıq qəhvə-
yi  pencəyi və  dəri  şalvarı  ilə  Skotland  Yarddan  Lestradeni 
tanımaqda çətinlik çəkmədim. Onunla birlikdə, qalacağımız 
yerə  -  Hereford  Armsa  getdik.  Çay  içmək  üçün  oturduğu-
muz zaman Lestrade dedi: 
-Bir fayton hazırlamışam. Sizin enerjili təbiətinizi unut-
mamışam və cinayət baş verən yerə gedənə qədər rahat ola 
bilməyəcəyinizi bilirəm. 
-Çox nəzakətlisən, - deyə Holms cavab verdi. - Tamami-
lə barometrik təzyiq problemidir. 
Lestrade çaşmışdı: 
45
 
 


-Dediklərinizi anlamaqda bir az çətinlik çəkirəm, - dedi. 
-Barometr  nə  deyir  görək.  Hmm,  iyirmi  doqquz.  Ha-
vada nə bulud, nə də külək var. Çəkilməyi gözləyən siqare-
tim var və öyrəşdiyim səhra otellərindəkilərin əksinə, bu di-
van çox rahatdır. Bu gecə, faytondan istifadə etmək istəyəcə-
yimi düşünmürəm. 
Lestrade rahat-rahat güldü.  
-Qəzetlərdən  əldə  etdiyiniz  məlumatlarla  hadisəni  çox-
dan həll etmisiniz şübhəsiz, - dedi. - Məsələ açıq-aşkar orta-
dadır  və  nə  qədər  dərininə  ensən  o  qədər  diqqət  çəkəndir. 
Amma bir qadın əlbəttə ki, rədd edilməz; xüsusən onun kimi 
iradəlisi. Sizin haqqınızda hər şeyi eşidib. Mənim edə bildik-
lərimdən çoxunu edə bilməyəcəyinizi təkrar-təkrar deməyi-
mə  baxmayaraq  sizin  də  fikrinizi  eşitmək  istədi.  Amma  nə 
olsun! 
Araba qapıya çatıb, elə sözünü yenicə bitirmişdi ki, hə-
yatımda  gördüyüm  ən  gözəl  qadınlardan  biri  sürətlə  otağa 
daxil  oldu.  Parlaq  bənövşəyi  gözləri,  yarıaçıq  dodaqları  və 
yanaqlarındakı çəhrayılığıyla, həyəcan və narahatlığının bir 
müddət üçün təbii utancaqlığına üstün gəldiyi aydın olurdu. 
Bizi tək-tək süzdükdən sonra qadın hissiyyatı ilə dostumun 
üzərində dayandı: 
-Cənab Şerlok Holms, - deyə qışqırdı. - Gəlməyinizə çox 
sevindim. Sizə bəzi həqiqətləri söyləmək istəyirəm. Ceymsin 
cinayət işləmədiyini bilirəm. Bunu bildiyim üçün də, sizin də 
bunu göz önünə alaraq işə başlamağınızı istəyirəm. Bu barə-
də  heç  şübhəniz  olmasın.  Kiçikliyimizdən bəri  bir-birimizi 
tanıyırıq  və  qüsurlarını  hamıdan  yaxşı  bilirəm;  amma  o 
qarışqanı  belə  incidə  bilməyəcək  qədər  kövrək  ürəklidir. 
Onu tanıyan hər kəs bu iddianın nə qədər mənasız olduğu-
nu bilir. 
46
 
 


-Ümid edirəm onu təmizə çıxararıq xanım Turner, - dedi 
Şerlok Holms. -Əlimdən  gələni edəcəyimə  əmin  ola bilərsi-
niz. 
-Hadisəni bilirsiniz, deyilmi? Hər hansı bir nəticəyə gəl-
dinizmi?  Bir  detal,  bir  ipucu  tapa  bildinizmi?  Siz  də  onun 
günahsız olduğunu düşünürsünüzmü?  
-Belə ehtimal var. 
-Bax,  görürsünüz,  -  deyə  qışqırdı,  -  başını  arxaya  atıb 
Lestradeyə tərs-tərs baxaraq. - Eşidirsiniz! Mənə ümid verir. 
Lestrade çiyinlərini çəkdi: Qorxuram ki, həmkarım qərar 
verməkdə bir az tələskənlik edir, - dedi. 
-Amma haqlıdır. Haqlı olduğunu bilirəm. Bunu Ceyms 
etməyib.  Və  atasıyla  arasında  baş  verən  bu  mübahisə; 
əminəm  ki  müfəttişə  izah  etməməsinin  səbəbi,  mövzunun 
mənimlə əla-qədar olmasıdır. 
-Necə əlaqəsi var, - deyə soruşdu Holms. 
-Artıq  bəzi  şeyləri  gizlətməyin mənası  yoxdur.  Ceyms 
və atası, mənim haqqımda bəzi mövzularda razılaşa bilmir-
dilər.  Cənab  Makkarti  evlənməyimizi  istəyirdi.  Ceyms  və 
mən bir-birimizi həmişə  qardaş  kimi  sevmişik;  lakin  o hələ 
gənc və təcrübəsizdir  və... və... e, təbii olaraq belə bir şey et-
mək istəmirdi. Buna görə tez-tez mübahisə edirdilər və dü-
şünürəm bu sonuncusu da onlardan biridir. 
-Yaxşı bəs sizin atanız, - deyə soruşdu Holms. - Belə mü-
nasibəti o dəstəkləyirdimi? 
-Xeyr, o da qarşı idi. Cənab Makkartidən başqa heç kəs 
istəmirdi. 
Holms iti və sual dolu baxışlarla qıza baxanda, o qızardı. 
-Bu məlumat üçün təşəkkür edirəm, - dedi. - Sabah gəl-
səm atanızı görə bilərəmmi? 
-Qorxuram ki, həkim buna icazə verməsin. 
47
 
 


-Həkim? 
-Bəli,  eşitməmisinizmi?  Yazıq  atamın  sağlamlığı  onsuz 
da  son  bir  neçə  ildir  yaxşı  deyildi;  bu  son  hadisə  də  onu 
əməlli-başlı  çökdürdü.  Yataqdan  qalxa  bilmir.  Doktor  Vil-
lyams, onun bərbad olduğunu və sinir sisteminin pozuldu-
ğunu  söyləyir.  Cənab  Makkarti  atamı,  Viktoriyadakı  köhnə 
günlərindən tanıyan yeganə adam idi. 
-Viktoriyada, eləmi? Baxın, bu əhəmiyyətlidir. 
-Bəli, mədənlərdə. 
-Elə olmalıdır; bildiyim qədər, cənab Turnerin sərvətini 
qazandığı qızıl mədənlərində. 
-Bəli, doğrudur. 
-Təşəkkür edirəm xanım Turner. Çox yardımçı oldunuz. 
-Sabah  yeni  bir  şey  olsa  xəbər  verərsiniz.  Hər  halda 
həbsxanaya Ceymsi görməyə gedəcəksiniz. Əgər gedəcəksi-
nizsə cənab Holms, ona günahsız olduğuna inandığımı söy-
ləyin. 
-Söyləyərəm, xanım Turner. 
-İndi evə dönməliyəm çünki atam çox xəstədir və yoxlu-
ğuma dözə bilməz. Hələlik. Tanrı yardımçınız olsun.  
Otaqdan, gəldiyi kimi həyəcanla çıxıb getdi. 
Arabasının  təkərlərinin  tıqqıltısı  qısa  bir  müddət  sonra 
eşidilməz oldu.  
Bir neçə dəqiqəlik səssizlikdən sonra Lestrade təkəbbür-
lə dilləndi: 
-Səndən utanıram Holms, niyə boşa çıxacaq ümidlər ve-
rirsən  ki?  O  qədər  kövrək  ürəkli  deyiləm,  amma  buna  za-
lımlıq deyilir.  
-Ceyms  Makkartini  təmizə  çıxaracaq  bir  yol  tapdığımı 
düşünürəm, - dedi Holms. -Onu həbsxanada görməyimə ica-
zə varmı? 
48
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə