Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə8/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   4   5   6   7   8   9   10   11   ...   38

Elə sevimli, yaşlı bir keşişdən pislik gələ biləcəyindən heç şüb-
hələnməmişdim. Amma bildiyiniz kimi aktyorluq təhsilim var. Kişi 
kostyumlarına  öyrəncəliyəm.  Yaratdığı  rahatlıqdan  dəfələrlə  fay-
dalanmışam. Arabaçım Cona sizi izləməsini tapşırdım, sonra yu-
xarı çıxıb gəzinti paltarlarımı geyindim və siz çıxarkən mən aşağı 
endim. 
Sizi qapınıza qədər izlədim. Beləliklə həqiqətən də məhşur Şer-
lok Holmsun “qonağım” olduğunu tam dəqiqliyi ilə başa düşdüm. 
Bir az da ehtiyatsızcasına sizə “Gecəniz xeyir” dedikdən sonra, əri-
mi görmək üçün Templə getdim. Onunla məsləhətləşdikdən sonra, 
belə  qorxunc rəqibin  qarşısında  ən  yaxşı  yolun  qaçmaq  olduğu 
qərarına gəldik. Ona görə də sabah gələndə yuvanı boş görəcəksi-
niz. Fotoşəklə gəldikdə isə, müştərinizin qəlbi rahat olsun. Ondan 
daha yaxşı kişini sevirəm və o da məni sevir. Kral istədiyini edə bi-
lər. Fotoşəkli isə gələcəkdə mənə qarşı yönələcək hər hansı bir hə-
rəkətə  qarşı  bir  silah  olaraq  istifadə  etmək  üçün,  yanımda  saxla-
yacağam. Onun əvəzinə saxlamaq istəyəcəyi bir fotoşəkil qoyuram. 
Sizə də sevgilərimi bildirirəm cənab Şerlok Holms. 
İREN NORTON-ADLER.  
Məktub bitəndə Behemiya kralı: 
-Bu necə qadın imiş, tanrım, - deyə bağırdı. - Sizə nə qə-
dər cəld və prinsipial olduğunu demişdim. Necə mükəmməl 
kraliça ola bilərdi! Mənim yanımda olmaması, çox pis oldu, 
elə deyilmi? 
-Başa  düşdüyümə  görə  xanım,  əlahəzrətdən  fərqli  sə-
viyyədədir, - Holms soyuqqanlılıqla dedi. - Əlahəzrətin işini 
uğurla tamamlaya bilmədiyim üçün, üzgünəm. 
-Əksinə, əziz  cənab, - Kral dilləndi. Bundan daha mü-
vəffəqiyyətli ola bilməzdiniz. İrenin sözübütövlüyünə inanı-
ram. Fotoşəkil etibarlı əllərdədir. 
-Əlahəzrətin sözləri məni məmnun etdi. 
33
 
 


-Sizə nə qədər borclu olduğumu izah edə bilmərəm. Lüt-
fən,  sizi  necə  mükafatlandıracağımı  deyin.  Bu  üzük...  –Bar-
mağından bir üzük çıxarıb Holmsa uzatdı. 
-Əlahəzrətdə  mənim  üçün  daha  dəyərli  bir  şey  var,  - 
Holms dedi. 
-Deməyiniz kifayətdir. 
-Bu fotoşəkil. 
Kral təəccüblə ona baxdı: 
-İrenin fotoşəkli, - deyə bağırdı. - Əlbəttə, əgər istəyirsi-
nizsə buyurun. 
 -Əlahəzrətə təşəkkür edirəm. Elə isə görəcəyimiz başqa 
iş qalmadı. Sizə uğurlar diləyirəm. - Kralın önündə baş əydi 
və  ona  uzanan  ələ  diqqət  yetirmədən  arxasını  çevirib  evə 
doğru yönəldi. 
Bu Bohemiya krallığını təhdid edən böyük bir qalmaqa-
lın və Şerlok Holmsun bir qadının zəkasına məğlub olması-
nın  hekayəsi  idi.  O  gündən bəri  qadınların  zəkası  ilə  bağlı 
zarafat etdiyini eşitmədim. İren Adlerin fotoşəklini saxlayır, 
ondan söz düşəndə isə deyirdi: “O qadındır!” 
 
 
 
 
34
 
 


 
 
 
 
BOSKOMB 
VADİSİNİN SİRRİ 
 
 
 
35
 
 


Arvadımla səhər yeməyi yeyərkən xidmətçi qız bir tele-
qram  gətirdi.  Teleqram  Şerlok  Holmsdan  gəlirdi  və  o  belə 
yazırdı: 
“Mənə ayıracaq bir neçə günün varmı? İngiltərənin qər-
bindən  Boskomb  vadisi  faciəsi  ilə  bağlı  teleqram  almışam. 
Mənimlə  gəlsən  çox  sevinərəm.  Hava  və  mənzərə  mükəm-
məl olacaq. 11:15 qatarıyla Paddinqtondan çıxıram”. 
Arvadım mənə baxdı: 
-Nə deyirsən həyatım? Gedəcəksənmi? 
-Nə deyəcəyimi həqiqətən bilmirəm. Bu dəqiqə görməli 
olduğum çoxlu işim var. 
-Anstruser  həll edər.  Son  zamanlarda  rəngin  solğunla-
şıb. Məncə bu dəyişiklik sənə xoş təsir bağışlayacaq. Həm də 
cənab Şerlok Holmsun macəraları səni hər zaman maraqlan-
dırır. 
-Bu macəralardan çox şey öyrəndiyimi inkar edə bilmə-
rəm, - deyə cavab verdim. 
Əgər gedəcəyəmsə tezbazar  hazırlanmalıyam, çünki cə-
mi yarım saatım var. 
Düşərgə  qurmaq  mövzusunda  Əfqanıstanda  əldə  etdi-
yim təcrübə sayəsində heç olmasa sürətli və hər zaman hazır 
səyyah  sayılıram.  Yalnız  bir  neçə  əşyaya  ehtiyacım  olduğu 
üçün  qısa  müddətdə  hazırlandım  və  bir  faytona  minərək 
Paddinqton  stansiyasına  yollandım.  Ora  çatanda,  Şerlok 
Holms perronda var-gəl edirdi. Onsuz da uzun və arıq olan 
bədəni, geydiyi uzun, boz səfər plaşı və ona uyğun şlyapası 
ilə daha da uzun görünürdü. 
-Gəlməyin çox yaxşı oldu Uatson, - dedi. - Yanımda, so-
nuna  qədər  güvənə  biləcəyəm  biri  olması  çox  əhəmiyyətli-
dir. Yerli orqanlar hər zaman ya fərasətsiz, ya da çox önyar-
ğılı olur. Sən küncdə bir yer saxla, mən də biletləri alım. 
36
 
 


Holmsun yanında gətirdiyi böyük sənəd yığınını çıxsaq 
bütün  kupe  bizə  aid  idi.  Bunları  araşdıraraq  oxuyur,  hər-
dənbir qeydlər götürür və düşünürdü. Ridinqi keçmişdik ki, 
kağızları dəstələyib  üst rəfə qoydu. 
-Hadisə haqqında nə bilirsən? 
-Heç bir şey. Bir neçə gündür qəzet oxumurdum. 
-London mətbuatı çox detallı məlumat verməyib onsuz 
da.  Elə  indi  qəzetlərin  son  saylarının  lazımlılarını  ayırd  et-
məklə məşğul idim. Məncə bu da son dərəcə çətin olan sadə 
hadisələrdən biridir. 
-Bu bir az ziddiyyətli izahat deyilmi?  
-Amma bu belədir. Bir hadisənin başqalarından fərqli ol-
ması hər vaxt yaxşı ipucudur. Halbuki hadisə nə qədər məz-
munsuz  və  sıradandırsa  onu  həll etmək də  o  qədər  çətin 
olur.  Burada  isə,  öldürülən  adamın  oğluna  qarşı  ciddi  bir 
iddia qaldırılıb. 
-Elə isə qətldir? 
-Elə olduğu iddia edilir deyək. Özüm şəxsən baxmadan 
heç bir şeyi qəbul edə bilmərəm. Əvvəl məsələni sənə, mə-
nim də bildiyim qədəriylə bir neçə sözlə izah edim. 
Boskomb  vadisi,  Herefordşirdə,  Ross  yaxınlarında  səh-
ralıq bir bölgədir. Bu bölgədəki ən böyük torpaq sahibi, bir 
müddət  Avstraliyada  çalışıb  pul  qazandıqdan  sonra  köhnə 
məmləkətinə  dönən cənab  Con  Turner  adlı  biridir.  Haser-
leydəki  fermasını,  özü  kimi  Avstraliyadan  gəlmə  cənab 
Çarlz Makkarti adlı bir adama verib.  Bir-birilərini koloniya-
dan  tanıdıqları  üçün,  bir  yerə  köçərkən,  bir-birilərinə  yaxın 
olmaq istəmələri təbiidir. Turner daha imkanlı olduğu üçün 
Makkarti kirayəçi kimi qalıb. Amma tez-tez birlikdə olmala-
rından  aydın  olur  ki,  indiyə  qədər  aralarında  hər  hansı  bir 
problem  yaranmayıb.  Makkartinin    on  səkkiz  yaşında  bir 
37
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə