Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə38/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   30   31   32   33   34   35   36   37   38

-Təbii. Əgər ortada bizim səhv izə düşməyimizi istəyən 
bir saxtakarlıq yoxdursa. Ən azından üzük bir şey isbat edə 
bilməz. Ondan alınmış ola bilər. 
-Xeyr, xeyr, bu yazı dəqiqliklə onun yazısıdır. 
-Ola bilər,  amma  bazar  ertəsi  yazılıb  bu  gün  məktubla 
göndərilmiş ola bilər. 
-Baxın bu mümkündür. 
-Əgər elədirsə, aradakı zamanda çox şey olmuş ola bilər. 
-Məni  ümidsizliyə  salmayın,  cənab  Holms.  Hər  şeyin 
yolunda olduğunu bilirəm. Aramızda elə bir yaxınlıq vardır 
ki, başına pis bir şey gəlsə, hiss edərdim. Bu yaxınlarda, ya-
taq otağında əlini kəsmişdi, mən yemək otağından nə isə ol-
duğunu  hiss  edib  yuxarı  qaçmışdım.  Belə  əhəmiyyətsiz  bir 
şeyi belə hiss edirəmsə, öldüyünü sizcə başa düşməzdim? 
-Çox  vaxt  bir qadının hisslərinin  analitik  xəfiyyənin  çı-
xardığı  nəticələrdən  daha  həqiqi  olduğuna  şahid  olmuşam. 
Bu məktubla hisslərinizin qüvvətlənməsi təbiidir. Yaxşı, am-
ma əriniz  həyatdadırsa, niyə geri dönmür? 
-Bilmirəm. Ağlasığmaz bir şeydir bu. 
-Bazar ertəsi günü niyə sizə xəbər vermədən itdi? 
-Bilmirəm. 
-Onu  Svandam  küçəsində  görüncə  çox  təəccüblənmiş-
diniz, eləmi?  
-Həm də lap çox. 
-Pəncərə açıq idimi? 
-Bəli. 
-O zaman sizi çağırmış ola bilərmi? 
-Ola bilər. 
-Amma  başa  düşdüyümə  görə  müəyyən naməlum  bir 
qışqırıq eşitmisiniz. 
-Bəli. 
156
 
 


-Bir kömək çağırışı ehtimal etdiniz? 
-Bəli. Əl yellədi. 
-Amma çaşdığı üçün də qışqırmış ola bilər. Gözlənilmə-
dən  sizi görməsi, elə əl yelləməsinə səbəb olmuş ola bilər.  
-Bu mümkündür. 
-Aşağı əyildiyini düşündünüz? 
-Birdən yox oldu. 
-Arxaya da sıçramış ola bilər. Otaqda başqalarını da gör-
dünüzmü? 
-Xeyr, amma o qorxunc adam orada olduğunu etiraf et-
mişdi. Laskar pilləkənlərin aşağısında idi. 
-Düzdür.  Ərinizin  üstündə  hər  zamankı  geyimləri  var-
dı? 
-Bəli amma yaxalığı və qalstuku yox idi. Çılpaq boğazını 
dəqiq bir şəkildə gördüm. 
-Sizə, əvvəlllər  Svandam küçəsindən danışmışdımı? 
-Xeyr. 
-Tiryək istifadə edən adamın əlamətləri var idimi? 
-Əsla! 
-Təşəkkür edirəm xanım St. Kleyr. Bunlar, qətiliklə əmin 
olmaq  istədiyim  əsas  nöqtələr  idi.  İndi  axşam  yeməyimizi 
yeyib otağımıza çəkiləcəyik. Çünki sabah çətin bir gün ola-
caq. 
Rahat və geniş, cüt yataqlı otaq idi. Mən dərhal yatağa 
uzandım,  çünki  bu  macəralı  gecə  məni  yormuşdu.  Halbuki 
Şerlok  Holms  beyninə  düşən  bir  problem  olanda,  günlərlə, 
hətta həftələrlə heç istirahət etmədən dözə bilərdi. Sonunda 
həll edənə  və  ya məlumatların  qeyri-kafi  olduğu  qənaətinə 
gələnə  qədər  məlumatları  başında  çək-çevir  edər,  yenidən 
nizamlayar və hər baxımdan təkrar-təkrar nəzərdən keçirər-
di. Bütün gecə oturacağını anlamışdım. Paltosunu və pencə-
157
 
 


yini çıxardı, mavi rəngli, geniş bir gecəlik geyindi və otaqda 
gəzərək, yataqdakı yastıqları və divanla kreslonun döşəklə-
rini  yığdı.  Bunlarla  özünə  bir  növ  Şərq  guşəsi  hazırladı  və 
üstündə  bardaş  quraraq  oturdu.  Lampanın  öləzimiş  işığın-
da, ağzındakı siqardan mavi tüstülər üfürərək  gözlərini ta-
vana dikmiş, səssiz və hərəkətsiz oturduğunu görə bilirdim. 
Mən yuxuya getdiyimdə o hələ otururdu və səhər ani bir sıç-
rayışla  qalxıb  günəşin  çoxdan  doğulmuş  olduğunu  fərq  et-
diyimdə  hələ  eyni  şəkildə  oturduğunu  gördüm.  Tənbəkisi 
hələ ağzında, tüstü hələ yüksəlməkdə idi. Otaq tünd tütün iy 
verirdi və gecə gördüyüm siqar yığını bitmişdi. 
-Oyandınmı, Uatson? -  deyə soruşdu. 
-Bəli. 
-Səhər səfərinə hazırsanmı? 
-Əlbəttə. 
-O zaman geyin. Hələ kimsə qalxmayıb, amma lakeyin 
harada  yatdığını  bilirəm,  ona  gedib  arabamızı  hazırlatdıra  
bilərik.  
Bunları söylədikdən sonra öz-özünə gülümsədi. Gözləri 
parlayırdı,  gecəki  ciddi  filosofdan  əsər  yox  idi.  Geyinərkən 
saatıma  baxdım.  Kimsənin  qalxmamış  olması  normal  idi. 
Saat beşə iyirmi beş dəqiqə işləyirdi. Holms, faytonun hazır 
olduğunu xəbər verməyə gələndə yenicə geyinmişdim. 
-Kiçik bir nəzəriyyəmi test etmək istəyirəm, - dedi, çək-
mələrini ayağına keçirərkən. 
-Uatson,  düşünürəm  bu  anda  qarşında  Avropanın  ən 
böyük  axmaqlarından  biri    dayanır.  Məni  Çarinq  Krossdan 
atsalar yeridir. Amma yəqin ki, artıq məsələnin açarını tap-
mışam. 
-Harada imış bəs? - soruşdum gülümsəyərək. 
158
 
 


-Hamamda, - cavab verdi. Bəli, zarafat etmirəm, -  deyə 
davam  etdi,  mənim  inamsız  rəftarımı  görüncə.  -  Az  əvvəl 
oradaydım,  onu  çıxardım  və  bu  çamadanın  içinə  qoydum. 
Haydı dostum, baxaq görək uyğun gələcəkmi? 
Mümkün  olduğu  qədər  səssizcə  aşağı  endik  və  parlaq 
səhər günəşinə çıxdıq. Yoldakı faytonumuzun  yanında  yarı 
geyinmiş  halda  lakey  dayanırdı.  İkimiz  də  faytonun  içinə 
atıldıq və London yoluna çıxdıq. Arxasında tərəvəzlərlə şə-
hərə gedən bir neçə yük arabasından başqa, yolun hər iki ya-
nındakı villalar səssiz və cansız şəkildə sıralanırdı. 
-Müəyyən bucaqlardan baxsaq, maraqlı bir hadisə oldu, 
- dedi Holms, atları qırmanclayaraq. Etiraf etməliyəm ki, al-
dadılmışam. Amma zərərin harasından dönsən qazancdır. 
Surreydən  keçərkən,  erkən  oyananlar,  yuxulu  sifətlərlə 
pəncərələrindən yeni-yeni  baxmağa  başlamışdı.  Vaterloo 
körpü yolundan çayı keçərək Vellinqton küçəsinə, oradan da 
Bov  küçəsindəki  polis  bölməsinə  getdik.  Şerlok Holms,  po-
lislər arasında yaxşı tanınan biri idi və qapıdakı iki məmur 
onu salamladı. Biri atları tutarkən, digəri bizə içəriyə qədər 
müşayiət etdi. 
-Bu gün kim növbədədir?- soruşdu Holms. 
-Müfəttiş Bradstrit, cənab. 
-Ah,  Bradstret,  necəsən?  -  Başında  şiş  şapkası  və  düy-
məli pencəyiylə uzunboylu, yekəpər bir məmur qarşılamağa 
çıxmışdı.  -  Səninlə  xüsusi  olaraq  danışmaq  istədiyim bəzi 
şeylər var. 
-Əlbəttə cənab Holms. Otağıma gəlin.  
Bura masanın üstündəki böyük rəfləri və divara asılı te-
lefonuyla əsil büro idi. Müfəttiş masasına oturdu. 
-Sizin üçün nə edə bilərəm, cənab Holms? 
159
 
 


-Lidən  olan  cənab  Neville  St.  Kleyrin  yoxa  çıxması  ilə 
əlaqədar olaraq günahlandırılan bu dilənçi Bune üçün gəlmi-
şəm. 
-Bəli. Bura gətirilib və istintaqlar üçün saxlanılıb. 
-Eşitmişdim. Hələ buradadırmı?  
-Kameradadır. 
-Heç problem yaradırmı? 
-Ah, xeyr. Amma murdar adamdır. 
-Murdarmı? 
-Bəli,  nə  qədər  əllərini  yuması  üçün  məcbur  etsək də, 
diqqət  etmir.  Hələ  bir  də  iddiası  tamamlansın,  onu  həbsdə 
yaxşıca yuyarlar. Halını görsəniz mənə haqq verərdiniz. 
-Onu görməyi çox istəyirəm. 
-Eləmi?  Həll edərik.  Belə  gəlin.  Çamadanınızı  burada 
qoya bilərsiniz. 
-Xeyr, yanımda olsa daha yaxşıdır.  
-Siz bilərsiniz. Buyurun, lütfən.  
Bizi koridordan keçirərək sonundakı barmaqlıqlı qapını 
açdı, aşağı bir nərdivan sürüşdürdü və hər iki yanında qapı-
lar olan başqa bir koridora soxdu. 
-Sağdan üçüncü qapı, - dedi müfəttiş. - Buradır. Səssiz-
cə, qapının üstündəki bölməni açaraq içəri baxdı. - Yatır. Ba-
xın, rahatlıqla görə bilərsiniz. 
İkimiz  də  barmaqlıqlardan  içəri  baxdıq.  Üzü  bizə  çev-
rilmiş,  yavaş  və  ağır  nəfəs  alaraq  yatırdı.  Ortaboylu  adam 
idi. Üstündəki köhnə paltosuyla yatmışdı. Müfəttişin dediyi 
kimi,  son  dərəcə  çirkli  idi,  amma  üzündəki  çirk  o  qorxunc 
çirkinliyini örtməyə çatmırdı. Gözünün altından çənəsinə qə-
dər  enən  yara  izinin  yaratdığı  qırışdan  üst  dodağı  büzül-
müş, öndəki iki, üç dişini açıqda buraxmışdı. Çox parlaq qır-
mızı rəngi saçları alnına və gözlərinə düşürdü. 
160
 
 


-Nə gözəldir, deyilmi? - müfəttiş dilləndi. 
-Həqiqətən də duşa ehtiyacı var, - dedi Holms. - Bu ağ-
lıma gəlmişdi, onun üçün yanımda lazımlı alətləri də gətir-
dim. Çamadanı açıb içindən böyük bir duş süngəri çıxaranda 
təəccübdən udqundum. 
 -Hə! Hə! Çox zəhlətökəndir,- dedi müfəttiş. 
 -İndi, əgər o qapını səssizcə açmaq nəzakətini göstərsə-
niz, onu adama bənzədə bilərik. 
-Nə üçün? - dedi müfəttiş.  
-Bov  küçəsinin  kameraları  üçün  heç  də  yaxşı  təəssürat 
yaratmır,  deyilmi?  Açarı  kilidə  soxaraq  qapını  açdı  və  biz 
səssizcə  kameraya  girdik.  Yatan  adam  yüngülcə  döndü və 
dərin  yuxusuna  davam  etdi.  Holms  süngəri  vedrədə  islat-
dıqdan sonra məhkumun üzünə sərt şəkildə sürtdü. 
-Tanış edim, - deyə qışqırdı, - şəhərin kənarından cənab 
Neville St. Kleyr. 
Həyatımda  belə  bir  şey  görməmişdim.  Adamın  üzü, 
süngərin  altında bir ağacın qabığı kimi sıyrıldı. O qəhvəyilik 
getmişdi! O qorxunc yara izi və bükük dodaq da. Son olaraq 
qırmızı  saçlar  da  çıxarılanda,  ortaya,  ağ  bənizli,  qara  saçlı, 
qəmli  baxışlı  bir  adam    çıxdı.  Gözlərini  ovuşduraraq,  yuxu 
sərsəmliyi ilə ətrafına baxdı. Sonra nələr olduğunu fərq edin-
cə bir qışqırıq qopardı və özünü yatağa ataraq üzünü yastığa 
sıxdı. 
-Aman Tanrım! - deyə qışqırdı müfəttiş, - itkin adam de-
yilmi bu? Fotoşəkilindən tanıdım. 
Məhkum,  özünü  qədərinə  buraxan  bir  adam  havasıyla 
dönərək: 
-Elə olsun, - dedi. - Yaxşı nədə günahlandırılıram? 
-Cənab Neville St. Kleyri öldürmə. ..Yox canım, intihar 
olmadığı  müddətcə  sizi  bununla  günahlandıra  bilməzlər,  - 
161
 
 


deyərək gülümsədi müfəttiş. - Tam iyirmi yeddi ildir bu işlə 
məşğulam, belə bir şey görməmişəm. 
-Əgər mən cənab Neville St. Kleyrəmsə, heç bir cinayət  
işlənmədiyi  açıq-aşkar  ortadadır.  Üstəlik mən də  qanuna 
zidd bir şəkildə saxlanılmış oluram. 
-Cinayət  deyil,  amma  böyük  bir  səhv  edildi,  -  dedi 
Holms. - Arvadınıza güvənsəydiniz daha yaxşı olardı. 
-Məsələ arvadım deyil, uşaqlarım, - inlədi adam. - Tanrı 
yardımçım olsun, atalarından utanmalarını istəmədim. Tan-
rım! Nə böyük bir utancdır! Mən indi nə edəcəyəm? 
Şerlok Holms onun yanında oturaraq əlini çiyininə qoy-
du. 
-Əgər məsələni həll etmək üçün qanuni yollara müraciət 
etsən, dedi, hadisə hər kəsə məlum olacaq. Digər  tərəfdən, 
əgər  polis  səlahiyyətlilərini  əleyhində  bir  iddia  olmadığı 
mövzusunda razı sala bilsən, qeydlərə keçməsinə heç gərək 
qalmaz.  Müfəttiş  Bradstrit,  bizə  izah  edəcəklərinizi  qeyd 
edib lazımlı mövqelərə çatdıracaq. Beləcə hadisə məhkəmə-
yə göndərilməz. 
-Tanrı sizi qorusun! - deyə qışqırdı adam həyəcanla. Sir-
rimi  uşaqlarım  öyrənməkdənsə,  həbs  çəkərəm,  hətta edam 
edilməyim daha yaxşı olar. 
Hekayəmi ilk eşidən sizsiniz. Atam, Çesterfilddə məktəb 
müdiri idi və mən də orada yaxşı təhsil aldım. Gəncliyimdə 
çox gəzdim, səhnəyə çıxdım və sonunda Londondakı axşam 
qəzetində müxbir olaraq işə başladım. Bir gün redaktorum, 
məndən  şəhərdə  dilənçilik haqqında bir  yazı  silsiləsi  hazır-
lamağımı istədi və mən də vəzifəni məmnuniyyətlə qəbul et-
dim. Macəralarımın başlanğıc nöqtəsi də bu oldu. Məqalələ-
rimi yazacaq məlumatları ancaq dilənçi cildinə girərək tapa 
bilərdim.  Aktyorluq  edərkən  bütün  makiyaj  hiylələrini  öy-
162
 
 


rənmişdim və o zamanlar bu mövzuda bir nömrə idim. Üzü-
mü rənglədim və özümü mümkün olduqca yazıq göstərə bil-
mək üçün gözəl bir yara izi hazırladım və dəri rəngi bir lent 
istifadə  edərək  üst  dodağımın  büzülməsini  təmin  etdim. 
Sonra  qırmızı  bir  parik  və  uyğun  bir  paltarla  görünüşü  ta-
mamlayaraq  şəhərin  iş  mərkəzlərindən  birində,  görünüşcə 
kibrit satıcılığı, amma gerçəkdə dilənçilik etməyə başladım. 
Orada yeddi saat dayandıqdan sonra axşam evə qayıdanda 
pulları saydım və heyrətlə, 26 şillinq, 4 peni yığdığımı gör-
düm.  Məsələ  üzərində  çox  düşünmədən məqalələrimi  yaz-
mağa  davam  etdim.  Amma  bir  gün,  kreditinə  zamin  oldu-
ğum  bir  yoldaşım  kreditini  ödəməyincə,  25  sterlinqlik  borc 
üstümdə qaldı. Pulu haradan tapacağımı düşünərkən ağlıma 
bir fikir gəldi. Borc verənlərdən iki həftə möhlət istədim, mü-
dirimdən də icazə aldım və bu zamanı dilənçi cildinə girib, 
şəhərdə dilənçilik edərək keçirdim. On gün içində pulu yığ-
mışdım  və  borcumu  ödəmişdim.  Üzümü  rəngləyib,  şap-
kamı  yerə  qoyub  oturaraq  bir  gündə  yığa  biləcəyim  pulu, 
ancaq  bir  həftə  boyunca  it  kimi  işləyərək  qazana  biləcəyim 
düşüncəsi  ağlımdan  çıxmırdı.  Qürurumla  pul  arasındakı 
uzun döyüşdən pul qalib çıxdı və mən müxbirliyi buraxaraq, 
dilənçiliyə başladım. Yalnız tək bir adam bilirdi sirrimi. O da 
Svandam küçəsində hər səhər gedib səfil dilənçi cildində çıx-
dığım və axşamlar  dönərək köhnə cənab cildimə qovuşdu-
ğum evin sahibi. Laskar deyilən bu adama yaxşı pul verdi-
yimdən,  sirrimi  açmayacağından  əmin  idim.  Bir  müddət 
sonra  ciddi  miqdarda  pul  yığdığımı  başa  düşdüm.  London 
küçələrindəki hər dilənçinin ildə 700 sterlinq qazana biləcə-
yini düşünmürəm - bu mənim illik ortalama gəlirimdən belə 
azdır - amma  mənim makiyaj və aktyorluq istiqamətindəki 
qabiliyyətlərim, zamanla şəhərdə tanınan bir tip olmamı tə-
163
 
 


min  etdi.  Hər  gün  yüzlərlə  peni  tökülürdü  şapkama  və  2 
sterlinqdən az qazandığım gün, işlərin kasad olduğunu dü-
şünürdüm. 
Gün  keçdikcə  daha  zəngin  və  daha  ehtiraslı  olurdum. 
Nəhayət şəhər kənarında bir ev aldım və evləndim. Kimsə-
nin mənim gerçək işim mövzusunda ən kiçik bir şübhəsi yox 
idi. Sevimli arvadım, yalnız şəhərdə bir işim olduğunu bilir-
di, nə etdiyimi bilmirdi. 
Keçən bazar ertəsi işimi bitirib, tiryək təkkəsinin üstün-
dəki evimdə paltarlarımı dəyişdirərkən pəncərədən çölə bax-
dığımda, qorxu və heyrətlə arvadımın küçədə dayanıb mənə 
baxdığını fərq etdim. Təəccübdən qışqırdım və sonra üzümü 
gizləməyə  çalışdım.  Sirdaşım  Laskara  gedib  içəriyə  girmək 
istəyənlərə mane olmasını söylədim. Aşağıda arvadımın sə-
sini  eşidirdim,  amma  yuxarı  buraxmayacaqlarını  da  bilir-
dim. Sürətlə paltarlarımı çıxarıb dilənçi paltarlarımı geydim, 
makiyajımı etdim və parikimi taxdım. Məni bu makiyajla ar-
vadım belə tanıya bilməzdi. Amma sonra evi axtara biləcək-
lərini və paltarların məni ələ verə biləcəyini düşündüm. Pən-
cərəni açarkən səhər evdə kəsdiyim əlimin yarası açıldı. Son-
ra,  ciblərinə  xırda  pullar  doldurduğum  pencəyimi  qapıb 
pəncərədən çölə atdım. Sırada digər paltarlar da var idi, am-
ma  o  anda  pilləkənlərdə  polislərin  səsini  eşitdim  və  çəkin-
dim. Və bir neçə dəqiqə sonra cənab Neville St. Kleyr olaraq 
deyil, onun qatili olaraq həbs olunmuşdum. 
Açıqlaya  biləcəyim  başqa  şey  varmı  bilmirəm.  Müm-
kün olduğu qədər uzun müddət tanınmaq istəmədiyim üçün 
yuyunmağı  şiddətlə  rədd  etdim.  Arvadımın  narahat  olaca-
ğını bildiyimdən, bir anlıq polislərin bizə baxmamasından is-
tifadə edib üzüyümü Laskara verdim və tələsik nə etməsi la-
zım olduğunu izah etdim. 
164
 
 


-O qeyd xanımının əlinə hələ dünən çatıb, - dedi Holms. 
-Aman Tanrım! Nə çətin həftə keçirib kim bilər! 
-Polis,  Laskarı  davamlı olaraq izləyirdi,  -  dedi müfəttiş 
Bradstrit,  -  ona  görə  məktubu  fərq  edilmədən  göndərməsi 
çətin olmuşdur. Bəlkə də dənizçi müştərilərindən birinə ver-
mişdir, o da göndərməyi unutmuşdur. 
-Ola bilər,  -  dedi  Holms,  başını  yelləyərək,  -  buna  heç 
şübhəm  yoxdur.  Yaxşı  heç  dilənçilik  etdiyiniz  üçün  polislə 
probleminiz olubmu?  
-Bir neçə dəfə. Amma ödənən cəzalar nədir ki? 
-Burada bitməlidir, - dedi Bradstrit. - Əgər polis bu hadi-
səni  ört-basdır edəcəksə,  bu  Huq  Bune məsələsi  bağlanma-
lıdır. 
-Bütün varlığımla and içirəm ki, dediyiniz kimi olacaq. 
-Bu vəziyyətdə hadisəni daha çox deşməyin bir mənası 
yoxdur. Amma təkrar tutulsanız,  hər şeyin ortaya çıxacağını 
yadınızdan çıxarmayın. Cənab Holms, məsələni açıqlığa qo-
vuşdurduğunuz üçün sizə minnətdarıq. Bütün bunları necə 
bacardığınızı öyrənmək istəyərdim. 
-Bu nəticəyə, beş ədəd  yastıq üstündə oturub dalbadal 
siqar içərək gəldim, - deyərək dostum sözə başladı. - Uatson, 
düşünürəm ki, tələssək Beyker küçəsində səhər yeyə bilərik. 
 
 
 
 
 
 
 
165
 
 


 
 
 
 
 
 
 
 
 
 
 
Artur Konan Doyl 
Boskomb vadisinin sirri 
Hekayələr toplusu 
 
2-ci nəşr 
 
 
166
 
 


 
 
 
 
 
Çapa imzalanıb: 14.02.2015 
Formatı: 70x100 1/16. Ofset çapı 
Həcmi: 10.5 
Sifariş № 109 
 
 
Tel.: (+99470) 523 01 34 
info@hedefnesrleri.az
 
 
 
 
 
Qiyməti: 4 manat 
 
 
 
167
 
 


 
168
 
 

Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə