Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə32/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   28   29   30   31   32   33   34   35   ...   38

lərinə gələn o qorxunc məktubları nəzərə alaraq tapa bilərik. 
Məktubların üstündəki markalara diqqət yetirdinmi? 
-Birincisi  Pondiçerridən,  ikincisi  Dundidən,  üçüncüsü 
də Londondan gəlib. 
-Londonun şərqindən. Burdan nə başa düşürsən? 
-Hamısı da liman şəhəridir. Göndərən gəmidə ola bilər.  
-Mükəmməl. Artıq bir ipucumuz var. Göndərən şəxs gə-
midə olmasının ehtimalı həqiqətən də yüksəkdir. İndi başqa 
bir nöqtəyə diqqət edək. Pondiçerridən gələn təhdid məktu-
buyla təhdidin yerinə yetirilməsi arasında yeddi həftə, Dun-
didə isə yalnız üç, dörd gün var. Bu sənə bir şeylər xatırla-
dırmı? 
-Qət edilən məsafə daha uzundur. 
-Amma  unutma  ki,  məktub  da eyni  şəkildə  daha  uzun 
bir məsafədən gəlib. 
-O halda əhəmiyyətli nöqtəni qaçırmışam. 
-Heç  olmasa,  haqqında  danışdığımız  gəminin yelkənli 
olduğunu  irəli  sürə  bilərik.  Xəbərdarlıqlarını  həmişə  yola 
çıxmadan əvvəl göndərirlərmiş. Dundidən sonra işin nə qə-
dər  tez  olduğunu  gördün.  Pondiçerridən  buxarlı  gəmi ilə 
gəlsəydilər məktubla az qala eyni zamanda gələrdilər. Hal-
buki  düz  yeddi  həftə  keçib.  Düşünürəm  bu  yeddi  həftə, 
məktubu gətirən məktub gəmisiylə, göndərəni gətirən gəmi 
arasındakı fərqi açıqlayır. 
-Ola bilər. 
-Olma  ehtimalı  çox  yüksəkdir.  İndi  bu  məsələnin  sona 
yaxınlaşdığını  və  niyə  gənc  Openşouya  tələsik  hərəkət et-
məsini  dediyimi  anlayırsanmı?  Məktubu  göndərənlər,  ara-
dakı məsafəni qət edər-etməz hərəkətə keçirlər. Və bu səfərki 
Londondan gəldiyi üçün gecikə bilmərik. 
132
 
 


-Aman Tanrım! - deyə qışqırdım. Bu mərhəmətsiz təqi-
bin səbəbi nə ola bilər ki? 
-Openşoudakı  kağızlar,  gəmidəki adam,  ya da kəslər 
üçün  həyati  bir  əhəmiyyət  daşıya  bilər.  Əslində  birdən  çox 
adam olmalıdır bu işin içində. Bir adam, tək başına, istintaqı  
yanıldacaq qədər səhvsiz  iki cinayət işləyə bilməz. Bir neçə 
adam olmalıdır və bu insanlar, kağızlar kimin əlində olursa-
olsun,  onları  ələ  keçirməyə  qəti  qərar  veriblər.  Bu  şəkildə 
baxsan, “K.K.K.”-nın bir insanın deyil, bir birliyin işarəsi ol-
duğunu anlarsan. 
-Yaxşı, amma nə birliyi? 
-Daha əvvəl heç Ku Kluks Klan deyə bir şey eşitməmi-
sənmi? - Şerlok Holms, kal səslə, önə əyilərək dilləndi. 
-Heç eşitməmişəm. 
Holms,  çoxcildliyin  səhifələrini  çevirdi.  Bax  buradadır, 
dedi: 
-Ku  Kluks  Klan.  Bir  tüfəngin  doldurularkən  çıxardığı 
səslərdən yaranmış bir addır. Bu qorxunc, gizli təşkilat, Və-
təndaş  müharibəsidən  sonra  Cənub  əyalətlərindəki  köhnə 
Konfederasiya  əsgərləri  tərəfindən  qurulmuş  və  qısa  za-
manda, Tennessee, Luizana, Karolina, Corciya və Florida ki-
mi,  ölkənin müxtəlif  yerlərində  yerli  qollara  ayrılmışdır. 
Əsasən,  zənci  seçiciləri  qorxutmaq  və  öz  fikirlərinə  qarşı 
olanları öldürmək və ya ölkədən sürgün etmək şəklində si-
yasi məqsədləri vardı. 
Ümumiyyətlə  hərəkətə  başlamamışdan  əvvəl  qəribə, 
amma  yaxşı  bilinən  şeylər  göndərərək,  qurbanı  xəbərdar 
edirdilər. Bu bir palıd budağı, qarpız toxumu və ya portağal 
çəyirdəyi  olurdu.  Bunlar  əlinə  çatandan  sonra,  qurban  ya 
açıq bir şəkildə istəniləni  etməli, ya da ölkədən getməlidir. 
Əgər  meydan  oxumağa  cəhd  etsə,  çox  vaxt  qəribə  və 
133
 
 


gözlənilməz  şəkillərdə  öldürülürmüş.  Birlik,  o  qədər  mü-
kəmməl təşkilatlanmış  və üsulları o qədər sistemli idi ki on-
lara etiraz etməyi bacara bilənlər olmamışdır. Birləşmiş Ştat-
lar  hökumətinin və  Cənubdakı  əsilzadələrin  səylərinə  bax-
mayaraq, təşkilat bir neçə ildə daha da inkişaf etmişdir. Nə-
hayət  1869-cu ildə,  bu  hərəkat  sürətlə  çökdürüldü.  Lakin  o 
tarixdən bu yana, müxtəlif yerlərdə tək-tük hərəkətlərə hələ 
rast gəlinməkdədir. 
Sənin də  gördüyün  kimi,-  dedi  Holms,  əlindəki  kitabı 
yerə qoyaraq, təşkilatın ani dağılmasıyla Openşounun Ame-
rikadan  ayrılması  eyni  tarixlərə  düşür.  O  və  ailəsini  təqib 
edən  şeyin  nə  olduğunu  görürsən.  Başa  düşürsən  ki,  bu 
qeydlər  və  gündəlik,  cənubdakı  təşkilat  işçilərini  ortaya  çı-
xaracaq qədər əhəmiyyətli ola bilər. Bəlkə bir çoxları gecə ra-
hat yata bilmir. 
-O zaman, gördüyümüz o səhifə... 
-Bəli, düşündüyümüz kimidir. Səhv xatırlamıramsa belə 
yazılmışdı: çəyirdəklər A, B və C-yə göndərildi - yəni təşki-
latın xəbərdarlıqları göndərilib. Sonra da, A və B-nin təmiz-
ləndiyinə və ya ölkəni tərk etdiyinə və son olaraq da Çinin 
ziyarət edildiyinə  dair  bəzi  məlumatlar  verilmişdi.  Bu  və-
ziyyətdə doktor, düşünürəm ki, hadisəyə işıq tuta biləcəyik. 
Hazırda  gənc  Openşonun  tək  şansı,  dediklərimi  etməsidir. 
Bu gecə deyiləcək və ya ediləcək başqa bir şey qalmayıb. İn-
di  skripkamı  uzatsan,  çöldəki  pis  havanı  və  ondan  da  pis 
adamları, yarım saatlığına unutmağa çalışa bilərik. 
Ertəsi gün səhər hava açıq idi və günəş, bu böyük şəhə-
rin üstündəki örtüyünün arxasından solğun görsənirdi. Aşa-
ğıya enəndə, Şerlok Holms nahara çoxdan əyləşmişdi.  
-Səni gözləmədiyim üçün bağışla – dedi. Amma bu gün 
Openşou hadisəsiylə ciddi şəkildə məşğul olacağam. 
134
 
 


-Nələr edəcəksən? - deyə soruşdum. 
-Hər şey edəcəyim ilkin istintaqın nəticələrinə bağlıdır. 
Nəticədə  Horşama  belə  getmək məcburiyyətində  qala  bilə-
rəm. 
-İlk olaraq oraya getməyəcəksənmi? 
-Xeyr, əvvəl şəhərə dəyəcəyəm. Sən zəngi bas; xidmətçi 
qəhvəni gətirər. 
Gözləyərkən,  açılmamış  qəzeti  götürüb  nəzər  saldım. 
Qanımı donduran başlıqla qarşılaşdım. 
-Holms, deyə qışqırdım, çox gecikmisən. 
-Ah!- dedi, əlindəki fincanı yerə qoyaraq. Mən də bun-
dan qorxurdum. Necə olub? Sakit danışırdı, amma sarsılmış 
olduğunu görə bilirdim. 
-Baxar-baxmaz gözümə Openşou adı dəydi və sonra da  
“Vaterloo körpüsü yaxınlarında kədərli hadisə” başlığı. Xə-
bər belədir: 
"Dünən gecə saat doqquz, on arasında, Vaterloo körpü-
sü yaxınlarında patrul keşiyi çəkən “H bölgəsi” polis müfət-
tişi Kuk, imdad çağırışı və sonra isə birinin suya düşdüyü-
nü  eşidib.  Gecənin  qaranlıq  və  fırtınalı  olmasına  görə  ora-
dan  keçməkdə  olanların  səylərinə  baxmayaraq,  xilasetmə 
müvəffəqiyyətli olmayıb. Həyəcan siqnalı verildiyi üçün, cə-
səd dəniz  polisinin  köməyilə  sudan  çıxarıldı.  Cibindən  çı-
xan bir zərfdən öyrənildiyinə görə, cəsədin, Horşam yaxın-
larında yaşayan Con Openşou adında bir gəncə aid olduğu 
aydın  oldu.  Vaterloo  stansiyasına,  son  qatara  çata bilmək 
üçün qaçarkən, tələskənlik etdiyi üçün həddindən artıq qa-
ranlıq olduğuna görə, yolunu azdığı və buxarlı gəmilərin da-
yandığı yerdəki bir boşluqdan düşdüyü təxmin edilir. Cəsəd 
üzərində zorakılığa rast gəlinmədiyi üçün, mərhumun təsa-
düfi  qəzaya  qurban  getdiyi  aydın  olur.  Bu  hadisə,  səlahiy-
135
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə