Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə33/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   30   31   32   33   34   35   36   37   38

yətlilərin,  çay  sahilindəki  keçidlərin    təhlükəsizliyini  təkrar 
nəzərdən keçirmələri lazım olduğunu gündəmə gətirir. 
Bir  neçə  dəqiqə  səssiz  oturduq.  Holmsu  heç  vaxt  belə 
kədərli və sarsılmış görməmişdim: 
-Bu,  qürurumu  incidir  Uatson,  əhəmiyyətsiz  bir  şeydir 
şübhəsiz, amma qürurumu incitdi. Artıq mənim üçün şəxsi 
məsələ  halına  gəldi.  Tanrı  qüvvət  verdiyi  müddətcə  bu  şə-
bəkənin izini buraxmayacağam. Adam məndən kömək istə-
məyə  gəldi və  mən  onu  ölümə  göndərdim!  -  Kürsüsündən 
atılaraq  çətinliklə  otaqda  irəli-geri  getməyə  başladı.  Solğun 
yanaqları  qızarmışdı  və  uzun,  incə  əllərini  tez-tez  sıxırdı.  -
Hiyləgər  şeytanlar!  Onu tələyə  necə  saldılar  görəsən?  Çay 
sahilindəki keçidlər, stansiya yolu üzərində deyil. Təbii, kör-
pü elə bir gecədə belə onların məqsədləri üçün lazım oldu-
ğundan çox izdiham idi... Nəysə Uatson, baxaq görək uzun 
vaxtda kim qazanacaq! Mən indi çölə çıxıram! 
-Polisəmi? 
-Xeyr. Mən özüm polis olacağam. İstəyərlərsə mən toru 
hördükdən  sonra  ağcaqanadları  tuta  bilərlər;  amma  ondan 
əvvəl deyil. 
Bütün gün öz işlərimlə məşğul oldum və ancaq axşam-
dan  keçmiş  Beyker  küçəsinə  qayıda  bildim.  Şerlok  Holms 
hələ gəlməmişdi. Evə girəndə isə saat ona qalırdı. Solğun və 
bezgin görünürdü. Şkafdan bir parça çörək çıxararaq,  təpiş-
dirdi və çoxlu su içdi. 
-Yəqin acsan, - dedim. 
-Həm də  qurd  kimi.  Bütün  gün  ağlıma  yemək yemək 
gəlməyib. Nahardan bəri heç bir şey yeməmişəm. 
-Heç nə? 
-Bir parça da. Yeməyi düşünməyə vaxtım olmadı. 
-Yaxşı nələr etdin? Bir ipucu tapdınmı? 
136
 
 


-Artıq ovcumun içindələr. Gənc Openşoun intiqamı tez-
liklə alınacaq. Onlara qarşı öz şeytani üsullarını istifadə edə-
cəyik. Yaxşıca düşündüm bunu. 
-Nə demək istəyirsən? 
Şkafdan  bir  portağal  çıxardı  və  qabığını  soyaraq  çəyir-
dəyini masaya qoydu. Arasından beş dənə ayıraraq bir zərfə 
yerləşdirdi. Zərfin içinə "J. O. üçün S. H." yazdı. Zərfi yapış-
dıraraq  arxasına;  "Ceyms  Kalxaun,  “Lone  Star” Gəmisi,  Sa-
vanna, Corciya" ünvanını əlavə etdi:  
-Limana girəndə bununla qarşılaşacaq. Ona yuxusuz ge-
cə keçirməyə yetər. Ondan əvvəl Openşoun inandığı kimi o 
da bunun qədərinin bir işarəsi olduğunu düşünəcək. 
-Yaxşı, kimdir bu Kapitan Kalxaun? 
-Dəstənin  lideri.  Digərlərinə  də  növbə  çatacaq,  amma 
əvvəlcə budur. 
-İzini necə tapdın? 
Cibindən, üstündə tarixlər və adlar yazılmış böyükcə bir 
səhifə çıxardı. 
-Bütün günümü - dedi, Lloydun qeydlərindən, 83-cü ilin 
yanvar və fevral aylarında Pondiçerridən keçmiş olan gəmi-
ləri  arayaraq  keçirdim.  O  aylarda  oradan  keçmiş  olduğu 
qeyd edilən otuz altı gəmi vardı. Bunlardan biri olan “Lone 
Star”, dərhal diqqətimi çəkdi. Yola Londondan çıxdığı qeyd 
edilməsinə baxmayaraq, adı Amerikanın əyalətlərindən biri-
nə verilən bir addır. 
-Məncə Texas? 
-Hansı olduğuna əmin deyiləm; amma gəminin Ameri-
kadan çıxdığını bilirdim. 
-Sonra nə etdin? 
-Dundi  qeydlərini  araşdırdım.  “Lone  Star”  gəmisinin, 
85-ci ilin yanvar ayında orada olduğunu görüncə bütün şüb-
137
 
 


hələrim təsdiqlənmiş oldu. Sonra, bu an London limanında 
olan gəmiləri araşdırdım. 
-Və? 
-“Lone  Star”  bura  keçən  həftə  gəlib.  Albert  Körpüsünə 
getdiyim zaman, gəminin bu səhər çaydan çəkildiyini və Sa-
vannaya getmək üçün ayrıldığını öyrəndim. Qravesendə te-
leqraf göndərərək bir müddət əvvəl oradan keçdiyini də də-
qiqləşdirdim. Külək şərqə doğru əsdiyindən, bu an Qodvin-
si  keçmiş,  “Wight”  Adasına  doğru  getməkdə  olduqlarına 
əminəm. 
-Bəs nə edəcəksən? 
-Onu  əlimə  keçirdim.  Öyrəndiyimə  görə  gəmidəki tək 
amerikalılar, o və iki yoldaşı varmış. Digərləri finlandiyalı və 
almandır. Eyni zamanda bu üçlüyün  keçən gecə gəmidə ol-
madıqlarını  da  öyrəndim.  Yükləmə  bitən  kimi  onlar,  yel-
kənli gəmiləri ilə Savannaya çatdıqları zaman poçt gəmisi bu 
məktubu aparmış, teleqraf da bu üç adamın cinayət şübhəli-
ləri  olduğu  mövzusunda  Savanna  polisini  xəbərdar  etmiş 
olar.  Ən  yaxşı  planlarda  belə  qüsurlar  ola  bilər.  Arxaların-
dakı hiyləgər və qərarlı düşmənlərinin varlığını xəbər verən 
portağal çəyirdəkləri, Con Openşounun qatillərinin əlinə ça-
ta bilmədi. O il, gecə-gündüz bərabərliyi fırtınaları çox uzun 
və şiddətli keçdi. Savannaya çatacaq olan “Lone Star”ın xə-
bərlərini  boş  yerə  gözlədik.  Sonradan  öyrəndik ki,  Atlantik 
okeanında üzərində "L. S." yazan bir gəmi qalığı tapılıb. “Lo-
ne Star”ın taleyi haqqında bilib-biləcəyimiz elə bu oldu. 
  
 
138
 
 


 
 
 
 
 
BÜZÜK 
DODAQLI ADAM 
 
 
 
139
 
 


Sant – Corc  İlahiyyat Kollecinin müdiri və həkim olan 
Elias  Vitneyin  qardaşı  İsa  Vitney,  dəhşətli dərəcədə  tiryək 
asılısı  idi.  Kollecdəykən  De  Quinceyin  kitabını  oxumuş  və 
özü  də  eyni  şeyləri  yaşamaq  üçün  tütününə  tiryək  qataraq 
bu vərdişə başlamışdı. Bir çoxlarında olduğu kimi, o da at-
mağın  başlamaqdan  daha  çətin  olduğunu  görmüş,  amma 
heyf ki, uzun illər dərmana möhtac, yoldaşları və qohumla-
rının utanc və kədər qaynağı olmuşdu. Sarı, solğun üzü, sal-
lanan dodaqları və kiçilmiş göz bəbəkləri ilə bir kürsüyə yı-
ğılmış olan bu əsilzadə adamın dağınıq həyatı hələ gözləri-
min qarşısındadır. Bir gecə - 89-cu ilin iyun ayında - insanın 
əsnəməyə  və  saata  baxmağa  başladığı  vaxtlarda  qapım  dö-
yüldü. Oturduğum yerdə dikəldim. Arvadım, əlindəki hör-
günü buraxıb xəyal qırıqlığını əks etdirən bir ifadəylə: 
-Yəqin xəstələrindəndir, - dedi. Çölə çıxmağın lazım ola-
caq. 
Öz-özümə deyindim; çünki onsuz da yorucu bir gün ke-
çirmişdim. Çöl qapının açıldığını, aşağıda tələsik söhbət edil-
diyini və döşəmə üstündəki sürətli ayaq səslərini eşitdik. Qa-
pımız açıldı və içəri tünd rəngli paltar geyinmiş, qara tüllü 
bir qadın girdi. 
-Belə gec vaxtda gəldiyim üçün üzr istəyirəm, deyə sözə 
başladı, amma idarəsini itirərək irəli atıldı; qollarını arvadı-
mın boyuna doladı və başını çiyninə qoyaraq ağlamaya baş-
ladı.  
-Ah, başıma elə bir iş gəlib ki, deyə qışqırdı. Köməyə eh-
tiyacım var. 
-Ay  allah,  dedi  arvadım,  qadının  örtüyünü  qaldıraraq, 
bu ki, Qata Vitneydir. Məni nə qədər qorxutdun Qata! İçəri 
girəndə kim olduğunu anlamamışdım. 
-Nə edəcəyimi bilmədiyim üçün düz sizə gəldim. 
140
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə