Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə34/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   30   31   32   33   34   35   36   37   38

Hər vaxt belə olardı onsuz da. Dərdi olan, birbaşa arva-
dımın yanına qaçardı. 
-Bura gəlməyin yaxşıdır. İndi bir az şərab və su iç; sonra 
da rahatca oturaraq hər şeyi izah et. İstəsən Ceymsi yatmağa 
göndərə bilərəm? 
-Ah, xeyr, xeyr. Həkim tövsiyəsinə və köməyinə ehtiya-
cım var. Məsələ İsayla əlaqədardır. İki gündür evə gəlməyib. 
Onun üçün çox narahatam.  
Ərinin problemləriylə əlaqədar, bir həkim olaraq mənə, 
köhnə bir məktəb yoldaşı olaraq də arvadıma ilk dəfə giley-
lənmirdi.  Onu  əlimizdən  gəldiyi  qədər  sakitləşdirməyə  və 
rahatlaşdırmağa çalışdıq. Ərinin harada olduğunu bilirdimi? 
Onu geri gətirməyimiz mümkün olacaqdımı? 
Görünüşə  görə  mümkün  idi.  Son  zamanlarda,  şəhərin 
şərqindəki bir tiryək təkkəsinə dadanmış olduğuna dair də-
qiq məlumatlar əldə etmişdi. Böhran zamanları indiyə qədər 
bir gündən çox sürməzmiş və axşam olana, gərgin bir halda 
evə  dönərmiş.  Halbuki  indi  qırx  səkkiz  saat  keçmişdi.  Yüz 
faiz sahil tərəflərdəki zibilliklərdə yatmış halda o zəhəri çə-
kirdi. Onu Yuxarı Svandam küçəsindəki “Qızıl Bar”da tapa 
biləcəyimizə əmin idi. Özünün əlindən nə gələrdi ki? Gənc 
və utancaq bir qadın olaraq elə bir yerə girib ərini o quldur-
ların  əlindən  qurtara  bilməzdi.  İnsanlar  nə  deyərdi  sonra? 
Məsələ bu idi və tək həlli vardı. Ona oraya qədər yoldaşlıq 
etməliydim.  Ya  da,  daha  yaxşısı,  xanımın  gəlməsinə  gərək 
var idimi? Nəhayət, mən İsa Vitneyin tibbi məsləhətçisiydim 
və üzərində heç olmasa bu qədər təsirim ola bilərdi. Tək ba-
şıma getsəm daha yaxşı olardı. Əgər verdiyi ünvandadırsa, 
ərini iki saata tapıb, faytonla evə göndərəcəyimə söz verdim. 
Və beləcə on dəqiqə ərzində, rahat kreslomdan və isti evim-
dən  çıxmış,  qəribə  bir  vəzifə  üçün  şərqə  doğru  getməkdə 
141
 
 


idim. Qarşıma daha nə qəribəliklər çıxacağını bilə bilməzdim 
təbii  olaraq.  Amma  macəramın  ilk    mərhələsində  çətinliklə 
qarşılaşmadım. Yuxarı Svandam küçəsi, çayın şimalını Lon-
don  körpüsünün  şərqinə  bağlayan  sahillərin  arxasındakı 
murdar küçələrdən biri idi. Axtardığım yer, iki bina arasın-
dan nərdivanlarla düşülən mağara kimi qaranlıq bir yer idi. 
Sürücüyə  gözləməsini  söyləyərək,  illərdir  üzərindən  keçən 
sərxoş ayaqların təsiriylə çürümüş nərdivanlardan aşağı en-
dim və qapının üstünə yerləşdirilmiş bir yağ lampasının işı-
ğında, dəstəyi tapıb açdım. Yataqları  immiqrant gəmilərinin 
kameraları kimi yerləşdirilmiş, havası tünd tiryək tüstüsüylə 
ağırlaşmış, uzun, basırıq bir otaqda peyda oldum. Qəribə şə-
killərdə  yatmış  insanlar,  qaranlıqdan  çətinliklə  seçilirdilər. 
Çiyinlər  bükülmüş,  düzlər  qıvrılmış,  başlar  arxaya  atılmış, 
eləcə yatırdılar. Sağda-solda bir neçə cüt parlayan göz, yeni 
gələn  adama  baxırdı.  Qaranlıq  kölgələrin  arasından,  metal 
qəlyanlarda yanan zəhərin parlayıb sönməsiylə yaranan ki-
çik,  qırmızı  işıq  çevrələri  görülürdü  hərdənbir.  Bəziləri  öz-
özünə deyinir, bəziləri kiçik qruplar halında qəribə, batıq və 
monoton bir səslə söhbət edirdi. Danışma, söhbət əsnasında 
bəziləri həyəcanla səsini yüksəldir, sonra yenə səssizliyə gö-
mülür,  amma  nəticədə  hər  kəs  yanındakını  dinləmədən  öz 
düşüncələrini  yeridirdi.  Otağının  küncündəki  kömür  man-
qalının  yanında,  dirsəkləri  dizlərində,  çənəsi  iki  əlinin  ara-
sında,  üç  ayaqlı  taxta  bir  stulun  üstündə  oturmuş  oda  ba-
xan,  zəif,  uzunboylu,  yaşlı  bir  adam  vardı.  İçəri  girdiyim 
vaxt, solğun bənizli, malayalı bir mühafizəçi, əlində bir qəl-
yan və  müəyyən  qədər  tiryəklə  yanıma  gəldi və  bir  yataq 
göstərdi. 
-Təşəkkür  edirəm,  çox  qalmayacağam,  dedim.  Tanışım 
cənab İsa Vitneylə danışmaq üçün gəlmişəm. Sağ tərəfimdə 
142
 
 


bir tərpəniş oldu və qaranlıqda mənə baxan solğun, zəif və 
pərişan haldakı Vitneyi gördüm. 
-Aman Tanrım! Bu Uatsondur, dedi. Yazıq bir halda idi. 
Bütün bədəni titrəyirdi. Bax görək Uatson, saat neçədir? 
-On birə qalır. 
-Hansı gündür? 
-19 iyun, cümə. 
-Ay da! Mən elə bilirdim, çərşənbədir. Çərşənbə  günü 
deyilmi? Məni qorxutmağa  çalışırsan, eləmi? Üzünü qolları-
nın arasına aldı və hıçqıra-hıçqıra ağlamağa başladı. 
-Sənə cümə olduğunu söylədim. Həyat yoldaşın iki gün-
dür səni gözləyir. Özündən utanmalısan! 
-Onsuz  da  utanıram.  Amma  səhvin  var  Uatson,  çünki 
yalnız  bir  neçə  saatdır  buradayam.  Neçə  ədəd  olduğunu 
unutdum,  amma  ən  çox  üç-dörd  qəlyan  çəkmişəm.  Amma 
səninlə evə gedəcəyəm. Yazıq, kiçik Qatamı qorxutmaq istə-
mirəm. Mənə kömək et! Faytonla gəlmisən?" 
-Bəli, çöldə gözləyir. 
-O zaman gəlirəm. Amma borcum nə qədərdir görəsən? 
Borcum nə qədərdir, bunu öyrən Uatson. Bu an pərişan hal-
dayam. Əlimdən heç bir şey gəlməz. Dərmanın pis, başgicəl-
ləndirən tüstüsünü udmamaq üçün nəfəsimi tutaraq yatan-
ların  arasından  keçdim  və  yerin  sahibini  axtarmağa  başla-
dım.  Manqalın  başındakı  uzunboylu  adamın  yanından  ke-
çərkən  birinin  pencəyimdən  çəkdiyini  hiss  etdim.  Batıq  bir 
səs:  
-Yanımdan keç və sonra arxana dönüb mənə bax, - dedi. 
Sözləri dəqiq şəkildə eşitmişdim. Səs ancaq yanımda oturan 
yaşlı adamdan gəlmiş ola bilərdi. Amma o, əvvəlki  kimi dal-
ğınlıqla oturmuşdu. Çox zəif və yaşlı idi. Dizlərinin arasın-
dakı tiryək qəlyanı, sanki bir az əvvəl əlindən düşmüş kimi 
143
 
 


görünürdü. İki addım irəliləyərək arxama baxdım. Təəccüb-
dən  qışqırmamaq  üçün  özümü  çətinliklə  saxladım.  Adam 
yalnız  mənim  görə  biləcəyim  bir  şəkildə  dönmüş  mənə 
baxırdı. Kürəyi dikəlmiş, qırışları yoxa çıxmış, gözləri köhnə 
parlaqlığına  qovuşmuşdu.  Orada  atəşin  başında  otu-ran  və 
təəccübümə gülən, Şerlok Holmsdan başqası deyildi. Azacıq 
yaxınlaşmamı  işarə  etdi və  yenə  köhnə  yaşlı  halına  geri 
döndü. 
-Holms! - deyə pıçıldadım, burada nə işin var? 
-Mümkün  olduğu  qədər  asta  səslə  danış,  deyə  cavab 
verdi,  qulaqlarım  yaxşı  eşidir.  Bu  sərxoş  yoldaşından  xilas 
olsan səninlə bir az danışmaq istəyərəm. 
-Çöldə bir araba gözləyir. 
-O zaman yoldaşını evə göndər. Ona sonuna qədər gü-
vənə bilərsən, çünki bu an heç bir şey edə biləcək vəziyyətdə 
deyil.  Ayrıca  xanımına  mənimlə  birlikdə  olduğuna  dair  bir 
qeyd göndərsən yaxşı olar. Çöldə gözləsən beş dəqiqəyə gə-
lərəm. 
Şerlok  Holmsun  istəklərini  rədd etmək  çox  çətin  idi
çünki  həmişə  hakimiyyət  ədasıyla  açıqca  ifadə  edərdi  dü-
şüncələrini.  Vitneyi  faytona  yerləşdirdikdən  sonra  ediləcək 
başqa bir şey qalmadığını düşündüm. Artıq dostumun qəri-
bə macəralarından birinə qatılmağa hazır idim. Bir neçə də-
qiqədə qeydi yazmış, Vitneyin borcunu ödəmiş, arabaya yer-
ləşdirməyi bacarmışdım.  Bir  az  sonra  əldən  ayaqdan  düş-
müş qoca içəridən çıxdı və Şerlok Holmsla küçədə getməyə 
başladıq.  Bir  müddət  kürəyi  bükük,  axsaya-axsaya  getdi. 
Sonra ətrafını gözdən keçirdi, kürəyini dikəltdi və içdən bir 
qəhqəhə çəkdi. 
-Uatson, - dedi, - hər halda, kokain istifadəsi və digər zə-
ifliklərimə tiryək çəkməyi də əlavə etdiyimi düşünmürsən. 
144
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə