Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə31/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   27   28   29   30   31   32   33   34   ...   38

-Bir şey də var, - dedi Con Openşou. Pencəyinin ciblərini 
eşələyərək, rəngi solmuş, mavi kağız çıxardı və masaya yay-
dı.  “Xatırladığım  bir  şey  var”  –  dedi.  Əmimin  kağızları 
yandırdığı gün fərq etmişdim ki, küllərin arasında tamamilə 
yanmamış  parçalar  bu  rəng  idi.  Bu  tək  səhifəni  yerdə,  ota-
ğında tapdım. Hər halda digərlərinin arasından düşərək xi-
las  olub.  Çəyirdəklər  qədər  bizə  çox  köməyi  olacağını  dü-
şünmürəm, amma yazı yüz faiz əmimə aiddir və səhifə, xü-
susi bir sənəddən alınmış vərəqə bənzəyir. 
Holms, lampanı üzərinə tutdu və ikimiz diqqətlə baxa-
raq,  kitabdan  qoparılmış  olduğunu  düşündüyümüz  bu  ka-
ğıza  baxdıq.  Başında  "Mart  1869"  yazılmışdı  və  başlığın  al-
tında, aşağıdakı tapmacaya bənzər  şeylər yazılmışdı: 
“4-ü. Hudson gəldi. Yenə eyni platforma.  
7-si. Çəyirdəkləri Paramoredə Mak Kauleyə, Sant Aqus-
tində Con Svainə göndərdik. 
9-u. Mak Kauley təmizləndi. 
10-u. Con Svain təmizləndi. 
12-i. Paramor ziyarət edildi. Hər şey yolundadır. 
-Təşəkkür edirəm! - dedi Holms, kağızı qatlayıb qonağı-
mıza verərkən. - Artıq siz vaxt itirmədən evinizə gedib hə-
rəkətə  keçməlisiniz.  Mənə  izah  etdiklərinizi  müzakirə  edə-
cək zamanımız  yoxdur. 
-Yaxşı nə edəcəyəm? 
-Ediləcək tək şey var və bu dərhal edilməlidir. Bizə gös-
tərdiyiniz bu kağızı, haqqında danışdığınız o qutuya qoyun. 
Əminizin digər bütün kağızları yandırdığını və qalan tək sə-
hifənin  bu  olduğunu  açıqlayan  qeyd  də  qoyun  qutuya.  Bu 
şərhin  qaneedici  olmasına  diqqət  yetirin.  Bunu  etdikdən 
sonra, ifadə edildiyi kimi, qutunu günəş saatının üstünə qo-
yun. Anladınızmı?  
128
 
 


-Tamamilə! 
-Bu an üçün intiqam və ya buna bənzər bir şey düşün-
məyin. Düşünürəm ki, bunu qanun yoluyla həll edərik; am-
ma ilk mərhələdə  onların  etdiyi  kimi  biz  də  öz  torumuzu 
hörməliyik. Hələlik ən əhəmiyyətli şey bu təhlükəni ortadan 
qaldırmaqdır.  Sonra  bu  sirri  çözüb  günahkarları  cəzalandı-
rarıq. 
-Təşəkkür  edirəm,  -  dedi  gənc  adam  qalxıb  paltosunu 
götürərkən.  -  Mənə  həyat və  ümid  verdiniz.  Dediklərinizi 
eynilə yerinə yetirəcəyəm. 
-Qəti vaxt itirməyin və bu vaxt, hamısından əhəmiyyət-
lisi  özünüzə  çox  diqqət  edin,  çünki  həqiqətən  böyük  bir 
təhlükəylə qarşı-qarşıya olduğunuzdan heç bir şübhəm qal-
madı. Evə necə dönəcəksiniz? 
-Vaterlodan qatarla. 
-Saat hələ doqquz olmayıb. Küçələr hələ izdihamlı ola-
cağından əmin ola bilərsiniz. Amma yenə də özünüzü kifa-
yət qədər yaxşı qoruya bilməzsiniz. 
-Silahım var. 
-Baxın bu yaxşıdır. Macəranızla bağlı işə sabah başlaya-
cağam.  
-O halda Horşamda görüşəcəyik. 
-Xeyr, sizin sirrinizin cavabı Londondadır. Onu burada 
axtaracağam.  
-O zaman bir-iki günə qədər qutu və kağızlarla bağlı nə 
baş versə, bu barədə sizə xəbər verərəm. Söylədiklərinizi ol-
duğu kimi yerinə yetirəcəyəm. 
Bizimlə əl sıxışaraq ayrıldı. 
Çöldə külək hələ fit çalır və yağış, pəncərələrə çırpılırdı. 
Bu  qəribə,  ağlasığmaz  əhvalat  sanki  çöldəki  fırtınadan  gəl-
mişdi və təkrar onun içində itib getmişdi. 
129
 
 


Şerlok Holms, başını əyib, ocağa baxa-baxa bir müddət 
səssizcə oturdu. Sonra tənbəkisini yandırdı və arxasına söy-
kənərək, tavana yüksələn mavi tüstünü seyr etdi: 
-Uatson, nəhayət ki, yəqin indiyə qədər qarşılaşdığımız 
hadisələrin arasındakı ən fövqəladəsi bu olacaq. 
-Dördlüyün işarəsini çıxmaq şərti ilə… 
-Doğrudur, o xaric. Amma məncə, bu bizim Con Open-
şou daha da böyük təhlükədədir. 
-Yaxşı,  bu  təhlükənin nə  olduğu  haqqında  bir  fikirin 
varmı? - deyə  soruşdum. 
-Bəzi nöqtələr açıq-aşkar ortadadır, - deyə  cavab verdi. 
-Hansı nöqtələr? Bu “K. K. K.” hərfləri nədir və bu bəd-
bəxt ailədən nə istəyir? 
Şerlok Holms, gözlərini yumdu, barmaq uclarını birləş-
dirdi və dirsəklərini kreslonun kənarına söykədi.  
-İdeal şəkildə fikir yürüdən adam, deyə danışmağa baş-
ladı, - bir məlumatı bütün şərtlər altında gördükdən sonra, 
ondan yalnız o ana qədər olan hadisələr zəncirini deyil, gə-
ləcəkdə meydana gələ biləcək nəticələrini də çıxara bilməli-
dir. Necə ki, Kuvier, tək bir sümüyə baxaraq bütün heyvanı 
təsvir  edə  bilirsə,  zəncirdəki  bir  halqanı  tamamilə  qavraya 
bilmiş bir müşahidəçi də həm əvvəlki, həm də sonrakı hal-
qaları tam bir əminliklə təsvir edə bilməlidir. Səbəbin tək ba-
şına  çatacağı  nəticəni  hələ  qavraya  bilməmişik.  Problemlər, 
ancaq hisslərin təsirindən xilas olduqdan sonra həll edilə bi-
lər. Məntiqli düşünən adam, üslubu ən üst nöqtələrinə yük-
səldə bilmək üçün məlumat sahəsinə girən bütün gerçəkləri 
istifadə  etmək məcburiyyətindədir;  və  bütün məlumatlara 
sahib olma, öz içində bu günkü sərbəst təhsil və ensiklope-
diya  çağında,  çatılması  çətin bir  hədəfdir.  Əslində  bir  insa-
nın, içində lazımlı olan bütün məlumatlara sahib olması qey-
130
 
 


ri-mümkün deyil və  mənim də  çalışdığım  şey  budur.  Səhv 
xatırlamıramsa, bir dəfə dostluğumuzun ilk günlərində, mə-
nim xüsusiyyətlərimi çox yaxşı bir şəkildə ifadə etmişdin. 
-Bəli, - deyə cavab verdim gülərək. Orijinal bir yanaşma 
idi. Fəlsəfə, astronomiya və siyasət bilgilərinə  sıfır vermiş-
dim,  deyəsən.  Botanika  dəyişən;  geologiya,  şəhərin  səksən 
kilometrlik  bir  sahəsindəki  palçıq  izlərini  tanıyacaq  qədər 
yaxşı, kimya özünə xas, anatomiya sistemsiz, romantik ədə-
biyyat və cinayət qeydləri bənzərsiz; kamançı, boksçu, qılınc 
ustası, kokain və tütünlə özünü zəhərləməyə meyilli. Yəqin 
analizimin ana nöqtələri bunlar idi. 
Holms bu son sözlərimdən sonra gülümsədi: 
-O zaman da dediyim kimi, bir insan, beynindəki otaq-
ları istifadə edə biləcəyi əşyalarla döşəməli və geri qalanları 
da istədiyi zaman çıxarıb istifadə edə biləcəyi bir yerə, kitab-
xanasına, yerləşdirməlidir. İndi, bu gecə dinlədiyimiz heka-
yəyə nəzər salsaq, bütün qaynaqlarımızı istifadə etməmiz la-
zım olacağı dəqiqdir. Lütfən arxandakı rəfdə dayanan Ame-
rikan Ensiklopediyasının “K” cildini verə bilərsənmi? Vəziy-
yətimizə baxaq və ondan nə çıxara biləcəyimizi düşünək. İlk 
olaraq, Polkovnik Openşounun Amerikadan ayrılması üçün 
güclü bir səbəbinin olduğunu fərz edərək başlayaq. 
Onun  yaşındakı  insanlar  vərdişlərini  dəyişdirmək  istə-
məzlər  və  Floridanın  gözəl  iqlimini  buraxıb  İngiltərədə  bir 
çöl qəsəbəsində tənha həyatı seçməzlər. İngiltərədə tək başı-
na yaşamağa olan həddindən artıq düşkünlüyü, birindən, ya 
da bir şeydən qorxmuş ola biləcəyini göstərir. Buna görə fər-
ziyyəmizi, birindən və ya bir şeydən qorxduğu üçün Ameri-
kadan  ayrıldığını  söyləyərək,  genişlədə  bilərik.  Qorxduğu 
şeyin nə olduğuna gəlincə... Bunu da ancaq, özünə və varis-
131
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə