Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə29/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   25   26   27   28   29   30   31   32   ...   38

-Sizə  üzr  borcluyam,  -  dedi,  qızıl  kəpənək eynəklərini 
gözlərinə  taxaraq.  -  Ümid  edirəm  ki,  narahat  etmirəm.  Gö-
rürsünüz, otağınıza çöldəki fırtınadan və yağışdan izlər gə-
tirdim . 
-Paltonuzu  və  çətirinizi  götürüm,  dedi  Holms.  Asqıda 
qalsalar  dərhal  quruyarlar.  Belə  başa  düşürəm  ki,  cənub-
qərbdən gəlmisiniz. 
-Bəli, Horşamdan. 
-Bu, ayaqqabılarınızdakı gil və palçıqdan aydın olur. 
-Bir mövzuda tövsiyənizə ehtiyacım var. 
-Bu asan məsələdir. 
-Və köməyinizi… 
-Baxın bu həmişə asan olmur. 
-Sizin  haqqınızda  deyilənləri  eşitdim.  Mayor  Prender-
qast, onu “Tankerville klubu” qalmaqalında xilas etdiyinizi 
danışdı. 
-Ah, təbii. Hiylə işlədir deyə səhv yerə günahkar çıxar-
mışdılar. 
-Hər şeyi həll edə biləcəyinizi söylədi. 
-Bir az şişirdib. 
-Əsla məğlub olmadığınızı dedi. 
-Dörd dəfə məğlub olmuşam - üç dəfə kişilərə, bir dəfə 
də qadına. 
-Amma  müvəffəqiyyətlərinizin  sayıyla  müqayisə  etsək 
nədir ki? 
-Ümumiyyətlə müvəffəqiyyət qazanmağım  doğrudur. 
-O zaman mənim problemimdə də eyni müvəffəqiyyəti 
göstərə bilərsiniz. 
-Lütfən,  stulunuzu  ocağın  yanına  gətirin  və  hekayənizi 
bütün detallarıyla danışın. 
-Mənim hekayəm adi hekayə deyil. 
120
 
 


-Heç  bir  hekayə  adi  deyil.  Mən  müraciət ediləcək  son 
ünvanam onsuz da. 
-Bütün bu təcrübələrinizə  baxmayaraq,  ailəmin  başına 
gələnlər  qədər  sirli  hadisələr  zənciriylə  qarşılaşıb-qarşılaş-
madığınıza şübhəylə yanaşıram. 
-Maraqla qarşılayaram. - dedi Holms. Lütfən, indi də ən 
başından  etibarən  lazımlı  məlumatları  verin  ki,  sonra,  əhə-
miyyətli  hesab  etdiyim bəzi  detallar  haqqında  suallar  verə 
bilim sizə. 
Gənc  adam,  kürsüsünü  yaxınlaşdıraraq  yaş  ayaqlarını 
oda yaxınlaşdırdı. 
-Adım Con Openşoudu,  amma bəlayla adımın heç əla-
qəsi  yoxdur.  Atalarımdan  gəlmə  bir  məsələ  olduğundan, 
yaxşı başa düşülməsi üçün də ən başından izah etməliyəm. 
Babamın iki oğlu vardı - əmim Elias və atam Cozef. Atamın, 
Koventridə,  velosipedin  icadından  sonra  böyütdüyü  kiçik 
bir fabriki vardı. 
Openşou  partlamayan  rezin  şinlərinin  patentini  aldıq-
dan sonra işi o qədər böyümüşdü ki, patenti satdıqdan sonra 
əlinə böyük miqdarda pul keçmişdi. Əmim Elias, gənc ikən 
Amerikaya  köçmüş  və  Floridada  əkinçiliklə  məşğul  olmuş-
dur. Müharibə zamanı, əvvəl Ceksonun, sonra da Hudun or-
dusunda olmuş və polkovnikliyə qədər yüksəlmişdi. Li tər-
kisilah edildikdən sonra əmim də ferma işlərinə geri dönərək 
üç-dörd  il  də  bu  işlə  məşğul  olmuşdur.  1869-cu ildə  və  ya 
1870-ci ildə  Avropaya  geri  dönmüş  və  Horşam  yaxınların-
da,  Sussexdə  kiçik  bir  ərazi  almışdı.  Amerikada  böyük  bir 
sərvət  əldə  etməsinə  baxmayaraq,  geri  dönməsinin  səbəbi, 
zəncilərə və onlara torpaq verən Respublikaçı siyasətə qarşı 
olmasıymış.  Hiddətli,  tez  əsəbiləşən  bir  adam  idi;  əsəbiləş-
diyində, ağzından elə sözlər çıxardı ki, ətrafındakılar utanc-
121
 
 


dan yerə girərdi. Horşamda yaşadığı müddətdə bir dəfə belə 
olsun şəhərə enmədiyinə əminəm. Bir bağçası və iki-üç tar-
lası  vardı.  Burada  çalışardı,  amma  bəzən  həftələrlə  otağın-
dan  çıxmazdı.  Hədsiz  konyak  içər  və  siqaret  çəkərdi.  İzdi-
hamdan xoşu gəlmədiyi üçün yoldaş istəməzdi; hətta öz qar-
daşını belə sevməzdi. Mənim yanında olmağımdan narahat 
olmazdı; hətta xoşu gələrdi, çünki məni ilk dəfə görəndə hə-
lə on iki yaşında bir uşaq idim, yəni əmimin İngiltərəyə gə-
lişindən  səkkiz,  doqquz  il  sonra,  1878-ci ildə  doğulmuşam. 
Atama, onun yanında  qalmağım üçün yalvarardı. Mənimlə 
həmişə yaxşı davranardı. Ayıq olanda nərd və dama oyna-
mağı sevərdi. Bir müddət sonra xidmətçilər və ticari əlaqə-
lərlə bağlı işləri mənə tapşırdı. On altı yaşıma çatanda az qa-
la evin ağası  olmuşdum.  Açarlar  məndə  olduğu  üçün,  onu 
narahat etmədiyim müddətdə istədiyim hər yerə girə bilər-
dim. Çardaqdakı kilidli otağa isə icazə vermirdi. Ora mən də 
daxil  kimsənin  girməsinə  icazə  verməzdi.  Uşaq  marağıyla 
açar dəliyindən baxardım amma elə bir otaqda olması göz-
lənilən köhnə sandıqlar və əşyalar xaricində bir şey görə bil-
məzdim. 
Bir gün – 1883-cü ilin mart ayında–xarici bir ölkədən bir 
məktub  gəldi  polkovnikə.  Ona  məktub  gəlməsinə  çox  alış-
mamışdıq,  çünki  çekləri  nağd  ödəyərdi  və  heç  bir  yoldaşı 
yox idi. Məktubu götürüb baxandan sonra: 
 -Hindistandan gəlib! dedi. Möhürlüdür. Nə ola bilər ki? 
Məktubu tələsik  açdı  və  içindən  beş  dənə,  kiçik,  qurumuş 
portağal  çəyirdəyi  çıxdı.  Bunu  görüncə  gülməyə  başladım, 
amma  əmimin  üzünün  ifadəsini  görüncə  gülüşüm  dondu. 
Dodaqları  sallanmış,  gözləri  bərəlmiş,  rəngi  əhəng  kimi 
dümağ olmuşdu. Əlləri titrəyərək məktuba baxdı və “K. K. 
122
 
 


K.”  deyə  qışqırdı,  “Tanrım,  tanrım,  günahlarımın  cəzasını 
çəkirəm!” 
-Niyə əmi? - deyə soruşdum. 
-Ölüm, - dedi, və masadan qalxaraq, otağına çəkildi. Ye-
rimdə  donub  qalmışdım.  Zərfi  əlimə  aldığımda  tam  yapış-
qanın  üstünə qırmızı  mürəkkəblə  üç  dənə “K” hərfinin  ya-
zıldığını gördüm. İçində beş dənə qurudulmuş portağal çə-
yirdəyindən başqa heç nə yox idi. Bu böyük qorxunun səbə-
bi nə ola bilərdi ki? Nahar masasından qalxaraq, pilləkənləri  
çıxırdım ki, əmimin bir əlində çardaqdakı otağa aid olduğu-
nu  düşündüyüm  paslı  açar,  digər  əlində  də  pul  qutusuna 
bənzər qutuyla aşağı endiyini gördüm. İstədiklərini etsinlər, 
onlarla hələ bacararam, deyirdi. Mariyə de, otağımdakı bu-
xarını yandırsın və Horşamdan vəkili çağırsın. 
Dediyini etdim. Vəkil gələndən sonra məni də otağa ça-
ğırdılar.  Ocaq  gur  yanırdı  və  tam  ortasında  kağız  yanığına 
bənzər  bir  kül  yığını,  yanında  da  qapağı  açıq,  içi  boş  qutu 
qoyulmuşdu.  Qutuya  diqqətlə  baxdığım  zaman  qapağında, 
səhər  zərfdə  gördüyüm “K” hərflərinin  yazıldığını gördüm 
və heyrətləndim. 
-Con,  -  dedi  əmim,  vəsiyyətimə  şahid  olmağını  istəyi-
rəm.  Ərazimi,  olduğu  kimi  qardaşıma,  yəni atana vəsiyyət 
edirəm. Şübhəsiz, o öldükdən sonra da sənə qalacaq. Hüzur 
içində dadını çıxara bilsən, yaxşı olar. Amma əgər bacarma-
san oğlum, tövsiyəmə qulaq as və onu ən qəddar düşməni-
nə ver. Sənə belə bir şey verdiyim üçün təəssüf edirəm, am-
ma işlərin hara gedəcəyini bilmirəm. İndi lütfən cənab Ford-
hamın göstərdiyi yeri imzala. 
Deyildiyi kimi imzaladım və vəkil, sənədi götürüb get-
di. Təxmin edəcəyiniz kimi bu qəribə hadisə üzərimdə dərin 
bir  təsir  yaratdı,  amma  olanları  dəfələrlə  hərtərəfli  düşün-
123
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə