Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə26/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   22   23   24   25   26   27   28   29   ...   38

-Mənim  bir  neçə  saatlıq  işim  var.  Bu  Koburq  meyda-
nındakı iş ciddidir. 
-Niyə? 
-Böyük  bir  cinayət  baş  vermə  mərhələsindədir.  Zama-
nında  mane  ola  biləcəyimizə  inanıram.  Amma  bu  günün 
şənbə günü olması işləri bir az qarışdırır. Bu gecə köməyinə 
ehtiyacım olacaq. 
-Saat neçədə? 
-On yaxşı olardı. 
-Saat onda Beyker küçəsində olacağam. 
-Çox gözəl. Bir şey də var, Doktor. Bu iş bir az təhlükəli 
ola bilər, ona görə lütfən, ordudan qalma silahını da özünlə 
götür. - Əl sıxışdıq və dabanları üzərində dönərək, kütlənin 
içində gözdən itdi. 
Şerlok Holmsla münasibətimdə, onu anlaya bilmədiyim 
və özümü axmaq kimi hiss etdiyim zamanlar olur. Bu dəfə 
də  elə  oldu;  onun  eşitdiklərini  mən də  eşitmişdim,  gör-
düklərini  mən də  görmüşdüm,  amma  sözlərindən  aydın 
olurdu  ki,  o  yalnız  olanları  deyil,  olacaqları  da  görmüşdü. 
Hələ də bu məsələ mənim üçün sirrini və qəribəliyini qoru-
yurdu.  Kensinqtondakı evimə  gedərkən,  yolda hər  şeyi  lap 
əvvəldən,  qırmızısaçlı  ensiklopediya  köçürənin  qeyri-adi 
hekayəsindən,  “Seks-Koburq”  meydanına  səfərimizdən və 
Holmsun son sözlərinə qədər yenidən düşündüm. Gecə gö-
rüşmək nəyə lazım  idi; niyə  silahımı  götürməli idim?  Hara 
gedəcəkdik; nə edəcəkdik? Holmsun ifadəsindən, bizim par-
laqüzlü  girovçunun  köməkçisinin  qorxulacaq  bir  adam  ol-
duğunu təyin edə bilmişdim - böyük bir saxtakarlıq etməyə 
hazırlaşan  adama  bənzəyirdi.  Həll etməyə  çalışdım,  amma 
sonunda ümidsizlik içində imtina edib gecə hər şeyi öyrənə-
nə qədər əhvalatı bir kənara qoymağa qərar verdim. Evdən 
107
 
 


çıxanda doqquza iyirmi dəqiqə vardı. Parkdan keçərək Oks-
ford  küçəsindən  Beyker  küçəsinə  gəldim.  Qapıda  iki  avto-
mobil dayanmışdı. İçəri girəndə, yuxarıdan səslərin gəldiyi-
ni  fərq  etdim.  Otaqda  Holmsu  iki  nəfərlə  həyəcanlı  söhbət 
edən gördüm. Biri rəsmi polis detektivi Piter Cons idi, digər 
adam isə çox parıltılı bir şlyapa və həddindən artıq dəbdə-
bəli bir frak geyinmiş uzunboylu, zəif və kədərli üzü olan bir 
adam idi. 
-Əla! Komanda tamamlandı, - Holms dedi. - İkidüyməli 
qısa gəmiçi pencəyini düymələyib, rəfdən ağır ov qırmancını 
götürdü.  
-Məncə Skotland Yarddan cənab Consu tanıyırsan, Uat-
son. Səni cənab Merriuezerlə tanış edim. O da bu gecəki ma-
cərada bizimlə birlikdə olacaq. 
-Gördüyünüz  kimi,  yenə  birlikdə  ova  çıxırıq,  Doktor,  - 
dedi Cons, hər zaman olduğu kimi quru ifadəylə. 
-Bu yoldaşımız, ova başlamaqda çox ustadır. Tək istədi-
yi, yaşlı bir itin ona yol göstərməsidir. 
-Ümid  edirəm  ki,  üstü  açıq  quyuyla  qarşılaşmarıq,  - 
cənab Merriuezer pessimistcəsinə müdaxilə etdi. 
-Cənab Holmsa güvənə bilərsiniz cənab, - polis detektivi 
qürurla  dilləndi.  -  Hərçənd,  bir  az  çox  nəzəri  və  fantastik 
üsulları vardır amma onda detektiv qanı var. Şolto cinayəti 
və  Aqra    xəzinələrində  olduğu  kimi,  rəsmi  strukturlardan 
daha düzgün təxminləri olub,  bir-iki dəfə. 
-Yaxşı, dediyiniz kimi olsun, - cənab Cons nəzakətlə dil-
ləndi, - yenə də etiraf etməliyəm ki, kart oyunu üçün darıx-
dım. İyirmi yeddi ildə ilk dəfə bir şənbə gecəsini kart oyna-
madan keçirirəm. 
-Elə düşünürəm  ki, - Şerlok Holms dedi, - indiyə qədər 
oynadığınız ən böyük və ən həyəcanlı mərci bu gecə oynaya-
108
 
 


caqsınız.  Sizin  üçün,  cənab  Merriuezer,  ortadakı  pul  30.000 
sterlinq olacaq; və Cons, sənin üçün qazanc, tutmaq istədiyin 
adamı ələ keçirmək olacaq. 
-Con Klay; qatil, oğru və saxtakar. Özü də hələ gəncdir.  
Cənab  Merriuezer,  amma  peşəsinin  zirvəsindədir.  Əmin 
olun, Londonun bütün cinayətkarları bir tərəfə, qandallarımı 
ən  çox  onun  biləklərində  görmək  istəyərəm.  Bu  gənc  Con 
Klay  maraqlı  adamdır.  Babası  krallığın  qrafı  imiş.  Özü    də 
Eton və Oksfordda oxuyub. Beyni də barmaqları qədər hiy-
ləgərdir;  buna  görə  hara  əlimizi  atsaq,  izlərinə  rast  gəlmə-
mizə  baxmayaraq,  onu  heç  cür  tuta  bilmirik.  Bir  həftə  Şot-
landiyada  görünəndə  ertəsi  həftə  Kornvalda  bir  yetimxana 
açmaq  üçün  pul  yığmaqla  məşğul  olur.  İllərdir  izləyirəm  
amma indiyə qədər üzünü belə görə bilməmişəm. 
-Bu  gecə  sizi  onunla  tanış  etmək  zövqünü  dadacağıma 
ümid edirəm. Mən də bir neçə dəfə cənab Con Klayla qarşı-
laşmışam və peşəkar olması ilə bağlı sizinlə razılaşıram. Bu 
arada, saat onu keçir; başlamaq zamanı gəldi. Siz ikiniz bi-
rinci faytonda oturun.  Uatson və mən də digərinə minərik. 
Şerlok Holms yol boyu  danışmadı. Arxaya söykənib bu 
gün  dinlədiyi  melodiyaları  zümzümə  etməkdən  başqa  iş 
görmədi. Sonsuz küçələr labirintindən keçdikdən sonra, nə-
hayət Farrinqton küçəsinə çatdıq. 
-Artıq yaxınlaşmışıq, - danışmağa başladı dostum. - Bu 
cənab Merriuezer, bank müdiridir və bu mövzuyla fərdi ola-
raq  maraqlanır.  Consu  da  götürməyimizin  yaxşı  olacağını 
düşündüm.  İşində  tam  axmaq  olmasına  baxmayaraq,  pis 
adam deyil. Yeganə yaxşı tərəfi var; o da birinə qandalı ta-
xanda  aslan qədər cəsur və keçi qədər inadçı olur. Bax gəl-
dik, bizi gözləyirlər. 
109
 
 


Səhər  gəzdiyimiz izdihamlı  yola  gəlmişdik.    Faytonları 
yola  saldıqdan  sonra,  cənab  Merriuezerin  rəhbərliyi  ilə  dar 
bir  keçiddən  keçərək  bir  qapıya  çatdıq.  Qapını  açanda,  so-
nunda böyük dəmir  qapının  olduğu  kiçik  bir  dəhliz  çıxdı 
qarşımıza. Bu qapı da açıq idi və buradan daş pilləkənlərlə 
endik. Bu nəhayət, başqa bir qapıya aparırdı. Cənab Merriu-
ezer fənər yandırmaq üçün dayandı; sonra da bizi, torpaq iyi 
verən, qaranlıq bir dəhlizə və sonra isə  qutu və sandıqlarla 
dolu bir anbara apardı. 
-Yuxarıdan  ziyan    gələ  bilməyəcəyi  aydındır,  -  Holms 
fənəri qaldırıb ətrafına baxarkən dedi. 
-Aşağıdan  da,  -  dedi cənab  Merriuezer  çəliyiylə,  döşə-
məyə  döşənilmiş daşlara vuraraq. Birdən çaşaraq yerə əyil-
di: 
-Ay səni, çıxan səsdən belə başa düşürəm ki, boşluq var!  
-Bir az da sakit olmağınızı istəyirəm, - dedi Holms sərt 
bir şəkildə. - İndidən bu araşdırmanın müvəffəqiyyətinə təh-
lükə yaradırsınız. Qutulardan birinin üstünə oturub heç nə-
yə qarışmadan gözləməyinizi xahiş edirəm. 
Cənab Merriuezer, üzündə incik bir ifadəylə qutulardan 
birinin üstünə oturarkən, Holms, dizləri üstündə yerdə, bir 
əlində  fənər,  digərində  böyüdücü  daşların  arasındakı  çat-
laqları  araşdırmağa  başladı.  Bir  neçə  saniyə  sonra  ayağa 
qalxdı və böyüdücünü cibinə qoydu.  
-Önümüzdə ən az bir saat var, - deyə danışmağa başla-
dı, - çünki yazıq girovçu yatağa girmədən başlaya bilməzlər. 
Vaxt  itirmədən işə girişəcəklər, nə qədər qısa müddətdə bi-
tirsələr, qaçmaq üçün də o qədər çox vaxtları olacaq. Bu an-
da  Doktor,  -  təxmin edə  biləcəyin kimi Londonun  böyük  
banklarından birinin mərkəz şöbəsinin zirzəmisindəyik. Cə-
nab Merriuezer əsas müdirdir və sənə Londonun böyük oğ-
110
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə