Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə28/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   24   25   26   27   28   29   30   31   ...   38

işə  götürən  rolunu  oynayaraq,  girovçunun  səhərlər  ortalıq-
da  görünməməsini  təmin etdilər.  Köməkçinin  yarım  maaşa 
işi qəbul etdiyini  ilk dəfə eşidəndə  başqa, güclü məqsədi ol-
duğunu anlamışdım. 
-Bəs məqsədin nə olduğunu necə təxmin etdin? Evdə bir 
qadın olsaydı,  müxtəlif  intriqa olmasını nəzərə ala bilərdim. 
Amma  bundan  söhbət  gedə  bilməzdi.  Adamın  kiçik  bir  işi 
vardı və evində belə incə hazırlıqlara və xərclərə dəyəcək nə-
lərsə ola bilməzdi. O halda evdən kənarda nə isə olmalı idi. 
Nə ola bilərdi? Köməkçinin fotoşəkil həvəsini və zirzəmidə 
vaxt keçirmək üçün hiylə olduğunu düşündüm. Zirzəmi! Bu 
sirli   məsələnin  cavabı  orada  gizlədilmişdi.  Bu sirli  kömək-
çini  araşdırdım və Londonun ən soyuqqanlı, ən cəsur cina-
yətkarlarından  biri  ilə  qarşı-qarşıya  olduğumu  öyrəndim. 
Zirzəmidə nə isə edirdi - saatlarla davam edən bir şey. Başqa 
bir  binaya  gedən  tunel  qazmaqdan    başqa  məqsədi  ola 
bilməyəcəyini düşündüm. 
-Səninlə hadisə  yerinə  getdiyimiz zaman  bura  qədərini 
bilirdim.  Səkiyə  çəliyimlə  vuraraq  səni  çaşdırdım,  bilirəm. 
Zirzəminin önəmi yoxsa arxayamı istiqamətləndiyini öyrən-
mək üçün bunu etdim. Önə doğru deyildi. Sonra zəngi bas-
dım və tam gözlədiyim kimi, qapını köməkçi açdı. Əvvəllər  
bir neçə dəfə qarşıma çıxmışdı, amma heç göz-gözə gəlmə-
mişdik. Üzünə çox baxmadım. Görmək istədiyim dizləri idi. 
Nə  qədər  köhnəlmiş,  qırışmış  və  ləkəli  olduqlarını  sən də 
fərq etdin. Bu, saatlarla davam edən köstəbəkliyi göstərirdi. 
Tək bircə sual qalmışdı, bunu nə üçün etdikləri. Tini dönən-
də  “City&Suburban”  bankının  dostumuzun  eviylə  arxa-ar-
xaya  olduğunu  gördüm  və  problemi  həll  etdiyimi  hiss  et-
dim. Sən konsertdən sonra evə gedəndə, mən Skotland Yar-
115
 
 


da  getdim  və  bank  müdiri  ilə  görüşdüm.  Sonda  nələr  baş 
verdiyini sən də gördün. 
-Yaxşı soyğunu bu gecə edəcəklərini necə bildin?  
-Klub  ofisini  bağlamaları,  artıq  cənab  Cabez  Vilsonun 
varlığına  əhəmiyyət  vermədiklərini  göstərirdi.  Belə  deyək, 
tunellərini bitirmişdilər. Amma tələsməli idilər, çünki külçə-
lərin gec, ya da tez  aparılacağını bilirdilər. Şənbə günü bu-
nun üçün ən yaxşı gün idi, çünki qaçmaları üçün onlara iki 
gün qazandırardı. Bax bütün bu səbəblərə görə bu gecə gə-
ləcəklərini düşündüm. 
-Çox  gözəl  həll  etmisən,  -  deyə  bildirdim,  heyranlıq 
duyğumu gizlədə bilməyərək. - Uzun bir zəncir, amma hər 
halqa çox yaxşı oturur. 
Əsnəyərək: 
-Məni  narahatçılıqdan  qurtardı,  -  deyə  cavab  verdi.  – 
Amma çox təəssüf ki, bu narahatçılığın yenə üstümə çökmə-
yə başladığını hiss edirəm. Bütün həyatım, yaradılışın adili-
yindən qaçmaqla keçir. Kiçik problemlər mənə bu mövzuda 
yardımçı olur. 
-Və yarışın qalibi sənsən, - dedim. 
Çiyinlərini çəkdi:  
-Hə, bəlkə də elədir, amma çoxda işə yaramır, - dedi. - 
Qustav  Flober Jorj Sanda yazmışdı: 
 "L'homme c'est rien - I'oeuvre  c'est  tout".
9
 
 
 
9
 “İnsanlar-heç nədir, iş-hər şeydir.” 
116
 
 
                                                           


 
 
 
 
 
 
 
 
BEŞ PORTAĞAL 
ÇƏYİRDƏYİ 
 
 
 
117
 
 


82-90-cı  illər  arası  Şerlok  Holmsun  macəraları  ilə  bağlı 
apardığım qeydlərə baxanda, o qədər  qəribə və maraqlı ha-
disələrin  içindən  birini  seçməkdə  çətinlik  çəkirəm.  Bəziləri 
qəzetlərdə yayımlandı, bəziləri isə gün işığına çıxa bilmədi. 
Mənim məqsədim də danışmaqdır. Bəziləri Holmsun nağıl-
etmə  qabiliyyətinə  görə,  bəziləri  isə  yazılması  mümkün  ol-
madığına görə yarımçıq qaldı. Bəzilərində isə heç bir məntiqi 
sonluğa çata bilmədiyim üçün, yazmadım. Lakin bir hekayə 
var ki, bəzi nöqtələri aydınlaşmadığı üçün, bəlkə də heç bir 
zaman aydınlaşmayacağı halda detallar ilə, o cümlədən ma-
raqlı olması və sonluğu ilə o qədər çaşdırıcı idi ki, bu hadi-
səni danışmaqdan özümü saxlaya bilmirəm. 87-ci ildə  qeyd-
lərini  yazdığım  əhəmiyyətli və  əhəmiyyətsiz  bir çox  hadisə 
baş  verib.  Bu  on  iki  aylıq  zaman  ərzində  qeydlərimi  yığdı-
ğım  başlıqlar  arasında,  Paradol  Çamber  əhvalatı,  bir  mebel 
atelyesinin  aşağı  mərtəbəsində  lüks  bir  klubları  olan  “Hə-
vəskar  Dilənçilər  Birliyi”  əhvalatı,  İngilis  gəmisi  “Sofi  An-
derson”un itməsi, Uffa adasında Kris Patersonların əhvalatı 
və son olaraq da Kambervel zəhərlənmə hadisəsini saya bilə-
rəm.  Sonuncu  əhvalatda  yadımda  qaldığı  qədərilə  Şerlok 
Holms, ölü adamın saatını yoxlayaraq, iki saat əvvəldən qu-
rulduğunu  və  mərhumun    yatağa  bu  saatda  girdiyini  isbat 
etmişdi. Bütün bunları da nə vaxtsa mütləq danışaram, am-
ma  hər  halda  bunların  heç  biri  indi  qələmi  əlimə  alıb  yaz-
mağa başlayacağım hekayədəki qədər qəribə hadisələr zən-
cirinə aid deyil. 
Gecə-gündüz  bərabərliyi  fırtınalarının  başladığı  sent-
yabrın  son  günlərindəydik.  Gün  boyu  külək  fit  çalır,  yağış 
pəncərələrə çırpılırdı, insan, bu böyük müasir Londonda be-
lə, bir anlıq da olsun həyatın təkrarlarından xilas olaraq, qə-
fəsində vəhşi heyvan kimi sivilizasiyanı, bəşəriyyətə kükrə-
118
 
 


yən bu böyük təbiət güclərini düşünmədən dayana bilmirdi. 
Axşam  olanda  fırtına  daha  çox  şiddətləndi və  külək,  baca-
larda  fit  çalmağa  başladı.  Şerlok Holms, buxarının  bir tərə-
fində oturmuş, dalğın-dalğın cinayətlər haqqında qeydlərini 
araşdırarkən, mən də o biri başda  oturub, Klark Russelin də-
niz macəralarından birini oxumağa çalışırdım. Çöldəki fırtı-
nanın və yağışın səsi, oxuduğum kitabdakı dəniz dalğaları-
na qarışırdı. Arvadım, bir neçə günlüyə anasını görməyə get-
mişdi; buna görə mən yenə Beyker küçəsindəki köhnə evim-
də qalırdım. 
-Hmm.. - dostuma baxaraq dedim, - bu zəngin səsi de-
yilmi? Bu saatda kim ola bilər ki? Bəlkə də dostlarından biri-
dir? 
-Səndən başqa  dostum yoxdur, - deyərək cavab verdi. - 
Qonaqları çox sevmirəm. 
-Müştəridir o zaman. 
-Əgər elədirsə, ciddi bir məsələ olmalıdır. Yoxsa, heç bir 
qüvvə  bir adamı belə bir gündə və saatda evdən çölə çıxara 
bilməz. Bəlkə də bizim ev sahibəsinin yaxınlarından biridir.  
Şelok Holms, təxminində yanılırdı, çünki koridorda eşi-
dilən ayaq səslərindən sonra qapımız döyüldü. Uzun qoluy-
la lampanı çevirərək, qonağın oturacağı boş kürsülərdən bi-
rini işıqlandıracaq şəkildə yerləşdirdi. 
-Girin, dedi. 
İçəri,  iyirmi  iki,  iyirmi  üç  yaşlarında,  yaxşı  geyimli  və 
zərif görünüşlü gənc bir nəfər girdi. Üstündən su süzülən çə-
tiri və uzun, parlaq plaşı, çöldə nə qədər pis hava olduğunu 
göstərirdi. Lampanın işığında narahat gözləri və solğun üzü 
görünürdü. Böyük bir dərdin altında əzilmiş adama bənzə-
yirdi. 
119
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə