Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə27/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   23   24   25   26   27   28   29   30   ...   38

rularının bu anda bu zirzəmiyə niyə bu qədər maraq göstər-
diklərini açıqlayacaq. 
-Fransız qızılına görə, - deyə pıçıldadı müdir. - Bəzi mü-
daxilələr  ola  biləcəyi ilə  bağlı  bir  neçə  dəfə  xəbərdar  edil-
mişdik onsuz da. 
-Fransız qızılı? 
-Bəli.  Bir  neçə  ay  əvvəl,  bazamızı  gücləndirmək  üçün 
Fransa  bankından  30.000  Napoleon
8
 borc  aldıq.  İnsanlar, 
hələ  pulları  çıxarmadığımızı  və  zirzəmidə  saxladığımızı 
biliblər.  Bu  an  üstündə  oturduğum  qutunun  içində, 
qurğuşunlu  ka-ğızlar  arasında  2000  Napoleon  var.  Hazırkı 
külçə qızıl ehti-yatımız normalda bir şöbədə saxlanmayacaq 
qədər  çoxdur  və  buna  görə  müdirlərin  bu  mövzuda 
narahatlıqları var. 
-Və  haqlı  olduqları  ortaya  çıxıb,  -  fikrini  ifadə  etdi 
Holms. 
-Artıq  kiçik  planımızı  həyata  keçirməyin  zamanı  gəldi. 
Bir saat içində hər şeyin həll olmasına ümid edirəm. Bu vaxt, 
cənab Merriuezer, fənərin üstünü örtməyiniz lazımdır.  
-Qaranlıqda oturacağıq? 
-Təəssüf  ki,  elədir.  Yanımda  bir  dəstə  kart  da  gətirmi-
şəm. Dörd adam olduğumuza görə kart oynaya bilərik, deyə 
düşünmüşdüm, amma düşmənin hazırlıqları o qədər ciddi-
dir ki, işıq yandırmaq riskini edə bilmərik. Hər şeydən əvvəl 
mövqelərimizi qərarlaşdırmalıyıq. Bunlar qorxmaz adamlar-
dır və biz hər nə qədər onları hazırlıqsız  ələ keçirməli  olsaq 
da, diqqətli olmadığımız təqdirdə təhlükəli ola bilərlər. Mən 
bu qutunun arxasında dayanacağam, siz də buradakının ar-
8
 Pul vahidi 
111
 
 
                                                           


xasında gizlənin. Mən üstlərinə işıq tutduğum zaman siz sü-
rətlə  ortaya  atılıb  onları  qısnayacaqsınız.  Uatson,  əgər  atəş 
açsalar, heç düşünmədən vur. 
Tapançamı  çıxararaq,  arxasında  gizləndiyim    taxta  qu-
tunun  üstündə  nişangah  hazırladım.  Holms  fənərin  işığını 
azaldaraq bizi zülmət qaranlıqda qalmağa məcbur etdi. Əv-
vəllər  heç  vaxt  belə  qaranlıqda  olmamışdım.  İsti  metal  qo-
xusu, işığın hələ orada olduğunu və dərhal parlaya biləcəyi-
ni göstərirdi. Birdən-birə qaranlıqda qaldığım üçün gərilmiş 
əsəblə gözlədiyim anda məndə zirzəminin soyuq, nəmli ha-
vasında bürkülü və uğursuz bir şey varmış kimi bir hiss ya-
ranmışdı. 
-Qaçmağa cəmi bir yolları var, - pıçıldadı Holms. O da 
evin  arxasından  “Seks-Koburq”  meydanına.  Ümid  edirəm 
sənə dediyimi yerinə yetirmisən Cons? 
-Qabaq  qapıda  bir  müfəttiş  və  iki  polis  məmuru  daya-
nıb. 
-O halda bütün dəlikləri bağlamış olduq. Artıq səssizcə 
gözləyək. 
Zaman  keçmək  bilmirdi.  Yalnız  bir  saat  on  beş  dəqiqə 
keçmişdi,  amma mənə elə  gəlirdi  ki,  gecə  bitib və  dan  yeri 
sökülür.  Mövqeyimi dəyişdirməkdən  çəkindiyimdən  qıçla-
rım yorğunluqdan qurumuşdu. Sinirlərim o qədər gərilmişdi 
və  qulaqlarım  o  qədər  itiləşmişdi  ki,  yalnız  yoldaşlarımın 
yüngül nəfəs almalarını eşitməklə qalmır, yekəpər  Consun 
ağır  nəfəsini,  bank  müdirinin  zəif  nəfəsindən  ayırd  edə  bi-
lirdim.  Olduğum  yerdən  əraziyə  baxarkən,  birdən  bir  işıq 
gördüm. Əvvəl, işıq daş döşəmədə parlaq bir ləkə şəklində 
idi. Sonra getdikcə uzanaraq, sarı bir xətt halına gəldi. Daşlar 
yarıldı  və  aralarından  ağ,  qadına  xas  bir  əl  çıxdı.  Qıvrılan 
barmaqlarıyla əl  bir neçə  dəqiqə  daşların  arasında  qaldı  və 
112
 
 


sonra  ortaya  çıxdığı  kimi  sürətlə  gözdən  itdi.  Daşların  ara-
sından görünən parlaq ləkəni nəzərə almasaq, yenə qaranlı-
ğa qərq olmuşduq. 
Lakin çox keçmədən sanki qoparılaraq çıxarılan böyük, 
ağ daşlardan birinin altından bir fənər işığı sızmağa başladı. 
Aradakı boşluqdan, təraşlı, sadəlövh bir üz çıxdı və ətrafına 
diqqətlə baxdıqdan sonra özünü yuxarı dartdı. Dərhal dəli-
yin dibinə boylanaraq, arıq üzlü və parlaq qırmızısaçlı, özü 
kimi elastik və qısa boylu yoldaşını yuxarı çəkdi. 
-Hər şey yolundadır, - deyə pıçıldadı. - Kürəklə torbaları 
gətirdinmi? Cəld ol Arçi, yoxsa sonumuz dar ağacı olar. 
Şerlok Holms olduğu yerdən sürətlə sıçrayaraq onun ya-
xasından  tutdu.  Digəri  dəliyə  atılıb  qaçmağa  çalışarkən 
Cons,  onun  pencəyindən  tutdu,  amma  parça  cırılaraq  Con-
sun əlində qaldı. Bir anda tapança işıqda parıldadı; Holmsun 
ov  qırmancı  adamın  biləyində  şaqqıldadı  və  tapança  yerə 
düşdü. 
-Artıq  çox  gecdir,  Con  Klay,  -  Holms  qəhrəmancasına 
dilləndi. Heç şansınız yoxdur. 
-Demək belə, - adam sakitcə cavab verdi. - Amma anla-
dığım qədər yoldaşım çox yaxşıdır. Qaçarkən pencəyini sizə 
xatirə qoyub. 
-Onu qapıda üç adam gözləyir, - dedi Holms. 
-Hə, doğrudan? Hər şeyi çox yaxşı düzüb-qoşmaq baca-
rığınızın olduğu açıq-aydın görünür. Sizi təbrik etməliyəm. 
-Mən də sizi, - cavab verdi Holms. - Qırmızısaç fikriniz 
qeyri-adi və təsirli idi. 
-Yoldaşınızı yaxında görərsiniz, - dedi Cons. - Dəliklərə 
girmək mövzusunda məndən daha sürətlidir. 
-Çirkli əllərinizi mənə sürtməməyinizi xahiş edəcəyəm, - 
dedi adam, qandallar biləklərinə bağlanarkən. - Siz fərqində 
113
 
 


olmaya  bilərsiniz  amma  damarlarımda  bir  zadəgan  qanı 
axır.  Eyni  zamanda,  mənimlə  danışarkən “cənab”  və  “lüt-
fən” deməyi gözardı etməməyinizi xahiş edəcəyəm. 
Cons istehzayla baxaraq: 
-Çox  yaxşı, -  dedi.  -  Cənab mənimlə  yuxarı  çıxıb  çöldə 
gözləyən faytona minərək polis bölməsinə qədər getmək nə-
zakətini göstərə bilərmi görəsən? 
-Belə daha yaxşıdır, - Cons ciddi bir şəkildə cavab verdi. 
– Üçümüzün qarşısında ehtiramla baş əydi və detektivin nə-
zarəti altında səssizcə çıxıb getdi. 
-Cənab Holms, - dedi cənab Merriuezer, üçümüz onların 
arxasınca  çıxarkən,  -  bankımız  adından  sizə  necə  təşəkkür 
edə bilərəm və ya mükafatlandıra bilərəm, bilmirəm. İndiyə 
qədər  gördüyüm  ən  böyük  bank  soyğunu  cəhdini  mükəm-
məl bir şəkildə təsbit edərək qarşısını aldınız. 
-Cənab Con Klayla həll etməli olduğum bir-iki haqq-he-
sab var, - dedi Holms. - Bankın ödəməli olduğunu gözlədi-
yim kiçik xərclərim oldu. Lakin “Qırmızı Saçlılar Klubu”nun 
qəribə əhvalatının üstünü açaraq, zövq aldığım üçün müka-
fatlandırılmış oldum. 
Beyker küçəsində viski və sodamızı içərkən Holms dil-
ləndi: 
-Görürsən də,  Uatson.  İlk  andan  etibarən,  bu  fantastik 
klub elanının və ensiklopediya üzü köçürmə məsələsinin, bu 
axmaq girovçunu gündə bir neçə saat ayaq altından uzaqlaş-
dırmaq üçün uydurulmuş olduğu aydın idi. Həqiqətən qəri-
bə yoldur, amma hər halda daha yaxşı bir bəhanə tapmaq çə-
tin idi. Bu fikir, dahi Klayın ağlına cinayət ortağının saç rən-
gindən gələ bilər. Həftədə 4 sterlinq, minlərlə gəliri olan bu 
adamlar  üçün  əhəmiyyətsiz  bir  yem  idi.  Birlikdə  elanı  ver-
dikdən  sonra,  biri  müvəqqəti  köməkçilik  rolunu,  digəri  də 
114
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə