Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə36/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   30   31   32   33   34   35   36   37   38

hadisəyə  dilənçinin  qərarsızlığı  əlavə  olununca,  müfəttiş, 
məsələnin ciddi olduğunu başa düşür. Otaqlar diqqətlə araş-
dırılır və bütün dəlillərin qorxunc bir cinayətə işarə etdiyinə 
qərar verilir. Qonaq otağı olaraq döşənilmiş olan və küçəyə 
baxan otaq, sahillərdən birinə baxan kiçik bir yataq otağına 
açılırmış. Sahillə yataq otağının pəncərəsi arasında qabarma-
çəkilmə yüksəldikcə suyla dolan dar bir bölgə varmış. Yataq 
otağının  pəncərəsi  olduqca  geniş  imiş  və  altdan  açılırmış. 
Araşdırma  nəticəsində  pəncərədə  və  otağın  taxta  döşəmə-
sində qan izinə rast gəlinir. Cənab Neville St. Kleyrin bütün 
paltarları qonaq otağındakı pərdənin arxasında gizlədilmiş-
di. Pencəyi xaric çəkmələri, corabları, şapkası və saatı – ha-
mısı  oradaymış.  Paltarların  üzərində  heç  bir  zor  əlamətinə 
rast gəlinmir. Amma cənab Neville St. Kleyrdən əsər-əlamət 
yox  imiş.  Başqa  çıxış  yolu  olmadığı  üçün  pəncərədən  çıxıb 
aradakı  bölgədən  üzərək,  qaçmış  ola  biləcəyini düşünürlər. 
İndi  keçək  bu  parazitlərə.  Onlar  da  məsələyə  daxildir.  Las-
karın  nə  qədər  aidiyyatı  olduğu  bilinmir,  amma  xanım  St. 
Kleyrin ifadəsinə görə, ərini pəncərədə gördükdən bir neçə 
saniyə sonra pilləkənlərin dibində dayanmış olduğundan bu 
cinayətə ortaq olması ehtimalı var. Adamın özünü müdafiə 
etməsi son dərəcə cahilcə imiş və üstəlik, kirayəçisi Huq  Bu-
nenin nə işlə məşğul olduğunu bilmədiyini və cənabın pal-
tarlarını ilk dəfə gördüyünü deyib. Laskarla bağlı olanlar bu 
qədər. İndi də, tiryək təkkəsinin ikinci qatında qalan və bö-
yük  ehtimalla  Neville  St.  Kleyri  dünyada  görən  son  adam 
olan o şikəstə gələk. Adı Huq Bunedir. Şəhərdə olan hər kəs 
onun  çirkin  üzünü  tanıyır.  Əslində  professional  dilənçidir, 
amma polis qanunlarından yayınmaq üçün kibrit satıcısı ki-
mi  maskalanır.  Buradan  çox  uzaqda  olmayan  Threadnedle 
küçəsinin  sol  tərəfində, sən də  görmüsən,  divarda  kiçik  bir 
149
 
 


boşluq var. Bu varlığın yeri oradır. Hər gün orada, qucağın-
da  kibritləriylə  bardaş qurub  oturur.  O qədər  yazıq bir  gö-
rünüşü var ki, gələn keçən önündəki dəri şapkaya sədəqələ-
rini atır. Nə iş gördüyüylə maraqlandığım üçün onu bir neçə 
dəfə izlədim. Qısa müddətdə əldə etdiyi qazancı eşitsən ça-
şarsan.  O  qədər  fərqli  xarici  görünüşü  var  ki,  heç  kim  onu 
görmədən keçə bilməz. Portağal rəngi saçlar, solğun üz, üst 
dodağına qədər enən iyrənc bir yara izi, bir buldok çənəsi və 
saçlarının rəngiylə tam bir kontrast meydana gətirən dəlisov, 
tünd rəng bir cüt göz. Bütün bunlar, onu digər dilənçilərdən 
ayırmağa yetər. Artıq o murdar evin kirayəçisini və axtardı-
ğımız adamı ən son görən adamın o olduğunu bilirik. 
-Amma  adam  şikəst  imiş!  -  dedim.  Tək  gözlə  gənc  bir 
adama nə edə bilər ki? 
-Yalnız bir qıçı axsayır; əslində güclü və sağlam adam-
dır. Tibbi təcrübənlə sən də bilərsən ki, Uatson, bir orqanda-
kı  zəiflik  çox  vaxt  digərlərinin  daha  güclü  olmasına  gətirib 
çıxarar. 
-Lütfən hekayəyə davam et. 
-Xanım St. Kleyr, pəncərədəki qanı görüncə huşunu itir-
miş və polis araşdırmaları əsnasında artıq bir işə yaramaya-
cağını düşünərək, onu evinə aparmışdır. Müfəttiş Barton, evi 
diqqətlə araşdırmış amma məsələyə işıq tutacaq bir şey tapa 
bilməmişdir. Edilən yeganə səhv Bunesi dərhal, o anda həbs 
etməmələri  idi;  çünki  bu  beş-on  dəqiqəlik müddətdə  Las-
karla danışmış ola bilər. Nəysə, bir müddət sonra bu səhvi 
kompensasiya  edib,  onu  tutaraq  üstünü  axtarmışlar,  amma 
əleyhinə bir dəlil tapa bilməmişlər. Hərçənd köynəyinin sağ 
qolunda  bir  qan  izi  tapmışlar,  amma  o,  sağ  barmağındakı 
yara izini göstərərək vəziyyəti izah etməyə çalışıb. Eyni za-
manda, qısa müddət əvvəl pəncərəyə tərəf getdiyində o qan 
150
 
 


ləkələrini görmədiyini və bütün ləkələrin qətiliklə eyni qay-
naqdan gəldiyi ehtimalını da ifadəsinə əlavə etmişdir. Cənab 
Neville St. Kleyri daha əvvəl görmədiyinə və otağındakı pal-
tarların ən az polisi çaşdırdığı qədər onu da çaşdırdığına and 
içmişdir. Xanım St. Kleyrin, ərini pəncərədə gördüyünü ifa-
də etdiyi xatırladıldığında isə, qadının ya havalanmış, ya da 
xəyal görmüş olduğunu deyib. Ciddi şəkildə etiraz etməsinə 
baxmayaraq  polis  bölməsinə  aparılıb.  Müfəttiş  isə  dalğalar 
çəkiləndə  təzə  ipuclarına  rast  gəlmək ümidiylə  orada  qal-
mışdır. 
Amma dalğalar çəkilincə, palçıq yığınının arasında tap-
dıqları çox təəssüf ki, Neville St. Kleyrin özü deyil, pencəyi 
olmuşdur. Yaxşı ciblərində nə tapıblar səncə? 
-Təxmin edə bilmirəm. 
-Təxmin edə bilməzdin onsuz da. Pencəyin cibləri xarab 
pullarla  doluymuş  -  421  peni  və  270  peni  yarım.  Pencəyin 
dalğalarla axıb getməməsinin səbəbi də bu olmalıdır. Amma 
bədən söz mövzusu olunca işlər dəyişir. Ağır pencək batar-
kən, içindəki bədənin çaya axıb getməsi təxmin edilir. 
-Amma  anladığım  qədəriylə,  digər  paltarlar  otaqday-
mış. Üstündə yalnız bir pencək ola bilərmi? 
Xeyr  cənab,  amma  hər  şeyə  şübhəylə  yaxınlaşmaq  la-
zımdır. Fərz et ki, bu Bune deyilən adam Neville St. Kleyri 
pəncərədən itələdi. Onu kiminsə görməsi qeyri-mümkün ol-
duğuna  görə  orda niyə qalırdı?  Təbii  ki,  digər paltarlardan 
xilas olmaq! Tam pencəyi tutub atacaqkən, batmayıb üzəcəyi 
ağlına gəlmiş ola bilər. Amma çox zamanı qalmamışdır, çün-
ki  aşağıda  qadının  yaratdığı  səs-küyü,  arxasınca  da  polisin 
gəldiyini eşitmişdir. İtirəcək bir saniyə belə yoxdur. Dilənçi-
likdən  əldə  etdiyi  qazancı  saxladığı  yerə  qaçaraq  pencəyin 
ciblərini  bu  xarab  pullarla  doldurub  və  sonra  pəncərədən 
151
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə