Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə18/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   14   15   16   17   18   19   20   21   ...   38

-Məktublarınızı hansı ünvana göndərirdiniz? 
-Lidenhal küçəsinin poçtuna, əldən ələ verilmək şərti ilə. 
Əgər  büroya  göndərilsə,  bir  xanımdan  məktub  aldığı  üçün 
digər katiblərin dilinə düşəcəyini dedi. Mən də onun etdiyi 
kimi yazı makinasında yazmağı təklif etdim, amma bunu da 
qəbul etmədi. Əllə yazanda həqiqətən məndən alırmış hissi-
ni yaşayırmış. Yazı makinası ilə yazsam aramıza yazı maki-
nasının  girdiyini hiss edirmiş.  Bu  kiçik  detallar məndən nə 
qədər  xoşu  gəldiyini və  düşündüyünü  göstərir  cənab, 
Holms. 
-Mən də kiçik  şeylərin hər  zaman   önəmli  şeylər  oldu-
ğunu  iddia  edirəm,  -  Holms  dedi.  -  Cənab  Hosmer  Angel 
haqqında başqa kiçik şeylər də xatırlayırsınız? 
-Çox utancaq bir adam idi, cənab Holms. Gözlərə həd-
dindən  artıq  nifrət  etdiyi  üçün,  mənimlə  daha  çox  axşam 
gəzməyi seçirdi. Kübar və zərif insandı. Səsi də hündürdən 
çıxmazdı. Gəncliyində boğaz xəstəliyi keçirdiyi üçün səsinin 
belə tərəddüdlü, pıçıltı kimi çıxdığını demişdi bir dəfə. Hər 
zaman yaxşı geyinirdi. Zövqlü və dəbdəbədən uzaq. Mənim 
kimi,  onun  da  gözləri  zəif  idi  və  işıqdan  qorunmaq  üçün 
rəngli eynək taxırdı. 
-Yaxşı, ögey atanız cənab Vindibank Fransaya getdikdən 
sonra nə oldu? 
-Cənab Hosmer Angel, evimizə gəldi və atam geri dön-
mədən evlənməyi təklif  etdi.  Çox  ciddi  idi  və  əlimi kitaba 
basdıraraq, nə olursa-olsun ona sadiq qalacağıma and içdir-
di. Anam mənə and içdirməkdə haqlı olduğunu; bunun, eş-
qinin bir işarəsi olduğunu söylədi. Anam onu lap əvvəldən 
sevmişdi, hətta mənim sevdiyimdən daha çox. Həftə içində 
evlənməkdən bəhs etdikləri zaman mən atama nə deyəcəyi-
mizi  soruşdum.  Ona  sonra  xəbər  verə biləcəyimizi,  anamın 
73
 
 


bunu nizamlaya biləcəyəni dedi. Bu heç xoşuma gəlməmişdi
cənab  Holms.  Məndən  yalnız  bir  neçə  yaş  böyük  olmasına 
baxmayaraq, icazə istəmək gülünc gəlirdi, amma yenə də be-
lə bir hərəkət etmək mənə pis gəldi və şirkətin Fransa büro-
sunun  yerləşdiyi  Bordoya  məktub  yazdım,  amma  məktub 
evlənəcəyim günün səhərisi geri qayıtdı. 
-O halda atanıza xəbər verə bilmədiniz. 
-Bəli cənab,  çünki  atam,  məktubu  almadan  İngiltərəyə 
yola düşmüşdü. 
-Baho!  Böyük  problemdir.  Evlilik  cümə  gününə  təyin 
edilmişdi. Kilsədə olacaqdı? 
-Bəli cənab,  səssiz  bir  mərasim  olacaqdı.  “King's 
Cross”da Sant Saviurda mərasim, sonra da Sant Pankras ote-
lində  nahar. Hosmer  bir  faytonla  gəldi,  amma  biz  iki nəfər 
olduğumuzdan, bizi ona əyləşdirdi və özü, küçədə saxladığı 
başqa bir faytona mindi. Kilsəyə ilk çatan biz olduq və onun 
faytonu  çatanda  düşməsini  gözlədik,  amma  düşən  olmadı. 
Faytonçu aşağı enib içəri baxdı və heç kəs yox idi! 
Faytonçu nə baş verdiyini başa düşmədi, çünki adamın 
mindiyini öz gözləri ilə görmüşdü. Bu keçən cümə olub, cə-
nab Holms və o zamandan bəri ondan bir xəbər yoxdur. Ona 
nə olduğunu bilmək istəyirəm. 
-Məncə sizə qarşı çox səhv davranıblar, - dedi Holms. 
-Yox cənab, nə danşırsınız! Məni ortalıqda qoymayacaq 
qədər yaxşı insan idi. Məni xəbərdar etmişdi bütün səhər, nə 
olursa-olsun  ona  sadiq  qalmalı  olduğumu  tez-tez  vurğula-
yırdı.  Bizi  ayıracaq  gözlənilməz  bir  şey  olsa  da  and  içdiyi-
mizi və gec-tez bu andı yerinə yetirəcəyini demişdi. Evlilik-
dən öncə qəribə söhbətlər idi, amma demək ki, hamısının bir 
mənası varmış. 
74
 
 


-Elədir.  O  halda  sizin  fikrinizcə  cənab  Angelin  başına 
gözlənilməz bir fəlakət gəlib? 
-Bəli. Yəqin təhlükəni əvvəldən görüb, yoxsa nə üçün o 
sözləri desin ki? Və düşünürəm qorxduğu başına gəlib.  
-Amma nə ola biləcəyini bilmirsiniz, eləmi? 
-Heç nə bilmirəm... 
-Bir sual da verim. Ananız bu hadisəni necə qarşıladı? 
-Hirsləndi və  bu  mövzunu  bir  daha  açmamağımı  tap-
şırdı. 
-Yaxşı atanız? Ona da danışdınızmı? 
-Bəli; nə isə baş verməsi ilə bağlı eyni fikirdə olduğunu 
və Hosmerdən yenidən xəbər alacağıma inandığını söylədi. 
Dediyi kimi, kiminsə məni kilsə qapısına qədər gətirib, sonra 
da tərk  etməsinin necə izahı ola bilərdi ki? 
-Əgər məndən borc pul alsaydı, və ya mənimlə evlənib 
pulumu  üstünə  keçirmiş  olsaydı  bu  aydın  olardı,  amma 
Hosmer  puldan  heç  danışmamışdı.  Onsuz  da  puluma  göz 
dikəcəyini düşünmürəm. 
-Yaxşı o zaman nə ola bilər? Və niyə heç xəbər göndər-
mir?  
-Ah, bunları düşünməkdən az qala dəliyə dönürəm. Ge-
cələri  gözümə  bir  damla  olsun  yuxu  girmir.  -  Çantasından 
kiçik bir dəsmal çıxardı və hıçqırığını gizləməyə çalışdı. 
-Sizin üçün məsələni araşdıracağam, - dedi Holms ayağa 
qalxaraq. - Qəti bir nəticəyə çatacağımız mövzusunda heç bir 
şübhəm yoxdur. İcazə verin məsələnin bütün məsuliyyətini 
mən üzərimə götürüm və siz də bu mövzuda daha çox dü-
şünməyin. Hər şeydən əvvəl, o necə sizin  həyatınızdan çıxıb 
getdisə, siz də cənab Hosmer Angeli, yaddaşınızdan silməyə 
çalışın. 
-Demək, onu bir daha görməyəcəyimi düşünürsünüz. 
75
 
 


-Təəssüf ki, elədir. 
-Yaxşı ona nə olub? 
-Bu sualın cavabını mənə buraxın. İndi lütfən cənab An-
gelin görünüşündən bəhs edin. Bir də, mümkünsə, saxladı-
ğınız məktubların bəzilərini bizə verməyinizi xahiş edirəm. 
-Keçən şənbə “Xronikl”da onunla bağlı elan vermişdim. 
Bu da həmin qəzetin surəti. Bunlar da ondan aldığım  mək-
tublardan dördü. 
-Təşəkkür edirəm. Yaxşı sizin ünvanınız? 
-Lyon meydanı, Nömrə: 31, Kambervel. 
-Cənab  Angelin  ünvanını  heç  cür  öyrənə  bilmədiniz. 
Yaxşı atanızın iş ünvanı nədir? 
-Fençurx küçəsindəki böyük şərab idxalatçısı adlandırı-
lan “Westhouse&Marbank” da işləyir.  
-Təşəkkür edirəm. Hər şeyi aydın izah etdiniz. Sənədləri 
burada qoyun və sizə verdiyim tövsiyəni unutmayın. Bütün 
məsələni bağlayın getsin, həyatınıza daha çox təsir etməsinə 
icazə verməyin. 
-Çox  nəzakətlisiniz  cənab  Holmes.  Lakin  bunu edə  bil-
mərəm.  Hosmerə  sadiq  qalmalıyam.  Geri  döndüyü  zaman 
gəlişinə  hazır  olmalıyam.  -  Dəbdəbəli  şlyapası  və  olduqca 
mənasız üz ifadəsinə baxmayaraq, hörmət oyandıran əsilza-
də bir inanclı qonağımız kiçik kağız yığınını masanın üstünə 
qoydu və xəbər göndərilərsə, dərhal gələcəyinə söz verərək 
getdi. 
Şerlok Holms, əllərinin barmaq ucları birləşmiş, ayaqla-
rını uzatmış bir halda, düz tavana baxaraq, bir müddət səs-
sizcə oturdu. Sonra, özü üçün bir məsləhətçi  funksiyası ye-
rinə yetirən  köhnə tənbəkisini rəfdən götürdü və onu yan-
dıraraq,  yerində  əyləşdi.  Bezgin  halda  arxaya    söykəndi və 
tənbəkisindən sıx, mavi tüstülər çıxarmağa başladı. 
76
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə