Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə20/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   16   17   18   19   20   21   22   23   ...   38

-Kim imiş və xanım Suserlandı tərk etməsinin səbəbi nə 
olub? 
Sual ağzımdan yeni çıxmışdı və Holms hələ cavab ver-
məmişdi ki, əvvəl koridorda ayaq səsləri və sonra da qapının 
döyüldüyünü eşitdik. 
-Bu, qızın ögey atası cənab Ceyms Vindibank olmalıdır, 
- dedi Holms. - Saat altıda gələcəyini yazmışdı. Girin! 
İçəri,  təraşlı  və  təmiz  üzlü,  diqqətə  çarpacaq  şəkildə 
üzündən biclik yağan, son dərəcə iti və nüfuzedici boz göz-
lərə  sahib  iri  bədənli,  ortaboylu,  otuz  yaşlarında  bir  adam 
girdi. Bizə maraqla baxdı, parıldayan şlyapasını bufetin üs-
tünə qoydu və salam verərək, ən yaxın stulda əyləşdi. 
-Axşamınız  xeyir,  cənab  Ceyms  Vindibank,  -  dedi 
Holms. - Düşünürəm ki, saat altıda görüş dəvətimizi qəbul 
edən, makinayla yazılmış bu məktub sizindir. 
-Bəli cənab.  Bir  az  gecikdiyim  üçün  üzr  istəyirəm,  am-
ma  bilirsiniz  işdə,  öz-özümün  ağası  deyiləm.  Xanım  Suser-
land  kiçik  problemini  sizə  danışdığı  üçün  təəssüf  edirəm, 
çünki “çirkli paltarların”
5
 ortaya çıxarılmasından heç xoşum 
gəlmir.  Bura  gəlməsi  tamamilə  mənim  razılığım  olmadan 
baş tutub. Yəqin siz də başa düşmüsünüz, çox narahat qızdır 
və  bir  mövzuda  qərarını  vermişsə,  onu  dayandırmaq  asan 
deyil.  Rəsmi  polislə  bir  əlaqənizin  olmadığını  bildiyimdən 
çox əhəmiyyət vermədimsə də, belə ailəvi bir problemin ya-
yılması  heç  də  xoş  deyil.  Qaldı  ki,  tamamilə  faydasız  bir 
cəhddir, çünki bu Hosmer Angeli tapa biləcəyinizə inanmı-
ram. 
5
 
m
əhrəm məsələlərin
 
81
 
 
                                                           


-Tam əksinə, - Holms astadan dilləndi. - Cənab Hosmer 
Angeli tapacağıma inanmağım üçün  səbəblərim  var. 
Cənab Vindibank diksindi və əlcəklərini əlindən saldı:  
-Səbirsizliklə eşitmək istəyirəm, - dedi. 
-Çox qəribədir ki, - Holms sözə başladı, - bir makinanın 
da bir insanın əlyazması kimi özünə xas xüsusiyyətləri var-
dır. Əgər istifadə edilməmiş yazı makinası deyilsə, iki maki-
na eyni ola bilməz. Bəzi hərflər digərlərindən daha çox köh-
nəlir; bəzi hərflərin isə yalnız bir tərəfi köhnəlir. İndi cənab 
Vindibank,  mənə  göndərdiyiniz    qeyddə,  “e”lərin  üstündə 
yüngül  bir  ləkə,  “r”lərin  quyruğunda  kiçik  bir  qüsur  var. 
Özünəməxsus on dörd xüsusiyyət də var, amma bu saydıq-
larım ən diqqətə çarpan olanlarıdır. 
-Bürodakı  bütün  yazışmalarımızı  bu  maşınla  etdiyimiz 
üçün bir az köhnəlmiş ola bilər, - deyə cavab verdi qonağı-
mız, kiçik, parıldayan gözləriylə Holmsa baxaraq. 
-İndi  sizə  həqiqətən  çox  maraqlı  bir  şey    göstərəcəyəm 
cənab Vindibank, - deyə davam etdi Holms. - Bu günlərdə, 
makina və cinayət haqqında kiçik bir məqalə yazmağı düşü-
nürəm. Bir az zaman ayırdığım bir mövzudur. Əlimdə, itkin 
adamdan  gəldiyi iddia edilən  dörd  məktub  var.  Hamısı  da 
makinayla yazılıb. Hər birində, yalnız “e”lərin üstündəki lə-
kədən və  “r”lərin  quyruqsuz  olmasından  başqa,  böyüdü-
cümlə baxsanız fərq edə biləcəyiniz eyni on dörd xüsusiyyət 
də hiss olunur. Cənab Vindibank, stulundan atıldı və şlyapa-
sını qapdı.  
-Belə təxəyyül məhsulu barədə söhbətlərə vaxt itirə bil-
mərəm, cənab Holms. Əgər adamı tuta bilsəniz tutun və nə-
ticəsini mənə də xəbər verin. 
82
 
 


-Əlbəttə,  -  Holms  dedi,  onun  arxasına  keçib  qapını  ki-
lidlədikdən sonra. - O halda sizə məlumat verirəm: onu tut-
dum! 
-Nə? Harada? - qışqırdı cənab Vindibank. - Üzü dümağ 
olmuş, ətrafına tələyə düşmüş siçan kimi baxmağa başlamış-
dı. 
-Yox, amma bu işə yaramaz... Həqiqətən yaramaz, - dedi 
Holms yumşaqca. -Bundan qurtuluş yolunuz yoxdur cənab 
Vindibank.  Belə  sadə  bir  problemi  həll etməyimin  qeyri-
mümkün olduğunu söyləməniz pis davranış  idi, çünki hər 
şey çox aydındır. Doğrusu budur! Oturun hər şeyi danışaq. 
Qonağımız  stula    çökdü.  Üzü  qarabasma  görmüş  kimi 
dümağ idi və alnında tər damlaları parlayırdı.  
-Amma qanunla...bir şey edə bilməzlər, - deyə kəkələdi. 
-Təəssüf  ki,  dediyiniz  doğrudur.  Amma  aramızda  qal-
sın,  indiyə  qədər  qarşılaşdığım  ən  zalım,  eqoist  və  ürəksiz 
hiylə  idi,  cənab  Vindibank.  İndi  mən  hadisələrin  gedişatını 
izah edim və siz də səhv etsəm mənə kömək edin. - Adam 
tamamilə məhv olmuş biri kimi, başını aşağı əyib stula ölü 
kimi əyləşdi. Holms, ayaqlarını buxarının küncünə qoydu və 
əlləri cibində, arxaya  söykənərək danışmağa başladı. Sanki 
öz-özünə danışırdı: 
-Bir nəfər sırf pulu üçün özündən çox yaşlı bir qadınla 
evlənir, - deyə sözə başladı. - Və onlarla yaşadığı müddət ər-
zində, qızının pulunu xərcləməkdən ləzzət alır. Onlarla eyni 
səviyyədəki  insanlar üçün əhəmiyyətli məbləğ sayıla biləcək 
bu  pulun  yoxluğu,  ciddi  dəyişikliklərə  yol  aça  bilər.  Buna 
görə pulu qorumaq üçün hər şeyi gözə alır. Qız xoşniyyətli 
amma  romantik  və  istiqanlıdır.  Bu  şəxsiyyəti və  kiçik  gəli-
riylə uzun müddət subay qalması çox çətindir. Evlənməli ol-
ması,  ildə  yüz  sterlinqi  itirmək deməkdir.  Bu  vəziyyətdə, 
83
 
 


ögey  atası  bunun qarşısını  almaq  üçün nə edir? Əvvəl  onu 
evdə saxlayıb yaşıdları ilə yoldaşlıq etməsinə mane olmağa 
çalışaraq,  ilk  addımı  atır.  Amma  sonra  bunun  axıradək  işə 
yaramayacağını  görür.  Onsuz  da  qız  da  inadcıllaşmağa  və 
haqqlarını müdafiə etməyə başlamışdır. Bir bala getmək is-
tədiyini bildirir. Yaxşı, o zaman hiyləgər ögey atası nə edir? 
Ürəyindən çox, ağlına batan bir fikir tapır. Arvadının kömə-
yi ilə  görkəmini dəyişdirir.  İti  gözlərini  rəngli  eynəklərlə, 
üzünü bığ və gurbirçəklə, aydın səsini isə pıçıltıyla ört-bas-
dır edir. Qızın əfəlliyindən də istifadə edərək cənab Hosmer 
Angelə çevrilir və aşiq rolunu oynayaraq, digər aşiqləri uzaq 
tutmağa çalışır. 
-Başlanğıcda yalnız bir zarafat idi, - deyə inildədi qona-
ğımız. -Belə ciddi şəkildə yanaşacağını heç düşünməmişdik. 
-Doğrudur.  Amma  görürsənmi,  gənc  qadın  tamamilə 
ciddiyə  alıb  və  ögey  atasının  Fransada  olduğuna  inandığı 
üçün, xəyanət ehtimalı ağlının ucundan belə keçməz. Onsuz 
da cənabın davranışları xoşuna gəlib; bir də anasının güclü 
şəkildə ifadə etdiyi heyranlığı da hesaba alsaq, bu duyğuları 
yaxşıca möhkəmləndirir. 
Sonra cənab Angel  axtarışa başlayır,  çünki qıza  olanla-
rın gerçək olduğuna inandıra bilmələri üçün mümkün oldu-
ğu  qədər  irəli  getmələri  lazım  gəlir.  Planlaşdırılan  görüşlər 
və nişan, qızın duyğularının bir başqasına yönəlməsinin qar-
şısını alacaq. Amma yalanın daimi davam edə bilməyəcəyini 
də başa düşürlər. Bu uydurulan Fransa səfərləri əziyyətli ol-
mağa başlayır. Məsələni elə dramatik bir sonluqla yekunlaş-
dırmaq lazım gəlir ki, gənc xanımın düşüncəsində ciddi bir 
təsir buraxsın və bir müddət başqalarına baxmasınının qar-
şısını alsın. Kitaba əl basıb sədaqət andı içdirmək və toyun 
səhəri baş verə biləcək bəzi hadisələr haqqında söhbətlər də 
84
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə