Artur konan doyl



Yüklə 2,53 Kb.
Pdf görüntüsü
səhifə21/38
tarix04.02.2018
ölçüsü2,53 Kb.
#23926
1   ...   17   18   19   20   21   22   23   24   ...   38

buna görə planlaşdırılır. Ceyms Vindibank, xanım Suserlan-
dın Hosmer Angelə o qədər bağlanmasını istəyirdi ki, gözü 
ən  az  on  il  başqa  kişi  görməsin.  Onu  kilsə  qapısına  qədər 
aparar və sonra daha çox irəli gedə bilməyəcəyini başa düş-
düyü üçün, faytonun bir qapısından minib, digərindən enmə 
nömrəsiylə aradan çıxır. Mən hadisələrin bu şəkildə inkişaf 
etdiyini düşünürəm, cənab Vindibank! 
Holms danışarkən, qonağımızın özünə inamı geri qayıt-
mışdı.  Stulundan qalxıb,  solğun  üzünə  lağlağı bir ifadə  ve-
rərək danışmağa başladı: 
 -İzah etdiyiniz kimi ola da bilər, olmaya da bilər, cənab 
Holms. Əgər göründüyünüz qədər ağıllısınızsa, bu anda qa-
nunlara qarşı çıxanın mən deyil özünüz olduğunu də bilirsi-
niz. Mən əvvəldən qanuna zidd bir şey etməmişəm. Amma 
siz bu qapını kilidli saxladığınız müddətdə fərdi haqqlara tə-
cavüz və qanunsuz həbs cinayəti işləməkdəsiniz. 
-Dediyiniz kimi qanun sizə toxuna bilməz, - Holms de-
di,  kilidi və qapını açaraq, - amma sizin qədər günahkar və 
cəzalandırılmalı  olan  bir  adam  yoxdur.  Əgər  gənc  xanımın 
bir qardaşı və ya dostu olsaydı, qırmancını indiyə qədər kü-
rəyinizə endirmişdi. 
-Tanrı eşqinə, - deyə davam etdi, adamın üzündəki acı 
istehzanı  başa  düşəndə  əsəbindən  qızararaq:  Müştərilərim 
qarşısında öhdəliyim yoxdur, amma yəqin burdakı qırmancı 
götürüb bu məsələni özüm... 
Qırmanca doğru iki addım atdı amma hələ əlinə götür-
məmiş cənab Ceyms Vindibank pilləkənlərdən qaçaraq endi, 
ağır çöl  qapını  çırpdı və  küçənin  aşağısına  doğru  var  gücü 
ilə qaçaraq gözdən itdi. 
-Növbəti soyuqqanlı bir alçaq! - Holms gülərək, özünü 
kresloya atdıqdan sonra dedi. - Bu adam, çox pis bir şey edə-
85
 
 


nə qədər ortalıqda dolaşaraq, günahdan-günaha atılacaq və 
sonunda dar ağacına gedib çıxacaq. Amma hadisəmiz müx-
təlif tərəflərdən maraqlı və diqqətçəkən idi, elə deyilmi Uat-
son? 
-Mən  hələ  fikir  yürütməyinin mərhələlərini  tam  olaraq 
anlaya bilməmişəm dedim. İzah edim. Lap əvvəldən, bu cə-
nab Hosmer Angelin qəribə davranışının arxasında güclü bir 
məqsəd olduğu bəlli idi. Bu hadisədən ən çox qazanclı çıxa-
caq adamın da ögey ata olduğu açıq-aydın görünürdü. Sonra 
iki adamın heç zaman bir araya gəlməməyi, biri yoxkən di-
gərinin ortaya çıxması da şübhəli idi. Maskalanmağı xatırla-
dan rəngli eynəklər, qəribə səs və qalın birçəklər də şübhə-
liydi. İmzasını belə yazı makinası ilə atması, onu göstərirdi 
ki gənc xanım bu şəxsin əlyazmasını çox yaxşı tanıyır. Bu bü-
tün şübhələrimi təsdiqləmiş oldu. Görürsən ki, bütün həqi-
qətlər daima yeganə bir istiqamətə işarə edirdi. 
-Yaxşı bunları necə sübut etdin? 
-Şübhəlini müəyyən etdikdən sonra, tapmaq asan idi. İş-
lədiyi şirkəti bilirdim. Əlimdə onu təsvir edən  maskalanmaq 
üçün istifadə edilmiş hər xırda ünsürdən – birçəyi, səsi kimi 
– onun təsvirini təmizləyərək, şirkətə göndərdim və bu təri-
fin işçilərdən  hər hansı birinə  uyğun  gəlib,  gəlmədiyini  so-
ruşdum. Yazı makinasının xüsusiyyətlərini onsuz da  fərq et-
mişdim,  buna  görə  adamın  özünə  yazaraq  bura  gəlməsini 
xahiş  etdim.  Cavab  gözlədiyim  kimi  makinayla  yazılmışdı 
və  bənzər  xüsusiyyətləri  göstərirdi.  Fençurx  küçəsindəki 
“Westhouse&Marbank”dan gələn cavab bu təsvirə uyğun iş-
çinin  Ceyms  Vindibanka  tam  uyğun  gəldiyini  bildirirdi. 
“Voila tout!"
6
 
6
 Vəssalam! (fransızca) 
86
 
 
                                                           


-Yaxşı, xanım Suserland? 
-Ona desəm mənə inanmayacaq. Köhnə fars atalar sözü 
var, “Bir qadının xəyalını əlindən almaq, bir aslanın balasını 
əlindən almağa bənzəyir”. Hafizdə də, Horasidə də olduğu 
qədər məna və dünyagörüşü var. 
 
 
 
 
 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
87
 
 


 
 
 
 
 
 
 
 
 
88
 
 


  
 
 
 
QIRMIZI SAÇLILAR 
KLUBU 
 
 
 
 
89
 
 


 
 
Keçən  il  payızda  dostum  Şerlok  Holmsa  baş  çəkməyə 
getmişdim.  Dostumun  qırmızısaçlı,  parlaqüzlü,  güclü,  yaşlı 
bir adamla ciddi söhbətinin üstünə çıxdım. Narahat etdiyim 
üçün  üzr  istəyib,  otaqdan  çıxmağa  hazırlaşırdım  ki,  Holms  
məni otağa dartdı və arxamca qapını bağladı. 
-Bundan yaxşı zamanda gələ bilməzdin dostum Uatson, 
- ürəkdən  sevindiyini bəlli edərək dilləndi. 
-Məşğul olduğunu bilmirdim. 
-Məşğulam. Həm də çox. 
-O halda yan otaqda gözləyə bilərəm. 
-Əsla,  narahat  olma.  Bu  cənab,  ən  uğurlu  əməliyyatla-
rımda ortağım və köməkçim olmuşdur və heç şübhəm yox-
dur ki, sizin məsələnizdə də Cənab Uatson eyni şəkildə yar-
dım edəcək. 
Qonaq  oturduğu  yerdən  qalxaraq  salam  verdi  və  kiçik 
gözlərini döyə-döyə məni süzməyə başladı. 
-Divanda  otur,  -  kreslosuna  yayxanaraq  dedi.  Belə  və-
ziyyətlərdə vərdiş etdiyi  kimi, əllərinin barmaq uclarını bir-
birinə söykəmişdi. 
-Sənin də mənim kimi, adi və gündəlik həyatın maraq-
sızlığından  kənarda  baş  verən  qəribəliklərdən  xoşun  gəldi-
yini bilirəm, sevimli Uatson. Mənim kiçik macəralarımı, in-
cimə amma, bir az da bər-bəzəkli danışmaq həvəsindən  bu 
aydın olur. 
-Sənin macəraların mənə hər zaman maraqlı görünüb, - 
dedim. 
-Ötən  gün,  xanım  Mari  Suserlandın  o  çox  sadə  proble-
miylə qarşılaşanda qəribə və qeyri-adi hadisələr üçün həya-
tın  özünə  baxmamız  lazım  olduğunu,  çünki  həyatın,  hər 
90
 
 


Yüklə 2,53 Kb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə