Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə5/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   2   3   4   5   6   7   8   9   ...   74

 
16 
zərurət  kimi  düşüncələrə  təsir  göstərir.  İnsan  qəlbində  ali  həqiqətə 
ehtiraslı pərəstiş yaranır, həm də adiliyə, süniliyə qarşı güclü bir etiraz 
baş  qaldırır.  İnsanlarda  özünə,  Ulus’una,  Yurduna  qarşı  inamsızlıq 
aradan  gedir.  Biz  sizin  qarşınızda  öz  ömrümüzdə,  düşüncələrimizdə 
yetdiklərimizdən çıxış edirik. Bu vaxtacan  hər bir işimizə (bir millət 
olaraq)  “başa  gəlməyən  iş”  kimi  baxa-baxa  xəlqi  quruculuqdan 
məhrum  olmuşuq.  Biz  özgələrin  gücünə,  bizi  öyrətmələrinə,  bizi 
yenmələrinə  inanmışıq.  Öz  gücümüzə,  öz  yaratdıqlarımıza  inanmaq, 
inamsızlığa  son  qoymaq  vaxtıdır.  Yurdumuza  İnam  gəlib!  İndi  biz 
Mütləqə İnam Ruhaniyyatı ilə dünyanı öyrətmək imkanı əldə etmişik.  
İnamımız, Ocağımız, Fəlsəfəmiz, Kitabımız, Peyğəmbərimiz – bizi 
Azadlığa qovuşduran və Gələcəyə aparan Müqəddəs Sərvətimizdir.  
 
Yükümüzdən Böyük Fərəhimiz yoxdur! 
Atamız var olsun! 
 
 
Soylu Atalı 
Mütləqə Ġnam Ocağının Yükümlüsü  
 
22 Qar Ayı, 30-il. Saray-S. – Atakənd.  
 
 


 
17 
 
 
 
 
 
ĠNSANLAġMAQ 
 
Zəmanə İnamını – İnamsızlıq saydım. 
İnam yaratdım. 
 
Zəmanə İdrakını – İdraksızlıq saydım. 
İdrak yaratdım. 
 
Zəmanə Mənəviyyatını – Mənəviyyatsızlıq saydım. 
Mənəviyyat yaratdım. 
 
Zəmanə İradəsini – İradəsizlik saydım. 
İradə yaratdım. 
 
Zəmanə Amalını – Amalsızlıq saydım. 
Amal yaratdım. 
 
Zəmanə Əməlini – Əməlsizlik saydım. 
Ocaq qaladım. 
Təqiblərə yüksəldim. Ata çağırıldım. 
 
Bəşərin nicatı – İnsanlaşmaqdadır. 
İnsanlaşın – İnsanlaşdırın... 
 
 
 
Şölə Ayı, 7-ci il. Bakı. 
(İyun, 1986-ci il). 
 
       


 
18 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
19 
 
 
 
 
 
Atalıq  Xilqəti 
 
 
Atalıq  Xilqəti 
 


 
20 
Kəndliyim 
 
(I Fəsil) 
 
Birinci fikirlərimi kəndliyim üstə deyirəm. Evimizin qarşı tərəfində 
qaya.  Gözünü  açanda  qaya  görürsən.  Qayanın    başına  yollar  dolanır, 
qayanın başına yağış yağır, dolu düşür. Ancaq qaya tərpənmir, sabitdi, 
qaya vüqarını  pozmur, qaya özü olur. Heç zaman qaya yağışlanmır – 
yağış  yağsa  da  belə,  dağın  dağlığında  yağışlıq  olur.  Dolu    ağacları 
qırır, amma dolu dağın başına dəyir və geri çəkilir.  
Evimizin  üst  tərəfində  qaya.  Həssas  bir  körpə    ürəyi  –  qayayla 
danışan (ürəyində danışan, təbii ki). Və qaya ilə təmas yaradan, özü də 
daim qayaya küsənən. Bu, onu  çox mənada yalqız eləyirdi, tənha elə-
yirdi.  Heç  kəs  dağı  inkar  eləmirdi,  amma  heç  kəsin  gözündə  dağ  bu 
qədər  açılmırdı. Uşaq başa düşürdü ki, daha doğrusu, hiss eləyirdi ki, 
bu  dağ  yalnız  daş  deyil,  yalnız  maddiyyat    deyil.  Bu  dağ  nəsə 
hikmətdi, mənadı. Lakin onun mənası nədi, hikməti nədi, bunu hansı 
dildə oxumaq olar, bunu  hansı sözlə demək olar, izah eləmək olar bu 
mənanı?! Çox belə içəridə, daxildən güclü bir ehtiras, vücudu titrədən, 
narahatlıq yaradan, qeyri-adiliyə çağıran gözəl bir əhval ki, bunu sözlə 
ifadə  eləmək  çox  çətindir.  Bu    qayanın  üstünlüyü,  qayanın  səsi  – 
qayalıq.  Deyə  bilmərəm  ki,  məndə  o  dövrdə  filosofluq  başladı  indiki 
mənada.  Bircə onu deyə bilərəm ki, qayanın qayadan böyük mənası 
mənə çatdı, ürəyimə çatdı. Bəlkə ağlıma çatmadısa da,  ürəyimə çatdı. 
Hədsiz  dərəcədə  xoşbəxt  idim  ki,  belə  bir  qayalı  kənddə  yaşayıram. 
Və bu Qaya ilə Göy arasında elə  bir ahəng var! Axşam düşəndə Qaya 
kölgələnir,  sonra  Göydə  Ay  doğur,  ulduzlar  doğur.  Elə  bil  bunlar 
dağın başına qonur. Hədsiz dərəcədə həyəcanlı idim, hədsiz dərəcədə 
zəngin  duyğuluydum,  duyğularım  axar  çay  kimi  daxilimdə  axırdı. 
Lakin kimə deyəsən bu fikirləri?! Onda başa düşürdüm ki, bu fikirlər 
deyiləsi  deyil. Təəssüf ki! Anlamazdılar... 
Dağın aşağısıyla çay axırdı  –  şırıltıyla, daim dəyişkən. Çayın yaz 
vaxtı olurdu, payız vaxtı olurdu, qış vaxtı  olurdu. Çay danışırdı. Mən 
qəti  əmin  idim  ki,  bu  söhbətdi,  danışıqdı.  Bu  eşqdi,  bu  izhardı    –  
demək istəyir  dağa. Dağla Çayın nəcabəti yaranırdı xəyalımda. Xəyal 


 
21 
da  məni  aparırdı.  Lakin  yenə  də  gətirib  çıxarırdı    əfsanələrdən 
mənaya: niyə Çayla Dağ arasında belə bir uyğunluq olsun?! Nəsə, bu 
dünya sirli bir şeydi – kobud dünya  görünəndən artıqdı. Məgər söhbət 
ondadır ki, dağda dağlıq var, dağda nə bilim, metal var? Məndə olan o 
daxili  ruhaniyyat pərvazlanırdı  –  xüsusilə axşamlar, gecələr... 
Çay həm də bizim kəndi iki hissəyə bölürdü. “O tay” deyirlər, “bu 
tay”  deyirlər...  Səhər  o  başdan  o  taydan  bu  taya    danışırdılar.  Çox 
doğma  bir  danışıq idi. Telefon  danışığından  yerdən  göyə  qədər  fərq-
lənən.  Belə  bir  qəribə  dünyaya  düşmüşdüm  –  qayalı  və  çaylı. 
Yaşamaq istəyirdim. Dünyaya  gəlməyimə hədsiz dərəcədə minnətdar 
idim.  Nə    gözəl  şeydi  bu  həyat,  yaşamaq,  insanlarla  yanaşı  Qayanın 
olması... Bu cür bu “dünyanın mənası dünyadan artıqdır”  ideyasının 
rüşeymləri mənim qəlbimə çatdı. Yox, dünya görünən deyil, dünya bu 
deyil. Dünyanın görünəndəkində  görünməzlik var. Təbiidir ki, bəlkə 
bu  sözlərlə  deyilmirdi,  amma  duyğuların  axarı,  duyğuların  ahəngi 
bunu    deyirdi.  Daha  doğrusu,  bunu  duyğular  deyirdi,  hisslər  deyirdi, 
həyəcan deyirdi, fərəh deyirdi, qanad deyirdi. 
Evimizin  üst  tərəfində  təpə  var  idi.  O  təpədən  uzun  bir  meşə 
yaranırdı  –  təpə üstə. O təpə mənim başımın  üstəydi həmişə. Üzüm 
dağa olurdu, başımın üstündə də təpə olurdu. Təpənin də üstündə me-
şələr olurdu. Bu, möcüzəni  lap artırırdı. Meşələr, o yerlər hamısı elə 
bil göylə birləşirdi. Adama elə gəlirdi ki, göy də burdadı, bu meşənin 
içindədi.  Bu,  məni  lap  dəhşətə  gətirirdi.  İçimdə  mahnılar  öz-özünə 
oxunurdu. Çıxırdım təpəyə, bəzən  yoldaşlarla, amma onlar öz aləm-
lərindəydilər,  mən  də  öz  aləmimdə.  Lap  təpənin  yuxarısından  bütün 
kəndimiz    görünürdü. Elə  doğma  görünürdü mənə o  kənd    zirvədən! 
Tüstülər görünürdü. Axşamüstü çıxırdım (“qaranlıq  qarışanda” deyir-
dilər  bizdə)  tamaşa eləməyə.  Orda  çıraq  yanırdı  bütün  evlərdə.  Necə 
bunlar bir-birinə  oxşayırdılar! Necə doğmaydılar! Çıraq, qaya, meşə... 
Bax, belə, məndə filosofluq belə yarandı – öz-özünə.  İntəhası, burda 
bir  ziddiyyət  də  ondan  ibarət  idi  ki,  bütün  bunları  heç  kəsə  deyəm-
məzdim. Hiss eləyirdim ki, heç  kəs mən deyəni deməyəcək, soyuq bir 
şey  deyəcəklər,  qıracaqlar  qanadı.  Ona  görə  özümə  qapılmalı 
olurdum. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə