Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə14/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   ...   10   11   12   13   14   15   16   17   ...   74

 
49 
 Bir vaxtlar düşünürdüm ki, əvəzsiz adamlar gərək ölməsin. 
Yaxşı nənə əvəzsiz idi. 
O, ölməməliydi! 
 
QÜRUB ÇAĞLI GÜNLƏRĠM 
 
Qaranlıq çökür yollara, çəmənlərə, sifətlərə.  
Qüssə çökür varlığıma. 
 
ƏMĠLĠ GÜNLƏRĠM 
 
Deyirdin – günəşin şüasıdır, evimizi işıqlandırır. 
Deyirdin – bulaqdır, suyundan içirik.  
Deyirdin –  axar çaydır, düzlərə səpələnən.  
Deyirdin – şaxəli ağacdır, göylərə ucalan.  
Deyirdin – şimşəkdir, namərd başına çaxılan. 
Deyirdin – dağdır, – dözümlü, düşüncəli, dönməz. 
Təbiətə bənzəyirdi. 
Hamıya  lazım  idi:  cavana,  qocaya,  məzluma,  qoçağa,  kişiyə, 
qadına. 
Təbəssümlüydü. 
Sözlü-söhbətliydi. 
Başı mərəkəliydi. 
Sevilirdi. 
Ay işığında evimizə əmi arvadı gəldi. 
İmarətimizdə işıq çoxaldı. 
Əmim ən böyük fərəh idi. 
Ən böyük qılıq idi. 
Ən böyük qayğı idi. 
Ən böyük qeyrət idi. 
Qardaş canlıydı. 
Ata canlıydı. 
Ana canlıydı. 
Yengə canlıydı. 
Qohum canlıydı. 


 
50 
Adi orta məktəb müəllimi idi. 
Torpağa bənzəyirdi. 
Çiçəyə bənzəyirdi. 
Kəndimizdə əmimin açmadığı qapı yox idi. 
İsitmədiyi ürək yox idi. 
Anadangəlmə havadar idi. 
İki mərtəbəli ev tikdirmişdi, qardaşı üçün, qardaşının balaları üçün. 
Dərdi böyük idi... 
Bayramsayağı geyinməzdi, sürgündəki bacısını gözləyərdi. 
Kəndimizdə ən zarafatcıl adam sayılardı. 
Həyatımda onun kimi ciddi adama rast gəlmədim. 
Adı Xalid idi. 
Müharibəyə getdi, gəlmədi. 
Kəndimizin Xalid dövrü bitdi... 
 
 
NƏSĠLLĠ GÜNLƏRĠM 
 
Atamın  babası  Hacı  Alı  Əfəndi  19-cu  əsrdə  Qazaxın  Daş  Salahlı 
kəndindən Ermənistanın Çaykənd kəndinə köçür. 
Hacı  Alı  Əfəndinin  İbrahim,  Hacı  Əhməd  Əfəndi  və  Molla 
Məhəmməd adlı üç oğlu varmış. 
Atam Qasım Əfəndiyev – Molla Məhəmmədin oğludur. 
Qaraqoyunlu tayfasındanıq. 
Anam – Növrəstə Əfəndiyevanın atası – Hacı Alı – Qazaxlıdır. 
Babalarımın hər ikisi ruhani silkinə mənsub idilər. 
Müqəddəsliyə tapınırdılar. 
Yeri-göyü yaradan Allaha, o dünya xurafatına inanmıram. 
Ancaq Müqəddəsliyə inanıram. 
Bu cəhətdən babalarıma oxşamışam. 
 
 


 
51 
DAVALI GÜNLƏRĠM 
 
Qara kağız 
 
Fəlakət  adlanan  qara  quzğun  dimdiyində  kəndimizə  qara  kağız 
gətirərdi. 
Dünənki 18 yaşlılardan kimsə itkin düşərdi. 
Bir evdə çıraq keçərdi, – bütün kənd zülmətə qərq olardı. 
Bir evdə matəm səslənərdi, – bütün kənd ağlardı. 
Çayın səsi eşidilməzdi yas səsindən. 
Analar ağlayardı. 
Qayalar anaların səsinə səs verərdi. 
Yerdən göyə insan ahı qalxardı. 
 
Əmi arvadı 
 
Qapını ehmallıca örtdü. Getdi. Bir daha qayıtmadı. 
Əmim Xalidin keçmiş arvadı. 
Ġlk dəfə xəyanətlə üzləĢdim. 
Dağlar gözümdə kiçildi. 
MeĢələr gözümdə seyrəldi. 
Səma gözümdə daraldı. 
Kəndimizi tanımadım. 
 
Səkil it 
 
İtə yem lazımdır. Yem isə yoxdur. 
Kənddə aclıqdır. 
Qonşuda aran buğdası var, ət var, ağ çörək var. 
Kolxoz sədri firavanlığın yeddi qatındadır. 
Gəlmələr,  getmələr,  qonaqlar,  badələr,  bəzəkli  çöhrələr,  qırmızı 
gözlər... 
Kənddə müsibətdir. 
Qonşuda bayramdır. 
Səkil it qonşu həyətindən yığılmır. 


 
52 
Yallanır. Yemlənir. 
Evə qayıtmır. 
Kolxoz sədrinə bu pələngə bənzər it çox lazımdır. 
Onun həyətində qorumalı nemətlər çoxdur. 
Bizi daha eşitmir Səkil it, səsimizə məhəl qoymur. 
“Satdın bizi, Səkil it, haram yemə, Allah sənə lənət eləsin!” 
Nənəmin tüfəngindən açılan güllə Səkil iti yerə sərir. 
Murdar olur Səkil it. 
 
Raykom  katibinə  moruq 
 
Məktəbi bağladılar. Uşaqları səfərbər elədilər.  
“Raykom katibinə moruq yığmalısınız!” dedilər. 
Çantalandıq. 
Yoxuşa dırmandıq. 
Çantanı  moruqla  doldurduq...  və  çantadakını  son  dənəsinə  qədər 
mədəmizə boşaltdıq. 
Bu, bizim – kənd uşaqlarının ədalətsizliyə qarşı üsyanı idi. 
Məktəbdən qovulduq. 
 
Yaralılar 
 
Ayda bir, ildə bir kəndimizə davadan yaralılar qayıdardı.  
Yaralıların başına yığılardılar. 
“Mənim balamı gördünmü?” – deyərdilər. 
Analar üçün davanın ünvanı bir idi. 
Yaralılar analara istənilən cavabı verə bilmirdilər. 
Narahat olurdular, yaralarının sızıltısı artırdı. 
Biz yaralıları yamsılayardıq. 
Əlimizi əyri tuturduq, axsayırdıq, gözümüzü qırpırdıq. 
O dövrdə bizim üçün gözəl görünmək – Ģikəst görünməyə bərabər 
idi.  
 


 
53 
Bağ oğruları 
 
Gecənin birində bağdakı almalarımızı yığıb apardılar. 
Deyirdilər ki, kimsə əsgər gedir, ona lazımmış. 
Sarsıldım. 
Əsgər getmək – yaxşı işdir. 
Ancaq bağ oğrusu olmaq – rəzalətdir. 
Nənəm  almaları  əsgər  getməyən,  arxada  qalan  nəvələri  üçün 
bəsləyirdi. 
Qarğış  elədi  nənəm  əsgər  gedənə  –  səhərə  qədər  hiddətlə, 
həyəcanla, inamla; və mən Nənəmi qınamadım. 
 
DünyalaĢmaq 
 
Meşələrin  arasından,  dərələrin  üstündən,  çayların  yanaşığından 
keçirdik. 
İşıqla qarşılaşırdıq, izlə qarşılaşırdıq. 
Kəndimiz daxilimizdə böyüyürdü, dünyalaşırdı. 
 
 
 
ġƏHƏRLĠ  GÜNLƏRĠM 
 
Patefonda çalınan musiqi 
 
Patefonda  musiqi  çalındı  və  mən  təzədən  çaylara  qovuşdum, 
səmalara ucaldım, düzlərə üz tütdüm. 
Musiqini mən şəhərdə dinləyirdim. 
Ancaq o, məni kəndə aparırdı. 
Patefon Ģəhərliydi, musiqi – kəndli. 
Meşələrin qoynunda bu musiqi daha gözəl səslənərdi. 
Çayın səsinə qarışardı, ayla bir doğardı, günlə bir çıxardı. 
ġəhərdəydim, əslində isə kənddəydim. 
 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə