Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə17/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   ...   13   14   15   16   17   18   19   20   ...   74

 
64 
Rektor 
 
Kabinetindəki  stolu  dəfə  çevirmişdi.  Vaxtaşırı  səsləndirirdi. 
Tələbələrinə  deyirdi  ki,  bircə  kərə  gəlin  yanımdan  nazlana-nazlana 
keçin, bəsimdir. Qoca kişiyəm. Qiymətləriniz məndə! 
“Həyat adamıdır!” – deyirdilər. 
“Hər üzünə var” – deyirdilər. 
Tədris  kitablarının  tarixindən  yazıb  alim  olmuşdu.  Müəllimlərinə 
qandırırdı ki, rüşvət alın, amma qədərində, ləyaqət çərçivəsində.  
Boğaz boydan aşağıdır. 
Elə yeyin ki, həmişə yeyəsiniz. 
Dəli-dolu müəllimləri pullandırıb kurortlara yollayırdı. 
Ağızlarını qapayırdı. 
Adına Rokfeller deyirdilər – qürrələnirdi. 
Balaca rüşvətxorları tutdururdu. İnstitutun şərəfini qoruyurdu. 
Hörmətliydi, izzətliydi. 
Dünyanın yarısını gəzdi. 
Evladlarına, nəvəsinə, nəticəsinə, qohumuna, qərəvəsinə yaradı. 
Onları evli-eşikli, varlı-dövlətli, rütbəli, vəzifəli elədi. 
Nümunəyə çevrildi. 
“Kişi belə olar” – dedilər. 
Pərəstişkarları artdı. 
“Ağa gəldi, Ağa getdi, Ağa buyurdu” – dedilər. 
Öləndə də meyidinin üstünə gələnlər çox oldu. 
Küsənmədim Ağanın ağalığına. 
Heç saydım Ağanın ağalığını. 
Əvvəl mənə güldülər. 
Sonra Ağanın institutundan uzaqlaşdırdılar. 
 
 


 
65 
Ġclas 
 
Katib olmaq istəyirdilər. 
Partiya prinsipiallığından danışırdılar. 
Varlanmaq istəyirdilər. 
Partiya prinsipiallığından danışırdılar. 
Rütbə qazanmaq istəyirdilər. 
Partiya prinsipiallığından danışırdılar. 
Kimisə itirmək istəyirdilər. 
Partiya prinsipiallığından danışırdılar. 
Təzə qəhrəmanlar peyda olurdu. 
Tələbəsini zorlamaqda ittiham olunan müəllim özünü görünməmiş 
inadla, məharətlə, hərarətlə müdafiə edirdi. 
İclas iki cəbhəyə bölünərdi. 
Döyüş şiddətlənərdi. 
Ya müttəhim qələbə çalardı, ya da ittihamçılar. 
Ancaq sonda mütləq zəfər əhvali-ruhiyyəsi bərqərar olardı. 
Əli  bala  batmayan  qrup  əli  bala  batan  qrupa  şiddətli  siyasi 
ittihamlar yağdırardı. 
Digər qrup əks hücuma keçərdi. Gurultu qopardı. 
Döyüşlərin  arasında  yuxarının  qərarı  müzakirə  edilərdi  və  yekdil-
liklə qəbul olunardı. 
Hesabat-seçki  yığıncağında  seçilən  təzə  başçı  indidən  yer 
cənnətinin nəşəsiylə xumarlanırdı. 
 
 
Yenilikçi 
 
Köhnə basketbolçu paytaxtda alim olub gəlmişdi. 
– Yenilikçisən – dedim. 
– Necə yəni? 
– Sübut elədin ki, ən istedadsız adam belə alim ola bilər. 
 
 


 
66 
Qəbul imtahanı 
 
Dəstə-dəstə,  sıra-sıra  adam  düzəldərdilər,  “partiya  kitabçama  and 
olsun!” – deyirdilər. 
Müştərilərinə  zorla  qiymət  yazdırırdılar,  “partiya  kitabçama  and 
olsun!” – deyirdilər. 
İmtahan  vərəqələrini  dəyişdirirdilər,  “partiya  kitabçama  and 
olsun!” – deyirdilər. 
Adamsızları kəsirdilər, “partiya kitabçama and olsun!” – deyirdilər. 
 
Obrazlı təlim 
 
Estetika dərsində uşaqlara dedim: 
– Əgər müasir üslublu rəssam dekan müavinimizin şəklini çəkmək 
istəsəydi,  başsız  adam  şəkli  çəkərdi,  hər  şey  aydın  olardı.  Təfərrüata 
ehtiyac qalmazdı. 
 
Sevincim 
 
– Müəllim, əleyhinizə məqalə yazıblar. 
Sizi idealist, revizionist və nihilist adlandırıblar. 
Biz isə sizi sevirik! 
 
 
“FĠLOSOFLAR” ARASINDA 
 
Nağıl 
 
Biri vardı, biri yoxdu. 
Məmləkətdə öz fikri olan filosoflar yaşayırdı. 
Hörmətli, izzətli, qüdrətli! 
Zəka seli aşıb-daşırdı. 
Mənəviyyat bulağı qaynayırdı. 
Biri vardı, biri yoxdu. 
ġirin bir nağıl vardı. 


 
67 
Talelər 
 
Rütbədən salınmışdı – filosof olmuşdu. 
İnsanlığa yaramamışdı – filosof olmuşdu. 
Əxlaqdan uzaqlaşmışdı – filosof olmuşdu. 
Kələyə yaramışdı – filosof olmuşdu. 
Naxırdan ayrılmışdı – filosof olmuşdu. 
Arvadından qaçmışdı – filosof olmuşdu. 
Qazan qalaylayırdı – filosof olmuşdu. 
Soğan satırdı – filosof olmuşdu. 
Rüşvətdə tutulmuşdu – filosof olmuşdu. 
Ədəbiyyatı bilmirdi – filosof olmuşdu. 
Riyaziyyatı bilmirdi – filosof olmuşdu. 
Tarixi bilmirdi – filosof olmuşdu. 
Dədəsini tanımırdı – filosof olmuşdu. 
Beyni zədələnmiĢdi – filosof olmuĢdu. 
 
 
Hesabat 
 
–  Mən  görkəmli  mütəfəkkirin  ardıcıl  materialist  olduğunu  qəti 
surətdə sübut etmiĢəm. 
– Mən kitabxanadan yeni əlyazması kəĢf eləmiĢəm. 
– Mən müntəxabat yaratmıĢam. 
– Mən məxəzlərə enmişəm. 
–  Mən məişəti diriltmişəm. 
– Mən nikah fəlsəfəsi yaratmışam. 
– Mən fəlsəfəni şüarlaşdırmışam. 
– Mən fəlsəfəni qəzet materiallarıyla zənginləşdirmişəm. 
– Mən anketlər silsiləsi tərtib etmişəm. 
– Mən zəngin biblioqrafiya aĢkar eləmiĢəm. 
– Mən iclası fəlsəfələşdirmişəm. 
Yazıq fəlsəfə. 
 


 
68 
BaĢ filosof 
 
Kantı oxumağa ehtiyac duymadı. 
Hegeli oxumağa ehtiyac duymadı. 
Marksı öyrənməyə ehtiyac duymadı. 
Əyilmək dərsi öyrəndi. 
Susmaq dərsi öyrəndi. 
Gülümsəmək dərsi öyrəndi. 
Çağırdılar – yüyürdü. 
Buyurdular – əməl etdi. 
Bağırdılar – susdu. 
Baş filosof seçildi. 
Fəlsəfi əsər yazmadı. 
Fəlsəfəyə yaramadı baĢ filosof. 
 
BaĢ filosofdan bir az aĢağı 
 
Hobbs dedi. 
Lokk dedi. 
Didro dedi. 
Helvetsi dedi. 
Mən ata mindim. 
 
Furye dedi. 
Füller dedi. 
Rassel dedi. 
Sartr dedi. 
Məni qonaq çağırdılar. 
 
Şopenhauer dedi. 
Nitsşe dedi. 
Berqson dedi. 
Kroçe dedi. 
 
XəstələnmiĢdim. 
 
Gövdəli kitablar. Əlvan imzalar.  
“Körpə səmimiyyəti”. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə