79
Sevildik
Rayonlarda olduq – Sevildik.
Şəhərlərdə olduq – Sevildik.
Fəhlələrlə olduq – Sevildik.
Tələbələrlə olduq – Sevildik.
Müəllimlərlə olduq – Sevildik.
Alimlərlə olduq – Sevildik.
Pedaqoji İnstitutda “Kim Ocaqçı olmaq istəyirsə, ayağa qalxsın!” –
dedim.
Hamı bir adam kimi ayağa qalxdı.
Rütbəlilərdən biri sonra donquldandı:
“Heç bilmirəm mən necə qalxdım və niyə qalxdım”.
Axın
Mühazirəmə gəlirdilər: dalğa-dalğa, sel-sel!
Görüşümə gəlirdilər: dalğa-dalğa, sel-sel!
Yataqxanaya gəlirdilər: dalğa-dalğa, sel-sel!
Kitabxanaya gəlirdilər: dalğa-dalğa, sel-sel!
Kitablar
Yeni fəlsəfə lazım idi.
Yeni idrak lazım idi.
Yeni mənəviyyat lazım idi.
“İnsan” kitabını yazdım.
“İnam” kitabını yazdım.
“Cövhər” kitabını yazdım.
“Meyar” kitabını yazdım.
Biri oxudu – yüzü eşitdi.
Üzünü köçürtdülər.
Ölkəyə yaydılar.
80
TƏQĠBLĠ GÜNLƏRĠM
Birinci xəbərdarlıq
– Ocağı söndür.
– Görüşə getmə.
– Bu rəsmi tələbdir.
– Özünə yazığın gəlsin.
Ġkinci xəbərdarlıq
– Hörmətdən salarıq.
– İşdən çıxardarıq.
– Ölərsən.
Məlumat
Asif Əfəndiyev – Kürdəxanı kəndində öldürülüb. Meyidini götürən
yoxdur.
Asif Əfəndiyevin başı kəsilib Buzovna bağlarına tullanıb.
Asif Əfəndiyevin qana qəltan olan bədəni morqdadır.
Evladlara ultimatum
– Atadan əl çəkin!
Yoxsa özünüzdən əl çəkməli olarsınız!
Ġttiham
Antimarksist.
Antikommunist.
Revizionist.
Millətçi.
Pantürkist.
81
Klerikalist.
Anarxist.
Faşist.
Hökm
Partiyadan çıxarılsın.
İşdən çıxarılsın.
Elmi dərəcəsi əlindən alınsın.
Elmi adı əlindən alınsın.
Getmələr, gəlmələr
Ayrı-ayrı yerlərdə, ayrı-ayrı vaxtlarda.
Ayrı-ayrı adamlarla.
Ayrı-ayrı mövzularda.
Ayrı-ayrı sorğular, yazılar.
Ayrı-ayrı mənəvi təzyiqlər.
Ayrı-ayrı tənəffüslər.
Ayrı-ayrı başlanğıclar.
Məqsəd bir: Ocaqsızlıq.
QardaĢ
Anamın oğluydu – qardaşına yandı.
Atamın oğluydu – qardaşına dərdləndi.
Əmimin qardaşı oğluydu – yanımdaydı.
Qanı qanımdandı, canı canımdandı – can yandırırdı.
Birinci dəfə bütün aydınlığıyla qardaşlığı, qardaşı gördüm.
Bənizi ağarmışdı – qardaşına görə.
Sifəti qırışmışdı – qardaşına görə.
Balacaydı məndən.
Döyərdim uşaqlıqda.
Xörək gətirdi qardaşına.
Paltar gətirdi qardaşına.
82
Səhərlər qardaşıyla oldu.
Sifəti anamınkıydı!
Qaşları anamınkıydı!
Gözləri anamınkıydı!
Sonbeşikdi.
Gecələr yatmırdı anamın istəkli oğlu.
Ağır yük düşmüşdü çiyninə.
Kövrəldim.
Qardaş oldu mənə çətin gündə qardaşım.
Gördüm qardaşı çətin məqamda.
Nənəmin nəvəsi yanımdaydı.
Babamın nəvəsi yanımdaydı.
Qardaşlıydım!
Evladlar
Safruhum, Sadiqim!
Doqquzuncu mərtəbəyə su daşıyırdılar.
Ataya keşik çəkirdilər.
Atanı dolandırırdılar.
Ata üçün ölməyə hazırdılar.
TƏNHA GÜNLƏRIM
I
Dedilər: Ayrılaq.
Razılaşdım.
Çamadanımı götürdüm.
Şəhərə düşdüm.
II. Dostumun evi
Dostumun evində yaşadım.
Tənhalığımdan ayrılmadım.
Ġstedadlı adam idi dostum, ancaq həmişə istedadlı ola bilmirdi.
83
Elə bil ki, istedadlı olmaqdan bezirdi.
Xeyirxah adam idi dostum, ancaq həmişə xeyirxah ola bilmirdi.
Elə bil xeyirxah olmaqdan bezirdi.
Mehriban adam idi dostum, ancaq həmişə mehriban ola bilmirdi.
Elə bil mehriban olmaqdan bezirdi.
Məhəbbətliydi dostum, ancaq həmişə məhəbbətli ola bilmirdi.
Elə bil məhəbbətli olmaqdan bezirdi.
Cəsarətliydi dostum, ancaq həmişə cəsarətli ola bilmirdi.
Elə bil cəsarətli olmaqdan bezirdi.
Ġnamlıydı dostum, ancaq həmişə inamlı ola bilmirdi.
Elə bil inamlı olmaqdan bezirdi.
Həssasdı dostum, ancaq həmişə həssas ola bilmirdi.
Elə bil həssas olmaqdan bezirdi.
Sədaqətli adam idi dostum, ancaq həmişə sədaqətli ola bilmirdi.
Elə bil sədaqətli olmaqdan bezirdi.
Böyük duyğularla yaĢayırdı; ancaq kiçik duyğulara da meyli
vardı.
Mürəkkəbdi dostum!
Mürəkkəblik yadlıq yaradırdı.
Yadlıq tənhalığı qoruyurdu.
III
Buzovnaya köçdüm.
Axşamlar ulduzları salamladım.
Səhərlər günəşi.
IV
Əhmədlidə özgə evində qaldım.
Özgəliyi hər addımda nəzərimə çatdırdılar.
Özgəliyi tam dərk etdim.
Özgəlikdən diksindim!
84
FUADLI GÜNLƏRIM
Doğuldu və başa düşdüm ki, ondan asılıyam.
İməkləməsindən, ilk kəlməsindən, ilk yerişindən, boyundan-
buxunundan, ağlından, duyğularından, səadətindən!
Böyüdükcə asılılığım da böyüdü.
Mehribanlaşdıqca asılılığım da böyüdü.
Gözəlləşdikcə asılılığım da böyüdü.
İlk yürüşü yadımdadır. Qorxdum yıxılacaq. Ürəyim düşdü.
Xəstələnməyi yadımdadır. Dedim başına bir iş gəlsə – ölərəm.
Kədərlənməyi yadımdadır. Gözümə qaranlıq çökürdü.
Həzinlik gətirdi ömrümə, Fuadım. Sarı sim çalındı Mənəviyya-
tımda.
Asılı oldum Fuaddan.
SABAHLI GÜNLƏRIM
– Ata, sevirəm!
– Xoşbəxt ol, oğul!
– O da məni sevir.
– Hər ikiniz xoşbəxt olun!
– Sevmisənmi, Ata?
– Sevmişəm!
– Kimi?
– Sabahı.
– O da səni sevəcəkmi?
– Bilmirəm.
... Nə baş daşı gərəkdir, nə bir nişan.
Çayların sularına, dağların ucalığına, səmaların ənginliyinə,
yolların sonsuzluğuna qarışmaq – Yaşamaq...
Şölə ayı, 6-cı il. Bakı.
(İyun 1985-ci il).
Dostları ilə paylaş: |