Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə22/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   ...   18   19   20   21   22   23   24   25   ...   74

 
92 
Yazın körpə nəfəsinə vurulmuşam! 
Şəlalənin gur səsinə vurulmuşam! 
Səmaların kövrək axşam mahnısına, 
Meşələrin qüssəsinə vurulmuşam! 
 
Müdrik xeyir savabına tələsiyir, 
Aşiq – ürək cavabına tələsiyir, 
Quş uçuşa, qoç döyüşə, şam atəşə, 
Cəllad insan əzabına tələsiyir. 
 
Şər zülməti ağuşuna aldı səni. 
Qara qəlbin yaman günə saldı səni. 
Öldürmədin daxildəki düşmənini – 
Xəbisliyin ilan olub çaldı səni. 
 
Uzaqda yox, yaxındaymış – uzaqlıq! 
Ömrümün hər anındaymış – uzaqlıq! 
Baxışların yadlığını görəndə – 
Anladım ki, yanımdaymış – uzaqlıq! 
 
Müdrikliyi naşılardan öyrənmişəm. 
Eşqi – gözüyaşlılardan öyrənmişəm. 
Əylənməyi – naqislərdən, nacinslərdən – 
Qəmlənməyi – yaxşılardan öyrənmişəm. 
 
Fil görünən milçəkləri bəyənmirəm! 
Div görünən böcəkləri bəyənmirəm! 
Cinayətin, həqarətin bəslədiyi – 
Riyalı ağbirçəkləri bəyənmirəm! 
 
Damla-damla qəlbə dolur – biganəlik! 
Sükutuyla ruhu yorur – biganəlik! 
Səssizliyə, hissizliyə sığmayanda –  
Nifrət olur, lənət olur – biganəlik! 
 


 
93 
Zəmanə hiddətlə dindirdi məni! 
İdrak gəmisinə mindirdi məni! 
Əzab ocağında yandırdı-yaxdı – 
Kədər dənizində çimdirdi məni! 
 
Dövran qul istəyir – qul olmaz İnsan! 
Yoxuşlu yollarda yorulmaz İnsan! 
Göy yerə tökülər, çaylar tərs axar
Zəmanə yanılar – yanılmaz İnsan! 
 
El gözündə şərafətli görünürlər. 
Güc önündə dizin-dizin sürünürlər. 
Yaz gələndə qəbahətlə bəzənirlər. 
Qış düşəndə xəyanətə bürünürlər. 
 
Ölülər gözlərdə diri göründü. 
Cılızlar sözlərdə iri göründü. 
İnamı söndürən bu cəhalətdə – 
Böyük fəlakətin sirri göründü. 
 
Müqəddəs diləyə yaradı könlüm, 
Ömrümə yüz ömür caladı könlüm, 
Qəbahət qışının bəd vədəsində 
Məhəbbət ocağı qaladı könlüm. 
 
Musiqi barmaqla çalınan deyil! 
Ölçü qalıbına salınan deyil! 
O, ruhun göylərə qovuşmasıdır, – 
İlahi məqamdır – adi an deyil! 
 
Mətanət mərdanə duruşda qaldı, 
Əzəmət canballı yerişdə qaldı, 
Əsillik tərk etdi zaman səddini – 
Böyüklük tükəndi – səriştə qaldı. 
 


 
94 
Gözəllik sarayı söküldü getdi, 
Saf sular çaylara töküldü getdi
Qəbahət dünyanı elə tutdu ki, 
Günəş də göylərdən çəkildi getdi. 
 
Hiylə rəzalətlə yarışan zaman, 
Fitnə xəyanətə qarışan zaman, 
Həqiqət yox oldu utandığından, 
Cəhalət kürsüdən danışan zaman! 
 
Gün istədik – kölgə verdi bizə dünya! 
Hiddətimiz sığışmayır sözə, dünya! 
Nə zamandır axtarırıq, tapmayırıq – 
Xəcalətdən görünməyir gözə dünya! 
 
Lənət qarğış meydanında xırdalandı. 
Şöhrət alqış meydanında xırdalandı. 
Zəfər təbil həşirində, harayında – 
Hünər yarış meydanında xırdalandı. 
 
Təbdən süzülməyən sözə inanma! 
Nurla bəzənməyən üzə inanma! 
Könül dünyasının dərinliyində 
Möcüzə görməyən gözə inanma! 
 
Üzündəki qəmli həyəcan nədir? 
Gözlərindən axan bu leysan nədir? 
Ruhun ülfətinə can atır cahan – 
Əcəlin əlində ölən can nədir? 
 
Dərdini qəlbinlə bölə bilərsən! 
Onunla danışıb-gülə bilərsən. 
Çovğunlu-şaxtalı qış günlərində 
Günəşi qəlbində görə bilərsən. 
 


 
95 
Şahinlər səmaya uçacaq yenə! 
Qaranlıq işıqdan qaçacaq yenə! 
Amalı nurlular, qəlbi doğrular 
Bağlı qapıları açacaq yenə! 
 
İşıq gözdən ayrı düşdü. 
Duyğu sözdən ayrı düşdü. 
Qəlb ölkəsi parçalandı – 
Həya üzdən ayrı düşdü. 
 
Gənclik gülü solasıdır, 
Qüssə qəlbə dolasıdır, 
Fikir mənim var-dövlətim
Məzar evim olasıdır. 
 
Ürək yaman nadinc olub! 
Adi sevinc gülünc olub! 
Möhnət özü – bəxtiyarlıq! 
Kədər özü – sevinc olub! 
 
Məni düzgün qanan var ki! 
Yerim dardır – səmam var ki! 
Əzablıyam – sabahlıyam! 
Dərdim çoxdur – davam var ki! 
  
Nəşəlisən – Sevdalıyam! 
Bəzəklisən – Mənalıyam! 
Rütbəlisən – Qüdrətliyəm! 
Dövlətlisən – Dünyalıyam! 
 
Alçaq böyük sayıldı. 
Parlaq sönük sayıldı. 
Xain sədaqət əhli, 
Sadiq dönük sayıldı. 
 


 
96 
Barmaq əli aldadır. 
Dodaq dili aldadır. 
Aldatmaq əyyamıdır – 
Bülbül gülü aldadır. 
 
İstədin – bacarmadın! 
Qarıdın – qocalmadın! 
Sevindin – sevilmədin! 
Yüksəldin – ucalmadın! 
 
Böyüdürəm – kiçilirsən! 
Damla-damla içilirsən! 
Yaxşılığa çağırıram –  
Yamanlığa seçilirsən! 
 
Zorla körpə danışmaz! 
Zorla meyvə yetişməz! 
Zorla dünya dağılar, 
Zorla dünya dəyişməz! 
 
Bəd igidlər işkəncəsi. 
Şad meyidlər işkəncəsi. 
Lal söhbətlər fəlakəti, 
Yad öyüdlər işkəncəsi! 
 
Yalan sözlər qələbəsi. 
Sırtıq üzlər qələbəsi. 
Xəbis gözlər qələbəsi. 
Əyri düzlər qələbəsi. 
 
Tərcümə zamanlar, 
Tərcümə yalanlar, 
Tərcümə lisanlar, 
Tərcümə insanlar. 
 


 
97 
Bənzəməmək qəribliyi, 
Bəzənməmək qəribliyi, 
Dəbdəbəli qəbahəti 
Bəyənməmək qəribliyi! 
 
Duyğuvari duyğular, 
Qayğıvari qayğılar, 
Fikirvari fikirlər, 
Yanğıvari yanğılar. 
 
Uca dağlar “cinayəti”! 
Üzü ağlar “cinayəti”! 
Min meyidin arasında 
Nadir sağlar “cinayəti”! 
 
Zəlil ayıqlar. 
Məzlum sayıqlar. 
Miskin dayaqlar. 
Şikəst ayaqlar. 
 
Naxır sevinci! 
Cahil sevinci! 
Zail sevinci! 
Paxıl sevinci! 
 
Ali kədər azlığı. 
Ruhi zəfər azlığı. 
Pərvanələr azlığı, 
Divanələr azlığı! 
 
Vaxt gələcək! 
Baxt güləcək! 
Kor görəcək! 
Lal dinəcək! 
 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə