Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə25/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   ...   21   22   23   24   25   26   27   28   ...   74

 
113 
Tale sənə qıymışdı, əks-səda! 
Sevirsən  –  bilən  yox,  kədərlənirsən  –  bilən  yox,  heyrətlənirsən  – 
bilən yox, səsləyirsən – eşidən yox! 
Məşəqqətdə qovrulursan – duyan yox! 
Balaca səsləri, balaca sözləri böyütdün, artırdın, yüksəltdin, yaydın, 
ancaq özün görünmədin. 
Özgələri yaşatdın, özün yaşamadın. 
Hamıya bənzədin, özünə bənzəmədin. 
Hamını təkrar etdin, özün olmadın. 
Hamıyla bir oldun, özünlə bir olmadın. 
Öz sözün yoxsa – yaşamırsan! 
Ömürlərə, talelərə, arzulara, fikirlərə, sözlərə əlavəsənsə – artıqsan! 
Fədailər – dünyada ən çox özü olanlardır. 
Çünki fədai özünü Amalda Mütləq mənada təsdiq edir. 
Fədai Amalda öz sözünü söyləyir. 
Fədai son söz olanda belə ilk söz olur. 
Fədai sədası əks-sədanı qabaqlayır! 
Yox deyilsən, əks-səda, ancaq gerçəklik üçün yoxsan! 
Lal deyilsən, əks-səda, ancaq gerçəklik üçün lalsan! 
Batində dolusan, zahirdə boşsan! 
Batində zənginsən, zahirdə səfilsən! 
Özgə sözündən, özgə səsindən asılısan! 
Özgə kəlməsinin son sözünü gözləyirsən! 
Həmin sözün özünə də yadsan! 
Çünki özündən uzaqsan! 
Sevgilinin son sözünü təkrarlayırsan. Ancaq həmin sözdə istədiyini 
tapmır, istədiyinə çatmırsan. 
Həmin sözdə məhəbbət yoxdur. 
Çünki sevgilin səni tanımır. 
Sevgilinin  son  sözünü  ümidlə,  riqqətlə  gözləyirsən,  bəlkə  o,  mən 
arzuladığımı  dedi  –  deyə  düşünürsən,  ancaq  o,  sən  deyəni  demir, 
deməz, çünki o, səni görmür, əks-səda adlanan varlıq dünyada yoxdur. 
Səni səndən başqa görən yoxdur. 
Taleyinə  hiddətlənirsən,  aqibətini  lənətləyirsən,  ancaq  özün  ola 
bilmirsən. 


 
114 
Çünki öz sözün yoxdur. 
Özünü dağa-daşa çırpıb həlak olursan. 
Görünməzdin, yenə də görünməz olursan. 
 
28 ġölə 5-ci il. 
 (28 iyun 1984-cü il). 
 
 
KASSANDRANIN  MONOLOQU 
 
–  Mən  –  sizin  divanə  saydığınız,  Aqamemnon  əsiri  Kassandra  – 
deyirəm  ki,  Troya  məhv  olacaq,  onun  xarabazarlığında  bayquşlar 
ulayacaq. 
Fəqət siz – ağıllılar mən – divanəyə inanmayın! 
Həyatın  gözünə  düz  baxmayın!  Gerçəkliyi  uydurun!  Şən,  rahat, 
firavan yaşayın! 
Siz ağıllılar, qorxmayın, sizdən döyüş rəşadəti tələb olunmayacaq, 
siz düşmən ordusunun qarşısında əsim-əsim əsməyəcəksiniz, ölümün 
pəncəsi sinənizə çökməyəcək! 
Divanə Kassandra sayıqlayır. Ona inanmayın! 
Siz ağıllılar, nəşənizdən, işrətinizdən qalmayın, usanmayın! Şəhvət 
şirnisindən doyunca qidalanın! 
Divanə Kassandra sayıqlayır. Ona inanmayın! 
Siz ağıllılar, rütbə, hakimlik dəbdəbəsindən, var-dövlət həvəsindən 
əl çəkməyin, qoy onlar sizi sərsəri həqiqətdən qorusun. 
Divanə Kassandra sayıqlayır. Ona inanmayın! 
Siz  ağıllılar,  güzəran  xoşhallığından,  məişət  xoşbaxtlığından 
ayrılmayın.  
Peyğəmbərlik – dəlilikdir. Kassandraya inanmayın! 
Siz  ağıllılar,  fitnənizdən,  fəndgirliyinizdən  çəkinməyin,  ömrün 
ahəngini, axarını dəyişməyin! 
Divanə Kassandra sayıqlayır. Ona inanmayın! 
Siz  ağıllılar,  zamanın  havasına  coşğunluqla  oynayın,  qoy  sevinc 
sədası həqiqətin səsini batırsın. 
Kassandra sərsəridir, onu eĢitməyin! 


 
115 
Siz ağıllılar, böyük fikri, böyük kədəri, böyük əzabı qəlbinizə yaxın 
qoymayın. 
Qoy hərcayilik ürəyinizi düşüncə hücumundan qorusun. 
Peyğəmbərlik dəlilikdir. Kassandraya inanmayın! 
Siz ağıllılar, yaratdıqlarınızın əbədiliyinə, bənzərsizliyinə, əvəzsiz-
liyinə sönməz inamınızdan dönməyin. 
Divanə hıçqırıqlarına gülün! 
Xülya badəsindən aralanmayın. 
Fərəh olmayan yerdə o, sizə fərəh gətirəcək, səadət olmayan yerdə 
səadət! 
Bugünün qapısını sabahın üzünə bərk bağlayın. 
Elə edin ki, sabah bugünün üzərinə işıq sala bilməsin.  
Divanə Kassandraya inanmayın, o sayıqlayır. 
Özünüzə  məftunluğunuz,  heyranlığınız  bir  an  da  azalmasın, 
daxilinizdəki zülməti görməyin. 
Divanə Kassandra sayıqlayır. Ona inanmayın! 
Yalandan qaçmayın. Aldadın, aldanın, aldanışla yaşayın, yaşadın. 
Divanə Kassandra sayıqlayır. Ona inanmayın! 
Əxlaqı  könül  evindən  qovun,  vicdanı  ömrünüzdən  sürgün  edin, 
xəbisliyi əsillik sayın. 
Divanə Kassandra sayıqlayır. Ona inanmayın! 
Yırtıcı ehtirasları alışdırın, qoy onun işığında fəlakət görünməsin. 
Divanə Kassandranı eĢitməyin, susdurun, susmasa – öldürün! 
Ancaq Troya mütləq məhv olacaq... 
 
28 ġölə 5-ci il. 
(28 iyun 1984-cü il). 
 
 


 
116 
NARSĠS HƏSRƏTĠ 
 
Bir dəfə İnsan oğlu – Narsis özünü çayın sularında gördü. 
Bu, onun cismani surəti idi. 
Ancaq  Narsis  cismanidə  cismanidən  böyük  Mahiyyəti  görə 
bilmişdi. 
Həmin  mahiyyət  onun  real  mövcudluğundan  hədsiz  dərəcə  gözəl, 
mənalı və ülvi idi.  
Narsis ona vuruldu. 
Onun heyranlığının həddi-hüdudu yox idi. 
Mahiyyət əbədi, sonsuz və kamil idi. 
Real Narsis keçici, qeyri-kamil və ölümlü idi. 
Adi Narsis – ali Narsisi, natam Narsis – bütöv Narsisi, naqis Narsis 
– xalis Narsisi sevmişdi. 
O, vüsal arzulayırdı, özünə yetişmək diləyirdi. 
Yollara çıxırdı. Sevgilisini uzaqdan görürdü. 
“Gözlə məni, gəlirəm”, – deyə dillənirdi. 
“Sənsiz yaĢaya bilmirəm”, – deyə fəryad qoparırdı. 
Küləkdən  tez  əsirdi,  quşdan  tez  uçurdu,  ancaq  Mahiyyətə  çata 
bilmirdi.  
Narsis sevgilisinə yaxınlaşdıqca, sevgilisi ondan uzaqlaşırdı. 
– Sən mənə qovuşa bilməzsən, – deyirdi... 
Sən zahirsən, mən daxiləm! 
Sən nöqsanlısan, mən kamiləm! 
Sən bəsitsən, mən ülviyəm! 
Sən nisbisən, mən Mütləqəm! 
Sən mənə çata bilməzsən! 
Sən mən ola bilməzsən! 
Sənin qismətin – cəhddir, səydir, hicrandır – vüsal deyil! 
Sən mahiyyət ola bilməzsən! 
Ancaq  özündə  də  qala  bilmirsən,  daim  özünlə  mənim  aramda 
addımlayırsan. 
Mənə  can  atacaqsan,  öz  can  evindən  çıxacaqsan,  ancaq  mənə 
çatmayacaqsan! 
Qismətin budur. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə