Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə21/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   ...   17   18   19   20   21   22   23   24   ...   74

 
85 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
86 
 
 
 
 
 
BƏDĠĠYYAT 
 
BƏDĠĠYYAT 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
87 
ġEĠR 
 
Uzaq, dəbdəbəli yalandan – uzaq! 
Ürəyi qəfəsə salandan – uzaq! 
Boynuna saç kimi dolanıb, birdən – 
Səni ilan kimi çalandan – uzaq! 
 
 
Vüqardır  kişinin dünyada varı, 
Vüqarla sağalır könül qübarı, 
“Ya şöhrət, ya vüqar!” – dedi zəmanə, 
Şöhrətdən əl çəkib tutdum vüqarı. 
 
Kamal meyvəsini dərən istərəm,  
Canını eşqinə verən istərəm, 
Cismimi cismində görən çox oldu
Ruhumu ruhunda görən istərəm! 
 
Dünyamı axtardım mən Yer üzündə, 
Tapmadım, murazım qaldı gözümdə. 
Dolaşdım aləmi əli çıraqlı – 
Axırda dünyanı tapdım özümdə! 
 
“Qarğa bülbül oldu”, – desələr, – inan! 
“Alaq sünbül oldu”, – desələr, – inan! 
Səbirli bəşərin dözüm kasası 
“Qızıl qanla doldu!”, – desələr, – inan! 
 
Palçıq üstə çıxdı, dağ altda qaldı, 
Şikəst üstə çıxdı, sağ altda qaldı, 
Zəmanə nehrəsi tərs çalxalandı, 
Ayran üstə çıxdı, yağ altda qaldı. 
 
Dünyadan yaraşıq yaman azaldı, 
Ürəklərdən işıq yaman azaldı, 
Bulanıq sulara qərq oldu aləm – 
Adamlar çoxaldı, İnsan azaldı. 


 
88 
Könül yarasını bağlayan yoxdur, 
Kədərdə sel kimi çağlayan yoxdur, 
Yaman günə saldı zaman insanı –  
Ölünün üstündə ağlayan yoxdur. 
 
Dünyadan qadınlıq isməti getdi! 
İnsanın insana həsrəti getdi! 
Ürəyi tərk etdi müqəddəs heyrət –  
Aşiqin Məcnunluq qisməti getdi! 
  
Yaltaqsan – məğruram – üstünsən məndən! 
Zülmətsən – mən nuram – üstünsən məndən! 
Şərinlə məşhursan şeytan içində – 
Xeyrimlə məşhuram – üstünsən məndən! 
 
Həyatdan bezirəm – səni görəndə, 
Əzaba dözürəm – səni görəndə, 
Qaçıram insandan əlli-ayaqlı, 
Sərgərdan gəzirəm – səni görəndə! 
 
Ali hiddətini öldürdün, yazıq! 
Ülvi nifrətini öldürdün, yazıq! 
Ruhunu basdırıb qara torpağa –  
Özünü dünyada sağ bildin, yazıq! 
 
Hərislər içində ülfət acı yox! 
Məhəbbət dərdlisi, dost möhtacı yox! 
Uzaq səmalardan pay umur insan –  
Ürəyin ürəyə ehtiyacı yox! 
 
Alovlu ürəyə yer tapılmayır! 
Müqəddəs diləyə yer tapılmayır! 
Göz üstə yeri var haram çörəyin –  
Tək halal çörəyə yer tapılmayır! 
 


 
89 
Sevinc qəmə dönüb qanlı yaş oldu! 
Dostlar düşmənlərlə cığırdaş oldu! 
Övlad atasına qənim kəsildi, 
Qardaş qardaşına qara daş oldu! 
 
Kədərlə qaynayıb qarışmaq gərək! 
Dözümdə dağlarla yarışmaq gərək! 
Fərəhli xəbərlər döymür qapını –  
Qəmli xəbərlərə alışmaq gərək! 
 
Qışdan gün istədik, buzdan – hərarət, 
Könüldən – sədaqət, dildən – həqiqət, 
Qəbahət bağçası gül bitirmədi –  
Bitirdi cəhalət, riya, səfalət! 
 
Tar-mar könüllər tez abad olur
Dünən qəmə batan bugün şad olur, 
Yaman dəyişkəndir dünyanın halı –  
Səhər doğma olan – axşam yad olur. 
 
Kədər dəniz kimi dalğalansa da
Sinəmin üstündə od qalansa da, 
Dözəcək bəlaya, cəfaya könlüm – 
Əzab nehrəsində çalxalansa da. 
 
Yazın məlahəti tər güldə yaşar! 
Yerin bərəkəti sünbüldə yaşar! 
Həqiqət alovu, ədalət eşqi – 
Həyatda sönsə də – könüldə yaşar! 
 
Özünə dayaqsan – güclüsən məndən! 
Əcnəbi sayaqsan – güclüsən məndən! 
Həya əsiriyəm əzəldən bəri – 
Həyadan uzaqsan – güclüsən məndən! 
 


 
90 
Duyğunun əzəli gərəkdir mənə! 
Nəsimi zəfəri gərəkdir mənə! 
Hərcayi fərəhlər qəlbimə yaddır – 
Füzuli kədəri gərəkdir mənə! 
 
Namərd istəyinə çatdı dünyada, 
Mərdin yorğun baxtı yatdı dünyada, 
Gəda zadəganlar, cahil loğmanlar
Qarabaş xanımlar artdı dünyada. 
 
Həqiqət libası geyindi Yalan, 
Doğruluq timsalı bilindi Yalan, 
Heyrəti tükənmiş sönük gözlərə – 
Həqiqətdən gözəl göründü Yalan! 
 
Zəmanə küləyi tərs əsir indi, 
Həmzələr pambıqla baş kəsir indi, 
Səma qaranlığa, çay bulanlığa, 
İnsan heyvanlığa tələsir indi. 
 
Nəsimi heyrəti sözündə yoxdur, 
Nəimi İşığı üzündə yoxdur. 
“Şərqin övladıyam” – söyləmə, qafil, – 
Zərdüşt qığılcımı gözündə yoxdur! 
 
Qədim cəfakeşlər sırasındayam, 
Bilmirəm tarixin harasındayam. 
Bugünün insanı olmadım heç vaxt – 
Dünənlə sabahın arasındayam! 
 
Şübhə ümid ilə durdu üz-üzə, 
Ruhun təlatümü döndü dənizə, 
Şübhəylə zülmətə qərq oldu ürək – 
Ümidlə zülmətdən çıxdı gündüzə! 
 


 
91 
Öyrəndik hər ayın, ilin dilini
Neçə möcüzəli sirrin dilini, 
Unutduq gözəllik əlifbasını – 
Dağların, çayların, gülün dilini! 
 
Duyğu var – şəlalə selindən gəlib! 
Səda var – harayın zilindən gəlib! 
Adam var – fitnənin əkiz qardaşı, 
Elə bil İblisin belindən gəlib! 
 
İnsaflı quldursan – çapqın deyilsən! 
Mülayim cəlladsan – azğın deyilsən! 
Dəhşətə gətirmir günahın səni – 
Qeyrətdən uzaqsan – satqın deyilsən! 
 
Meyvə bağdan qaçdı, yarpaq budaqdan, 
İşıq gözdən qaçdı, kəlmə dodaqdan
Aləmi bürüdü qorxu kabusu – 
Gül çəməndən qaçdı, sular bulaqdan! 
 
Hər addımda yüz cinayət görür könlüm! 
Murdar əməl, qara niyyət görür könlüm! 
Əl çəkməyir yenə qadir İnamından – 
Sabah adlı saf ülviyyət görür könlüm! 
 
Alçaqlarla danışmağı bacarmıram! 
Qəbahətə alışmağı bacarmıram! 
Təmasdayam Məhəbbətlə, Sədaqətlə – 
Xəyanətlə barışmağı bacarmıram! 
 
Ulduz olub dan yerində alışaydım! 
Dəniz olub sahillərlə danışaydım! 
Toxum olub düzlərinə səpiləydim! 
Bulud olub göylərinə qarışaydım! 
 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə