Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə16/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   ...   12   13   14   15   16   17   18   19   ...   74

 
59 
Ədəbiyyat tədrisi 
 
Şairlərin ayaqqabısının tozu diqqətlə öyrənilirdi. 
Asqırığı, tüpürcəyi dərin təhlil obyektinə çevrilirdi. 
Sifətindəki sillə yeri – tarixi hadisə sayılırdı. 
İşrətliləri – Məcnunlaşırdı. 
İşvəkarları – Məryəmləşirdi. 
Zəifliyi – qüdrətləşirdi. 
Xəyanətləri – sədaqətləşirdi. 
Bütün şairlər – başdan-binadan inqilabçı idilər; hamısının məqsədi 
ideal cəmiyyət qurmaq imiş, despotizmi kökündən qopartmaq imiş! 
Əyyaşlıq edəndə belə şairlər – pir oğlu pir olurlarmış! 
Varlı olanda belə şairlər – yoxsul olurlarmış! 
Qorxudan əsəndə belə şairlər – qorxmaz olurlarmış! 
Qumar oynayanda belə şairlər – ibadət zirvəsinə ucalırlarmış! 
Qadınına  xəyanət  edəndə  belə  şairlər  –  mənəviyyatın  üst  qatına 
yüksəlirlərmiş! 
Mənsəbə  yalmananda  belə  şairlər  –  vüqar  taxtında  qürrə-
lənirlərmiş! 
Ədəbiyyat dərsində ədəbiyyatdan bezirdim. 
“Görəsən dünyada Ģairlərdən də pis adam olubmu?” – deyirdim. 
 
Fəlsəfə tədrisi 
 
“Birinci materiyadır” – deyənlər – materialistlərdir. 
“Birinci şüurdur” – deyənlər – idealistlərdir. 
Materialist düz deyir; idealist yalan danışır. 
Dünya, Həyat, Cəmiyyət üç qanun əsasında inkişaf edir: əksliklərin 
mübarizəsi və vəhdəti qanunu, kəmiyyətin keyfiyyətə keçməsi qanunu 
və inkarı inkar qanunu əsasında. 
Cəmiyyətin  inkişafı  –  istehsal  qüvvələriylə  istehsal  münasibətləri 
arasında ziddiyyətlə bağlıdır. 
Həmin ziddiyyət inqilabi yolla: köhnə iqtisadi münasibətlərin yeni 
iqtisadi münasibətlərlə əvəz olunması yoluyla aradan qalxır. 


 
60 
Proletariat kapitalist sinfini ləğv edir, siyasi hakimiyyətə sahib olur 
və ideal cəmiyyət yaradır. 
Bütün bəlaların başı – xüsusi mülkiyyətdir. 
Xüsusi  mülkiyyət  ictimai  (ümumi)  mülkiyyətlə  əvəz  olunanda 
bütün problemlər həll olunacaq, bərabərlik, qardaşlıq, ədalət bərqərar 
olacaq. 
İndiyə qədər olan fəlsəfə labüd şəkildə müasir, yeni, vahid fəlsəfəni 
yetirmək üçün yaranıb. 
Müasir fəlsəfəyə zidd nə varsa – cəfəngiyyatdır. 
Həqiqət birdir, o da bizdədir. 
BaĢqa həqiqət axtaranlar – heyvərə və canidirlər. 
Yalnız və yalnız... 
Fəlsəfə tədrisində fəlsəfə qurtarırdı. 
 
 
Özümünkülər 
 
Biri deyirdi: Cansızdır. 
O biri deyirdi: Kitab adamıdır, həyat adamı deyil. 
Başqası deyirdi: Fərdiyyətçidir. 
Digəri deyirdi: Səliqəsizdir! 
Biri deyirdi: Özünü bilikli göstərir. 
O biri deyirdi: Cavanlığını qurban verir. 
Başqası deyirdi: Oxumaqla dahi olmaq istəyir. 
Digəri deyirdi: Yəqin vergisinə inamı yoxdur. 
Biri deyirdi: Boydan balacadır. 
O biri deyirdi: Lütün biridir. 
Başqası deyirdi: Nəzakət qaydalarını bilmir. 
Digəri deyirdi: Özündən razıdır. 
Gündə yüz yol məni asırdılar, kəsirdilər özümünkülər. 
 
 
 


 
61 
Kitabxana 
 
Hegeli oxuyurdum. Kəndimizi görürdüm. 
Platonu oxuyurdum. Kəndimizi görürdüm. 
Tolstoyu oxuyurdum. Kəndimizi görürdüm. 
Füzulini oxuyurdum. Kəndimizi görürdüm. 
Nəsimini oxuyurdum. Kəndimizi görürdüm. 
Musiqi tarixini oxuyurdum. Kəndimizi görürdüm. 
Rəssamlıq tarixini oxuyurdum. Kəndimizi görürdüm. 
Dünya tarixini oxuyurdum. Kəndimizi görürdüm. 
Vuruldum kitablara. 
Unutdum özümü, şəhəri, institutu, özümünküləri. 
Özümü təzədən oxudum, təzədən tapdım. 
 
 
Hiddətli səslər 
 
– Komsomoldan çıxarılsın! 
– İdealistləri oxuyur. 
– Dərsə gəlmir. 
– Bizi saymır. 
– Özünü böyük sayır. 
– Dili acıdır. 
– İntizamsızdır. 
– Laureatları ələ salır. 
– Sifətində istehza var. 
– Çıxarılsın. 
– Qovulsun. 
– Bizə bənzəmir... 
 
Növbədə  duranlar 
 
Dünya Matəm işindəydi. 
Stalin ölmüşdü.  
Şəhər  mərhumla vida növbəsinə durmuşdu. 


 
62 
Uşaqlı, qocalı, qadınlı, xəstəli, şikəstli bütün şəhər. 
Növbədə gecələyirdilər, səhəri açırdılar. 
Bir-birini itələyirdilər. 
Ölənlər də vardı. Heç kəsin ölümü görünmürdü. 
Stalinə yas saxlayırdılar. 
Stalinin ölümü ildırım tək insanlar vurmuşdu. 
Unutmayacaqlar yəqin ki, rəhbərini növbədə dayananlar! 
Əziz tutacaq hörmətini rəhbərinin növbədə duranlar! 
Qoymayacaqlar “çirkaba qərq eləsinlər xatirəsini rəhbərin”! 
Kəsəcəklər “rəhbəri tarixdən silməyə çalışan” əlləri! 
Öləcəklər rəhbərin ləyaqəti naminə! 
Meyidini “murdar qəsddən” qoruyacaqlar... 
 
 
TƏLƏBƏLĠ GÜNLƏRĠM 
 
Müəllimlik 
 
Füzulidən danışırdım tələbələrimə. 
Nəsimidən danışırdım tələbələrimə. 
Bayrondan danışırdım tələbələrimə. 
Şekspirdən danışırdım tələbələrimə. 
Mənəviyyatdan danışırdım tələbələrimə. 
İdrakdan danışırdım tələbələrimə. 
Sifətlərə  çökdüm,  gözlərə  çökdüm,  ürəklərə  çökdüm,  talelərə 
çökdüm. 
 
 
Müdir 
 
– Salamı soyuq verirsən, bala. 
Ġnstitutun sütunuyam. 
Sən hələ anadan olmayanda mən külüng çalırdım elm yolunda. 
Ehtiyatlı ol biziynən... 
Sənin kimilərinin çoxunun belini qırmışam. 


 
63 
Ürəyindən bizə dərs demək keçir, nədi? 
Çox öyrənməlisən hələ bizdən. 
O günkü məruzəndən də faĢizm iyi gəlir. 
– Sizin danıĢığınızdan da idiotizm iyi gəlir, qocaman sütun. 
 
Katib 
 
Axsayırdı. Ancaq şəstli görünürdü. 
Başını yuxarı tutardı. 
Bütün vücudu “Məni tanıyın!” – deyirdi. 
Məkrdə güclüydü, çünki məhəbbətsizdi. 
Ləyaqəti tapdamağı sevərdi. 
Məkriylə qorxuzardı. 
İtaətə salmağı sevərdi. 
İşçiləri kölə görmək istəyirdi.  
Zərbəni  birdən  vururdu,  bütün  gücüylə  vururdu,  gözlənilməz 
şəkildə və gözlənilməz tərəfdən vururdu. 
Miqyaslı, müasir, savadlı, mahir qatil idi. 
İşdən qovdururdu İnstitutun ləyaqətini qorumaq bəhanəsiylə. 
Düşmənini sıradan çıxarırdı əxlaq bəhanəsiylə. 
Rəqibini yolundan kənara atırdı ədalət bəhanəsiylə. 
Əqidəsi hakimlik, ağalıq idi, ancaq əqidəli görünürdü. 
Daxili qara idi, sifətində süni işıq parlayırdı. 
Şəhvətli idi, zahid görünürdü. 
Əlacı olsaydı, ətrafındakıları cansız əşyaya, masaya, stula, təbaşirə 
çevirərdi. 
İstədiyini tam həyata keçirə bilmirdi. 
İçəridən yanırdı, ancaq büruzə vermirdi. 
Sifətinə ikrah yaradan bir gərginlik qonurdu. 
Özünü gizlətməli olurdu. 
Kabus olmaq istəyirdi – bacarmırdı. 
Mənə: partiya üzvlüyünə layiq deyilsən – dedi. 
Sənin kimilərin üzvü olduğu partiyaya girmək istəmirəm! – dedim. 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə