Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə12/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   ...   8   9   10   11   12   13   14   15   ...   74

 
40 
çatışmır. Neçə dəfə elan verdik. Amma tədricən klubun  yerini bizim 
əlimizdən  aldılar  və  bir  gün  məni  yanına  çağırdı  akademik  Bağırov 
(rektor).  Açıq  şəkildə  dedi  ki:  “Bu  nədir,  mən  gəldim,  məni  içəri 
qoymadılar,  o  qədər  adam  gəlmişdi  ki,  bu  nə  biabırçılıqdır?!”  Mən 
dedim: “Sən yaxşı rektor  olsaydın, özləri çağırıb gətirərdilər kluba”. 
Birinci dəfə bu cür toqquşma başladı. İkinci dəfə dedi ki, a bala,  sən 
nə eləyirsən, biz uşaqlarımızı saxlamalıyıq. Gördüm bu kimdi – indiki 
iqtidarın başçısının qohumuydu. Tamam bir heç idi. Onda biz məcbur 
olduq 77-ci ildə (mənim bir pərəstişkarım var Bəhlul adında, qoy onun 
adı    bilinsin)  Bəhlulun  təşəbbüsü  ilə  keçdik  “Bilik”  Cəmiyyətinə  və 
burada  da  biz  klub  sözünü  atdıq,  “Ocaq”  elan    elədik.  Və  çox  gözəl 
altı-yeddi  ideya  izhar  olundu,  elə  orda  da  “Atalıq”  məsələsi  yarandı, 
ideyaların biçimlərinin müəyyən cəhətləri tapıldı. Səlahəddin (profes-
sor),  Vurğun  Əyyubov  (indi  guya  lider  olub  nədi)  idi  və    s.  Onlar 
sonradan qaçdılar. Təxminən 11 nəfər güclü baxışçı var idi. 82-ci ilə 
qədər  burda  birtəhər  işimizi    davam  etdirdik.  82-ci  il  iyunun  1-də 
Atanı  çağırdılar  (bilirdim  ki,  çağıracaqlar).  Universitetdə  DTK-nın  
polkovnikinin  sədrliyi  ilə  partiya  iclası  keçirildi  və  Atanı  işdən 
çıxartdılar, Attestasiya komitəsinə yazdılar  ki, mənim diplomlarımın 
hamısını  alsınlar.  Və  zahirən  guya  bununla  bağlı  olmayan,  lakin  bu-
nun  davamı  olan  hal    ki,  ailəni  dağıtdılar.  Evsiz-eşiksiz  qaldım. 
Yadımdadı, mənim həyat yoldaşım dedi ki, gəl evi bölək. Mən yalnız  
onu dedim ki, Raya, biz 65-ci ildən bir yerdə yaşamışıq, amma təəssüf 
ki,  sən  mənim  kim  olduğumu  hələ  də  anlamamısan,  mən  nə  dərddə, 
sən nə dərddə, nə mal-dövlət?! Dünya tək elə bundan ibarət deyil axı, 
əqidə  də  var    axı!  Məcbur  oldum  burda  qeyzlə  yox,  hərarətlə 
danışmağa.  
Və belə qərara gəldilər ki, Asif Əfəndiyev ölümə  layiqdir. DTK-da 
mənə  deyirdilər  ki,  biz  səni  yandıracağıq,  onlarda  öldürmək  yandır-
maqdır. Aparırdılar-gətirirdilər. Yenə fikirləşmək lazım idi. 1982-84-
cü illərdə Ata işsiz, evsiz, lakin fərəhli,  vüqarlı  –  Ömrümün ən gözəl 
günləri idi.  
Mən nə üçün bu günə düşdüm  –  əsas var idi. Çünki mən həqiqət 
üçün  döyüşdüm, çünki mən deyən olacaqdı. Orda mən onlara bir söz 
dedim  ki,  əsrin  sonudur,  hər  əsrin  sonunda  dəyişikliklər  olur,  sizin 


 
41 
xeyrinizə  olmayacaq. Elə  o  vaxt mən    qorxu-filan tanımırdım.  Lakin 
onlar  mənə  dedilər  ki,  sənin  Ocağın  artıq  qurtardı,  daha  qalanma-
yacaq. Mən də  susdum və Safruhla bu bağda görüşdük. Ocaq başladı. 
Aldatdım  yenə,  yaxşı  elədim  –  şəri  aldadarlar.  Safruha    dedim  ki, 
Ocağı əsil mənada başlamaq lazımdı, tamam gizli Mərasimli, kitablı, 
təqvimli və cəmi üç adam.  Qalanı qaçdı. Safruh, Sadiq, Halal, sonra 
da  Əsil  gəldi.  Çox  təəssüf  edirəm  ki,  Sadiqdən  bir  şey  alınmadı.  
Amma  o  dövrdə  Atanın  yanındaydı.  Safruhun  da  əvəzi  yoxdu. 
Birtəhər  Ataya  ev  verdilər  (güclə-bəlayla)  Əhmədlidə  və  Safruh  da 
altıncı mərtəbəyə su daşıyırdı, yemək gətirirdi Ataya. Görürsünüzmü, 
Safruhun  bəzi  nöqsanlarına  incə  münasibət  bəsləyirəm  o  dövrə  görə. 
Yatırdı Atayla bir yerdə – belə şeyi unutmaq olar?! 
Yox,  yaxşı  ki,  Safruh  əvvəlki  nöqsanlarının  çoxundan  əl  çəkib. 
Onun bircə nöqsanı var: Ruhu qalxır-enir.   
Beləliklə də, yavaş-yavaş mərasimləşdik, artdıq. O ki qaldı sənin o 
sualına  ki,  gedənlər  daha  çox  oldu,  bu    təbiidi,  hünərlilər  həmişə  az 
olub,  İdraklılar  az  olub.  Bütün  bəşər  tarixini  vərəqlə,  gör  neçə  adam 
həqiqəti  deyib?! – 5-10 nəfər. Bəli, yenə gedəcəklər, amma gələnlər 
də  olacaq.  O  adam  ki,  hünərdən  həzz  alır,  o  adamın  ki,    içərisində 
daxili  qüdrət  var,  onu  öldürsən  də,  Ocaqdan  çıxmaz.  Biz  çoxluğa 
gərək olan azlığıq. Artacağıq, biz heç  zaman çoxluq olmayacağıq. Biz 
çoxluğa  lazım  olacağıq,  özümüz  isə  az  olacağıq.  Bəşəri  irəli  aparan 
həmişə azlıq  olub. 
Beləliklə  də,  60-84-cü  illərin  məğzini  Ata  həyatında  belə  ifadə 
eləmək  olar:  Daimi  Ocaq  qalamaq,  əvvəl  özünün    içində,  daxilində, 
sonra  klub  biçimində,  daha  sonra  Ocaq  biçimində  və  İnamından  bir 
saniyə belə əl çəkməmək, bütün çətinliklərin hamısında artmaq, böyü-
mək.  Sənə  qarşı  hücum  artdıqca  sən  balacalaşmırsan,  böyüyürsən.  
Təhlükədən   həzz  almaq  və  son   nəticədə  Ocağı  təsdiq eləmək. 
Soylu Atalı: Sabah, Ocağımız daha parlaq yanır  –  Ata görümün-
də. Mən də buna qəti əminəm... 
Asif Ata: Bir neçə mərhələlər olacaq Ocağımızın fəaliyyətində: bir 
neçə  ilə  Azərbaycanın  bütün  rayonlarında    az-çox  Ocağın  sədası 
bilinəcək, Ailələri yaranacaq, bu, yaxın gələcəyin söhbətidir. Bakının 
özündə  radiolar,    televizorlar  vasitəsiylə,  qəzetlər  vasitəsiylə  Bakı 


 
42 
Ocaq İşığını hiss eləyəcək (demirəm qərq olacaq, hiss  eləyəcək). Lap 
Ocağın  yarısı  azalsa  belə,  hiss  olunmayacaq.  Hər  bir  Ocaqçı  beş 
Ocaqçı olacaq. Elə də var.  Tədricən adbaad Şərqə yayılacağıq. Artıq 
İranda  varıq,  Türkiyədə  varıq,  Hindistanda  olmalıyıq,  Çində  olmalı-
yıq,    Avropaya  keçməliyik  –  Dünyalaşmalıyıq.  Demirəm  sel  kimi; 
ağac-ağac.  Skandinaviya  bizi  tam  tanıyır,  azdı  bu.    Almaniyada  bizi 
hətta o qədər tanıyırlar ki, Atanı fəxri üzv seçiblər, böyük bir şey deyil 
bu, amma dünyalaşmaq  üçün cüzi bir əhəmiyyəti var. 
Birinci  mərhələdə  bu  olacaq.  Bu  başlayır  –  fikirlərimizi,  İdeyala-
rımızı yayırıq, elə bilməyin ki, bunun heç  bir təsiri yoxdur, var, əməlli 
təsiri  var  –  içəridən.  İkinci  mərhələ  artıq  bizim  xalqlaşmağımızın 
artması, xalqla bir yerdə olmaq. Xalqı imtinaya hazırlamaq. İmtina elə 
dindən (hələ bunu deyəmmərik), imtina elə kapitalizmdən, sosializm-
dən, imtina elə xaricilikdən, qərbçilikdən. Və o imtinanın əsası olsun 
bizim beş  İdeyamız. Təzə duyğular, təzə biçimlər, təzə üsullar əmələ 
gələcək. 
Üçüncü mərhələ ki, Ata bəlkə onu görmədi, Atanın yaşı var (bəlkə 
də gördü)  –  artıq camaatın Ocaqlaşması, ayağa  qalxması, o da yenə 
təzə üsulda. Mitinq kimi yox. Camaat ayağa qalxacaq. Üçü də olacaq, 
üçüncüsü bir az gec olacaq.  Gərək biz səbrli olaq, kal işlər görməyək, 
kal meyvələr dərməyək. 
 
Soylu Atalı: Ata Ömrümüzdədir  Ruhu Qəlbimizdədir! 
 
Asif Ata: Qaranlıqlar Yarılsın! 
 
 
 
 
Qeyd:  Birinci  üç  fəsil  Soylu  Atalıya  söhbət  biçimində  deyilib. 
Sonradan  səsdən  sözə  çevrilib.  Atanın  danışıq  üslubunu  saxlamağa 
çalışmışıq. ( N.Atalı). 
 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə