Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə8/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   ...   4   5   6   7   8   9   10   11   ...   74

 
28 
vardı,  kənddə  mənzərə  vardı,  kənddə    səmimiyyət  vardı,  hamının 
birliyi  vardı,  təpələr  vardı.  Bunların  içində  yaxşı  nə  vardısa,  hamısı 
gəldi  şəhərə.  Şəhərdə  də  bax,  bu  deyilənlər  vardı.  Darvazalı  evlər 
vardı,  musiqi  vardı,  adamlar  çox  qaynaşırdılar  –    gələnlər,  gedənlər. 
Bunlar hamısı mənə çox doğma idilər. Və istəyirdim ki, həmişə onlar-
la olum. Odur ki, şəhərin məktəbini mən qəbul eləyəmmədim, sevmə-
dim. Birinci gündən mən başa düşdüm ki, məktəb bütün bu dedikləri-
min  hamısının  əleyhinədir.  Nə  çinar  var  burda,  nə  musiqi  var  burda, 
nə  çay  var  burda,  nə  göy  var    burda,  nə  dağ  var  burda.  Deməli,  heç 
birində eşq yox idi. Heç bir danışıqda dağ gəlib bura çıxmır, çay gəlib 
bura    çıxmır,  çinar  gəlib  bura  çıxmır,  təbəssüm  gəlib  bura  çıxmır, 
İnsan doğmalığı gəlib bura çıxmır. Hamısı  kimidi, quru yarpaqlardı – 
bütün bu dərslər. Ona görə də mən əvvəl çox pis oxuyurdum. Oxuyur-
dum  və    fikirləşirdim  ki,  niyə  məni  gətirib  bura  salıblar.  Bu  saat  ən 
gözəl  dərs  bax,  o  Günəşdi,  ürəyimdə.  Yəqin  ki,  heç    indiki  yaşımda 
bunları  deyə  bilmərəm,  deyərlər  ki,  bu  adam  dəlidi.  Onda  hələ  mən 
uşaq idim. Coğrafiya dərsi  deyirdilər. Fikirləşirdim ki nədir bu? Qoy 
bir Günəşə baxım, qoy bir çinara baxım. O qədər cansız,  yad gəlirdi  
ki, bunlar mənə. Bacardığım qədər dərsə gəlmirdim. Və elə  onda da 
üsyankarlıq  məndə  özünü  göstərirdi.  Şəhərdə  ona  görə  göstərdi  ki, 
bizim müəllim vardı (həm də o direktor  müavini idi), bizi sevmirdi, 
bizə  üstdən  aşağı  baxırdı.  Həm  də  məktəb  ümumən  ayırırdı  bizi 
mənadan. Düz 8-ci  sinfə qədər mən sevə bilmədim məktəbi. Bir təhər  
oxuyurdum, qabiliyyətli olduğum üçün çox tez öyrənirdim.  
Eyni  zamanda da həm kənddə, həm də şəhərdə dəhşətli yırtıcılıqla 
üz-üzə gəldim. Küçə halıyla rastlaşmaq.Gəncə həm də böyük küçələr-
di.  Gəncədəkilər  evdə  oturmurlar.  Küçə  uşaqları  var  hərfi  mənada. 
Burda zahiri romantika var. Burda küçə uşaqları dedikdə, yəni kəsən, 
vuran-tutan.  Bu  romantikanı  mən  sevirdim.  Amma  hər  halda  uşaq 
idim. Ondan sonra küçədə toxmaq oynayırdılar, aşıq oynayırdılar. Kü-
çədə  yalandan  sevgi  bağışlayırdılar,  15  yaşı  var,    gərək  sevə.  Ondan 
sonra  döyüş  başlayırdı.  Bir  məhlə  o  biri  məhləylə  döyüşürdü.  Bütün 
cəmiyyət adlanan murdarlığı orda mən mikroskopda görən kimi görür-
düm.  Sonradan  mən  elə  bir  xüsusi  təzə  bir  şey  tapmadım.  Kim  
güclüydü,  kim  yumruqluydu  –  o  ağaydı.  Bu  uşaqlar  arasında  ağalıq-


 
29 
nökərlik adlanan duyğuların hamısı vardı. Və  sadizm. Hələ də mənim 
yadımdan  çıxmaz,  biz  mozodaş  oynayırdıq.  Balaca  daşı  qoyursan, 
böyük  daşla  onu  vurursan.  Bir  nəfər  onu  elə  vururdu  ki,  bizim 
ayağımıza dəysin daş. Ləzzət alırdı. Çünki bir az bizdən ucaydı, bir az 
da yaşlıydı. Gombul bir oğlan idi. Atası ət kombinatının direktoruydu-
nəydi. O, döyməkdən ləzzət alırdı. Bir nəfər  də vardı, balaca uşaq idi. 
Onunla  idi.  Bütün  şəhərin  uşaqlarını  döyürdülər.  Bu,  demək  olar  ki, 
rüşeymdə  cəmiyyət idi. Bunların hamısını mən görürdüm. Və o təzadı 
görürdüm; belə gözəl göy, belə gözəl çinar, belə  işıqlı sifətlər və belə 
bir murdarlıq. 
 
  
TƏHSĠL  ĠLLƏRĠ 
 
 
(III FƏSĠL) 
 
Mənim təhsil illərim Moskvada, böyük bir SSRİ-nin paytaxtında – 
Ədəbiyyat  İnstitutunda  keçdi.  Moskva  mənim    üçün  kitabxana  oldu. 
Simfonik  konsertlər,  operalar  ünsiyyəti  oldu,  özüylədöyüş  –  özünü 
itirmə  –  özünüyaratma  məkanı    oldu.  Zahiri  Moskva  mənim  üçün 
demək olar ki, yox idi. Mən metroya minirdim, kitabxanaya gedirdim 
və geri – yataqxanaya qayıdırdım. Həftədə bir dəfə simfonik konsert-
lərə  gedirdim  və  daim  özümlə  döyüşürdüm.  Özüylədöyüş    dəftəri 
hardasa yüzə çatmışdı. Sonra  onu da  götürdülər,  apardılar.  Kitabxa-
nada mən suallarıma cavab axtarırdım. Suallarım isə əsasən aşağıdakı-
lardan ibarət idi:  –  Dünyanın bu günə düşməsinin səbəbi  hərcayilik, 
günahkarlıq,  aşağı  səviyyəli  Ruhaniyyat,  dəhşətli  xudbinlik,  dəhşətli 
hamılaşma,  özgələşmə,    təbəqələşmə  –  bunların  səbəbi  nədir?  Mən 
İnsan haqqında oxuduqlarıma, bildiklərimə yaxın heç nə görmürdüm. 
Bizim məşhur sayılan yazıçılarımız, şairlərimiz gəlib bizə əxlaqsızlıq 
dərsi öyrədirdilər, onu yaxşı şey  sayırdılar, bizə deyirdilər ki, fürsəti 
əldən  verməyin,  cavanlıq  eləyin.  Bizə  araq  içmək  öyrədirdilər    –  
murdarlar! Şəhər özü də murdar şəhər idi. Hamı yapışmışdı cinsiyyət-
dən.  Mənim  tələbə  yoldaşlarım    azərbaycanlılar  da  əsas  etibarilə 
şöhrətdən,  kimin  hansı  jurnalda  yazısı  çıxacaq,  kimə  ordan  qonorar 


 
30 
gələcək və  s. Məktəbdə dərs keçirdilər Tolstoy haqqında. Mahiyyətcə 
Tolstoyçuluğa  zidd  olan  bəsit  fikirlər  danışırdılar.    Tolstoyda  böyük 
olan  nə  varsa,  onu  tənqid  eləyirdilər.  Tolstoyu  müasirləşdirirdilər    –  
pis mənada, özlərinə  bənzədirdilər. Bu, məndə yalnız hiddət doğurur-
du. O hiddəti aşkarlamaq mümkün döyüldü. Hiddət daxilə çəkilirdi və 
böyüyürdü. Həmçinin də başqa klassikləri. Hegel başdan-ayağa tənqid 
olunurdu  və  başa  düşmək    olmurdu  ki,  bu  Hegel  dialektikası  Marks 
tərəfindən mənimsənilib və Hegel bu dərəcədə tənqid olunurdu. Bu da 
mənə  pis  təsir  bağışlayırdı  və  hiddət  yaranırdı.  Lakin  hiddəti  aşkar-
lamaq mümkün olmurdu və böyüyürdü.   
Fəlsəfə  dərsləri  lap  dəhşətli  dərəcədə  anti  fəlsəfəydi.  Orda  bütün 
fəlsəfə  tarixi  materializmin  və  idealizmin  döyüşü  kimi  qiymətləndi-
rilirdi. İdealizm tamamilə inkar edilirdi. Və təkcə materializm qalırdı  
fəlsəfədə. Məndə də şübhə yaranırdı, öz-özümə sual verirdim ki, bütün 
fəlsəfə tarixi idealizm ola-ola, bütün  idealizmi tənqid eləyirlər, özləri 
də fəlsəfədən danışırlar  –  yalançı fəlsəfəçilər. Deyirdi Platon idealist-
di. Öz-özümə belə sual verirdim ki, Kant idealist idi, Şellinq idealist 
idi.  Necə  fəlsəfə  idi  ki  bu,  başdan-ayağa  tənqidə  layiq  idi?!  Və  bu, 
necə  tənqid  idi  ki,  bu  dahilərə  çatır?  Bu  da  məndə  yenə  çox  hiddət 
yaradırdı. Və mən  bu hiddəti aşkarlaya bilmirdim deyə bu hiddət də 
böyüyürdü. Daxili aləmə çəkilirdim.  
Həmçinin  o  biri  fənlər.  Hərçənd,  Ədəbiyyat  İnstitutu  bizdə  çox 
böyük hesab olunurdu. Və bu işə böyük alimlər gətirmişdilər,  dəvət  
eləmişdilər. Və  o böyük  alimlər nəyə əl atırdılarsa, kiçilirdi – ədəbiy-
yat tarixində, ədəbiyyat nəzəriyyəsində, etikada. Və burada təbiidir ki, 
mənim suallarıma cavab axtarmağın özü çox sadəlövhlük olardı. Bunu 
heç  mən    axtarmırdım  da.  Onu  deyim  ki,  məktəbdə  ədəbiyyat  dərsi, 
fəlsəfə  dərsi  məndə  nə  dərəcədə  cansıxıcı  duyğular    yaradırdısa  da, 
kitabxanada  öyrəndiyim  fəlsəfə  (özümün  öyrəndiyim)  məni  heyrətə 
gətirirdi,  uçmağa  qanadım  olmurdu.  Yadımdadır,  birinci  dəfə  mən 
Hegeli  oxuyarkən  gördüm  ki,  bu,  tamam  ayrı  dünyadır.  Buradakı 
fikirlərin  göyü  var,    fikirdən  başqa  heç  nə  yoxdur.  Amma  fikir  özü 
bəzən  sıldırım  olur  qaya  kimi,  bəzən  çay  kimi  axır,  həmişə  ucadır.  
Uzun  müddət  Hegel    mənim  üçün    böyük  bir,    əlçatmaz  bir    meyar 
oldu –  əlçatmaz  bir meyar ölçüsü, fəlsəfə ölçüsü. Burada ən adi mən-


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə