Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə11/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   ...   7   8   9   10   11   12   13   14   ...   74

 
37 
təsiri  olmadı,  mən  özümü  belə  şeylərə  hazırlamışdım.  Çünki  mən  
təhlükədən ləzzət alıram, təhlükə mənim üçün mey idi, elə indi də. 
Gəldim  Bakıya  və  getdim  instituta.  Heç  kəs  mənə  salam  vermir, 
hamı  məni  görəndə  qaçır.  Ziyalı  necə  heç  imiş,    necə  qorxaq,  necə 
riyakar, fikrini dəyişən!.. Mənə dahi deyənlər hamısı məndən qaçırdı. 
Getdim  kafedraya    (kafedra  müdiri  B.Axundova  yəhudi  idi,  mənə 
əvvəllər  münasibəti  yaxşı  idi),  o  da  məndən  qaçdı.  Dedi  ki,  tez  get,  
səni  rektorun  otağında  gözləyirlər.  Məndə  qəribə  gülüş  yarandı.  Nə 
olub axı, ora yüyürürlər, bura yüyürürlər.  Sosializm kapitalizmdən də 
zəhlətökən bir komediyadı. 
Gördüm rektor, Qulam “Kərimoviç” oturub orda, onun yanında iki 
nəfər  bic-bic  baxan  DTK-nın  nümayəndələri  var    idi.  Sual  başlandı. 
Birinci  sual  bu  idi  ki,  necə  olub  ki,  siz  azərbaycanlı  ziyalı,  Moskva 
Ədəbiyyat İnstitutunu  bitirən şəxs bizim əqidəni yaymaq əvəzinə, elə 
şey  yazırsınız  ki,  sizi  Türkiyədə  Ankara  radiosu  bizə  qarşı    çevirir. 
Onlar  deyirlər  ki,  sizə  imkan  vermirlər,  talantlı  adamsınız  və  s.  Mən 
dedim ki, bu, onu görsədir ki,  Türkiyənin əks kəşfiyyatı sizdən ağıllı 
işləyir.  Bunun  mənə  nə  dəxli  var?!  O  ki  qaldı  mənim  fikirlərimə, 
bunlar  hamısı həqiqətdi. Bu həqiqət hələ indiyə qədər deyilməyib. 
Qərəz,  söhbət  alınmadı.  Pıçıltı  başladı,  bunu  aparaq,  aparmayaq. 
Onda rektor qeyrətə gəldi və dedi ki, yox, aparmayın. Mən özüm bu 
işlə  məşğul  olacam  və  sizə  deyəcəm.  Bununla  da  bu  məqam  bitdi. 
Amma əslində 60-cı ildən Atanın təqibi başladı. Sonra 82-ci ildə DTK 
mənə  dedi  ki,  biz  60-cı  ildən  səni  izləyirik.  Bu  məqalədən  başladı 
təqib. Bütün bu işlər onunla qurtardı ki, məni işdən çıxartdılar və 8 il 
çap  eləmədilər.  Düzdü,  mən  60-cı  ildən  başlamışam  çap  olunmağa, 
amma ümumiyyətlə, mənim çapım çox azdı. 60-cı ildə çap olundum, 8 
il çap olunmadım, sonra 8 il çap olundum, 76-cı ildə yenə bağladılar, 
90-cı ilə qədər. Məni işdən çıxartdılar, çox çətin vəziyyət əmələ gəldi 
və düşünmək lazım oldu. Mənim atama da, anama da böyük hörmətim 
var,  təmiz  adamlar  olublar,  onların  da  yaxşı  cəhətləri  yəqin  mənə 
keçibdi.  Amma  bu  böyük  məsələnin  heç  birində  onlar  mənimlə 
olmadılar.  Onların  xatirəsinə,  zənnimcə,  bu  ziyan  verməz.  Həqiqət 
tarixdi, burda aldatmaq olmaz camaatı. Onların fikri bu oldu ki, a bala, 
ayağını yorğanına görə uzat, alınmadı sənin arzuların, sən özünü çox 


 
38 
pis  vəziyyətə  saldın.  Və  bütün  bunları  deyən  də  H.Əfəndiyev  idi    –  
atamın əmisi oğlu. Hara gedirdi özüylə Stalinin əsərlərini aparırdı.   
Mənim  qohumlarım  çoxdu,  onlar  500-ə  qədərdi.  Heç  biri  məni 
qəbul eləmədi. Hətta mənə deyirdilər: sənin  diplomun məndə ola, indi 
mən  nazir  idim  (ağıl  çox  azdı!).  Və  mənə  dedilər  gəl  Ağstafaya, 
qurtardı,  bəsdi.  Sənə    burda  dərs  verək,  müəllimliyini  elə.  Burda  nə 
fikirləşəsən?!  Mənim  ömrüm  heç  qəpiyə  də  dəyməz,  əgər  mən  5  il  
Moskvada, sonra Bakıda gecə və gündüz düşündüklərimi  – İnamımı, 
İdrakımı, Mənəviyyatımı, İradəmi ifadə  eləyə bilməyəcəmsə. Səbəb-
nəticə  məsələsi  var,  məntiq  var.  Belə  çıxır  ki,  mənim  işlərim  heç 
olsun.  Heç  kəsin    müəllimliyini  inkar  eləmirəm. Amma mənim  yolu-
mun yarımçıq qalması, son nəticədə dəyişmə... Bu mənim ləyaqətimə  
sığmırdı,  mənim  vüqarıma  sığmırdı.  Lakin  nə  etmək  bəs?  Sən  artıq 
“xalq  düşmənisən”.  Başqa  sənətim  yoxdu,  hərdənbir  “Bak.  Rabo-
çiy”də kino haqqında resenziya  yazırdım (50-yə qədər), onunla birtə-
hər dolanırdım, ev də yox idi, kirayəyə də pul verirdim. Yol bir idi  –  
aldatmaq,  DTK-nı  aldatmaq,  “alimləri”  də  aldatmaq  və  Bakıda 
qalmaq. 
Dissertasiya  yazmaq  ən  sevmədiyim  bir  işdi.  Vəsiqə  almaq. 
Tamamilə  elə  bir  şey  planımda  yox  idi.  Lakin    vəziyyətdən  çıxmaq 
üçün  və  elə  bir  mövzu  götürmək  ki,  o  mövzu  bunlarınkı  olsun, 
mənimki  olmasın.  Lakin  içində    azdan-çoxdan  bir  həqiqəti  yazmaq. 
Və mən Azərbaycan ədəbiyyatındə realizm məsələləriylə bağlı disser-
tasiya  yazdım,  birtəhər,  güclə-bəlayla.  Məni  qəbul  elədilər  disser-
tantlığa.  Yazdım,  hazır  olandan  sonra  Aslan  Aslanov  mənim  elmi 
rəhbərim oldu. Bir cümlə də o, mənə məsləhət vermədi. Hazır olandan 
sonra  oxudu,  xoşuna  gəldi,  çox  şeyləri  də  bilmirdi.  Beləliklə    də, 
1965-ci  ildə  Ata  oldu  fəlsəfə  elmlər  namizədi.  Hətta  doktorluq  verir-
dilər  birdən-birə.  Sonra  fikirlərini  dəyişdilər.  Dissertasiyanın  müda-
fiəsi bayram idi. Hərçəndi bir şey yoxdu orda, mənim qabiliyyətimdən 
aşağıdı.  Amma onu deyim ki, Cəlil haqqında, Sabir 
haqqında
 tamam 
təzə  ideyalar  var  idi.  Bilirsənmi,  İdrakın  bir    xüsusiyyətidi  –  ən  pis 
mövzuda belə nəsə bir yaxşı iş görürsən. Məsələn, orda bir on səhifə 
var ki, onları mən  indi də qəbul eləyirəm, o iki yüz səhifənin içində. 
Soruşa bilərsiniz ki, nəyə lazım idi bu?! – Ocaq olmazdı onda – mən 


 
39 
kəndə  getsəydim,  əl  çəksəydim.  Və  beləliklə  də,  bunlarda  belə  bir 
təsəvvür yarandı ki, mən peşman olmuşam  guya. Ağıl da azdı. Necə 
yəni,  mən  əqidəmdən  əl  çəkərəm?!  Mən  anlamırdım  onları,  amma 
aldadırdım  –  layiq    idilər.  Və  özləri  başladılar  (təbiidir  ki,  görüşsüz-
filansız),  rektorluğa  təsir  etməyə  (siz  özünüz  bilirsiniz  ki,    o  dövrdə 
rektorluq  DTK-nın  köləsiydi,  elə  indi  də  elədi)  və  məni  təzədən  işə 
qəbul  elədilər.  1982-ci  ilə  qədər    mən  rəsmi  tənqidçi,  müəllim,  elmi 
işçi kimi, rəsmiləşmiş bir ziyalı kimi təsdiq olundum. Evləndim, necə 
deyərlər, həm də normal bir sovet ziyalısı oldum  bunların gözündə. 
60-cı ilin mahiyyəti bundan ibarətdir ki, çıxa bildim mən vəziyyət-
dən  və  dərslərimi  yenə  də  əvvəlki  üsulda  davam    etdirdim,  70-ci  ili 
60-cı ildə hazırladım. 
Soylu  Atalı:  Nəhayət,  79-cu  ildə  “Ocaq”  tam  qalandı  və  işığını 
ətrafa salmağa başladı. Ocaq işığının  gurlaması ilə təqiblər, təzyiqlər 
də  çoxalmağa  başladı.  Bu  məqam  yəqin  ki,  əsl  mənada  Atanın 
tənhalığı  məqamıydı? 
Asif Ata: Burda bəzi məqamları təkrar eləmək olar – məqam kimi, 
şərhsiz. 76-cı ildə Azərbaycan Dövlət  Universitetinin estetika kafed-
rasının  nəzdində  güc-bəlayla  (o  dövrdə  A.Aslanov  idi  –  hədsiz 
dərəcədə  qorxaq  və  onların  agenti),  aldada-aldada  “Estetik  və  Etik 
Tərbiyə  Klubu”  yarandı,  mən  də  oldum  o  klubun  sədri.  Əvvəl  göz  
yumdular,  elə  bir  şey  yoxdu  və  klubda  artıq  açıq  şəkildə  ideyalar 
yarandı: marksizm cəfəngiyyatdır, kommunizm sürü üçündür, millət-
lərin bir-birinə qovuşması ölümdür. – Nə olar olar. Bu, cəsarət effekti-
ni  artırırdı  və  kluba    hər  yerdən  –  bütün  institutlardan  gəlirdilər. 
Birinci  hadisə  bu  idi  və  burada  qeyd  eləmək  lazımdır  ki,  zahirən  bu  
fikirlər musiqi altında deyilirdi, Əbülfət Əliyev  gəlib orda oxuyurdu. 
Sonra  deyirdi  ki,  ay  Asif  müəllim,  neyləyirsən,  sən  bizi  də  işə 
salacaqsan. Bildim ki, onlar bir-birinə oxşayırlar – Azərbaycan ziyalı-
ları.  Qaboyda  Kamil  gəlib  çalırdı.  Zahirən  doğrudan  da  estetik  klub-
dur,  bədiiyyat  var.  Amma  içərisi  başdan-ayağa  döyüş  idi.    Sonradan 
nə  deyildisə,  hamısını  biz  orda  demişdik.  İntəhası,  şöhrəti  biz 
sevmirik.  Xüsusi  heç  qeyd  eləmirik    də.  O  dövrü  sizlərdən  yəqin  ki, 
kimsə  yazacaqsınız.  Lakin  77-ci  ildən  başladılar  klubu  yavaş-yavaş 
bağlamağa.    Əvvəl  lampaları  söndürdülər,  guya  ki,  elektrik  enerjisi 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə