Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə9/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   ...   5   6   7   8   9   10   11   12   ...   74

 
31 
tiq o idi ki, neçə min səhifələr fikirdən artıq bir şey olmurdu. Bir fakt 
da olmurdu, demək olar ki bir informasiya da olmurdu. Məni dəhşətə 
gətirirdi.  İnsan  beyni  burada  doğrudan  da  qurubdu.  Bu,  Beynin 
quruculuğuydu, bənnalığı idi  –  böyük mənada  –  ruhani bənnalığı. 
Məni  heyrətə  gətirirdi.  İşin  özünün  memarlığıydı.  İndi  də  mən  belə 
hesab edirəm ki, Hegel ən böyük fikir memarı idi. Amma onun tikdiyi 
binada həqiqətdən əsər-əlamət yox idi.  
Həmçinin də ədəbiyyat. Burda Tolstoy haqqında deyilənlər dəhşət 
idi.  Burda  Tolstoyun  özünün  əsərləri  –  Nataşası,  Andreyin  göyə 
baxması.  Birdən  ona  elə  gəldi  ki,  bütün  onun  ölümü  heçdi.  Onun  o 
şöhrətpərəstliyi bax bu göyün yerişinin yaında, gedişinin yanında çox 
balacaymış.  Nə  yaxşı  ki,  o,  Göyə  baxdı  ölüm  ayağında.  Yaxud 
sevgiləri.  Bir-birini  sevmək  istəyən  adamlar,  bir-birini  nəinki  sevə 
bilirlər,  bir-birinə  dəlicəsinə  doğma  olurlar.  Hərçəndi  yadlıq  üçün 
gələnlər,  Anna  Karenina  və  dəhşətli  dərəcədə  dövlətçiliyin  tənqidi, 
ifşası,  yalançı  böyüklərin  ifşası,  Napoleonun  karikatura  kimi  veril-
məsi. Bunlar dəhşət idi. Bunlar məni tamam ayırırdı bəsitlikdən; eyni 
zamanda, onu da deyim ki, həm də tələbələrdən, həm də azərbaycanlı 
tələbələrdən. Bunların hər birinin özünəməxsus yaxşı cəhətləri var idi. 
Amma  hamısı  rahat  idilər,  hamısı.  Ən  böyük  arzuları  da o  idi  ki,  bu 
dünyada nəsə qazansınlar. Dünya adamı idilər, elə dünya adamı olaraq 
da qaldılar. Buna görə böyük iş görə bilmədilər. Kitabxanada isə idrak 
aləmi  vardı.  Birdən  məndə  dəhşətli  dərəcədə  dəli  bir  sərsəri  duyğu 
yarandı: Bu kitabların hamısını adam bir günün içində oxuya biləydi.  
Bu,  tamam  mənm  suallarıma  cavabla  idrak  işi  idi  ki,  bu  da  məndə 
anadangəlmə var idi. İdrak işi: bilmək, öyrənmək, öyrəndikcə öyrən-
mək, doymamaq – öyrənməkdən. Bu ikisini birləşdirən narahat suallar 
aləmi,  həm    də  idrak  işi,  oxumaq  işi  ki,  məndə  çox  güclü  idi,  ordan 
qalıb hamısı. Hər şeyi sona qədər oxumaq, axıra qədər  bilmək. 
Bir vergülcə – şübhə varsa ötmək, tam həqiqətə çatmaq. Ona görə 
İnstituta  getməyim  azaldı  əvvəlki  kimi.  Demək  olar  ki,  aynan,  ilnən 
getmədim. Və təbiətimdə olan bir cəhəti təsdiq etmək. Orda aşkarlandı  
–    nə  olar  olar.  Çıxardarlar  –  çıxardarlar.  O  təhlükəni  sevmək  hələ 
onda  ilk  addım  kimi,  ilk  rüşeym  kimi  təsdiqləndi.  Və  günlərin  bir 
günü  məni  çağırdılar  və  dedilər  ki,  sən  min  saata  qədər  dərs  burax-


 
32 
mısan,  ona  görə  səni  biz saxlayammarıq,  biz  səni çıxardacağıq.  Mən 
dedim  ki,  mənim  dərsə  gəlməyim  onunçündü  ki,  imtahandan  yaxşı 
qiymət alım, elə deyilmi?! Sizə mən söz verirəm, mən əlaçı olacam.  
Bu,  mənim  üçün  necə  ağırdı,  o  cür  cəfəngiyyatı  öyrənmək!  Buna 
baxmayaraq, həmin o iradə mütləqiliyi ki, onu siz görürsünüz Atada  –  
o da elə həmin dövrdə aşkarlandı. Təbiidir ki, bunlar hamısı var idi ki, 
aşkarlandı. Amma bəzən görürsən ki, olur, ancaq aşkarlanmır. Və mən 
imtahana,  məsəlçün,  bir  ay  qalmış  gecə-gündüz  tamamilə  ədəbiyyat-
dan  uzaq  olan  ədəbiyyatşünasları,  fəlsəfədən  uzaq  fəlsəfəçiləri 
əzbərləyirdim – əlacsızlıqdan. Hafizəm də yaxşıydı. Və  mən əlaçı ol-
dum  –  əlacsızlıqdan.  Heç  zaman  diplomu  sevməmişəm,  heç  zaman 
qiyməti sevməmişəm. Ümumiyyətlə, zəmanəyə bənzəmək, cəmiyyətə 
bənzəmək  heç  zaman  məndə  olmuyubdu.  Şöhrətpərəstlik  –  balaca 
şöhrətpərəstlik  ki,  tanınanlardan  biri  olum,  mənim  üçün  çox  balaca 
görünürdü. Ölümsüz Ocaq qalamaq ideyası isə elə o vaxtda  başlamış-
dı. Beləliklə də mənim evim oldu – kitabxana. Demək, səhər saat 10-
da  ora  açılır,  orda  hər  şey  var.  Aşağıda  yeməkxana,  sonra  istirahət 
eləmək üçün yerlər də vardı. Mən heç onlardan istifadə eləmirdim. Və 
bütün  günü axşam saat 10-a qədər mən orada dəhşətli dərəcədə ruhani 
yaşayırdım. Üç hissəyə bölmüşdüm özüm öz  vaxtımı. Birinci hissədə 
fəlsəfəylə  məşğul olurdum  – ən çox sevdiyim o idi. İkincidə ədəbiy-
yatşünaslıqla,    üçüncüdə  tarixlə.  Gözəl  bir  məqam  yaranırdı.  Musiqi 
tarixi, musiqi tarixindən rəssamlıq tarixinə,  heykəltəraşlıq tarixinə və 
tarixin özünə. Tamamilə universal bir şey alınırdı. 
Özü  də  tamamilə  təbii  –  öz-özünə.  Suallarım  da  qalırdı.  Sualları-
mın  biri  də  o  idi  ki,  Azərbaycan  nədir?  İlk  baxışda  Azərbaycan  heç 
yox idi, heç yerdə. Nə mənim oxuduğum institutda vardı o, nə burda –  
kitabların  heç    birində.  Kitabların  içində  Azərbaycana  dair  heç  bir 
tarixi əsər, nə bilim nə, yox idi. Ümumən onu bilirdim ki,  Azərbaycan 
elə  bil  heç  yox  imiş.  Nə  də  mənimlə  oxuyan  azərbaycanlılarda  azər-
baycanlılıq  qanı  vardı.  Kimin  bir    yazısı  çıxırdı,  o  saat  içirdilər,  bir-
birinin sağlığına badə qaldırırdılar. Təbiidir ki, mən iştirak  eləmirdim. 
O  avamlar  elə  bilirdilər  ki,  mən  onlara  paxıllıq  eləyirdim.  Paxıllıq 
məsələsiynən  bağlı  bir  də  onu    deyim  ki,  qəribə  bir  hal  olubdu  –  
mənim həyatımda, elə cavan – 15-16 yaşında olanda. Mənim bir əmim 


 
33 
vardı    fəlsəfəçi.  Yaxşı  ev-eşiyi  vardı.  Onun  evinə  gəlirdilər,  məclis 
qururdular.  APİ-nin  müəllimləri,  saatlarla  yeyirdilər,  içirdilər, 
danışırdılar.  Partiyanın  sağlığına  içirdilər.  Mən  də  gəlirdim,  məni 
gülmək  tuturdu,  iyrənirdim.  Onun  da  əllidən  çox  yaşı  vardı.  O,  öz 
balaca  ağlınnan  elə  bilirdi  ki,  mən  ona  paxıllıq  eləyirəm.  Mən 
uşaqlıqdan özümü əla dərk eləmişəm, məndə o duyğu yoxdu. Nəyinə 
mən  paxıllıq  eləyim,  hansı  gözəl  yazına?  Orda  da  həmçinin.  Mən 
bunlarnan bir yerdə olmurdum. Mənim məqsədim oydu ki, mən dünya 
mədəniyyətini tam  özümləşdirim. Təbiidi ki, o dövrdə özümləşdirmə 
sözü yox idi, amma mənası var idi. 
Bunlar  da  elə  bilirdi  mən  paxıllıq  eləyirdim.  Bunlarla  çox  az 
görüşürdüm.  Çox  qəribədir  ki,  bilə-bilə  ki,  mən  onlara  paxıllıq 
eləyirəm, amma hər şeyə göz yumurdular, imtahan vaxtı yanımdan əl 
çəkmirdilər. Çünki heç nə bilmirdilər. Bilənlər də başları küçə qızla-
rına  və  içkiyə  qarışmışdı,  çox  az  oxuyurdular.  Bir  də  pulları  
qurtarırdı, gəlib məndən pul istəyirdilər. Mənim pulum qalırdı, çünki 
mən  içkiyə-zada  pul  xərcləmirdim.  Və    tamamilə  yaddan  çıxırdı  ki, 
mən bunlara paxıllıq eləyirəm.  O dövrdə  mən  hiss elədim,  bu cür  
ikiliyi  –  balacalarda.  Bu,  yəqin  ki,  bir  bəladı  azərbaycanlılarda.  Kim 
onları  bəyənmir,  o,  mütləq  paxıldı.  Mən  bunları  tənqid  eləyirəm, 
deməli, paxılam. Çox asan bir idraksız məntiq idi onlarda. İndi yəqin 
sonralar başa düşdülər, amma ümumən bütün dərdlər üçün bir dərman 
bilirdilər: salam vermirsən, deməli, paxılsan. Heç kimin ağlına gəlmir 
ki, dünyanın mənası nədi? Məgər onun ağlına gəlirdi ki, dünya nədi? 
Onun  ağlına  gəlməyən  sual,  demək,  mənim  də  ağlıma  gəlməməlidi. 
Belə  bir  bəsit  məntiq.  Və  mən  ancaq  orda  Nəsimiylə  bağlı  oxudum. 
Nəsimi  haqqında  orda  vardı.  Mən  Hegellə  bərabər,  Füzulini  də 
başladım oxumağa. Qəribə də olsa, Hegeli öyrəndikcə, Füzuli gözüm-
də qalxırdı. Mən bir dəfə bunu demişəm də. Mənim fərqim onda oldu 
ki,  mən  dünyalaşdıqca  Azərbaycanlaşdım,  azalmadım,  ayrılmadım 
azərbaycanlığımdan.  Hegelləşdikcə  Füzuliləşdim.  Kontlaşdıqca  – 
məsəlçün, Nizamiləşdim. C.Brunolarını – onların fəlakətlərini  öyrən-
dikcə  Nəsimiləşdim.  Başa  düşdüm  ki,  Azərbaycan  çox  böyük  bir 
aləmdir.  Hələ  o  vaxt.  Deməli,  bir  tərəfdən    “Dünya  nədi?”  sualı,  bir 
tərəfdən    “Azərbaycan  nədi?”  sualı.  Bunlar  bir-birinə  elə  qarışdı  bir 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə