Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə10/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   ...   6   7   8   9   10   11   12   13   ...   74

 
34 
oldu.  Və    beləliklə  də  mənim  öz  vətənpərvərliyim  yarandı  ki,  onun 
indiki vətənpərvərlərə dəxli yoxdu. Azərbaycan Dünya  səviyyəsində 
böyükdü.  Azərbaycan  Füzuli  veribsə,  Nəsimi  veribsə,  bu,  böyükdü. 
Və bugünlə bağlı döyül. Bu, ümumi  bir böyüklükdü, həmişəlikdi. Bu 
fikir  də  mənim  daxilimdə  yarandı.  Həmin  dövrdə  dördüncü  bir  əməl 
də  yarandı  –  dini  öyrənmək.  Deməli,  ədəbiyyat,  fəlsəfə,  tarix  öyrə-
nildi, ümumiyyətlə, humanitar fənlər nə vardısa.  Ensiklopediyadan da 
istifadə  eləyirdim,  həm  də  din.  Burda  yenə  mənim  bir  sualım  ortaya 
çıxdı: – niyə bəşər heyvandan uzaq gedə bilmədi, əgər peyğəmbərlik 
olubsa?  Axı  peyğəmbərliyin  guya  ki,  məqsədi  insanı  heyvanlıqdan  
ayırmaqdı.  Moskva  çox  murdar  bir  heyvanxanaydı  (hər  yerdə  – 
metroda,  bağda,  parkda  cinsiyyət),  başdan-ayağa  onun    göyü  də 
cinsiyyət idi, yeri də, nəfəsi də. Və mənim azərbaycanlı dostlarım da o 
körpülərin altında, üstündə. Burda da yaxşı bir tənhalıq. Mən başladım 
peyğəmbərlər haqqında çıxan əsərləri  öyrənməyə. Sonra da mən bunu 
Bakıda  davam  etdirdim. Sonra  dinlərin  tarixini  öyrənməyə  başladım. 
Və bir neçə  dəftər də konspekt alındı. Burda da yenə yaxşı adamlar 
gördüm,  burda  da  məsələn,  İsanın  çarmıxını  gördüm.  Amma  burda 
dəhşətli  bir  hökmdarlıq  da  gördüm,  Peyğəmbərin  hökmdarlaşması, 
əyyaşlaşması, hərəmxanalar,  siğələr, eybəcərliklər və yalan  – cənnət, 
cəhənnəm,  o  dünya,  qismətçilik.  Və  bütün  bunların  hamısı,  həm 
ədəbiyyat,  həm fəlsəfə, tarix, incəsənət, həm dinin öyrənilməsi gətirib 
məni  belə  bir  fikrə  çıxardı  ki,  bəşər  hələ  indiyə    qədər  qaralama 
əməliylə  məşğul  olub:  ağ  əməllər,  tam  əməllər,  bütöv  əməllər  hələ 
qabaqdadır.  Və  bu  vaxt  mənim    ürəyimdə,  ağlımda  çox  təbii  şəkildə 
belə bir fikir yarandı ki, təzə fəlsəfə lazımdı, təzə İnam lazımdı və bu  
işi  azərbaycanlı  görməlidi,  bunu  Azərbaycanda  başlamaq  lazımdı. 
Ocaq  lazımdı,  Ocaq  sözü  yox  idi  o  zaman.  Ruhani    İntibah  lazımdı, 
təzə Peyğəmbərlik lazımdı, ömrü buna həsr eləmək lazımdı. 
  
 
 
 


 
35 
ATALIQ  XĠLQƏTĠ 
 
(IV FƏSĠL) 
 
Soylu Atalı: Ali Səcdə,   Müqəddəsim! 
Asif Ata: Səcdən Ucadı,  Oğlum! 
Soylu Atalı: 60-cı illər Asif Ata ömrünün, qapalı şəkildə olsa belə, 
Ocaq yaradıcılığı idi. Ocaq İdeya  biçimində yaranmağa başlayanda 
ilk olaraq ictimai qurum adlanan cəfəngiyyatı qorxutdu və Ataya qarşı 
hiddət  yaratdı. Ata o məqamları necə xatırlayır? 
Asif  Ata:  60-cı  illər,  daha  dəqiq  desək,  60-cı  ilin  özündə  Asif 
Atanın tənqidçilik vasitəsilə yaydığı ideyalar  DTK-nın nəzərini cəlb 
elədi (yumşaq şəkildə desək). O dövrdə hələ Ocaq özü bir biçim kimi 
yox idi, amma Asif  Əfəndiyev adlı çox populyar bir müəllim var idi  
–  Rus  Dillər  İnstitutunda  Qərb  ədəbiyyatı  müəllimi.  O,    dərslərini 
orijinal aparırdı. Ona görə də dərslərinə başqa yerlərdən də gəlirdilər, 
hətta rayonlardan  gəlirdilər. Qərb ədəbiyyatının özü çox maraqlı bir 
fəndi,  orda  böyük  şəxsiyyətlər  var:  Bayron  var,  Şekspir  var.  Onlar 
mənə  çox  lazım  idilər  ki,  özümün  artıq  içimdə  qımıldayan  ideyaları 
onların  vasitəsilə  –  dahilərin  vasitəsiylə,  ədəbiyyatın  vasitəsiylə  –  
deyəm. Alınırdı. Şekspirdən  biz İnam fəlsəfəsi üçün istifadə eləyirdik. 
Bayrondan  istifadə  eləyirdik,  Heminqueydən  istifadə  eləyirdik.  
Proqram-filan  hamısı  rədd  olmuşdu.  Proqramsız  dərs  deyirdi  Ata. 
Vəhy  gəlirdi,  Vəhy  həmişə  Atanın  qolundan    tuturdu.  Bir  saat  necə 
gəlib keçirdi, heç kəs bilmirdi. Amma narahatlıq başlamışdı ki, bu nə 
deyir,  nə    danışır.  Necə  yəni  sosializm  heçdi,  nəyinə  lazımdı  bu? 
Bayronun bəs buna nə dəxli var?! Amma hələ ki, DTK-ya  gəlib çat-
mamışdı  o  hadisələr  tam.  Hər  halda,  institut  miqyasında,  direktorluq 
miqyasında, partkomluq miqyasında  bu  narahatlıq gündən-günə  artır-
dı,  hiss  olunurdu  –  salamın  soyuq  verilməsində,  “pıçı-pıçılarda”, 
kafedrada  hücumlarda,  hələlik  bir  siyasi  təzyiq  yox  idi.  Ancaq  mən 
1959-cu  ildə  “Literaturnıy  Azərbaycan”  jurnalında  “Tənqid  və 
Zəmanə”  məqaləsini  yazandan  sonra  vəziyyət  çox  gərginləşdi.  Və 
mən  burda  sentimentallığa  qapılmaq  istəmirəm  ki,  mən  cavan  idim.  
Adiləşdirmək istəmirəm söhbəti. 


 
36 
“Tənqid və Zəmanə” məqaləsində söhbət zahirən tənqiddən gedirdi  
–  Məmməd  Arifdən,  Məmməd  Cəfərdən,  Hüseyn  Mehdidən.  O 
dövrün “böyük tənqidçilərindən” gedirdi söhbət. Zahirən söhbət ondan 
gedirdi ki, Azərbaycanda tənqid yoxdu, burda beşinci sinfin təhlili var  
–    bu  əsər  filan  şeyə  əsasən  yazılıb,  filan  il  yazılıb  və  s.  Və  bunun 
səbəbi o idi ki, cəmiyyət özü imkan verirdi ki, belə adamlar akademik 
olsun.  O  dövr  üçün  bu,  sensasiya  idi.  Təzə  tənqid  lazım  idi,  fəlsəfi 
tənqid lazım idi, fikir lazım idi, çətin işdi. Məqsədim isə tənqid məsə-
ləsi  deyildi.  Məqsədim  artıq  başlamaq  idi.  Antikommunist,  anti-
marksist,  pantürkist,  klerikalist  –  hansı  adlar  qalmadı  ki,  mənə  veril-
məsin!  Mən  o  adlarla  fəxr  edirəm.  Amma  onlar  bunu  dəhşət  hesab 
edirdilər. Əvvəl bu məqaləni azərbaycanca yazmışdım. “Azərbaycan” 
jurnalında bunu çap eləmədilər, necə yəni M.Arif heçdi?! Deyirdilər, a 
balam, M.Arifin  əsərlərini oxu da. O qədər bunlara təsir eləmişdi bu 
yazı  (o  qədər  də  həcmi  böyük  deyildi),  xüsusi  plenum    çağırdılar 
1960-cı  ildə.  Ondan  sonra  birinci  dəfə  mən  gəldim  dərsə,  heç  kəs 
mənə  qulaq  asmırdı,  narahatlıq    vardı.  Biri  utana-utana  dedi  ki,  Asif 
müəllim, bəs sizin adınızdan məqalə çıxıb, sizi revizionist  adlandırır-
lar.  Bu  nədi:  nə  biabırçılıqdı,  biz  protest  eləyəcəyik  və  s.  Mən  də 
dedim  ki,  uşaqlar,  bu məqaləni   sizə  oxuyacam.  Arqumentləri  nəydi, 
bizim  böyük,  ağsaqqal  tənqidçilərimizə  qarşı  hücum  eləyir,  bu  pis 
tendensiyadı,    özü  də  marksizmi  reviziya  eləyir.  Bütün  Azərbaycan 
ədəbi  ictimaiyyəti  etirazını  bildirir  və  belə  hesab  eləyir  ki,    bu  yazı 
pislənməlidir.  Ondan  sonra  plenum  o  məqaləyə  həsr  olunub  (Məni 
plenuma  çağırmamışdılar  –  “mən  günahkaram”).  Necə  qorxurdular 
Ali tənqiddən! Çünki görməmişdilər. Bu, hələ əvvəli. O qədər Atanın 
həyatında  gərgin  anlar  olub  ki,  bununla  qurtarsaydı,  heç  bu  söhbəti 
açmazdım. 
Hadisə  təxminən  yanvar  ayında  idi,  yanvarda  həm  də  tətil  olur. 
Mən  getdim  Ağstafaya.  Bakıda  mənim  bir  əmim  vardı,  Həmid 
Əfəndiyev  –  marksist  fəlsəfəçi  –  əzbərçi.  Onun  da  hörməti  çox  idi, 
çünki  elmlər namizədi idi (guya çox böyük bir iş  imiş alim olmaq). 
Zəng eləyir atama ki, Asif gəlsin, onu axtarırlar  (atama baxıram, sifəti 
dəyişib,  yerə-göyə  sığmayan  narahatlıq  vardı).  “Niyə  axtarırlar,  necə 
axtarırlar?”  Telefon    söhbəti  deyil,  tez  gəlsin.  Bunun  mənə  heç  bir 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə