Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə13/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   ...   9   10   11   12   13   14   15   16   ...   74

 
43 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
ÖMRÜM – 
GÜNÜM 
 
ÖMRÜM – GÜNÜM 
 
 
 
 
 
 
 
 


 
44 
 
 
 
GÜNƏġLĠ GÜNLƏRĠM 
 
Dağların  başından  boylanır,  çayların  sularında  oynayır,  düzlərə 
səpələnir, sifətlərə qonur Günəş. 
Günəş rəngində görünür Dünya! 
Günəş rənginə boyanır Günlərim! 
Ürəyimdə günəş mahnısı doğur. 
Günəş ahəngli günlərim yaranır! 
 
BAHARLI GÜNLƏRĠM 
 
Çaylar  daşır,  ağaclar  pöhrələnir,  çiçəklər  açır,  düzlər  yaşıla  bürü-
nür,  meşələr  yarpaqlanır, səma ulduzlanır, aylanır. Ömrə  bahar  gəlir. 
Günlər bahar fərəhinə qərq olur. 
 
YOLLU GÜNLƏRĠM 
 
Görəsən  qayaların  boynuna  dolanan,  kəndi  kəndə,  şəhəri  şəhərə 
calayan yolların sonu varmı? 
Yoxsa, o məni hara çağırır? 
Sonsuzluğa! 
Qəlbimdə Sonsuzluq ehtirası aşıb-daşır, yollara qarışır! 
 
ÇAYLI GÜNLƏRĠM 
 
Çay danışır, eşidirsənmi? 
Sahillərə hekayət nəql edir. 
Gecənin qoynunda səslənən etirafı anlayırsanmı? 
Həyəcanlı nəşə vücudunu sarsıdırmı? 
Ürəyin oyaqdımı? 
 
SƏMALI GÜNLƏRĠM 


 
45 
 
Səmada nə var ki, məni belə cəlb edir, cəzb edir? 
Səmada Yüksəklik var. 
Qəlb Yüksəkliyə müştaqdır! 
Gecədə nə var ki, məni belə cəlb edir, cəzb edir? 
Gecədə Sirr var. 
Qəlb Sirrə müştaqdır! 
Ulduzda nə var ki, məni belə cəlb edir, cəzb edir? 
Ulduzda Məchulluq var. 
Qəlb Məchulluğa müştaqdır. 
Ayda nə var ki, məni belə cəlb edir, cəzb edir? 
Ayda Şəfqətli Bakirəlik var. 
Qəlb Bakirəliyə müştaqdır. 
 
DAĞLI GÜNLƏRĠM 
 
Gözlərimin qabağında dayanan, məndən uca, mənə doğma! 
Sakit, məğrur, qorxmaz! 
Şimşək nərildəyir – gözünü qırpmır. 
Tufan qopur – gözünü qırpmır. 
Başına qar qonur – dinmir. 
Ayağının  altında  dərələr  fəryad  qoparır  –  dinmir,  nəsillər  gəlib-
gedir – dinmir. 
Mənəviyyatıma hakimdir. Sükutuyla, Vüqarıyla, Qorxmazlığıyla! 
 
SƏHƏRLĠ GÜNLƏRĠM 
 
Dan yerinin qızarması – ürəyimi titrədir. 
İlk səs, ilk səda, ilk xışıltı – ürəyimi titrədir. 
Günəşin aynamıza qonması – ürəyimi titrədir. 
Körpənin yuxudan oyanması – ürəyimi titrədir. 
Evlərdən bir-bir, iki-iki başı papaqlının çıxması – ürəyimi titrədir. 
Quzuların mələşməsi – ürəyimi titrədir. 
Anaların balalardan qabaq oyanması – ürəyimi titrədir. 
Xoruzun ilk banı – ürəyimi titrədir. 


 
46 
Otağıma daxil olan ilk bahar mehi – ürəyimi titrədir. 
Kəndimizin səhər qəribliyi – ürəyimi titrədir. 
 


 
47 
YAĞIġLI GÜNLƏRĠM 
 
Düzlərin, meşələrin, yolların üstünə şığıyan, arxlara dönüb çaylara 
axan,  təbiəti  bəsləyən,  əzizləyən,  bəzəyən,  Göylə  Yeri  birləşdirən 
yağış – heyranınam! 
Səni dinləyirəm, duyuram, anlayıram. 
Qohumumsan! 
 
MEġƏLĠ GÜNLƏRĠM 
 
İtirdim  ağaclarında,  səsində,  nizamında,  boyunda,  buxununda, 
qüssəndə! 
Tapılırdım mənanda! 
 
KƏNDLĠ GÜNLƏRĠM 
 
Bir ovuc torpaq. İki dağ arasında. Arxası meşə. Ortasında çay axır. 
Həsrəti ürək oynadır. 
Bir sıra dam. DÜNYA BOYDA DOĞMALIQ. 
 
 
ÇIRAQLI GÜNLƏRĠM 
 
Axşamlar evlərdə çıraq yandırardılar. 
Çırağın işığı həyalıydı, zərifdi, təbəssümə bənzəyirdi. 
Çıraq yananda – evlərdə ülfət yanırdı. 
 
 
BAĞÇALI GÜNLƏRĠM 
 
Alma ağacı dostum idi! 
Gilas ağacı dostum idi! 
Armud ağacı dostum idi! 
Bağçam üçün darıxardım! 
Bağçamla görüşəndə sevincim yerə-göyə sığmazdı. 
Ağac deyildi bağçam – insandı! 


 
48 
YAYLAQLI GÜNLƏRĠM 
 
Düzlə, dərəylə, meşəylə, gecəylə, ayla, ulduzla bir yerdə yaşamaq! 
Möcüzəli duyğular, möcüzəli səslər, möcüzəli rənglər! 
Ülviləşən iqlim. 
Dəyədə oturub dünyanı qəlbində görmək! 
 
NƏNƏLĠ GÜNLƏRĠM 
 
Orta boylu, sarıyanız qadındı. 
Gündə beş dəfə namaz qılardı. 
Ağlamaqdan gözləri tutulmuşdu. 
Qızını itirmişdi – ağlamışdı. 
Ərini itirmişdi – ağlamışdı. 
Oğlunu itirmişdi – ağlamışdı. 
Çarqatının qırağında mənə şirniyyat gətirərdi. 
Əlləri qabar-qabar idi. 
Ağlayanda tək ağlayardı. 
Qapını bağlardı, heç kəsi evə buraxmazdı. 
110 il yaşadı. 
İnanırdı ki, əri və oğlu qayıdacaq. 
Qayıtmadılar. 
Babam yadımdadır.  
Qaranlıq  bir  gecədə  məni  çiynində  uzaq  bir  yerdən  kəndimizə 
gətirdi. 
Bağçamızda işləyərdi, yorulanda əlləriylə alnının tərini silərdi. 
Axşamların  birində  evimizə  hərbi  qiyafəli  bir  adam  daxil  oldu, 
çayımızı içdi və babamı apardı... 
Nənəmi çox istəyərdi. 
Qoca vaxtlarında da bir yerdə yatardılar. 
Həyatımda nənəm kimi dözümlü adama rast gəlmədim.  
Doğruçu adama rast gəlmədim.  
Mehriban adama rast gəlmədim.  
Çalışqan adama rast gəlmədim.  
Ağsaqqal adama rast gəlmədim.  


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə