Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə15/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   ...   11   12   13   14   15   16   17   18   ...   74

 
54 
ġəhər bağı 
 
Uca çinarlar. Qaynaşan insanlar. Gəzintilər. Qəhqəhələr. Pıçıltılar. 
Sevdalar. Geyimlər, gecimlər. Şəkillər. Salamlar. Alqışlar. 
Qarmon səsi... 
İşıqlar. Gecənin qoynunda gündüz. 
Rəqs meydançası. 
İnsan baharı. 
Yeni cəzb. Yeni çağırış. 
 
Darvazalı məhlə 
 
Ailənin  özünəməxsusluğu,  sirri,  möcüzəsi,  xatirələri,  ənənəsi, 
həmdəmliyi, həyanlığı. 
 
Balaca kənd 
 
Ümumidə itməmək. Şəhərdə öz yerini tapmaq. 
Münasibət ciddiyyəti. Taleyə çevrilən ünvan. 
 
Küçə 
 
Həm ünsiyyət məkanı, həm də qəbahət meydanı. 
Qonşuluq, həm də düşmənçilik. 
Həmdəmlik, həm də yırtıcılıq. 
Həm salam mehri, həm bıçaq zəhmi. 
Həm söhbətxana, həm də qumarxana. 
Həm şəhərə aparan, həm dustaqxanaya salan yol. 
Cazibədar, təhlükəli, məkrli! 
 
Tramvay 
 
Həm sürət, məsafə, həm də oyun, sirk, qoçaqlıq. 
Şəhər əfsanəsi. 
 


 
55 
Körpüylə təklikdə 
 
Körpüdən şəhərə baxırsan... 
Ömrünün sabahı səndən uzaqlarda... 
Sən cavan, körpü qoca. 
Hər şey qabaqda. 
Arzularına qapılırsan! 
 
Ata 
 
Gülüşünü görməzdim. 
Gülüşünü sındırdılar. 
Atasını apardılar. 
Bacısını apardılar. 
Əmisi oğlunu apardılar. 
Ömrünün yönünü dəyişdilər. 
Bacısı oğlunu stolun üst baĢında oturtdurardı. 
Özü üçün yaşamırdı. 
Bizim üçün yaşayırdı. 
Kimini oxudurdu, kimini böyüdürdü, kimini evləndirirdi. 
Evinin qapısını açmışdı insanların üzünə. 
Öyünməzdi. 
Özü haqqında danışmazdı. 
Özünü görməzdi. 
Müharibə başlanan günü pəncərəmizi örtdü. 
Sonra əsgər paltarı geydi. Qatara minib getdi. 
Müharibədən qayıtdı və yenə də özünü unutdu. 
Əmisi oğlunu düşündü. 
Bacısını düşündü. 
Əmisi nəvələrini düşündü. 
Məni düşündü. 
Qardaşımı düşündü. 
Bilikliydi – bunu bildirmirdi. 
Qabiliyyətliydi – bunu bildirmirdi. 
Tələbələrinin sevimlisiydi – bunu bildirmirdi. 


 
56 
Qayğılıydı atam, – Qasım müəllim, – bunu bilirdik. 
Qayğıdan nəşələnirdi atam, – Qasım müəllim, – bunu bilirdik. 
Sevincini kəsdilər atamın. 
Qardaşsız qoydular atamı. 
Ata oldu başqalarına atam! 
Qardaş oldu başqalarına atam! 
Sevinc payladı başqalarına atam! 
Az şey aldı həyatdan, çox şey verdi həyata! 
Amansız oldu həyat atama qarşı. 
Atam həyatdan küsmədi! 
Gülüşünü qaytarmadılar atamın! 
Heç kəsin gülüşünə sahib olmadı atam! 
 
Ana 
 
Axşamlar  ehmallıca,  atamı,  qardaşımı  oyatmadan  məni  geyin-
dirərdi, kinoya aparardı. 
İohann Ştraus haqqında film göstərirdilər. 
“Vena meşəsinin valsı” yaranırdı ekranda. 
Araba  səsləri  quş  səslərinə  qovuşurdu,  məhəbbətli  məqamlar  göz 
önündən keçirdi. 
Meşə nağıl danışırdı. 
Mənim ən böyük nağılım isə yanımdakı anam idi, onun mehri idi. 
Axşamlar  ağ  rəngli  çarpayıma  yanaşardı,  danışardı,  gülərdi, 
bəxtiyarlığın zirvəsinə yüksələrdim. 
Yayda qaynı Xalidlə bağçaya qonardılar, cəh-cəh vurardılar. 
İlk  dəfə  Dilicanda  gördüm  anamı.  Uzaqdan  üstümə  yüyürdü, 
bağrına basdı, sevincimin həddi-hüdudu yox idi. 
Girdə sifət, alçaq boylu, qara qaş, qara göz cavan anaydı – anam! 
Xalid əminin toyunda yengə idi, gəlinin yanında gəlirdi. 
Elə bilirdim dünya mənimdi! 
Musiqiliydi, şeirliydi, nəğməliydi anam! 
Bayatılar, laylalar, şikəstələr vurğunuydu! 
Dava zamanı nənəm ağlayardı, anam oxuyardı. 
Ana kimi oxuyardı. 


 
57 
Biz böyüyərdik – anamın sifətində qırışlar artırdı. 
Biz böyüyürdük – anamın gülüşləri dəyişirdi. 
Biz böyüyürdük – anam boydan kiçilirdi. 
Xəstələnirdim – xəstələnirdi! 
Qüssələnirdim – qüssələnirdi! 
Ayağımıza tikan batırdı – ürəyi qanayırdı. 
Günah işlədirdim – günaha batırdı. 
Döyülürdük – döyülürdü. 
Söyülürdük – söyülürdü. 
Bizi özümüzdən yaxşı duyurdu. 
Günlərin birində başımı qaldırıb gördüm ki, anam qocalıb. 
Bilmədim günlər necə keçdi, illər necə ötdü! 
Cavan anam necə qocaldı! 
 
 
 
Məktəb 
 
Səma yox idi məktəbimizdə. 
Günəş yox idi məktəbimizdə.  
Çay yox idi məktəbimizdə.  
Kənd yox idi məktəbimizdə. 
Ürəyi riqqətə gətirmirdi məktəb. 
Xəyalı qanadlandırmırdı məktəb. 
Fizikadan danışırdılar – fizikanı söndürürdülər. 
Riyaziyyatdan danışırdılar – riyaziyyatı söndürürdülər. 
Ədəbiyyatdan danışırdılar – ədəbiyyatı söndürürdülər. 
Tarixdən danışırdılar – tarixi söndürürdülər. 
Ölü ciddilik vardı məktəbimizdə. 
Ölü bilik vardı məktəbimizdə. 
Ölü nizam vardı məktəbimizdə. 
Bayırda həyat vardı. İçəridə həyat ölmüşdü. 
Bayıra həsrət çəkilirdi. 
Bayırda dirilirdik. 
 


 
58 
PAYTAXTLI GÜNLƏRIM 
 
 
Ağcaqayınlar arasında 
 
Göyrüşümə bənzəyir. 
Çinarım tək uca. 
Meşələrim tək nizamlı; qışda qar ətəkli, yazda  yaşıl libaslı, yayda 
kölgəli, payızda qüssəli. 
Küləklə təmasda, mübahisədə, dalaşda. Səmaya can atan. 
Ağcaqayınlar arasındayam. Kəndimizə qayıtmışam. 
 
 
Dahilər arasında 
 
Ayıq vaxtı olmazdı. Çünki gələcəyin dahisiydi. 
Küçə qadınlarına mərhəmdi. Çünki gələcəyin dahisiydi. 
Restoranlarda hayqırardı. Çünki gələcəyin dahisiydi. 
Kitab oxumazdı. Çünki gələcəyin dahisiydi. 
Söyüşdən yorulmazdı. Çünki gələcəyin dahisiydi. 
Borcunu qaytarmazdı. Çünki gələcəyin dahisiydi. 
Müxtəlif  adamları  müxtəlif  vaxtlarda  sevərdi.  Çünki  gələcəyin 
dahisiydi. 
Cinsi  əlaqəni  insani  münasibətin  zirvəsi  sayırdı.  Çünki  gələcəyin 
dahisiydi. 
Qonorar dəlisiydi. Çünki gələcəyin dahisiydi. 
İmzasını hərarətlə öpürdü. Çünki gələcəyin dahisiydi. 
Çətin idi mənim üçün dahilərin arasında yaşamaq. 
İçkipərəst deyildim, küçə qadınlarıyla dostluq etmirdim, söyüş söy-
mürdüm,  borcumu  vaxtında  qaytarırdım,  əxlaqı  müqəddəs  sayırdım, 
restoranlarda gecələmirdim, şəhvət hərisi deyildim, kitabı sevirdim. 
Artıq idim dahilər arasında. 
Ġyrəndim “dahilər”dən. 
 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə