Asif ata (İnam ata)



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə3/74
tarix16.08.2018
ölçüsü1,63 Mb.
#63580
1   2   3   4   5   6   7   8   9   ...   74

 

Sonsuzun sonlu olan təzahürü var, Kamilin qeyri-kamil olan təzahürü 
var.  Bunlar  Dünyadakı  hadisələrdir.  Dünya  öz  hadisələriylə  daim 
təzələnir,  ancaq  Dünya  Dünya  olaraq  qalır.  Məna  yox  olmur,  –  yox 
olmayacaq. 
Dində  Vətən  və  millət  yoxdur.  Əgər  dünya  fanidirsə,  insan  o 
dünyaya  hazırlaşırsa,  bu  dünyada  özünə  sərhəd  yaratmağa,  dəyər 
yaratmağa həsr olunmağa nə hacət?! Hər kəs peyğəmbərin ümmətidir 
və  onlar  peyğəmbərin  çağırışı  ilə  axirətə  –  babalarının  gəldiyi  yerə 
qayıtmalıdırlar. Onsuz da qiyamət qopanda dünya dağılacaq. 
İnamda  Vətən  –  milləti  bəşər  səviyyəsinə  qaldıran  əbədi,  ölməz 
dəyərlərin  yaşadığı  ünvandır.  Əbədi,  ölməz  dəyərlərin  yaşadığı 
müqəddəs  ünvan  fani  ola  bilməz.  Nisbi,  keçici,  ötəri  müqəddəslik 
olmur.  Vətən  və  millət  bir-birinə  bağlı  ölməz  məsələlərdir.  Millətsiz 
bəşər yoxdur. Asif Ataya görə xalq, millət bir şeydir. “Xalq Ruhunda 
həmişə əbədi keyfiyyətlər saxlanılır. 
...  Xalq  cəmiyyət  qanunlarına  əməl  eləyir,  ancaq  öz  qanunları 
əsasında  yaşayır.  Bu  səbəbdən  də  qəsbkarların  yaratdıqları  eybəcər 
mühitdə  belə,  xalq  xalq  olaraq  qalırdı.  Çünki  xalq  insanların  sadəcə  
cəmi  deyil,  Birliyidir.  Bu  Birlik  Mənəviyyatın  dərinliyində  mövcud 
olur, bu dərinliyə isə cəmiyyət müdaxilə edə bilmir” (Yol. Ata Sözü). 
Buradan da Asif Atanın millətçilik məsələsi öz izahını tapmış olur. 
Çoxları  düşünürlər  ki,  Asif  Atada  millətçilik  var,  Peyğəmbərlik  isə 
ümumbəşər hadisəsidir. Ancaq unutmaq olmaz ki, Peyğəmbər xalqda 
yaranır. Peyğəmbərlik insani problemləri ilk öncə öz xalqında – yaşa-
dığı  mühitdə  aşkarlayır.  Ümumbəşəri  problemlər  isə  xalqlarda  möv-
cud olan insani problemlərin ümumiləşməsi və genişlənməsidir. Pey-
ğəmbər  konkret  bir  xalqın  nümayəndəsidir.  Öz  xalqına  yaramayan 
bəşərə də yaramaz. Öz xalqını sevdiyi üçün bəşəri də sevir. Xalqda ali
gözəl, müqəddəs nə varsa, o, elə bəşərilik deməkdir. İnsanilik – milli-
likdə  aşkarlanan  və  bəşəriliyə  doğru  inkişaf  edən  azadlıq  və 
humanizm yaradır.  
Vətənləşmədən  dünyalaşmaq  mənasızlıq  və  xülyəvilikdir.  “Bütün 
dünya  mənim  vətənimdir”  deyənlər  Vətəni  dərk  eləmirlər.  Vətənin 
özünü  dünyaya  çevirməyən  dünyanı  tanımaz  və  sevməz.  Vətənsizlər 


 
10 
ülviyyəti görmürlər. Öz millətini doğrultmaq bəşəriyyəti doğrultmaq-
dır, öz milləti vasitəsilə bəşəriliyə xidmət etməkdir. 
Hökmdarlar  öz  millətindən  bəşəriyyətə  ağa  düzəldirlər,  başqa 
sözlə,  öz  millətləri  vasitəsilə  dünyaya  ağalıq  edirlər.  Milləti  bəĢəriy-
yətə qarĢı qoyanda imperiya yaranır.  
Peyğəmbərlik  millətin  insani  keyfiyyətlərini  aĢkarladığı  üçün 
bəĢəridir. 
Asif Ata İnamının adı İnsanilikdir, yəni əslində bəşərilikdir. Azər-
baycan  İnamın  həm  mərkəzidir,  həm  də  bir  bölgəsidir.  İnsana  səcdə 
üzərində qurulan Mütləqə İnam dünyabaxışının carı “İnsanlaşın – İn-
sanlaşdırın!Bəşərin nicatı İnsanlaşmaqdadır” məzmunundan ibarətdir. 
Asif Atanın İnam İşinin istiqaməti, yuxarıda vurğuladığımız kimi, 
Ruhani  İntibahı  həyata  keçirən  insanlar  yetişdirməkdən  ibarət  idi. 
Mütləqə  İnam  Dünyabaxışının  yaşaması  və  yayılması  üçün  Ruhani 
Qurum yaranmalı və hərtərəfli biçimini tapmalı idi. Bu qurum “Ocaq” 
adı  daşıyırdı.  Asif  Ata  Ocağın  qaydalarını,  iş  prinsiplərini,  üslubunu 
başa  gətirməklə  əslində  yeni  sivilizasiya  tarixini  başlamış  oldu. 
Burada  insanlararası  münasibətlər  Ruhani  quruculuğun  ana  xətti  idi. 
İndiyə  qədərki  ruhaniyyat  tarixinin  qorxu  və  təlqin  ənənəsi  İnam 
Ruhaniyyatında inanmaq və dərk eləmək səviyyəsi ilə əvəz olunurdu. 
Bunun özəyində isə, ilk növbədə, Atanın Özünü yaratması dayanırdı. 
Onun Ömrü Evladları üçün həm də ruhani bir örnək idi. O, Evladlarını 
müqəddəs  tabeçiliyə  (səcdəyə)  çağırırdı,  bunsuz  İnamın  baş 
tutmasının mümkünsüzlüyünü anladırdı. Bununla belə, heç kimə “bəli, 
başüstə” halı aşılamırdı, qüsurlu Ataya tabe olun demirdi. Qüsurlu Ata 
olmur, Ata qüsursuzluq deməkdir. Özünü kamilləşdirməyən, Mütləqə 
tən  yaşamayan  şəxs  peyğəmbər  ola  bilməz.  Asif  Atanın  Ömrü 
əzablarla  yoğrulmuş,  sarsıntılar  odunda  təmizlənmiş,  müqəddəs 
fikirlər,  düşüncələr  selinə  qarışmış,  ali  mənəviyyatla  qurulmuş  bir 
Ömürdür. Bu səbəbdən də səcdəyə layiqdir.  
Ümumən  Ocaqda  özünəməxsus  münasibət  qanunları  qüvvədədir. 
Bunlar  Asif  Atanın  Ruhani  Hökmlərindən  və  yaratdığı  Özüylədöyüş 
xəttindən  qaynaqlanır.  Özüylədöyüş  Yenidəndoğulma  ideyasının 
gerçəkləşmə  üsuludur.  Özüylədöyüş  vasitəsiylə  cəmiyyətçilik  aradan 
qaldırılır,  əhvallarda,  münasibətlərdə  ülviyyət  bərqərar  olur.  Bununla 


 
11 
da  ideal  tələbi  ilə  yaşayan  Ruhani  mühit  formalaşır.  İnamın  tələbi 
özünü dərkdir. Özünü dərk prosesi həqiqətin yaşamasını və gerçəkləş-
məsini  şərtləndirir.  Bu  yöndən  Asif  Ata  hər  bir  Evladı  ilə  xüsusi 
məşğul  olub.  Aylarla,  illərlə  səbr  edib,  dözüm  göstərib  –  onların 
ağlına  işıq  salıb,  ürəyinə  qüvvət  verib.  “Vətən  necədir,  dünya  nə 
haldadır, insan kimdir” kimi suallara cavab tapmağı hər bir Evladının 
ömründə  yaradıcı  tələbə  çevirib.  Onlara  öyrədib  ki,  insani  yaşamaq 
mübarizədir,  xalqı  yaratmaq  özündənkeçmə  əməlidir.  Yalnız  Mütləq 
olan  İnsanidir.  İnsani  olmayan  Xəlqi  deyil.  Xəlqi  olmayan  əməl, 
əhval, münasibət xalqı yarada bilməz. 
Bura  qədər  Asif  Atanın  İnam,  Atalıq,  Ruhani  Qurum,  Mübarizə 
məsələlərindən qısaca bəhs elədik. İndi isə bir neçə kəlmə Müqəddəs 
Ġrs  haqqında  söz  deyək.  Mütləqə  İnam  dünyabaxışının  ideya  və 
prinsipləri  burada  hərtərəfli  ifadə  olunmuşdur.  Bu  İrsə,  əsasən  Asif 
Atanın  Müqəddəs  Kitab  və  Kəlamları  daxildir.  Bu  vaxta  qədər  Asif 
Atanın 10-a qədər kitabı Ocaq Evladları tərəfindən müxtəlif tirajlarla 
çap olunmuşdur.  
Ocaq  ilsırasının  29-ilindən  Asif  Atanın  Müqəddəs  İrsi  üzərində 
yeni  mərhələdə  iş  başlanmışdır  və  30-ilin  sonuna  doğru  bu  iş 
yekunlaşmışdır.  Ocağın  Evladları  tərəfindən  həyata  keçirilən  bu  iş 
ondan ibarətdir ki, Ata İrsi təsnifatlaşdırılmış, sistemləşdirilmiş və 10 
cilddə  tərtib  olunmuşdur.  Bu  cildlər  əski  və  əsl  türkcədə  “Kutsal 
Bitiqlər”  adlanır.  Nəşrin  ümumi  adı  “Kutsal  Onluq”,    yaxud  qısaca 
“Onluq” adlanır. Aşağıda onun cədvəl biçimini dərc edirik: 
 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   74




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə