Asiya regionu, Monqolustan, Mərkəzi Asiya, Cənubi Qafqaz regionu ölkələrinin Hokkaydo ilə özəl sektor sahəsində əməkdaşlığı ilə bağlı məlumatların toplanması və dəqiqləşdirilməsi məqsədi ilə



Yüklə 440,43 Kb.
Pdf görüntüsü
səhifə6/15
tarix29.01.2018
ölçüsü440,43 Kb.
#22856
1   2   3   4   5   6   7   8   9   ...   15

 

※1 



Cədvəl 4-1  Yerində həyata keçirilmiş araşdırmanın 1-ci məğzi 

Müddət 


10-14 dekabr 2015-ci il 

Ərazi 


Azərbaycan, Bakı şəhəri 

Araşdırmanın 

tərkibi 

İlkin hesabatın izah iclası, yerli məlumatların toplanması 

Səyahət edilən 

yerlər 


Dövlət orqanları, yerli müəssisələr və şirkətlər 

 

※2 



Cədvəl 4-2    Yerində həyata keçirilmiş araşdırmanın 2-ci məğzi 

Müddət 


28 Yanvar – 6 Fevral 2016-cı il 

Ərazi 


Azərbaycan, Bakı şəhəri, Şəki rayonu və ətraf rayonlar 

Araşdırmanın 

tərkibi 

İşlənilə  biləcək  sahənin  dəqiqləşdirilməsi,  Yaponiya  müəssisəsi  və  dövlət  orqanlarının  əlavə 

araşdırmaları 

Səyahət edilən 

yerlər 

Dövlət orqanları, yerli şirkət və müəssisələr, yerli qurumlar, QHT, təsərrüfatçılar   



 

 

 



 


 

10 


5  Araşdırmanın nəticələri 

 

(1) Azərbaycanın özünəməxsusluğu 



 

 



Coğrafi özünəməxsusluğu   

Hokkaydodan təxminən 1.1 dəfə böyük əraziyə malik olan Azərbaycan, Xəzər dənizi regionu, Böyük 

Cənubi Qafqaz dağları, Mərkəzi Aran hissədən ibarət olmaqla 3 hissəyə bölünür. Belə qəribə coğrafi şəraiti 

ilə dünyada olan 12 iqlimdən 9-u bu ölkə ərazisində yerləşir. Azərbaycan Xəzər dənizinin qərb hissəsində 

yerləşir, dağlıq sahələri çox, oralarda axan çaylar dənizə tökülür. Yalnız Qafqaz ölkələri (Gürcüstan və 

Ermənistan) ilə deyil, şimalda Rusiya, cənubda İranla sərhəd olduğundan Xəzər dənizi ticarət limanı 

vasitəsilə bu ölkələrə birləşdirəcək logistik potensiala malikdir. Cənub-qərbində Ermənistanla sərhəd olan 

Azərbaycan torpağı Naxçıvan Muxtar Respublikası vardır.   

 

 

Rəsim 5-1    Azərbaycanın coğrafi mövqeyi. Mənbə: Yaponiya XİN 



 

 



İqlim özünəməxsusluğu 

Yuxarıda qeyd etdiyimiz  kimi, Azərbaycan landşaft  müxtəlifliyinə  görə aşağıdakı şəkildə olduğu  kimi 

müxtəlif  iqlimlərə  sahibdir.  Amma  Hokkaydonun  sahib  olduğu  subarktik  zona  Azərbaycanda  yoxdur, 

ölkənin  dağlıq  hissələri  belə  temperatur,  yağış  və  qar  yağımının  miqdarına  baxdıqda,  iqlim  baxımından 

Hokkaydo ilə Azərbaycan arasında oxşarlıqlar azdır. Buna baxmayaraq, quru nəqliyyatını düşündüyümüzdə, 

dağlıq  regionların  nəqliyyatının  idaretməsi  vacib  olduğundan,  dağlıq  ərazilərdə  aşağı  temperaturlu 

şəraitlərdə yollara nəzarət, yanğından mühafizə sahələrində Hokkaydonun texnologiyasından istifadə etmək 

mümkündür.   

 



 

11 


 

 

http://www.grida.no/graphicslib/detail/climate-zones-of-the-caucasus-ecoregion_851d# 



Rəsim 5-2 Azərbaycanın iqlim xəritəsi 

 



 

Ərazi bölgüsü 

Hokkaydodan  1.1  dəfə  böyük  əraziyə  sahib  Azərbaycanda  59  rayon,  11  şəhər,  1  Muxtar  Respublika 

mövcuddur. Azərbaycanın ümumi əhalisi 9 milyon 500 min nəfərdir. Bunlardan 2 milyon 150 min nəfəri 

paytaxt  Bakıda  yaşayır.  Bakı  ona  yaxın  rayonlarla  birlikdə  ümumi  əhalisi  təxminən  4  milyondur

1



                                                   

1

  Doing business in Azerbaijan 2015 (Azpromo) 




 

12 


Hokkaydoda isə 178 şəhər, qəsəbə və rayon vardır. Ümumi əhalisi 5 milyon 400 mindir ki, bunun 1 milyon 

910 mini Sapporo şəhərində yaşayır. Şəhərlərə əhalinin cəmləşməsi baxımından Hokkaydo və Azərbaycan 

ümumi problemə malikdir.   

 

 



Rəsim 5-3 Azərbaycanın rayon və şəhərlərə bölünmə xəritəsi 

Mənbə: Azərbaycan Respublikası Mərkəzi Seçki Komitəsi 

 

(2) Azərbaycanın qısa icmalı   



 

 



ÜDM   

2010-cu ildən bu yana göz gəzdirdikdə görürük ki, Azərbaycanda ÜDM 2010-cu ildə 52.9 mlrd, 2014-cü 

ildə isə 75.2 mlrd Amerika dolları olmuşdur. Son illərin ÜDM-nın inkişaf səviyyəsinə baxdıqda illər üzrə 

təxminən 3% artır. 2015-ci ilin son məlumatlarına baxdıqda görürük ki, 63.8 mlrd olmuşdur ÜDM. 2014-cü 

illə müqayisədə 15%-dən çox azaldığı müşahidə edilir

2

. Bunun başlıca səbəbi kimi Azərbaycanın əsas ixrac 



məhsulu olan xam neftin qiymətinin dünya bazarında aşağı düşməsi göstərilir.   

 

                                                   



2

  World Bank, 2016 

10 milyard $ 



 

13 


 

Rəsim 5-4  Son illərin ÜDM inkişaf sürəti mlrd dollarla

 

 



 

Sənayə özünəməxsusluğu 

Azərbaycanda ÜDM müqayisəli şəkildə, 1-ci sənayedə 6.0%, 2-ci sənayedə 58.0%, 3-cü sənayedə 36.1% 

olmaqla,  1-ci  sənayenin  payı  aşağıdır.  2-ci  sənayenin  payının  çox  olması  onun  özünəməxsusluğunu 

göstərir

3

. Xüsusilə, 2-ci sənayedə, neft emalı, ağır kimya, tekstil, qida sənayesi inkişaf edir. 



Paytaxt Bakı ətrafı Xəzər dənizi hövzəsi dünya səviyyəli neft mədəni zonasıdır. Buradan külli miqdarda 

neft  və  təbii  qaz  çıxarılır.  Qərb  ölkələri  və  Amerikanın  investisiyaları  sayəsində  avadanlıqların 

müasirləşməsi və boru kəmərlərinin tikilməsi ilə neft istehsalı kifayət qədər çoxalaraq Azərbaycanın iqtisadi 

inkişafına böyük töhvələr verdi. Xam neftlə bağlı 2006-cı ildə açılmış Bakı-Tbilisi-Ceyhan (BTC) neft boru 

kəməri  vacib  daşınma  vasitəsinə  çevrilmişdir.  Bu  boru  kəməri  Bakıdan  başlamaqla  Gürcüstan  vasitəsilə 

Türkiyə  Cümhuriyyətinin  Ceyhan  şəhərinə  kimi  1768  km  məsafə  qət  edir  və  gündəlik  120  min  barel 

daşıma gücünə malikdir. BTC boru kəməri ilə bərabər tikilən SCP (Cənubi Qafqaz boru kəməri) (digər adı 

BTƏ(Bakı-Tbilisi-Ərzurum)) boru kəməri 692 km uzunluğa malikdir. İllik daşıma gücü 25 mlrd m

3

-dir. Bu 



boru kəməri vasitəsilə təbii qaz Türkiyəyə nəql edilir. Üstəlik, 2015-ci ildə SCP ilə Azərbaycan təbii qazını 

Avropa İttifaqına nəql edəcək Trans Anadolu qaz boru kəmərinin (TANAP) tikintisinə də start verilmişdir.   

                                                   

3

  CIA world FACTBOOK 




Yüklə 440,43 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   15




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə