ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
162
ЧАСТОТА ПОЗДНИХ ОСЛОЖНЕНИЙ У ЖЕНЩИН С САХАРНЫМ
ДИАБЕТОМ 2 ТИПАВ ЗАВИСИМОСТИ ОТ ВОЗРАСТА
Резидент:Алиева Натаван
Куратор:Алиева Вафа
АМУ Учебно-Терапевтическая Клиника
IIIВнутренние болезни
Ключевые слова:сахарный диабет 2 типа (СД 2 типа),ретинопатия, нефропатия, полинейропатия
Введение: Сахарный диабет это одно из наиболее опасных заболеваний в мире, которое занимает
третье место по смертности после сердечно-сосудистых и онкологических заболеваний. Учитывая то, что в
среднем с момента возникновения данного заболевания проходит порядка 5-7 лет, то многие
пациентысталкиваются ссерьезными последствиями поздних осложнений СД2 типа, в большинстве
случаях из-за несвоевременного обращения за врачебной помощью.
Цель исследования: Оценить степень распространенности у женщин с СД 2 типа поздних
осложнений в зависимости от возраста.
Материалы и методы: Для изучения степени распространенности поздних осложнений СД 2 типа
было изучено 90 историй болезней пациенток, которые проходили лечение в Терапевтической клинике
АМУ. Данную группу составили женщины в возрасте от 20 до 78 лет с продолжительностью сахарного
диабета 2 типа от 2 лет до 20 лет. Всем пациенткам было проведено исследование мочи на
микроальбуминурию (МАУ), ЭКГ, осмотр офтальмологаи невропатолога.
Результаты: Диабетическая нефропатия наблюдалась у 32 больных во всех возрастных группах
(36% случаев), в основном в стадии МАУ. Диабетическая ретинопатия выявлена у 45 женщин (50%
случаев) независимо от возраста. Диабетическая полинейропатия была выявлена у 38 больных (42%
случаев) чаще в возрасте до 60 лет. Артериальная гипертония II-III степени была выявлена у 42 пациенток
(47 % случаев), преимущественно в возрасте старше 45 лет.
Выводы: Результаты исследования показали, что самая высокая частота встречаемости-
микрососудистых осложненийвыявлена у женщинв возрасте до 60 лет по сравнению с более старшей
возрастной группой.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
163
OSTEOPAROZA SƏBƏB OLAN XƏSTƏLIKLƏR VƏ ONLARA
VAXTINDA DIAQNOZUN QOYULMASI
Rezident: Gülər Hacıyeva
İşin rəhbəri: Dos. Səbinə Məşədiyeva
ATU Tədris Terapevtik Klinika
III Daxili xəstəliklər kafedrası
Açar sözlər: Osteoparoz, postmenopauzal sindrom.
Tədqiqatın məqsədi: Hər il minlərlə pasientlərə gec qoyulan diaqnozun nəticəsi olaraq
osteoparoz və sümük toxumasının kövrəkliyi sümük patalogiyalarına gətirib çıxarır. Qadınlarda
əsasən qalça sümüyündə yaranan sümük patalogiyaları yüksək faiz təşkil edir. Osteoparozun yaranma
etiologiyasını aşkar edib müalicəni düzgün aparmaqla bu kimi ağırlaşmaların qarşısını almaq olar.Bu
məqsədlə bəzi xəstəliklərdə yanaşı olaraq osteoparoz riskinin olduğunu bilərək, müalicə taktikasını bu
istiqamətdə aparmaq məqsədə uyğundur.
Giriş:Osteoparoz , sümük toxumasının azalması ilə əlaqədar ,qırıq riskinin artması ilə
xarakterizə olunan xəstəlikdir. Araştırmalara görə osteoparoz eyni yaş kişi və qadınları müqaisə
etdikdə qadınlarda daha çox rast gəlinir.(təkcə ABŞ da 8 milyon qadın və 2 milyon kişi
nisbəti).Postmenopauzal qadınlarda isə 70-80 % təşkil edir
Material və metodlar: ATU TTK-da müalicə alan 2 qadın xəstəyə əsas xəstəliklərinin
ağırlaşması olaraq osteoparoz diaqnozu qoyulub və müalicə təyin olunub. Birinci xəstə 59 yaşlı qadın
Hipotireoz diaqnozu ilə müalicə alıb və profilaktik olaraq Ca təyin olunmadığına görə xəstədə
hipokalsemiya yaranıb.Xəstədə kompensasiya məqsədilə qanda parathormon yüksəlməsi və Ca
ionlarının sümüklərdən rezorbsiyası baş verib. Xəstənin əllərində və ayaqlarında qıcolma, sümük
kövrəkliyi və sınıqlar olub.
Labarator müayinələr.:Parathormon- 127.42 pg/ml, Anti CCP- 12.1 , TSH- 1.001 mİU/ ml, P_ 3.8
mg/dl, Ca ion-1.02 mmol/l, Anti –ds DNT- 2.5, Anti –Ss DNT- 3.2
İkinci xəstə şəkərli diabeti olan 58 yaşlı qadın klinikaya sümüklərdə şiddətli ağrı, kövrəklik və
halsızlıq kimi simptomlarla müraciət edib və xəstəyə ikincili osteparoz diaqnozu qoyulub.Xəstədə aşkar
osteoparoz simptomları inkişaf edib.
Labarator müayinələr: Parathormon 76.9 pg/ml, Ca ionlaşmış-1.02 mmol/l,
Nəticə : Hər iki xəstəni analiz etdikdə belə bir nəticəyə gəlirik ki, osteparoza səbəb olan
xəstəliklərə diqqət yetirilməlidir.Belə xəstələrə əsas xəstəlikləri ilə yanaşı ikincili xəstəliyin yaranma
riskini azaltmaq üçün profilaktik müalicələr təyin olunmalıdır ki, gecikmiş simptom və ağırlaşmalar
meydana çıxmasın. Bu işdə əsas öhdəlik endokrinoloqların üzərinə düşür.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
164
METOBOLİK SİNDROMLU 2TİP ŞD XƏSTƏLƏRİNDƏ
HOMOSİSTEİNİN SƏVİYYƏSİNİN ÖYRƏNİLMƏSİ
Rezident: Çərkəz QULİYEVA, İradə AŞUROVA
İşin rəhbəri: Ass.Mənzər NOVRUZOVA
ATU, TTK, Terapevtik və pediatrik propedevtika kafedrası
Açar sözlər: endotel disfunksiyası, hiperhomosisteinemiya, metabolik sindrom.
Giriş:Məlumdur ki, 2 tip şəkərli diabet (ŞD tip2) zamanı ürək-damar ağırlaşmaları və ölüm hallarının
artmasının əsas səbəbi endotelin disfunksiyasıdır. Damar endotelinin birbaşa zədələnməsinin əsas amillərindən biri
də hiperhomosisteinemiyadır ki,onun mənfi təsirlərinə həmçinin oksidant stress, aterogenezin, trombogenezin və
koaqulyasiyanın güclənməsini və s. aid etmək olar.
Tədqiqatin məqsədi: Metabolik sindromlu (MS) 2 tip ŞD xəstələrində homosisteinin səviyyəsinin
öyrənilməsindən ibarətdir.
Materiallar və üsullar: tədqiqatda orta yaş həddi 55,5±19,7 olan 75 nəfər 2tip ŞD xəstələri iştirak
edib,onlardan 44 kişi, 31 qadın olub. Xəstələr 2 qrupa bölünüb:I qrup 2 tip ŞD-li 35 xəstə- 20 kişi,15 qadın. II
qrup- MS-lu 2tip ŞD-li 40 xəstə -24 kişi,16 qadın. Xəstələrə subyektiv, obyektiv müayinələr, antropometriya
(BÇİ), EKQ, ExoKQ aparılıb, SAT və DAT ölçülüb. Laborator müayinələr: acqarına qlikemiya, qlikolizləşmiş
hemoqlobin (HbA1c), ümumi xolesterin səviyyəsi(ÜXS), aşağı sıxlıqlı lipoproteidlər (ASLP),triqliseridlər (TQ),
yuxarı sıxlıqlı lipoproteidlər (YSLP), homosistein, C-reaktiv protein (CRP), kreatinin, albuminuriya və s.
Nəticələr və onlarin müzakirəsi: MS BÇİ >30-na görə müəyyən edilib. Acqarına qlikemiya və HbA1c
səviyyəsi II qrup xəstələrində statistik dürüstlüklə I qrup xəstələrindən yüksək olub. II qrup xəstələrində ÜXS-
kişilərdə 235±6,38 mg/dl; qadınlarda 221,1±7,3 mg/dl. I qrup xəstələrində isə kişilərdə 215±4,26 mg/dl;
qadınlarda 201,1±8,3mg/dl olub. ASLP və TQ səviyyəsi də II qrup xəstələrdə I qrupla müqaisədə dürüstlüklə daha
yüksək olub. Homosisteinin səviyyəsi II qrup xəstələrində:kişilərdə-14,7±1,36 mkmol/l; qadınlarda-
10,8±0,50mkmol/l (p<0,001). I qrup xəstələrində kişilərdə 10,9±0,43 mkmol/l; qadınlarda 9,3±0,43mkmol/l
(p<0,001). Homosisteinin 10 mkmol/l-dən artıq səviyyəsinin rastgəlmə tezliyi II qrup xəstələri arasında kişilərdə
60,0±6,67%; qadınlarda 40,8±7,09%; I qrup xəstələri arasında kişilərdə 37,1±8,29%;qadınlarda 19,4±7,21% təkil
edib. II və I qrup kişi xəstələri arasında fərq (p<0,05), qadınlar arasında da fərq (p<0,05) statistik dürüst olub. Hər
iki qrup kişi və qadın xəstələri arasında fərqlər də statistik dürüst olub.
Beləliklə, aparılan tədqiqat isbat etdi ki, 2 tip şəkərli diabet hiperhomosisteinemiyaya səbəb olur və MS-
lu 2tip şəkərli diabet xəstələrində hiperhomosisteinemiyanın səviyyəsi və rastgəlmə tezliyi daha yüksək olur. ŞD
zamanı, xüsusi ilə MS-la müşayiət edildikdə homosisteinin səviyyəsi daha çox kişilərdə əhəmiyyətli dərəcədə
yüksəlir, Bu isə ürək-damar xəstəlikləri riskini olduqca artırır.
Dostları ilə paylaş: |