Aturek 5 Konfransın sədri



Yüklə 5,03 Kb.
Pdf görüntüsü
səhifə64/92
tarix26.03.2018
ölçüsü5,03 Kb.
#34628
1   ...   60   61   62   63   64   65   66   67   ...   92

ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
168 
 
TİREOİD XƏSTƏLİKLƏRİNDƏ METABOLİK SİNDROMUN RASTGƏLMƏ TEZLİYİ VƏ 
KARDİOVASKULYAR XƏSTƏLİKLƏRİNİNKİŞAF RİSKİ 
 
Aysel QULİYEVA 
 
İşin rəhbəri:Dosent Zenta ƏLİXANOVA 
 
ATU TTK, II Daxili xəstəliklər kafedrası 
 
Açar  sözlər:Hipertireoz,hipotireoz,ümumi  xolesterin(ÜX),LDL,VLDL,HDL,bədən-kütlə  indeksi(BKİ), 
tiroid stimuləedici hormon(TSH),T3,T4,insulin rezistentliyi(HOMA İR),arterial təzyiq(A/T)ümumi xolesterin(ÜX) 
Giriş:Tireoid  xəstəliklərinin  kardiovaskulyar  sistem  xəstəliklərinin  inkişafında  müəyyən  rolu  olduğu 
məlumdur.Eyni zamanda tireoid  hormonlarının az,normal və artıq olduğu vəziyyətlərdə lipid səviyyələrinə,bədən 
çəkisi,bel çevrəsi və BKİ-nə təsiri öyrənilməkdədir. 
Məqsəd:Tireoid  xəstəliklərində  metabolik  sindrom  vəxəstələrdə  kardiovaskulyar  xəstəliklərin  qarşısının 
alınması. 
Material və metodlar:ATU TTK-da 2015-2017-ci illər ərzində müalicə almış 50 hipotireoz və hipertireoz 
xəstəsinin  xəstəlik  tarixi  retrospektiv  olaraq  araşdırılmışdır.Xəstələrin  fiziki  müayinəsində  bel  çevrələri,boy  və 
çəkiləri,qanında  TSH,  T3,  T4,  qlükoza,  elektrolitlər,ÜX,HDL,VLDL,LDL,triqliserid,HOMA  İR  səviyyəsi 
öyrənilmişdir. 
Nəticə:Tədqiqata  daxil  etdiyimiz  metabolik  sindromu  olan50  xəstənin  30-unda  hipotireoz,20-sinda 
hipertireoz  qeydə  alındı.Hipertireozlu  xəstələrdə  orta  TSH  0,1mİU/ml,sərbəst  T3  15pg/ml,sərbəst  T4 
0,4ng/dl;hipotireozlu  xəstələrdə  isə  orta  TSH  75  mİU/ml,sərbəst  T3  1,6pg/ml,sərbəst  T4  0,4ng/dl  olmuşdur.Bu 
xəstələrin  36sı  qadın,14ü  kişidir.Bu  xəstələrdə  orta  sistolik  A/T  150-180mm  c.st.,diastolik  A/T  100-90mm 
c.st.,BKİ  28.4-30.6,bel  çevrəsi  95-110sm,ÜX  200-220mg/dL,triqliserid  160-190mg/dL,HDL  50-65mg/dL,LDL 
125-160mg/dL təşkil etmişdir.
 
Yekun:Tədqiqatımız  göstərdi  ki,VLDL,LDL,ÜX,triqliserid  səviyyəsinin,HOMA  İR-inartması,diastolik 
hipertenziya,hiperkoqulyasiya  hipotireoz  xəstələrində  kardiovaskulyar  xəstəliklərin  inkişafı  üçün  risk 
faktorlarıdır.Hipertireozda  kardiovaskulyar  risk  faktorlarıisəsistolik  hipertenziya,taxikardiya  və  ürəyin  oksigenə 
tələbatının 
artmasıdır.Hipertireozlu  xəstələrdə  metabolik  sindromun  göstəricisi  yüksəlmiş  arterial 
təzyiq,hipotirezlu  xəstələrdə  isə  abdominal  piylənmə  oldu.Bu  nəticələr  göstərdi  ki,hipotireoz  xəstə  qruplarında 
əsasən qadınlarda kardiovaskulyar xəstəliklərin inkişafı riski yüksəlmiş olur. 
 
 
 


ATUREK  /  MAY 2017
 
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı  (11 MAY, 2017, ATU)   
169 
 
ŞƏKƏRLİ DİABETLİ XƏSTƏLƏRDƏ TİROİD STİMULLAŞDIRICI HORMON   VƏ     
QLİKOHEMOQLOBİN ARASINDAKI ƏLAQƏ 
 
RezidentSənubər YUSİFZADƏ , Aytən HÜSEYNLİ 
 
İşin rəhbəri : Dos. Dr. Azadə ƏLƏKBƏROVA 
 
ATU TTK , II Daxili Xəstəliklər Kafedrası 
 
Açar sözlər : Şəkərli diabet, tiroidstimullaşdırıcı hormon (TSH )  
qlikohemoqlobin ( HbA1C ). 
Giriş:Tiroid  vəz  xəstəlikləri  və  şəkərli  diabet  xəstəliyi  arasında  bir  əlaqə  vardır.  Cəmiyyətimizdə  hər  iki 
xəstəlik  ən  sıx  rast  gəlinən  endokrin  xəstəliklərdəndir.Dünyada  baxıldığı  zaman  isə  Amerikada  19  milyon, 
dünyada  isə  150  milyon  nəfər  bu  xəstəliklərdən  əziyyət  çəkir  və  2025-ci  ilə  bu  rəqəmlərin  2  dəfə  artacağı 
gözlənilir.  İstər  Tip1  şəkərli  diabet  ,  istərsə  də  tiroid  vəzi  xəstəliklərindən  daha  çox  rast  gələn  Bazedov  və 
Haşimoto  xəstəliyi  autoimmun  səbəbindən  meydana  gəlir.  Bunun  üçün  də  şəkərli  diabet  xəstələrində 
qalxanabənzər  vəzin  funksiyasını  qiymətləndirmək  məqsədilə  xəstələrdən  müvafiq  anamnezin  toplanması    və 
gərəkli müayinələrin aparılması vacib məsələdir.  
Tədqiqatın  məqsədi:  Diabetik  xəstələrdə  tiroid  vəz  disfunksiyasını  göstərən  çoxlu  sayda  tədqiqatlar 
aparılmışdır. Bizim məqsədimiz Şəkərli diabetli xəstələrdə tiroid vəzin disfunksiyası rast gəlmə tezliyini müəyyən 
etmək , TSH  ilə diabet arasındakı əlaqəni göstərməkdir.  
Material və metod :Tədqiqat işi üçün ATU-TTK  klinikasının endokrinoloji şöbəsindən 10 kişi (20%) , 40-
ı  (80 %) qadın olmaqla cəmi 50şəkərli diabetli xəstə cəlb edilmişdir.Xəstələrin ən gəncinin 19,ən yaşlısının isə 72 
yaşı  vardır.  Orta  yaş  54  .Şəkərli  Diabetlə  xəstəliyinin  bilinən  vaxtı  :  1-10  il  37  xəstə  (74%)  ,10-15  il  10xəstə 
(20%), 20-25 il 2 xəstə (4%) ,20 ildən yuxarı 1 xəstə (2%) .20 xəstədə (2-si kişi olmaqla ) (40%) TSH səviyyəsinin  
>4, qalan 30 xəstədə  isə  (60%) TSH səviyyəsi 0.4-4 olduğu qeydə alınmışdır.  21 xəstədə    (42%  )  HbA1c < 7 
(yaxşı qlikemik profil)  , qalan 29 (58%) xəstədə isə  HbA1c ≥ 7 (pis qlikemik profil ) qeydə alınmışdır.  6 (12%),  
xəstədə tiroid anticisimləri (Anti-TPO və anti TG ) artmışdır.  
Nəticə  :Şəkərli Diabet xronik xəstəliklər içərisində ciddi bir yer tutur. Bu xəstəliyin gedişində ortaya çıxa 
biləcək  ikincili  xəstəliklər  xəstəliyin  seyrini  mənfi  yöndə  dəyişə  bilər.Bununla  yanaşı  qalxanabənzər  vəz 
xəstəlikləri  kimi  sıx  rast  gələn  xəstəliklərin  erkən  diaqnostika  və  müalicəsi  şəxsin  həyat  keyfiyyətini  olduqca 
artdırmaqdadır  .  Xüsusən  də  Tip1  Diabetli  xəstələrdə  autoimmun  xəstəliklər  araşdırılmalıdır,  çünki  bu  qrup 
xəstələrdə digər əhaliyə nisbətən autoimmun xəstəliklərin görülmə riski daha yüksəkdir.  
 
 


Yüklə 5,03 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   92




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə