ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
165
2-Cİ TİP ŞƏKƏRLİ DİABET OLAN XƏSTƏLƏRDƏ YUXARI SIXLIQLI
LİPOPROTEİD VƏ TRİQLİSERİDİN SƏVİYYƏSİ
CƏFƏRZADƏ Həcər, XASPOLADOVA Turan
İşin rəhbəri: prof.Vəsadət ƏZİZOV, dos.Adil NURİYEV
ATU, II Daxili xəstəliklər kafedrası
Açar sözləri: mədəaltı vəz, yuxarı sıxlıqlı lipoproteid (YSLP), triqliseridlər (TQ).
Giriş: 2-ci tip şəkərli diabet insulin hormonunun təsirinin pozulması və/vəya insulinin çatışmazlığı
nəticəsində əmələ gəlir. Bu tip diabet 80 % hallarda piylənməsi olan insanlarda rast gəlinir. Belə xəstələrin
qanında lipid spektri pozulmuş olur. Bu da kardi0- və serebrovaskulyar xəstəliklərin yaranmasında ciddi risk
faktorudur.
Klinik müşahidə: ATU-nun TTK-da 2016-ci ildə 2-ci tip şəkərli diabet xəstəliyi ilə müalicə almış 208
xəstənin (70 kişi,138 qadın) xəstəlik tarixi retrospektiv olaraq təhlil olunmuşdur. Xəstələrin qanında YSLP və
TQ-nin səviyyəsi öyrənilmişdir.
Nəticə: Tədqiqatın analizi göstərdi ki, 2-ci tip şəkərli diabeti olan xəstələrdə TQ-nin artması kişilərdə
48,82%, qadınlarda 38,38% hallarda müşahidə olunmuşdur. Kişilərdə TQ-nin 150-200 mg/dl intervalında 17,14%,
200-300 mg/dl intervalında 14,28%, 300-400 mg/dl intervalında 10%, ≥400 mg/dl olanlar 7,14% təşkil etmişdir.
Qadınlarda isə müvafiq olaraq 13,76%. 18,11%, 3,62%, 2,89% təşkil etdi. YSLP-nin səviyyəsinin azalması
kişilərdə 7,15%, qadınlarda isə 0,73% hallarda müşahidə olunmuşdur.
Yekun: 2-ci tip şəkərli diabeti olan xəstələrdə TQ-nin kişilərdə qadınlara nisbətən rastgəlmə tezliyinin
artması müəyyən edildi. YSLP göstəricisində genderlər arasındakı fərq müşahidə olunmadı.
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
166
II TİP ŞƏKƏRLİ DİABETDƏ NEFROPATİYANIN RASTGƏLMƏ TEZLİYİ
Rezident: Jalə BUDAQOVA, Ləman İMANOVA
İşin rəhbəri: dos. Şəfəq İBRAHİMOVA
ATU TTK, II Daxili xəstəliklər kafedrası
Açar sözlər: Şəkərli diabet, nefropatiya, HbA1C
Giriş: Şəkərli diabet mədəaltı vəzin ifraz etdiyi insulin hormonunun çatışmazlığı və ya insulinə
həssaslığın azalması nəticəsində yaranan və karbohidrat, yağ, zülal mübadiləsinin pozulması
ilə müşahidə olunan xroniki hiperqlikemik sindromla səciyyələnən xəstəlikdir. Xroniki
hiperqlikemiya diabetik nefropatiyanın yaranması və proqressiyasında rol oynayan ən vacib
faktorlardan biridir.
Məqsəd: II tip Şəkərli Diabetin davametmə müddətindən asılı olaraq nefropatiyanın rastgəlmə
tezliyinin müəyyənləşdirilməsi.
Material və metodlar: 2016-cı ildə ATU-nun TTK-da müalicə olunmuş 100 şəkərli diabetli xəstədən
nefropatiya ilə ağırlaşmış 38 xəstənin xəstəlik tarixi retrospektiv olaraq araşdırılmışdır.
Xəstələrdə ŞD-in davam müddəti və HbA1C-ni səviyyəsi arasında əlaqə araşdırılmışdır.
Nəticə: Araşdırılan xəstələrdən 38 %-də diabetik nefropatiya müşahidə olunmuşdur. Diabetik
nefropatiyalı xəstələrin sayı ilə ŞD-nin davametmə müddəti (cədvəl 1) və HbA1C səviyyəsi
(cədvəl 2) arasındakı əlaqə aşağıdakı kimidir:
Cədvəl 1
ŞD-nin davam müddəti ilə diabetik nefropatiyanın rastgəlmə tezliyi arasındakı əlaqə
ŞD-nin davametmə
müddəti ( il )
Diabetik nefropatiyalı xəstələrin rastgəlmə tezliyi
N
%
-
l
ə
0-5
4
1
0
.
5
6-10
10
2
6
.
5
11-15
12
3
1
.
5
>15
12
3
1
.
5
ATUREK / MAY 2017
ATU rezidentlərinin 5-ci elmi-təcrübi konfransı (11 MAY, 2017, ATU)
167
Cədvəl 2
HbA1C-nin səviyyəsi ilə diabetik nefropatiyanın rastgəlmə tezliyi arasındakı əlaqə
HbA1C
Diabetik nefropatiyalı xəstələrin rastgəlmə tezliyi
N
%
-
l
ə
6.0-7.5
3
7
.
5
7.6-8.5
8
2
1
.
5
8.6-9.5
15
3
9
.
5
>9.5
12
3
1
.
5
Yekun: ŞD-nin davam müddəti artdıqca nefropatiyanın rast gəlmə tezliyi artır. Həmçinin
nefropatiya ilə qlikemik profil arasında da əlaqə müəyyənləşdirilmişdir. Araşdırmalarımızın
nəticəsinə əsasən, qlikemik profilə düzgün nəzarət etməklə nefropatiyanın yaranma riskini
azaltmaq mümkündür.
Dostları ilə paylaş: |